Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-283/2025 30.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, İddiaçı Heydər Əliyev adına X5 nümayəndəsi Nümayəndə2, Cavabdeh2 iştirakları ilə, İddiaçı Heydər Əliyev adına X5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən İİİ şəxs Abşeron Rayon İcra Hakimiyyəti) qanunsuz inşa edilmiş tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Heydər Əliyev adına X7 Cavabdeh1 qarşı qanunsuz inşa edilmiş tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, Rəşid Behbudov 54 ünvanda yerləşən ərazidə Heydər Əliyev adına X6 məxsus neft məhsulu nəql olunan Dş-300 mm neft boru kəmərinin ”Mühafizə Zonası”nda kəmərdən 36 metr aralı məsafədə Cavabdeh1 tərəfindən tikilmiş özbaşına tikilinin sökülməsi və iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə iddiaçı Heydər Əliyev adına X5 nümayəndəsi Nümayəndə2 elektron kabinet vasitəsilə vəsatətlə müraciət edərək, Cavabdeh2 cavabdeh qismində, Abşeron Rayon İcra Hakimiyyətinin isə müstəqil tələb irəli sürməyən İİİ şəxs qismində işə cəlb edilmələrini xahiş etmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında hər iki vəsatət təmin edilmiş, həmçinin xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin xahiş edirəm hissəsinin “Abşeron rayonu, Xırdalan şəhəri, Rəşid Behbudov, 54 ünvanda yerləşən ərazidə Heydər Əliyev adına X6 məxsus neft məhsulu nəql olunan Dş-300 mm-lik neft boru kəmərinin “Mühafizə Zonası”nda kəmərdən 36 metr aralı məsafədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Şahvələd qızı tərəfindən tikilmiş qanunsuz tikilinin sökülməsi və iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə barədə qətnamə qəbul edilməsi” kimi nəzərə alınmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Heydər Əliyev adına X7 (NEZ) üzrə yaradılmış komissiyanın işçi qrupunun üzvləri tərəfindən xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Rəşid Behbudov 54 ünvanda yerləşən ərazidə NEZ-ə məxsus Dş-300 mm-lik neft boru kəmərinin “Mühafizə zonası”nda kəmərdən 36 metr aralı məsafədə Cavabdeh1 tərəfindən yaşadığı binanın 1-ci mərtəbəsinin qarşısında ona bitişik uzunluğu 13 metr, eni 2 metr, hündürlüyü isə 2.20 metr ölçüsündə olan tikinti işlərinin aparılması faktı aşkar edilmiş və bu barədə müvafiq akt tərtib olunmuşdur. Bundan başqa həmin ərazidən Dş-300 mm neft məhsulu nəql olunan boru kəmərinə paralel Dş-500 mm, Dş-250 mm və Dş-200 mm neft məhsulları nəql olunan boru kəmərləri də keçir. SOCAR-ın Təhlükəsizlik İdarəsinin və Zavodun obyektlərini mühafizə edən müvafiq Polis İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdehə tikinti işlərinin neft boru kəmərinin mühafizə zonası daxilində aparıldığından qanunazidd olduğu izah olunmuş və görülən işlərin dayandırılması, həmçinin əlavə işlərin aparılmamasına dair ona xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli, 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsinə əsasən, NEZ Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxil olan hüquqi şəxs statuslu müəssisə kimi fəaliyyət göstərir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “istismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında xx.xx.2004-cü il tarixli, 167 nömrəli Qərarına əsasən ixrac neft boru kəmərlərinin marşrutu boyunca-boru kəmərinin oxunun hər tərəfindən 50 metrlik məsafə “Mühafizə Zonası”na aid edilir. “Mühafizə Zonası” ixrac boru kəmərinin təhlükəsiz istismarı və xidməti üçün şərait yaratmaq, həmçinin boru kəmərinin zədələnmə ehtimalının qarşısının alınması məqsədi ilə müəyyənləşdirilmişdir. “Mühafizə Zonası”nda Azərbaycan Respublikasının Energetika Nazirliyininvə Strateji Obyektlərin X2 (istismarçı təşkilatın rəyini almaqla) rəsmi icazəsi olmadan hər hansı tikinti işlərinin aparılması və həmin ərazinin digər məqsədlər üçün istifadə olunması qadağandır. İddiaçıya məxsus neft boru kəmərinin mühafizə zonasında yerləşən torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən zəbt edilmişdir ki, bu da həmin kəmərə qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaratmaqla yanaşı insanların həyatı üçün də təhlükə yaradır. Zavodun fəaliyyətinin təmin edilməsi üçün müxtəlif istehsalat və sahələrdə ayrıayrı texnoloji əməliyyatlar həyata keçirildiyindən, həmin istehsalat və sahələrin bir-birindən xeyli aralı məsafədə yerləşdiyini nəzərə alaraq, həmçinin hazır məhsulların anbarlara yığılması üçün aralarında boru kəmərləri çəkilmişdir. Bu neft boru kəmərləri qanunvericiliyə əsasən, magistral boru kəmərləri hesab olunur. Normativ sənədlərə əsasən, boru kəmərinin təyinatı, diametri və kəmərdə olan təzyiqə görə boru kəmərləri ətrafında mühafizə zonası müəyyən olunmuşdur. Mühafizə zonalarının müəyyən edilməsi bir neçə amillə bağlıdır. İlk olaraq, boru kəmərləri və neft məhsulları anbarları dövlət əhəmiyyətli obyektlər hesab edilir. Bu obyektlərdə hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda ətrafda olan şəxslər üçün böyük təhlükə yarada bilər. Digər tərəfdən, bu obyektlərin mühafizəsinin effektli təşkilinə həmin ərazidə inşa edilmiş tikililər maneçilik törədir. Bütün bunları nəzərə alaraq, mühafizə zonasının mövcudluğu olduqca zəruridir. Bundan əlavə, e-2(012)-4133/2024 mülki iş üzrə məhkəmənin xx.xx.2024-cü il tarixdə keçirilmiş hazırlıq iclasında cavabdeh tərəfindən təqdim olunmuş çıxarışa əsasən Xırdalan şəhəri, ünvan 3 ünvanda yerləşən mənzilin Cavabdeh2 Şahvələd qızının mülkiyyətində olduğu göstərilmişdir. Cavabdeh bu sənədə istinad edərək apardığı tikinti işlərinin qanuni olduğunu əsaslandırmağa çalışmışdır. İddia ərizəsindən göründüyü kimi, iddiaçının tələbi cavabdehin mülkiyyətində olan mənzilin sökülməsi deyil, cavabdeh tərəfindən özünə məxsus olmayan Heydər Əliyev adına X6 (NEZ) məxsus neft məhsulu nəql olunan Dş-300 mm-lik boru kəmərinin “Mühafizə Zonası”nda kəmərdən 36 metr aralı məsafədə mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi ilə bağlı olmuşdur. Cavabdeh tərəfindən qeyd olunan ünvanda qanunsuz tikinti işləri aparılması ilə bağlı səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görülməsi üçün iddiaçı tərəfindən müvafiq dövlət orqanlarına məktublar ünvanlanmışdır. Abşeron Rayon İcra Hakimiyyətindən daxil olan 5-29/2-351/2024 saylı, xx.xx.2024 tarixli cavab məktubunda ünvanda aparılan tikinti işlərinə dair Abşeron RİH tərəfindən heç bir icazə sənədlərinin verilmədiyi qeyd edilmişdir. Bundan başqa Əmlak Məsələləri Dövlət Xidmətindən daxil olmuş 3-21-3/2-14296/2024 saylı, xx.xx.2024 tarixli cavab məktubunda vətəndaş tərəfindən dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid təqribən 26 kv.m torpaq sahəsində hüquqmüəyyənedici sənədləri olmadan əlavə tikinti işlərinin aparılması faktı öz təsdiqini tapmışdır. Göründüyü kimi cavabdehlər tərəfindən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində, lazımi icazələr almadan, həmçinin şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla NEZ-ə məxsus neft məhsulu nəql olunan Dş-300 mmlik boru kəmərinin “Mühafizə Zonası”nda kəmərdən 36 metr aralı məsafədə mühafizə zonasında qanunsuz tikinti işlərinin aparıldığı öz təsdiqini tapmışdır. Odur ki, göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Heydər Əliyev adına X5 nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, hazırki iddia tələbinin mahiyyətini mənzillərin yerləşdiyi bina deyil, həmin binada yerləşən mənzilə edilən çıxarışsız artırma təşkil edir. İddiaçının əməkdaşları, nümayəndələri mütəmadi olaraq monitorinq keçirdir və sadəcə qanunsuz – çıxarışı olmayan tikililərlə bağlı tərəflərindən məhkəməyə müraciət olunur. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, Heydər Əliyev adına X7 ilə (Zavodla) 10 metrlikdə 2-3 mərtəbəli həyət evləri, villalar da tikilmişdir. Həmin tikililər onun evinin yerləşdiyi bina evindən zavoda daha yaxın olmasına baxmayaraq, onları deyil, məhz onu məhkəməyə vermələri çox qəribədir. Həmçinin hesab etmişdir ki, bu halda belə o yox, bina məhkəməyə verilməli idi. Cavabdeh2 sadəcə binada özünə məxsus olan şəxsi mülkünün balkonunu daşdan tikərək təxminən 5 sm artırmışdır. Sadəcə atasının xəstəliyi, daha sonra ölümü, ardınca həyat yoldaşının vəfatı ilə həmin artırılmanı sənədləşdirə bilməmişdir. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səbəbini bildirmədən məhkəmə iclasına gəlməmişdir. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, mübahisəli ev onun deyil anasının adınadır. Belə ki, həmin ev atasının adına olmuş, atası rəhmətə getdikdən sonra isə “ASAN xidmət”-də anasının adına keçirmişlər. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Heydər Əliyev adına X5 xx.xx.2020-ci il tarixli arayışına əsasən, Heyder Əliyev adına X4 10 saylı sahəyə (Güzdək) neft məhsulları nəql olunan Dş-500 mm. (dizel yanacağı) və Dş-300 mm. (reaktiv mühərrik yanacağı) neft boru kəmərləri 1993-cü ildə, “Azərikimya” İB-nin Etilen-Polietiİen Zavoduna neft məhsulları nəql olunan Dş-200 mm. (quru qaz), Dş-250 mm. (nafta) neft boru kəmərləri isə 2011-ci ildə çəkilmiş və zavodun balansındadır. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Abşeron rayonu, Xırdalan şəhəri, Rəşid Behbudov 54 ünvanda yerləşən ümumi sahəsi 68.1 kv/m olan mənzil Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2022-ci il tarixdə ********** reyestr nömrəsi ilə xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 adına qeydiyyata alınmışdır. -Suliddin Məmmədəliyev, Süleyman Əliyev, Rövşən Məmmədov, Samir Quliyev, Səid Məmmədov tərəfindən imzalanaraq təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, 22/130 saylı aktın surətindən görünür ki, özünü müharibə veteranı İİ qrup əlil X1 oğlu Cavabdeh1 kimi təqdim edən vətəndaş tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Rəşid Behbudov 54 ünvanda yerləşən ərazidə Heydər Əliyev adına X6 məxsus neft məhsulu nəql olunan Dş- 300 mm neft boru kəmərinin “Mühafizə Zonası”nın 36 metrliyində, yaşadığı binanın 1-ci mərtəbəsinin qarşısında ona bitişik uzunluğu 13 metr, eni 2 metr, hündürlüyü isə 2.20 metr olan tikinti işlərinin aparılmasının aşkar edilməsi, həmçinin həmin ərazidən Dş-300 mm neft məhsulu nəql olunan boru kəmərinə paralel Dş- 500 mm, Dş-250 mm və Dş-200 mm neft məhsulları nəql olunan boru kəmərlərinin keçməsi aktı tərtib edənlər tərəfindən təsdiq olunmuşdur. -Cavabdeh1 ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, SOCARın Heydər Əliyev adına X6 məxsus və hazırda istismarda olan Dş-300 mm neft boru kəmərinin “Mühafizə Zonası”nda kəmərdən 36 metr aralı məsafədə Cavabdeh1 tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Rəşid Behbudov 54 ünvanda tikinti işlərinin aparıldığı, həmin tikintinin daşınan kəmərin mühafizə zonasına düşməsi, bu baxımdan qanunazidd olduğu barədə ona xəbərdarlıq edilmişdir. -Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən Heydər Əliyev adına X6 ünvanlanmış xx.xx.2024-cü il tarixli, 5-29/2-351/2024 saylı cavab məktubundan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, R.Behbudov 54 (X-393063.40, Y-4480507.37 saylı koordinatlar) ünvanda Cavabdeh1 tərəfindən aparılan tikinti işlərinə dair Abşeron RİH tərəfindən heç bir icazə sənədi verilməmişdir. Məktubda qeyd olunan ünvana baxış keçirilmiş, aparılan tikinti işləri dayandırılmış, tikinti işlərinə dair icazəverici sənədlər əldə olunanadək inşaat işlərinin aparılmasının mümkünsüzlüyü barədə tikinti sahiblərinə xəbərdarlıq olunmuş və qanunsuzluğun təkrarlanmasına yol verilməməsi üçün ünvanlar nəzarətə götürülmüşdür. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Heydər Əliyev adına X6 ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-21-3/2- 14296/2024 saylı cavab məktubundan görünür ki, Heydər Əliyev adına X5 istismarında olan Dş-500, Dş-300, Dş-250 və Dş-200 mm-lik neft boru kəmərlərinin ünvan 8 ünvandan keçən hissəsinin mühafizə zonasında torpaq qanunvericiliyinin tələblərinin pozulması halının qarşısının alınmasına köməklik göstərilməsi barədə müraciətlə bağlı Xidmətin Abşeron ərazi şöbəsinin əməkdaşları tərəfindən yerində araşdırılan zamanı sözügedən ünvandan keçən neft kəmərlərindən 30-40 metrlik məsafədə yerləşən mövcud yaşayış binasına birləşdirməklə vətəndaş Cavabdeh1 tərəfindən dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid təqribən 26 kv.m torpaq sahəsində hüquqmüəyyənedici sənədləri olmadan əlavə tikinti işlərinin aparılması faktı təsdiqini tapmışdır. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/1248/2025 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri“ publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-32/2-1639/2025 nömrəli mütəxəssis rəyinə əsasən, neft kəmərindən 25.5 metr məsafədə, neft kəməri xəttinə perpendikulyar yerləşən 3 mərtəbəli yaşayış binasının orta hissəsində 1-ci mərtəbəsindəki 14 saylı mənzilə cavabdehlər tərəfindən artırma inşa edildiyi, ümumi sahəsi 68.1 kv olan, 3 otaqlı 14 saylı mənzilin neft kəmərindən 36 metr məsafədə yerləşdiyi, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın 14 saylı mənzilə aid olaraq mübahisəsi gedən ərazidə yerləşməsi, cavabdehlərin hüquqların dövlət qeydiyyatı haqqında çıxarışı olan, 3 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 14 saylı mənzilə qeydiyyata alınmamış artırma inşa edildiyi müəyyən olunmuşdur. -Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR PHŞ tərəfindən verilən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Rəşid Behbudov küçəsi ev 54, 14 nömrəli mənzil Cavabdeh2 məxsusdur. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Eyni zamanda hazırki iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi işin digər materialları ilə uyğunluq təşkil edir və məhkəmə tərəfindən mübahisəli tikilinin həqiqətən istismar olunan ixrac neft boru kəmərinin mühafizə zonasında yerləşməsini təsdiq edən sübut kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən iddia tələbinə münasibət bildirilməmişdən öncə iddiaçının həmin tələbin qaldırılması üçün subyektiv hüquqa malik olub-olmaması yoxlanılmalıdır. Belə ki, nuvorığaB.M˝ şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair˝ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarında qeyd edilir ki, ...˝ Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz...˝. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli, 844 saylı Fərmanı ilə təsdiq edilmiş "xxxx"nin: 2.1-ci bəndinə əsasən Şirkətin əsas məqsədi Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda, quru və dəniz sahələrində neft və qaz yataqlarının axtarışını, kəşfiyyatını, hazırlanmasını, işlənməsini, neftin, qazın, kondensatın hasilatını, nəqlini, emalını, neft-kimya sənayesinin inkişaf etdirilməsini, neft, neft-kimya və qaz məhsullarının paylanmasını, satışını, habelə istehlakçıların müvafiq enerji daşıyıcılarına olan tələbatının sabit və dayanıqlı ödənilməsi sahəsində (bundan sonra — sahə) müasir tələblərə cavab verən rəqabətə davamlı malların, işlərin və xidmətlərin təqdim olunmasını təmin etməkdən və gəlir əldə etməkdən ibarətdir. 2.4-cü bəndinə əsasən şirkət fəaliyyət növlərinin səmərəli həyata keçirilməsini təmin etmək üçün qanunazidd olmadan, aşağıdakılar barədə müstəqil qərar qəbul etmək səlahiyyətinə malikdir: Şirkətin strukturuna daxil olan qurumların illik iş proqramlarının yerinə yetirilməsi haqqında hesabatların təsdiq edilməsi və bu proqramlara uyğun olaraq, onların gəlir və xərclər smetasının müəyyənləşdirilməsi; Şirkətin strukturuna daxil olan qurumların balansında olan əmlaka münasibətdə sərəncam vermək hüququnun həyata keçirilməsi, o cümlədən həmin əmlakın balansdan balansa, icarəyə və istifadəyə verilməsi, Şirkətin iştirak etdiyi birgə layihələrə pay şəklində qoyulması, silinməsi (ləğv edilməsi), qiymətləndirilməsi, habelə təyinatının dəyişdirilməsi; Şirkətin və onun strukturuna daxil olan qurumların istifadəsi üçün ayrılmış torpaqların təyinatı üzrə istifadə edilməsi, bu torpaqlardan istifadə hüquqlarının strukturuna daxil olan qurumlara ötürülməsi və həmin torpaqların mülkiyyətçiyə geri qaytarılmasına müvafiq qaydada razılıq verilməsi; Şirkətin strukturuna daxil olan qurumların, nizamnamə kapitalındakı səhmlərinin (paylarının) nəzarət zərfi; Şirkətə məxsus olan müəssisələrin yanacaq-enerji resurslarının istehsalı (hasilatı), ötürülməsi (nəqli), paylanması və istehlakı sahəsində texnoloji itki, sərf və əməyin ödənilməsi normalarının, eləcə də sahə üzrə tətbiqi məcburi xarakter daşıyan digər daxili normativ sənədlərin hazırlanması, təsdiq və tətbiq edilməsi; HPBS-nin şərtlərinə əsasən podratçıların Azərbaycan tərəfinə təhvil verdikləri aktivlərin əvəzsiz olaraq mülkiyyətinə qəbul edilməsi, Şirkətin neft-qaz əməliyyatlarında istifadəsini davam etdirmək üçün Şirkətin strukturuna daxil olan qurumların balansına ötürülməsi; Şirkətin strukturuna daxil olan qurumların, səhmləri (payları) Şirkətə məxsus olan birgə müəssisələrin təsis sənədlərinə dəyişikliklərin edilməsi, Şirkətin payının azaldılması, artırılması və özgəninkiləşdirilməsi; xarici ölkələrdə nümayəndəliklərinin və filiallarının açılması, hüquqi şəxslərin yaradılması və bu təsisatlar vasitəsi ilə xaricdə əldə edilmiş aktivlərə münasibətdə sahiblik, istifadə və sərəncam hüquqlarının, habelə Şirkətin strukturuna daxil olan qurumlarda xarici iqtisadi əlaqələrə aid bütün məsələlərin təşkili, baxılması və həllinin mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 95.3-cü maddəsinə əsasən bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə˝ Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, №695 nömrəli Fərmanının 4.10-cü bəndinə əsasən həmin Məcəllənin .... 95.3-cü... maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Lakin bununla yanaşı məhkəmə hesab edir ki, hazırki iş üzrə Heydər Əliyev adına X5 balansında olan neft boru kəmərinin mühafizə zonasında aparılmış qanunsuz tikilinin sökülməsi tələbi ilə məhkəməyə müraciət etməkdə İdarənin subyektiv hüququ mübahisə olunmazdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin: 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında 02 noyabr 2004-cü il tarixli 167 nömrəli Qərarına əsasən ixrac neft boru kəmərlərinin marşrutu boyunca-boru kəmərinin oxunun hər tərəfindən 50 metrlik məsafə “Mühafizə Zonası”na aid edilir. “Mühafizə Zonası” ixrac boru kəmərinin təhlükəsiz istismarı və xidməti üçün şərait yaratmaq, həmçinin boru kəmərinin zədələnmə ehtimalının qarşısının alınması məqsədi ilə müəyyənləşdirilmişdir. “Mühafizə Zonası”nda Azərbaycan Respublikasının Energetika Nazirliyininvə Strateji Obyektlərin X2 (istismarçı təşkilatın rəyini almaqla) rəsmi icazəsi olmadan hər hansı tikinti işlərinin aparılması və həmin ərazinin digər məqsədlər üçün istifadə olunması qadağandır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mübahisələndirdiyi Abşeron rayonu, Xırdalan şəhəri, Rəşid Behbudov 54 ünvanda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən aparılmış mənzilə bitişik qanunsuz tikili Heydər Əliyev adına X6 məxsus neft məhsulu nəql olunan Dş-300 mm neft boru kəmərinin ”Mühafizə Zonası”nda kəmərdən 36 metr aralı məsafədə, yəni neft boru kəmərinin mühafizə zonasında yerləşir. Müəyyən edildiyi kimi, xüsusi şərtlərlə istifadə olunan ərazi zonasında, yəni mühafizə zonasında inşa edilmiş tikili öz mahiyyəti etibarilə qanuni tikili hesab edilə bilməz. Hazırki iş üzrə cavabdehlər nəinki lazımi icazələr almadan, üstəlik şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla qeyd edilən mənzilə bitişik özbaşına tikili inşa etmişdir. Məhkəmə tərəfindən həmçinin müəyyən edilmişdir ki, Cavabdeh2 məxsus mənzil deyil, qeyd edilən tikili (Abşeron rayonu, Xırdalan şəhəri, Rəşid Behbudov 54 ünvanında yerləşən 14 saylı mənzilə bitişik özbaşına tikinti) qanunsuz tikilmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 9-cu maddəsinə əsasən məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqların kateqoriyasında kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, xüsusi qorunan ərazilərin torpaqları, meşə fondu torpaqları, su fondu torpaqları, ehtiyat fondu torpaqlarının bölgüsü aparılmışdır. 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Göründüyü kimi, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqların tərkibində formalaşan mühafizə zonalarının məqsədi məhz əhalinin təhlükəsizliyinin təmin olunması məqsədi daşıyır. Bu kateqoriya torpaqların təyinatı yaşayış üçün sahələrin salınmasını nəzərdə tutmur və müəyyən edilən mühafizə zonasında yaşayış evinin tikintisi mühafizə zonasının əhəmiyyətini sıfra endirir. Bu isə məhz əhalinin təhlükəsizliyinin təmin edilməsi baxımından yolverilməzdir. Beləliklə, məhkəmə qanunvericiliyin qeyd edilən normalarını rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli, iddiaçı Heydər Əliyev adına X6 məxsus neft məhsulu nəql olunan Dş-300 mm neft boru kəmərinin ”Mühafizə Zonası”nda kəmərdən 36 metr aralı məsafədə Abşeron rayonu, Xırdalan şəhəri, Rəşid Behbudov 54 ünvanda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa edilmiş qanunsuz tikili (Abşeron rayonu, Xırdalan şəhəri, Rəşid Behbudov 54 ünvanında yerləşən 14 saylı mənzilə bitişik özbaşına tikinti) sökülməlidir. Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı Qərarının 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair˝ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarında deyilir ki, “... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir”. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün xx.xx.2024-cü il tarixdə ********** saylı qəbz əsasında dövlət büdcəsinə 100 manat dövlət rüsumu və mütəxəssis rəyi üçün 95 manat pul ödəmiş, eyni zamanda ekspertiza tədqiqatının dəyəri 100 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən qiymətləndirilməyən iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə ********** saylı qəbz əsasında ödənilmiş 100 manat məbləğində dövlət rüsumu və 95 manat mütəxəssis tədqiqatının dəyəri cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə, həmçinin ekspert tədqiqatının dəyəri kimi 100 manat pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Heydər Əliyev adına X6 məxsus neft məhsulu nəql olunan Dş-300 mm neft boru kəmərinin ”Mühafizə Zonası”nda kəmərdən 36 metr aralı məsafədə (neft boru kəmərinin mühafizə zonasında) Abşeron rayonu, Xırdalan şəhəri, Rəşid Behbudov 54 ünvanda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qanunsuz inşa edilmiş tikili (Abşeron rayonu, Xırdalan şəhəri, Rəşid Behbudov 54 ünvanında yerləşən 14 saylı mənzilə bitişik özbaşına tikinti) sökülsün. İddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi və 95 manat mütəxəssis tədqiqatının dəyəri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı Heydər Əliyev adına X6 ödənilsin. Aparılmış ekspertiza tədqiqatına görə 100 manat pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №e-2(012)-283/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-283/2025
30.06.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver