Məhkəmə qərarları › İş №e-2(012)-2863/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2863/2022

06.10.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2863/2022 06.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Abşeron rayon 2 saylı Notariat Ofisinin xüsusi notariusu X17 qarşı qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi və miras payının yenidən bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Abşeron rayon 2 saylı Notariat Ofisinin xüsusi notariusu X17 qarşı qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi və miras payının yenidən bölünməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayon 2 saylı Notariat Ofisinin xüsusi notariusu X20 tərəfindən Cavabdeh1 adına xx.xx.2019-cu il tarixdə 2V-63 nömrə ilə qeyd edilmiş və Cavabdeh3 adına xx.xx.2015-ci il tarixdə 2V-1-23 nömrə ilə qeyd edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin ləğv edilməsi və iddiaçının məcburi payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra, İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 cavabdehlər qismində mülki işə cəlb edilməsini, eyni zamanda, iddia tələblərinin qalan hissədə saxlanılmaq şərtilə onun qanun üzrə 1/6 hissədə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı mərhum X7 övladıdır. X14 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. xx.xx.2015-ci il tarixdə Abşeron rayon 2 saylı notariat ofisində 2V-1-23 reyestr nömrə və xx.xx.2019-cu il tarixdə 2V-63 reyestr nömrə ilə təsdiq edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” vərəsəlik işi açılmışdır. Vərəsəlik işi açılanda İddiaçı vərəsəliyə dəvət edilməmiş və bununla da onun hüquqları pozulmuşdur. Belə ki, mərhum X7 miras əmlakı kimi ünvan 1ində xüsusi mülkiyyətdə olan ümumi sahəsi 0.06 ha torpaq sahəsi və ** BG *** dövlət nömrə nişanlı “Oka” markalı avtomobil qalmışdır. Məhkəmə prosesi zamanı məlum olmuşdur ki, mərhum X7 iddiaçı da daxil olmaqla, 6 vərəsəsi vardır. Notariat ofisi bunları dəqiqləşdirmədən qanun üzrə vərəsəlik şəhadətnaməsi vermişdir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, mərhum X3 6 övladı olmaqla, onlar 4 qardaş və 2 bacıdırlar. X3 vəfatından sonra 6 ay ərzində miras əmlakı qəbul etməli olduğu halda, elə bilmişdir ki, atasının adına olan bütün əmlaklar elə atasının adında qalmışdır. xx.xx.2022-ci il tarixdə cavabdehlər ona sənədi təqdim etmişlər və bundan sonra, məlum olmuşdur ki, 0.43 ha bağ sahəsinin yarısı onun məlumatı olmadan satılmışdır. Qalan hissədə torpaq sahəsinin isə atasının mülkiyyətində olduğunu zənn etmişdir. Miras əmlak olaraq qəbul edilmiş ünvan 2ində yerləşən 0.06 ha torpaq sahəsinin olması barədə isə ümumiyyətlə, məlumatlı olmamışdır. Arxiv sənədlərini axtaranda həmin sənədlər əsasında müəyyən etmiş, “Oka” markalı avtomobilin də atasının mülkiyyətində qaldığını zənn etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, iddiaçı olan qardaşı İddiaçı 40 ildir ki, atasını saymamışdır. X5 yataq xəstəsi olmuşdur. Atası ona etibarnamə vermiş, əmlakın satışını o, həyata keçirmiş və əldə olunmuş pul vəsaitləri atasının sağlamlığına, dərman vəsaitlərinin alınmasına, yas mərasiminin keçirilməsinə sərf olunmuşdur. Lakin iddiaçı həmişə atasını təhqir etmişdir ki, bütün bunlardan da onların məlumatı vardır. Məhkəmə iclasında Cavabdeh3 iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, İddiaçı onun qardaşı olsa da, miras qalmış əmlaka münasibətdə onun da məcburi payının olmasını bilmirdi, bilmiş olsa da iddiaçı olan qardaşını məcburi şəkildə gətirmək belə mümkün deyildir. Qardaşının onlarla hər hansısa bir şəkildə ünsiyyəti yox idi. Belə ki, miras əmlak olan avtomobil onun tərəfindən satılan zaman qeydiyyatda bacısı, nəvəsi və kürəkəni olmuşdur. Onlar ona razılıq vermişlər. Həmin avtomobilin satışından əldə olunmuş pul vəsaitini isə belə razılaşmışlar ki, qəbir daşı düzəltdirsinlər. Lakin qəbir daşının düzəltdirilməsi üçün avtomobilin satışından əldə olunmuş pul vəsaiti kifayət etməmiş, bu səbəbdən də bacı-qardaş hamısı pul düzəltməyə dair razılığa gəlmiş, lakin iddiaçı bu razılaşmada iştirak etməmişdir. Məhkəmə iclasında Cavabdeh4 iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, iddia tələbi ilə qəti şəkildə razılaşmır və digər cavabdehlərin dediklərini həqiqətə uyğun hesab edir. İddiaçı onun atasını heç vaxt saymamış, indi də təhqiramiz ifadələr işlədir. Məhkəmə iclasında Cavabdeh5 iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, cavabdehlərin dedikləri ilə razılaşır. Məhkəmə iclasında Cavabdeh6 iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, cavabdehlərin dediklərini həqiqətə uyğun hesab edir. İddiaçı atasını saymayıb, ona oğulluq etməmiş, təhqiramiz ifadələr işlətmiş, indi də valideynlərini daima təhqir edir. Cavabdeh Abşeron rayon 2 saylı Notariat Ofisinin xüsusi notariusu X17 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən, təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron rayonu 2 saylı notariat kontorunun notariusu G.İ.Məsimova tərəfindən təsdiq edilmiş xx.xx.2015-ci il tarixli 2V-1-23 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin surətindən görünür ki, xx.xx.2013-cü il tarixdə vəfat etmiş X7 vərəsəsi Cavabdeh3 miras əmlakdan bütünlüklə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak AA 659422 nömrəli, xx.xx.2005-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən, buraxılış ili 2005-ci il olan ** BG *** qeydiyyat nişanlı, “Oka” minik markalı avtomaşından ibarətdir. Vərəsəlik işinin nömrəsi 22 nömrədir. -Abşeron rayonu 2 saylı notariat kontorunun notariusu G.İ.Məsimova tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli 2V-63 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin surətindən görünür ki, xx.xx.2013-cü il tarixdə vəfat etmiş X7 vərəsəsi Cavabdeh1 miras əmlakdan 1/1 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixdə X8 verilmiş **********28 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsindən ibarətdir. Vərəsəlik işinin nömrəsi 29 nömrədir. -AA № 659422 saylı xx.xx.2005-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2005-ci il buraxılışlı ** BG *** dövlət qeydiyyat nişanlı “Oka” minik markalı avtomobil X7 mülkiyyətindədir. -Abşeron rayon 2-ci Dövlət notariat kontorunun dövlət notarisu G.İ.Məsimova tərəfindən təsdiq olunmuş xx.xx.2007-ci il tarixli AR-İ № 035186 saylı 7E-8-2354 reyestr nömrəli etibarnamənin surətindən görünür ki, X4 rayonu Masazır Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 59 saylı sərəncamına əsasən, ona ayrılmış Abşeron rayon Masazır kəndində yerləşən 0.06 ha torpaq sahəsinə dair satmağı, bağışlamağı, özəlləşdirməyi, sərəncam verməyi, üzərində tikinti aparmağı, adından ərizə verməyi, ona aid olan sənədləri aidiyyəti idarələrdən qəbul etməyi, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə nümayəndəsi olmağı Cavabdeh1 etibar etmiş, etibarnaməni on il müddətinə xx.xx.2017-ci il tarixədək etibar etmişdir. -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli AZ-İ № 876315 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2013-cü il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 594 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 2i ünvanında yerləşən 0.06 ha torpaq sahəsi X7 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 1010 saylı reyestr kitabının 52 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********28 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Abşeron rayon 2 saylı Notariat Ofisinə Cavabdeh4, Cavabdeh3 tərəfindən ünvanlanmış xx.xx.2019-cu il tarixli, Cavabdeh5 və Cavabdeh6 tərəfindən ünvanlanmış xx.xx.2019-cu il tarixli ərizələrdən görünür ki, onların mərhum ataları X14 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Ölümündən sonra ondan ünvan 1i ünvanında yerləşən 0.06 ha torpaq sahəsi miras qalmışdır. Həmin miras torpaq sahəsindən onlara düşən qanun üzrə vərəsəlik payını qəbul etməmiş və onlara düşən miras torpaq sahəsindən qardaşları Cavabdeh1 xeyrinə imtina etmişlər, gələcəkdə itrilmiş müddətin bərpası üçün heç bir məhkəmə orqanlarına iddia ərizəsi ilə müraciət etməyəcəklərini bildirmişlər. -Cavabdeh1 Abşeron rayonunun notariusu G.İ.Məsimovaya ünvanlandığı xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, Cavabdeh1 vəfat etmiş X5ndan miras qalmış ünvan 2ində yerləşən 0.06 ha torpaq sahəsindən ibarət əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmiş və ondan savayı, başqa vərəsələrin olmadığını bildirmişdir. -xx.xx.1958-ci il tarixli İ-ИE № 870694 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 399 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, X5, anası Suqra Əbülfəz qızıdır. -Abşeron rayon İcra Hakimiyyəti 1 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsi tərəfindən verilmiş 2018-ci il oktyabr ay tarixli 1001 saylı arayışdan görünür ki, xx.xx.2013-cü il tarixdə vəfat etmiş X14 ölümünə qədər Abşeron rayonu Xırdalan şəhəri 28-ci məhəllə 6 saylı evin 84 saylı mənzilində qeydiyyatda olmuş aşağıdakı adları qeyd olunan şəxslər - ailə üzvləri ilə birlikdə yaşamışdır: 1927-ci il təvəllüdlü həyat yoldaşı Suqra Əbülfəz qızı (2006-cı ildə vəfat edib), qızı 1957-ci il təvəllüdlü Cavabdeh5, 1964-cü il təvəllüdlü X19 və 1994-cü il təvəllüdlü nəvəsi X15 ilə birlikdə yaşamış və qeyd olunan arayış Abşeron rayon Notariat Kontoruna təqdim edilmişdir. -Abşeron 2 saylı Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli 243 saylı məktubdan görünür ki, vərəsəlik işləri açılan zaman vərəsələrin dairəsini müəyyən etmək üçün verilən arayışlarda ərizəçinin adı (oğlu olması barədə) olmadığından ona qanun üzrə vərəsəlik payı düşməmişdir. xx.xx.2013-cü il tarixdə vəfat etmiş mərhum X5ndan miras qalmış əmlaklardan düşən vərəsəlik payının tanınması üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, Muradov X18 rayonu Xırdalan şəhəri 26-cı məhəllə, 5 saylı evin 8 saylı mənzilində, Muradov X11 rayonu Xırdalan şəhəri Ə.Əsgərov küçəsi 7C saylı evdə, Muradov X12 rayonu Xırdalan şəhəri Q.Musabəyov küçəsi 5 saylı evin 22 saylı mənzilində, Cavabdeh5 Abşeron rayonu Masazır ərazi dairəsi Masazır kəndi Naxçıvani küçəsi 12A saylı evdə, Cavabdeh6 Abşeron rayonu Xırdalan şəhəri Mirqasımov küçəsi 40 saylı evdə qeydiyyatdadır. -Müvəqqəti yaşamaq üçün icazə vərəqəsindən görünür ki, Rusiya Federativ Respublikasının vətəndaşı olan X21 rayonu Qobu qəsəbəsi ünvanına müvəqqəti qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Qanunun tələblərinə istinad edərək, məhkəmə qeyd edir ki, vərəsəlik hüququna təminat vəsiyyət edə bilmə ilə yanaşı, vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı da ehtiva edir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar, tərəflərin izahatı əsasında müəyyən olunmuşdur ki, mərhum X7 Suqra Əbülfəz qızı ilə birgə nikah münasibətlərindən İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Əhmədova (Muradova) Xuraman Dadaş qızı və Cavabdeh6 anadan olmuşdur. Tərəflərin ataları X14 xx.xx.2013-cü il tarixdə vəfat etmiş və vəfatından sonra ünvan 2ində yerləşən mərhumun xüsusi mülkiyyətində olmuş 0.06 ha torpaq sahəsi və ** BG *** qeydiyyat nişanlı, “Oka” minik markalı avtomaşın miras əmlak olaraq qalmışdır. Mülki iş materiallarından göründüyü kimi, ünvan 2ində yerləşən 0.06 ha torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli RX seriyalı ******* saylı, ********** qeydiyyat nömrəli, **********28 reyestr nömrəli çxarış əsasında, ** BG *** qeydiyyat nişanlı, “Oka” minik markalı avtomaşın isə AA № 659422 saylı xx.xx.2005-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi əsasında mərhumun mülkiyyətində olmuşdur. Beləliklə də, miras əmlak olaraq qalmış torpaq sahəsi və avtomaşına münasibətdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmiş və Abşeron rayonu 2 saylı notariat kontorunun notariusu G.İ.Məsimova tərəfindən təsdiq edilmiş xx.xx.2015-ci il tarixli 2V-1-23 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən, ** BG *** qeydiyyat nişanlı, “Oka” minik markalı avtomaşına münasibətdə mərhumun vərəsəsi Cavabdeh3, xx.xx.2019-cu il tarixli 2V-63 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən isə ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinə münasibətdə Cavabdeh1 vərəsəlik hüququ qeydə alınmışdır. Hazırda, İddiaçı onun mərhumun oğlu kimi vərəsəlik hüququnun pozulduğunu iddia edərək qeyd olunan şəhadətnamələrin ləğv edilməklə miras qalmış əmlaklara münasibətdə vərəsəlik payının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ilkin növbədə, İddiaçı iddia tələbi irəli sürməyə subyektiv hüququnun olubolmamasına hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Beləliklə, yuxarıda qeyd olunduğu kimi, İddiaçı ailənin üzvü olaraq mərhum X7 oğludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 1159.1.1. maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. İddiaçı mərhum X7 xx.xx.2013cü il tarixdə vəfatından sonra miras əmlaka vərəsə olmaq hüququnun müəyyən edilməsi üçün aidiyyəti notariat qurumuna müraciət etmiş, lakin Abşeron 2 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 243 saylı məktubu əsasında, iddiaçının notariusa təqdim edilmiş sorğuya əsasən, vərəsələr sırasında adı olmadığından ona qanun üzrə vərəsəlik payının düşmədiyi, bu səbəbdən də məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə də, miras qalmış əmlaka münasibətdə vərəsəlik payının müəyyən olunmasına dair vərəsələr arasında mübahisə yarandığından iddiaçının məhkəmə qaydasında hüquqlarının müdafiəsi üsulu yaranmışdır. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun: 40-cı maddəsinə əsasən, hərəkətin aparılması qanuna zidd olduqda notarius və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər notariat hərəkətlərini aparmaqdan imtina etməlidirlər. 55-ci maddəsinə əsasən, açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. 58-ci maddəsinə əsasən, vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. 59-cu maddəsinə əsasən, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Mülki iş materiallarına əlavə olunmuş Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamələrdən göründüyü kimi, Abşeron rayonu 2 saylı notariat kontorunun notariusu G.İ.Məsimova tərəfindən təsdiq edilmiş xx.xx.2015-ci il tarixli 2V-1-23 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən, xx.xx.2013-cü il tarixdə vəfat etmiş X2 miras qalmış ** BG *** qeydiyyat nişanlı, “Oka” minik markalı avtomaşın üzərində Cavabdeh3, xx.xx.2019-cu il tarixli 2V-63 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən isə ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsi üzərində Cavabdeh1 vərəsəlik hüququ tanınmışdır. Belə ki, mülki iş materiallarına əlavə olunmuş, eyni zamanda, məhkəmənin sorğusu əsasında Abşeron rayon 2 saylı Notariat ofisindən daxil olmuş xx.xx.2022-ci il tarixli 272 saylı notariat işi materiallarından göründüyü kimi, iddiaçının ailə üzvləri olan cavabdehlər, yəni Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli ərizələri əsasında, mərhum atalarından miras qalmış torpaq sahəsinə münasibətdə onlara çatası paydan qardaşları Cavabdeh1 xeyrinə imtina etmişlər. Bununla yanaşı, 1 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsi tərəfindən verilmiş arayış əsasında, X7 ölümünə qədər Abşeron rayonu Xırdalan şəhəri 28-ci məhəllə 6 saylı evin 84 saylı mənzilində qeydiyyatda olmuş həyat yoldaşı Suqra Əbülfəz qızı, qızı Cavabdeh5, kürəkəni X19 və nəvəsi X15 ilə birlikdə yaşaması müəyyən edilmiş, Cavabdeh1 isə Abşeron rayonun notariusuna ünvanlandığı xx.xx.2019-cu il tarixli ərizə əsasında, atasından miras qalmış torpaq sahəsinin olduğunu qeyd edərək, ondan savayı vərəsə olmadığını bildirmişdir. Beləliklə də, notariusa təqdim olunmuş ərizə və arayışlar əsasında İddiaçı adı vərəsə kimi çəkilməmiş, notarius isə həmin sənədlərlə kifayətlənərək yuxarıda qeyd olunmuş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir ki, bununla da qanunvericiliyin tələbləri pozulmuşdur. Eyni zamanda, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 102. bəndinə əsasən, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə, habelə bu Təlimatın 13-cü hissəsinin altıncı abzasına uyğun miras qoyanın ölümü faktını, mirasın açıldığı vaxtı və yeri, şəhadətnamə verilməsi haqqında ərizə vermiş şəxslərin miras qoyanla qohumluq münasibətlərini, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri müvafiq sübutlar tələb etmək yolu ilə yoxlayır. Mülki Məcəllənin: 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə, Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mülki qanunvericilik miras əmlakın başqa şəxslərə keçməsinin iki növünü təsbit etmişdir. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Vəsiyyət üzrə vərəsəlik zamanı vəsiyyət etmək azadlığı prinsipindən irəli gələrək miras əmlak miras qoyanın iradəsinə əsasən vəsiyyətnamədə göstərilən şəxslərə keçir. O da nəzərə alınmalıdır ki, vəsiyyət etmək azadlığı mütləq deyil və vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq birinci növbə vərəsələrin məcburi pay tələb etmək hüququ ilə məhdudlaşdırılmışdır. Göründüyü kimi, vərəsəlik institutu ailə və əmlak hüquq normalarının spesifik xüsusiyyətlərini özündə əks etdirir. Bu həmin instituta aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də iradə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında ifadə olunur. Məhkəmə mülki iş materiallarına əlavə olunmuş sənədlər əsasında qanunvericiliyin tələblərinə, həmçinin, Plenum Qərarındakı hüquqi mövqeyə istinad edərək qeyd edir ki, notariat qurumu qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verərkən cavabdehin miras qalmış torpaq sahəsinə münasibətdə imtina ərizəsi olması ilə, eyni zamanda, Mənzil Kommunal İstehsalat İstismar Sahəsi tərəfindən verilmiş arayışla kifayətlənərək torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermiş, avtomobilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən isə ümumiyyətlə, mərhum şəxsin başqa vərəsələrinin olub-olmamasını müəyyən etmədən sözügedən sənədi vermişdir ki, bu da vərəsə olmaq hüququna sahib olan iddiaçının da hüquqlarının pozulması ilə nəticələnmişdir. Göründüyü kimi, Qanun üzrə vərəlik hüququ haqqında şəhadətnamələr qanunvericiliyin tələblərinə zidd şəkildə qəbul edilməklə qüsurlu olduğundan göstərilən hallar həmin sənədlərin ləğvi üçün də əsasdır. Məhkəmə qanunun tələblərinə, Konstitusiya Məhkəməsinin Plenum Qərarındakı hüquqi mövqeyə istinad edərək qeyd edir ki, mərhum X1 miras əmlakla bağlı vəsiyyətnamə vermədiyindən sözügedən əmlaklar üzərində mülki iş üzrə tərəflər hər biri, yəni mərhumun övladları - İddiaçı, cavabdehlər - Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 bərabər pay hüquqlu vərəsələr sayıldığından, miras əmlaklar bərabər şəkildə tərəflər arasında bölünməli, yəni hər birinin 1/6 hissədə payları müəyyən edilməlidir. Beləliklə, məhkəmə qanunun tələblərini, mülki iş materiallarını paralel şəkildə qiymətləndirib belə qənaətə gəlir ki, iddia ərizəsi təmin edilməli, Abşeron rayonu 2 saylı notariat kontorunun notariusu G.İ.Məsimova tərəfindən təsdiq edilmiş xx.xx.2015-ci il tarixli 2V-1-23 reyestr nömrəli və xx.xx.2019-cu il tarixli 2V-63 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələr ləğv edilməli, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 miras əmlak olan ünvan 2ində yerləşən 0.06 ha torpaq sahəsi və ** BG *** qeydiyyat nişanlı, “Oka” markalı minik avtomaşına münasibətdə hər birinin 1/6 hissədə payları müəyyən edilməlidir. İnsan hüquqlarının və X9 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Mülki Prosessual Məcəllənin 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı Qərarının 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 4, 7, 14, 36, 77, 88, 149, 150 və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə,

QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Abşeron rayonu 2 saylı notariat kontorunun notariusu G.İ.Məsimova tərəfindən təsdiq edilmiş xx.xx.2015-ci il tarixli 2V-1-23 reyestr nömrəli və xx.xx.2019-cu il tarixli 2V-63 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələr ləğv edilsin. X2 miras qalmış ünvan 2ində yerləşən 0.06 ha torpaq sahəsinə və ** BG *** qeydiyyat nişanlı, “Oka” markalı minik avtomaşına münasibətdə İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 hər birinin 1/6 hissədə vərəsəlik payları müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar