Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2814/2022 06.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Sultanov Əlisahib Həbib oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işə 06 iyun 2022-ci il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müraciət edərək, cavabdeh X1 İddiaçı xeyrinə ECK4718680 saylı müqavilə üzrə 192 (bir yüz doxsan iki) manat əsas borc, 57 (əlli yeddi) manat faiz borcu, 30 (otuz) manat məbləğində tərəfimdən ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 279 (iki yüz yetmiş doqquz) manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ********** N-li VÖEN əsasında fəaliyyət göstərən, Bakı şəhərində yerləşən “Soliton” mağazasının sahibi, fiziki şəxs İddiaçı ilə X2 arasında 02 oktyabr 2017-ci il tarixində “Alqı-satqı” müqaviləsi bağlanmışdır. Cavabdeh 02 oktyabr 2017-ci il tarixli ECK4718680 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 806 (səkkiz yüz altı) manat olan 1 ədəd ‘‘Samsung’* markalı telefon almış, ilkin ödəniş olaraq 50 (əlli) manat ödəniş etmiş, nəticədə 756 (yeddi yüz əlli altı) manat borc yaranmışdır. Cavabdeh tərəfindən 02 oktyabr 2017-ci il tarixli ECK4718680 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 10 (on) manat ödəniş edilmişdir. Bugünədək cavabdehə edilən yazılı və şifahi müraciətlər heç bir nəticə verməmiş, müqavilənin şərtləri lazımı qaydada icra edilməmiş və alqı-satqı qiyməti 806 (səkkiz yüz altı) manat olan 1 ədəd “Samsung” markalı telefon üçün ümumilikdə 192(bir yüz doxsan iki) manat ödənilməmiş hissə, 57 (əlli yeddi) manat faiz borcu yaranmışdır. İddiaçı məhkəməyə müraciət edərək, iddia ərizəsini müdafiə etdiyini, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsi, onun xeyrinə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməyinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, ******* saylı Nisyə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında müqavilə bağlanmış və Cavabdeh İddiaçı ümumi dəyəri 806 (səkkiz yüz altı) manat olan 1 ədəd ‘‘Samsung’* markalı telefonu qəbul etmiş ilkin ödəniş çıxıldıqdan sonra qalan 756 (yeddi yüz əlli altı) manatı 12 ay müddətinə ayda 63 (altmış üç) manat olmaqla hər ayın 01-dək ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 16 iyun 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnun İddiaçı xx.xx.2019-cu il tarixli müqavilə üzrə 624 manat əsas borc, 150 manat faiz borcu və xx.xx.2018-ci il tarixli müqavilə üzrə 156 manat əsas borc, 60 manat faiz borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-cu maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə ücün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 742-ci maddəsinə əsasən borcu alan borc məbləğini borc verənə vaxtında və borc müqaviləsində nəzərdə tutulmuş qaydada qaytarmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmasına baxmayaraq, Cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən ondan əsas borc üzrə 192 (yüz doxsan iki) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Tərəflər arasında bağlanan müqavilədə faiz nəzərdə tutlmadığından iddia tələbi faiz borcu hissəsində əsassız olmaqla təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu üçün 20 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 192 (yüz doxsan iki) manat əsas borc dövlət rüsumu üçün ödənilmiş 20 manat pul alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-2814/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2814/2022
06.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver