Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-285/2025 14.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı ARDNŞ Qaz İxrac İdarəsinin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı ARDNŞ Qaz İxrac İdarəsinin Cavabdeh qarşı özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və kəmərin mühafizə zonasının boşaldılması tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı ARDNŞ Qaz İxrac İdarəsi Cavabdeh qarşı özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və kəmərin mühafizə zonasının boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X1 balans və istismarında olan 1000/720 mm diametrli «Qaradağ KS-Digah-Şimal DRES» yüksək təzyiqli (45 atmosfer) yeraltı magistral qaz kəmərinin Abşeron rayonu, Mehdiabad qəsəbəsindən keçən hissəsində, 39 T 402496.30; 4482536.73 koordinatı üzrə qaz kəmərinin mühafizə zonasında, Cavabdeh tərəfindən qeyri qanuni inşa edilmiş daş hasarının onun hesabına sökülməsi, tikinti malmateriallarının qaz kəmərinin mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı “Qaz İxrac” İdarəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh – Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları»nın tələbləri pozularaq “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X1 balans və istismarında olan 1000/720 mm diametrli «Qaradağ KS-DigahŞimal DRES» yüksək təzyiqli (45 atmosfer) yerüstü magistral qaz kəmərinin Abşeron rayonu, Mehdiabad qəsəbəsindən keçən hissəsində, qaz kəmərinin mühafizə zonasında, 39 T 402496.30; 4482536.73 koordinatı üzrə daha dəqiqliklə qaz kəmərindən “44” metr məsafədə qanunsuz olaraq daş hasarı inşa edilmişdir. Tikintinin qarşısının alınması və mühafizə zonasında yerləşən tikililərin sökülərək ləğv edilməsi istiqamətində müvafiq tədbirlər görülməsi üçün tərəfimizdən rəsmi dövlət qurumlarına məlumat verilmişdir. xx.xx.2024-cü il tarixində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, ərazisində, 1000/720 mm diametrli «Qaradağ KS-Digah-Şimal DRES» yüksək təzyiqli (45 atmosfer) yeraltı magistral qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən, qaz kəmərinin «44» metrliyində qanunsuz olaraq daş hasar və fərdi yaşayış evi inşa edilməsi barədə X2 Xidmətinin əməkdaşları tərəfindən AKT tərtib edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”na əsasən, magistral qaz kəmərlərininmühafizə zonalarında hər hansı bir tikintiquraşdırma işlərinin aparılması qəti qadağandır Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək, məhkəmədən 1000/720 mm diametrli « Qaradağ KS-Digah-Şimal DRES» yüksək təzyiqli (45 atmosfer) yeraltı magistral qaz kəmərinin Abşeron rayonu, Mehdiabad qəsəbəsindən keçən hissəsində, 39 T 402496.30; 4482536.73 koordinatı üzrə qaz kəmərinin mühafizə zonasında, Cavabdeh 1000/720 mm diametrli « Qaradağ KS-Digah-Şimal DRES» yüksək təzyiqli (45 atmosfer) yeraltı magistral qaz kəmərinin Abşeron rayonu, Mehdiabad qəsəbəsindən keçən hissəsində, 39 T 402496.30; 4482536.73 koordinatı üzrə qaz kəmərinin mühafizə zonasında, Cavabdeh qeyri qanuni inşa edilmiş daş hasarın onun hesabına sökülməsi, tikinti mal-materiallarının qaz kəmərinin mühafizə zonasından çıxarılması, ödənilmiş dövlət rüsumunun və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 95,00 (doxsan beş) manat pulun cavabdehdən tutularaq iddiaçı tərəfə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı ARDNŞ Qaz İxrac İdarəsinin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə edib məhkəmədən onun təmin edilməsini xahiş etdilər. O, bildirdi ki, cavabdeh 2024-cü ildə şirkətə müraciət edib və ona cavab verilib ki, cavabdehin torpağının bir hissəsi mühafizə zonasına düşür. Tələb mühafizə zonasına düşən hasarın sökülməsi ilə bağlıdır. Ev ilə bağlı heç bir iddia yoxdur. Bundan əlavə mütəxəssis tərəfindən yerli baxış əyani şəkildə keçirilməyib yalnız elektron sistemə uyğun olaraq rəy verilib. Odur ki, rəylə razı deyil. Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirdi ki, o, torpağı alanda torpaq sahəsinin çıxarışı olub. Daha sonra həmin torpaq sahəsində ev tikmişdir. O, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyərək, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən torpaq sahəsi barədə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (SOCAR) daxil olmuş (qeydiyyat: 14- 2/1- Ə-30xx-xx/2024 nömrəli, xx.xx.2024-cü il tarixli) ərizənizə baxılmış, qoşmada olan **********27 reyestr nömrəli torpaq sahəsinin xx.xx.2010-cu il tarixli AA-024065 nömrəli planı və ölçüsü sənədində göstərilən koordinatlar əsasında müvafiq araşdırma aparılmışdır. Həmin koordinatların WGS 84/UTM zona 39N koordinat sistemində yoxlanılması nəticəsində müəyyən olunmuşdur ki, sözügedən 600 m2 torpaq sahəsinin X 402496.3009, 402495.8600, 402478.2500, 402478.7934 , Y 4482536.7329, 4482531.2400 4482532.1100, 4482538.0793 koordinatlarında olan 102 m2 hissəsi SOCAR-ın Qaz İxrac İdarəsinin Abşeron Magistral X1 istismarında olan “Qaradağ KS- Digah-Şimal DRES” magistral qaz kəmərinin (Ø1020 mm, yeraltı, layihə təzyiqi 4,5 MPa (45 kqq/sm2 ), istifadəyə verildiyi tarix 2004-cı il) 44 metrlik məsafəsində, “Digah QPS- Novxanı QPS” yüksək təzyiqli qaz kəmərinin isə (Ø530 mm, yerüstü, layihə təzyiqi 1,2 MPa (12 kqq/sm2 ), istifadəyə verildiyi tarix 1966-cı il) 49 metrlik məsafəsində mühafizə zonası daxilində, X 402478.7934, 402481.3900, 402498.5900, 402496.3009 Y 4482538.0793, 4482566.6000, 4482565.2500, 4482536.7329 koordinatlarda olan 498 m2 hissəsi isə mühafizə zonası xaricində yerləşir. İşdə olan Azərbaycan Respubliası ƏMDK yanında DƏDRX-nın xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın surətindən görünür ki, ünvan 1 ərazisində yerləşən yaşayış məntəqələri təyinatlı 0.06 ha torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-32/2-18362/2024 nömrəli mütəxəssis rəyindən görünür ki, Necas elektron məlumat bazasına əsasən Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi qaz kəmərinin mühafizə zolağında yerləşdiyi, **********27 reyestr nömrəli çıxarışla Cavabdeh sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü, Necas elektron məlumat bazasına əsasən **********27 reyestr nömrəli çıxarışla Cavabdeh sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi qaz kəmərinin mühafizə zolağında yerləşdiyi, **********27 reyestr nömrəli çıxarışla Cavabdeh sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi mübahisəli əraziyə aid olduğu müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/9973 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Necas elektron məlumat bazasına əsasən Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi qaz kəmərinin mühafizə zolağında yerləşdiyi, **********27 reyestr nömrəli çıxarışla Cavabdeh sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü, Necas elektron məlumat bazasına əsasən **********27 reyestr nömrəli çıxarışla Cavabdeh sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi qaz kəmərinin mühafizə zolağında yerləşdiyi, **********27 reyestr nömrəli çıxarışla Cavabdeh sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi mübahisəli əraziyə aid olduğu müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. İşdən görünür ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsi Cavabdeh tərəfindən qeyri-qanuni inşa edilmiş daş hasarın Abşeron Magistral X1 balans və istismarında olan 1000/720 mm diametrli «Qaradağ KS-Digah-Şimal DRES» yüksək təzyiqli (45 atmosfer) yeraltı magistral qaz kəmərinin Abşeron rayonu, Mehdiabad qəsəbəsindən keçən hissəsində, 39 T 402496.30; 4482536.73 koordinatı üzrə qaz kəmərinin mühafizə zonasında yerləşdiyini iddia edir. Bu zaman idarə onun işçiləri tərəfindən tərtib edilmiş məlum akta istinad etmişdir. Mübahisənin daha obyektiv həll edilməsi məqsədilə Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Yuxarıda da qeyd olunduğu kimi, həm mütəxəssis, həm də ekspert rəyləri ilə müəyyən edilmişdir ki, Necas elektron məlumat bazasına əsasən Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi qaz kəmərinin mühafizə zolağında yerləşir, **********27 reyestr nömrəli çıxarışla Cavabdeh sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür, Necas elektron məlumat bazasına əsasən **********27 reyestr nömrəli çıxarışla Cavabdeh sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi qaz kəmərinin mühafizə zolağında yerləşdiyi, **********27 reyestr nömrəli çıxarışla Cavabdeh sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi mübahisəli əraziyə aiddir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ünvan 1 ərazisində yerləşən yaşayış məntəqələri təyinatlı 0.06 ha torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir və buna dair ona Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarış verilmişdir. Hazırda bu çıxarış qüvvədədir və hər hansı qaydada ləğv edilməmişdir. Mülki Məcəllənin 139-1.1.5-ci maddəsinə görə 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Göründüyü kimi, Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinə hüququ Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışı ilə qeydə alınmışdır. Həmin çıxarış hazırda qüvvədə olduğundan məhkəmə hazırki iddianın təmin edilməməsi nəticəsinə gəlir. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 146.1 və 146.2-ci maddələrinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır İstinad olunan hüquq normalarının dispozisiyasından göründüyü kimi, qanunverici torpaq sahəsi üzərində hüquqların (o cümlədən icarə hüququnun) yaranmasını onun müvafiq qaydada qeydiyyata alınması ilə şərtləndirir. Bu normaların mənasına görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Göstərilən hüquq normalarını daha geniş təsvir edən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur və onların fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi müddəaları haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 fevral 2003-cü il tarixli qərarının 3-cü bəndində göstərilir ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Həmin qərarın 6-cı bəndində göstərilir ki, Torpaq Məcəlləsinin 78-ci və Mülki Məcəllənin 139-cu maddələrinə müvafiq olaraq torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı məcburidir. Torpaq üzərində hüquqlar (mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ), habelə alqı-satqı, ipoteka, bağışlama müqavilələri, torpaqla bağlı digər əqdlər və vərəsəlik hüququ haqqında şəhadətnamə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyata alınmalıdır. Torpaq sahəsi üzərində hüquqlar müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair şəhadətnamə, torpağın müvəqqəti istifadəsi haqqında şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. Daha öncə qeyd olunduğu kimi, Cavabdeh mübahisəli əraziyə mükiyyət hüququnu Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verimiş çıxarış ilə qeydə alındığından, eləcə də həmin sənəd mübahisələndirilmədiyindən və hazırda da qüvvədə olduğundan hazırki iddanın təmin edilməsindən söhbət gedə bilməz. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs kostitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırki halda məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları hazırki mərhələdə sübut edə bilməmişlər. Ona görə də məhkəmə iddianın əsasını formal mülahizələr kimi qəbul edir. Beləliklə, məhkəmə sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ARDNŞ Qaz İxrac İdarəsinin Cavabdeh qarşı özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və kəmərin mühafizə zonasının boşaldılması barədə iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri kimi 50 manat pul ARDNŞ Qaz İxrac İdarəsindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Mütəxəssis tədqiqatının aparılması üçün ödənilmiş vəsait iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №e-2(012)-285/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-285/2025
14.03.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver