Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2796/2025 02.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 04 may 2019-cu il tarixli, S- 106 saylı alqı-satqı müqaviləsi üzrə borcuna görə 419 manat, faiz borcuna görə 0 manat, cəmi 419 manat pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsində göstərmişdir ki, fiziki şəxs X1 (VÖEN: **********) ilə Cavabdeh arasında “Sintra” markalı su filterlərinin satışı ilə əlaqədar olaraq 04 may 2019-cu il tarixli, S-106 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə müvafiq olaraq “Sintra” firmasının istehsalı olan 1699 manat məbləğində olan “Sintra” modeli su təmizləmə sistemi quraşdırılaraq cavabdehə təhvil verilmiş və bu barədə müvafiq təhvil-təslim aktı tərtib edilərək tərəflərin imzası ilə təsdiq edilmişdir. 04 may 2019-cu il tarixli, S-106 saylı alqı-satqı müqaviləsinin şərtlərinə görə cavabdeh olan Cavabdeh “Sintra” markalı su filterini kredit üzrə hesablanmış əsas borc məbləğini tam vaxtında ödəməyi öhdəsinə götürsə də kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbardar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında 04 may 2019-cu il tarixli, S-106 saylı alqı-satqı müqaviləsinə görə cavabdeh alqı-satqı müqaviləsinin 2.4-cü bəndinə əsasən 30 manat ilkin ödəniş edərək 2.4-cü bəndinə göstərilən qaydada 24 ay müddətinə olmaqla hər ayın 04-dən gec olmayaraq, hər ay 68 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 04 may 2019-cu il tarixli, S-106 saylı alqı-satqı müqaviləsi üzrə borcunun məbləği kreditə görə 419 manat, cərimə borcuna görə 0 manat, borcun cəmi məbləği 419 manat təşkil edir. Fiziki şəxs (VÖEN: **********) əsasında fəaliyyət göstərən X1 ilə İddiaçı MMC arasında 30 iyul 2019-cu il tarixli, N-004 saylı tələbetmə hüquqlarının güzəşt olunmasına dair müqavilə bağlanmışdır. Qeyd olunanlara əsasən alqı-satqı müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün Cavabdeh 04 may 2019-cu il tarixli, S-106 saylı alqı-satqı müqaviləsi üzrə kredit borcuna 419 manat, cərimə borcuna görə 0 manat, borcun cəmi məbləği 419 manat pul tutulmalıdır. Odur ki, iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə İddiaçı MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən məhkəmə işə iddiaçı şirkətin nümayəndəsinin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, borc götürdükdən sonra ilk dövrlərdə iddiaçı MMC-nin nümayəndələri ardıcıl olaraq hər ay özləri ondan pul almış, lakin 5 il ərzində ondan borca görə pul alınmamışdır. Hazırda isə iddiaçı şirkət onu məhkəməyə vermişdir. O, elə zənn etmişdir ki, iddiaçı borcu ona bağışlamışdır. Qeyd edilənlərə əsasən o, iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarında olan 04 may 2019-cu il tarixli, S-106 saylı alqı-satqı müqaviləsindən görünür ki, fiziki şəxs X1 (VÖEN: **********) ilə Cavabdeh arasında “Sintra” markalı su filterlərinin satışı ilə əlaqədar olaraq müqavilə bağlanmış və həmin müqaviləyə müvafiq olaraq “Sintra” firmasının istehsalı olan 1699 manat məbləğində olan «Sintra» modeli su təmizləmə sistemi quraşdırılaraq Cavabdeh təhvil verilmiş, Cavabdeh isə 24 ay müddətinə olmaqla hər ayın 04-dən gec olmayaraq hər ay 68 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 30 iyul 2019-cu il tarixli, 004 nömrəli tələbetmə hüquqlarının güzəşt olunmasına dair müqavilədən görünür ki, fiziki şəxs (VÖEN: **********) əsasında fəaliyyət göstərən X1 ilə İddiaçı MMC arasında tələbetmə hüquqlarının güzəşt olunmasına dair müqavilə bağlanmışdır. İş materiallarında olan 01 mart 2025-ci il tarixli arayışdan görünür ki, 04 may 2019-cu il tarixli, S-106 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh İddiaçı MMC-yə 419 manat əsas borcu, 0 manat cərimə (faiz) borcu olmaqla cəmi 419 manat borcu vardır. Məhkəmə iş materiallarını araşdırıb mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 425.1-ci, 442ci, 443.1-ci, 445.1-ci, 445.2.1-ci və 448.1-ci maddələri təşkil edir. Məhkəmədə işin müəyyən edilmiş faktiki hallarından görünür ki, tərəflər arasında 04 may 2019-cu il tarixli, S-106 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 04 may 2019-cu il tarixli, S-106 saylı müqavilə üzrə Cavabdeh üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini alqısatqı müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və öhdəliklərini pozmuşdur. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı şirkətin məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 manat da cavabdehdən alınmalı və iddiaçı şirkətə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdİ: İddia təmin edilsin. Cavabdeh 04 may 2019-cu il tarixli, S-106 saylı alqı-satqı müqaviləsi üzrə əsas borcuna görə 419 manat, faiz borcuna görə 0 manat olmaqla, cəmi 419 manat pul və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-2796/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2796/2025
02.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver