Məhkəmə qərarları › İş №e-2(012)-2794/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2794/2025

02.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2794/2025 02.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmə qətnaməsinin çıxarılması ilə bağlı ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC kiçik iddiaya dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə Apple Airpods 3 markalı qulaqlıq üçün 154,40 manat ödənilməmiş hissə, 15,44 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə PLAYSTATİON 5+DİSC, PS5 DUALSENSE üçün 1555,90 manat ödənilməmiş hissə, 155,59 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə X1 4 markalı qol saatı üçün 289,08 manat ödənilməmiş hissə, 28,91 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə İmei kodu R92X706BP7B olan X2 A9+ markalı planşet üçün 600 manat ödənilməmiş hissə, 60 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə Roborock S8 markalı robot tozsoran üçün 1549,98 manat ödənilməmiş hissə, 155 manat cərimə olmaqla, ümumilikdə 4564,30 manat borc və 65,65 manat dövlət rüsumunun əvəzinin alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia ərizəsində göstərmişdir ki, Cavabdeh xx.xx.2023-cü il, xx.xx.2024cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən Apple Airpods 3 markalı qulaqlıq, PLAYSTATİON 5+DİSC, PS5 DUALSENSE, X1 4 markalı qol saatı, İmei kodu R92X706BP7B olan X2 A9+ markalı planşet, Roborock S8 markalı robot tozsoran almış və 4564,30 manat borcu yaranmışdır. Belə ki, cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 556,92 manat, Apple Airpods 3 markalı qulaqlıq üçün 154,40 manat ödənilməmiş hissə, 15,44 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1630,98 manat, PLAYSTATİON 5+DİSC, PS5 DUALSENSE üçün 1555,90 manat ödənilməmiş hissə, 155,59 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 289,08 manat, X1 4 markalı qol saatı üçün 289,08 manat ödənilməmiş hissə, 28,91 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 600 manat, İmei kodu R92X706BP7B olan X2 A9+ markalı planşet üçün 600 manat ödənilməmiş hissə, 60 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1599,98 manat, Roborock S8 markalı robot tozsoran üçün 1549,98 manat ödənilməmiş hissə, 155 manat cərimə olmaqla, ümumilikdə 4564,30 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 527,60 manat təşkil edir. Bunlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 03916213 saylı müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən Apple Airpods 3 markalı qulaqlıq qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 04007579 saylı müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən PLAYSTATİON 5+DİSC, PS5 DUALSENSE qəbul etmiş və malların qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 17031563 saylı müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən X1 4 markalı qol saatı qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 03938109 saylı müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən İmei kodu R92X706BP7B olan X2 A9+ markalı planşet qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 03499205 saylı müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən Roborock S8 markalı robot tozsoran qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 12 mart 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixli müqavilə üzrə Apple Airpods 3 markalı qulaqlıq üçün 154,40 manat ödənilməmiş hissə, 15,44 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə PLAYSTATİON 5+DİSC, PS5 DUALSENSE üçün 1555,90 manat ödənilməmiş hissə, 155,59 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən X1 4 markalı qol saatı üçün 289,08 manat ödənilməmiş hissə, 28,91 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə İmei kodu R92X706BP7B olan X2 A9+ markalı planşet üçün 600 manat ödənilməmiş hissə, 60 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə Roborock S8 markalı robot tozsoran üçün 1549,98 manat ödənilməmiş hissə, 155 manat cərimə olmaqla, ümumilikdə 4564,30 manat borcu vardır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizəyə əlavə edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməli və iddia qismən təmin edilməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən öhdəliyi lazımınca icra etmədiyi üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulu hissəsində də iddia tələbi təmin edilməlidir. Lakin cərimənin azaldılması cavabdehin maddi durumunu daha da yaxşılaşdıra biləcəyinə görə iddia tələbi qismən təmin edilərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən hesablanmış 155,59 manat və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən hesablanmış 155 manat cərimə pulu 10 manat məbləğində olmalıdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, 65,65 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə Apple Airpods 3 markalı qulaqlıq üçün 154,40 manat ödənilməmiş hissə, 15,44 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə PLAYSTATİON 5+DİSC, PS5 DUALSENSE üçün 1555,90 manat ödənilməmiş hissə, 10 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə X1 4 markalı qol saatı üçün 289,08 manat ödənilməmiş hissə, 28,91 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə İmei kodu R92X706BP7B olan X2 A9+ markalı planşet üçün 600 manat ödənilməmiş hissə, 60 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə Roborock S8 markalı robot tozsoran üçün 1549,98 manat ödənilməmiş hissə, 10 manat cərimə olmaqla, ümumilikdə 4273,71 manat manat borc və dövlət rüsumuna görə ödənilmiş 65,65 manat alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar