Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2898/2024 20.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Abşeron rayon 2 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh1 qarşı «vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, miras əmlakın vərəsəsi qismində tam şəkildə qəbul edilməsi, miras əmlak üzərində yalnız iddiaçının hüquqlarının tanınması və yeni vərəsəlik şəhadətnaməsinin verilməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu 2 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh1 tərəfindən Cavabdeh2 17 oktyabr 2018-ci ildə, saat 17:34-də verilmiş 2V-126 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ünvanlayaraq, Abşeron rayonu 2 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh1 tərəfindən Cavabdeh2 17 oktyabr 2018-ci ildə, saat 17:34-də verilmiş 2V-126 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, İddiaçı anası X1 qalmış miras əmlakın vərəsəsi qismində iddiaçı tərəfindən tam şəkildə qəbul edilməsi, miras əmlak üzərində yalnız iddiaçının hüquqlarının tanınması və bu barədə iddiaçıya yeni Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, onun anası Zərnişan Mirzəyeva 26 iyul 2011-ci il tarixdə vəfat etmiş və anasının ölümü ilə əlaqədar AZ-İ 490890 seriya nömrəli şəhadətnamə verilmişdir. Anası vəfat etdikdən sonra sağ qalmış digər ailə üzvləri mirasdan onun xeyrinə imtina etmişdir. Rəna isə imtina etmək qarşılığında anasından onlara miras qalmış 8 sot torpaq sahəsini və bununla yanaşı, anasından qalmış qızıl-zinət əşyalarını, sep, hil üzük, saat, anasının “matkiroy” medalını götürmüş və bildirmişdir ki, həmin torpaq sahəsi və qızıl-zinət əşyalarının qarşılığında ünvan 2 ünvanında yerləşən 22 N-li əmlakdan imtina edəcəkdir. Yəni onun istəyi ilə aralarında elə bölgü olmuşdur. Qeyd edir ki, mübahisəli torpaqda və həmin torpaq sahəsinin üzərindəki evdə hər zaman o və ailəsi anası ilə birlikdə yaşamışlar, Cavabdeh2 isə qeyd etdiyi kimi hətta anasının vəfatından öncə o evi tərk etmiş, anasının necə, hansı vəziyyətdə öldüyündən xəbəri belə olmamış, belə ki, cavabdeh onlara hər zaman yad kimi olmuşdur. xx.xx.2018-ci il tarixli, **********169 nömrəli ərizədən də göründüyü kimi cavabdeh rəsmi qaydada bildirmişdir: “Mən, Cavabdeh2, yazıb sizə bildirirəm ki, xx.xx.2011-ci il tarixdə vəfat etmiş mərhum anam X2 vəfatından sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlakının mənə çatası hissəsini qəbul etməmişəm, etmirəm və bu barədə gələcəkdə hər hansı bir iddia qaldırmayacağam. Notarius tərəfindən mənə izah edildi ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1268-ci maddəsinə uyğun olaraq mirasdan imtina etmək barədə ərizə geri götürülə və ya ləğv edilə bilməz və mirasdan imtina etməklə mən, nədə ifadə etməsindən və harada yerləşməsindən asılı olmayaraq bütün miras əmlakdan imtina etmiş oluram”. Ərizənin məzmunundan da göründüyü kimi cavabdeh öz azad iradəsi ilə mirasdan imtina etmişdir. Belə olan halda mübahisə predmeti olan, anasından miras qalmış əmlaka dair vərəsəlik şəhadətnaməsinin olduğunu deməsi qanunvericiliyin tələblərinə ziddir. Çünki sözügedən ərizə ilə Cavabdeh2 əmlakdan rəsmi qaydada imtina etmişdir. Ərizənin olduğu halda Cavabdeh2 vərəsəliklə bağlı hər hansı şəhadətnamənin verilməsi mübahisə doğurur ki, qanunvericiliyə uyğun olaraq həmin ½ paylara nisbətdə verilmiş şəhadətnamə etibarsız hesab edilərək onun tək payçı olaraq mirası qəbul etməsi və adına yeni vərəsəlik şəhadətnaməsinin verilməsi zəruridir. Şəhadətnamədən rəsmi qaydada 2023-cü ilin iyul ayında Sumqayıt Apellyasiya Məhkəməsində xəbəri olandan sonra dəfələrlə müraciət etməsinə baxmayaraq vərəsəlik işi, eləcə də sözügedən şəhadətnamə ona verilməmiş, o cümlədən məhkəmə sorğularına baxmayaraq həmin materiallar da məhkəməyə təqdim edilməmişdir. Belə ki, Cavabdeh2 2022-ci ildə Abşeron Rayon Məhkəməsinə müraciət edərək yaşamağa evinin olmadığını, uşağının səhhətini bəhanə edərək onun evinə köçməklə bağlı iddia qaldırmışdır. Bununla yanaşı məhkəməyə sözlə bildirmişdir ki, guya ona xx.xx.2018-ci il tarixli Abşeron rayonu 2 saylı notariat ofisi tərəfindən Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətənamə verilmiş və mübahisə predmeti olan ünvan 2 ünvanında yerləşən 22 №-li evin ½ hissəsi miras olaraq payı təsdiq edilmişdir. Cavabdeh bu formada məhkəmədə iddia etsə də məhkəmə tərəfindən, eləcə də özü tərəfindən aidiyyəti qaydada notariusa sorğu verilmiş, lakin notariat ofisi heç bir cavab verməmişdir. Bununla yanaşı məhkəmə tərəfindən aidiyyəti qaydada DƏDRX 4 saylı Abşeron Ərazi İdarəsinə sorğu verilmiş və müəyyən edilmişdir ki, həmin evin yerləşdiyi torpaq sahəsinin sənədləri olsa da həmin torpaq sahəsinin üzərində tikilmiş ev qeydiyyata alınmamış və bu günə kimi də anasının adına qeydiyyatdadır. Əgər cavabdehin adına, həqiqətən, sözügedən şəhadətnamə 2018-ci ildə qanuni şəkildə verilmiş olsaydı və cavabdeh də həmin torpaq sahəsini qanuni şəkildə vaxtında əldə etmiş olsaydı, cavabdeh çoxdan çıxarış əldə edərdi. Abşeron Rayon Məhkəməsi tərəfindən Cavabdeh2 əsassız iddiası təmin edilməmiş və bundan sonra cavabdeh apellyasiya şikayəti verərək bu dəfə şikayətini vərəsəlik şəhadətnaməsi ilə əsaslandıraraq (halbuki həmin şəhadətnamədə evlə bağlı müddəa yoxdur) iddiasının təmin edilməsini tələb etmişdir. Onu da qeyd edir ki, məhkəmə prosesləri zamanı cavabdeh də bildirmişdir ki, həmin notariusa sadəcə bir dəfə getmişlər. Məhkəmə tərəfindən işin obyektiv araşdırılması üçün yenə də notariat ofisinə sorğu verilmiş və bu səbəbdən dəfələrlə proses təxirə salınsa da cavab verilməmiş, cavabdeh isə sonuncu proses zamanı necəsə notariat ofisindən şəhadətnamə kimi gətirdiyi peçatlı sənədi məhkəməyə əlbəəl təqdim edərək hüququnun çatdığını bildirmişdir. Məhkəmə isə imtina ərizəsi ilə şəhadətnamənin eyni gündə verilməsinə, hətta imtinanın şəhadətnamədən saatlar əvvəl verilməsinə, hazırki günədək mirasdan imtina barədə ərizənin qüvvədə olmasına baxmayaraq notariusun cavab verməməsini, cavabdehin isə möhürlü şəhadətnamə verməsini əsas tutaraq işin hallarına, hansı ki birinci instansiya məhkəməsi tərəfindən təqdim edilmiş sübutları nəzərə almayaraq şikayəti təmin etmişdir. Onu da xüsusilə nəzərə almaq lazımdır ki, imtina barədə ərizənin QR kodunu sistemdə oxumaq mümkündür və bununla da onun hazırda qüvvədə olaraq rəsmi sənəd sayıldığını təsdiq edir. Sadəcə məhkəmə notariatdan işi əldə etməyərək qeyd etdiyi mötəbər detala əhəmiyyət verməmişdir. O, proseslərin gedişində dəfələrlə notariat ofisinə getsə də gah qapı bağlı olmuş, gah fəaliyyətinin dayandırıldığı bildirilmiş, gah Elman adlı əməkdaş rəhbərliyin olmadığını əsas gətirərək ərizəni təsdiq etməmiş, eləcə də xəbərləri olduğu halda işi məhkəməyə təqdim etməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsindən sonra kassasiya şikayəti verən zaman aidiyyəti qaydada Abşeron Rayon Prokurorluğuna müraciət edərək pozuntunu bildirmiş, daha sonra notariusa gedərək israrlı tələblərindən, şikayətlərindən sonra Cavabdeh2 mirasdan imtina etməsinə dair ərizəni yenidən rəsmi şəkildə əldə etmişdir, lakin onu da qeyd edir ki, ½ hüquqla bağlı qanun üzrə vərəsəlik şəhadətnaməsinin olduğu deyildiyini, həmin sənəd var idisə, nə üçün ona verilmədiyini soruşmuş və verilməsini tələb etsə də, həmin sənəd ona verilməmiş və hansısa mötəbər cavab verilməmiş, vərəsəlik işinin surətini tələb etsə də tələbi təmin edilməmişdir. Mövcud pozuntunun Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən aradan qaldırılacağını düşünsə də, əldə etdiyi peçatlı ərizəni yenidən sübut qismində əsaslı şikayətinə əlavə edərək müraciət etsə də, nədənsə bu məhkəmə də mövcud qanun pozuntusuna hüquqi qiymət verməmiş, qeyd etmişdir ki, guya imtina barədə ərizə təqdim edilməmişdir. Halbuki ilk prosesdən elə o, sözügedən ərizəni təqdim etmişdir və birinci instansiya məhkəməsində bu tədqiq edilərək mötəbər sənəd kimi nəzərə alınmışdır. Hətta onu da qeyd edir ki, apellyasiya məhkəməsində əgər notariat tərəfindən verilmiş ona məlum olmayan şəhadətnamə əsas götürülürsə, o zaman vaxt verilməsini xahiş etsə də aidiyyəti qaydada məhkəmə qaydasında mübahisələndirmək istədiyini qeyd etsə də bu əsaslı tələbi belə təmin edilməmiş, belə ki, əqdlərin etibarsızlığı barədə Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin 2022ci il tarixli məlum mövqelərinə əsasən bu sənədlərə məhkəmənin özü tərəfindən hüquqi qiymət veriləcəyini düşünsə də belə olmamışdır. Bu səbəbdən də hazırda müddəti buraxmadan sözügedən şəhadətnamənin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə aidiyyəti qaydada məhkəməyə müraciət etmək məcburiyyətindədir. O, Cavabdeh2 yuxarıda qeyd edilən torpaq sahəsini, qızıl-zinət əşyalarını məhz öz təklifi və razılaşması üzrə vermişdir ki, cavabdeh hazırda yaşadığı mübahisə predmeti olan əmlakdan əl çəksin. Amma görünən odur ki, cavabdeh imtina barədə ərizə verib, digər torpaq sahəsini, qızıl-zinət əşyalarını ondan aldatma yolu ilə aldıqdan sonra bu cür oyunlara gedir. Hətta özündə olan verildiyi deyilən şəhadətnamədən (çox maraqlıdır, əgər həmin şəhadətnamə qanuni verilmişdirsə və onun da razılığı ilə olubsa, o zaman nə üçün bu barədə ümumi iş materialı bütün sorğulara baxmayaraq nə ona, nə də ki məhkəməyə təqdim edilməmişdir?) 6 il keçdikdən sonra ortaya çıxarması, hətta bu müddətə qədər şəhadətnamə üzrə çıxarışın alınmaması sübut edir ki, Cavabdeh2 məqsədi qeyd etdiyi kimi ondan əmlak və yaxud pul almaqdır. Cavabdehin imtina barədə ərizə yazmasını, bunun qarşılığında torpaq sahəsini və qızılzinət əşyalarını istədiyini və aldığını, bundan sonra da ümumiyyətlə, evə gəlməməsini sübut edəcək kifayət qədər şahidlər vardır. xx.xx.2022-ci il tarixli, Qobu qəsəbə ərazi nümayəndəliyinin arayışından da göründüyü kimi Cavabdeh2 2008-ci ildə toyu ilə əlaqədar çıxıb getmiş və bu günə kimi orada yaşamamışdır. Bununla yanaşı tərtib edilmiş aktda da cavabdehin ona məxsus evə, əraziyə gəlmədiyi, yaşamadığı təsdiqini tapır. Belə bir sual yaranır ki, əgər cavabdehin, həqiqətən də hüququ çatırdısa və yaxud cavabdeh mübahisə predmeti olan əmlakdan digər torpaq və qızılzinət əşyaları qarşılığında imtina etməmişdisə, əlində dediyi kimi qanuni şəhadətnamə var idisə, nə üçün bunu illər sonra hansısa maraqlarına görə ortaya çıxarmışdır? Nə üçün anasının ölümündən keçən 11 il ərzində, imtina barədə ərizə verildiyindən isə keçən 5 il ərizində heç bir iddia qaldırmamışdır? Adicə bu detallar cavabdehin yalan danışdığını, işin əsl hallarını gizlətdiyini, mirası qəbulla bağlı əlində əsas tutduğu şəhadətnamənin də həqiqiliyini şübhə altına aldığını təsdiq edir. O, bu müddətdə əmlaka sahiblik etmiş, olan-qalan bütün pulunu şəraitinin yaxşılaşmasına sərf etmişdir. Cavabdehin, bir qəpik də olsun, heç bir vəsait qoymadığı, hətta qeyd etdiyi kimi 11 ildən də çox müddət ərzində orada yaşamadığı halda onun xəbəri və razılığı olmayan qanun üzrə vərəsəlik şəhadətnaməsini əldə etməsi və bunu əsas tutması onun hüquqlarını kobud şəkildə pozur. Bildirir ki, Cavabdeh2 17 oktyabr 2018-ci ildə, saat 17:34-də verilmiş 2V-126 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə Cavabdeh2 özü tərəfindən azad iradə ilə həmin notariat ofisində 17 oktyabr 2018-ci ildə, saat 12:00-da verilmiş 8İ-1169 reyestr nömrəli mirasdan imtina barədə ərizədən sonra verildiyindən, yəni iki sənəd arasında ziddiyət olduğundan, vərəsəlik şəhadətnaməsi qanunvericiliyin tələblərinə adekvat olmadığından, tək mirasçı kimi hüquqlarını kobud pozduğundan həmin şəhadətnamənin etibarsız hesab edilməsi zəruridir. Əks yanaşma bir iş üzrə, əmlak üzrə qüvvədə olan iki bir-birinə ziddiyyətli sənədin olması deməkdir, bu isə qeyd etdiyi kimi kobud qanun pozuntusudur. Bildirir ki, cavabdeh mirasdan onun xeyrinə tam şəkildə imtina etmiş və həmin imtina barədə ərizənin geri götürülə bilməzliyi imperativ şəkildə qeyd edildiyindən və hazırki vaxtda da imtina barədə ərizə qüvvədə olduğundan həmin ərizənin verilməsindən sonra qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi qeyri-mümkün olmalıdır. Görünən odur ki, onun xəbəri olmadan pozuntuya yol verilmiş, cavabdehin marağına uyğun şəhadətnamə hazırlanmış və bu da hazırda onun hüquqlarının əsassız şəkildə məhdudlaşdırılmasına səbəb olur. Əgər həqiqətən elə bir şəhadətnamə olsaydı, ona vaxtında təqdim edilərdi və həmin şəhadətnamə üzrə çıxarış əldə edilərdi. Onun israrlarına, vəsatətlərinə, məhkəmənin sorğularına baxmayaraq hələ də notariat işinin təqdim edilməməsi orada pozuntunun olduğuna dəlalət edir. O, cavabdeh ilə notariat ofisində cəmi bir dəfə olmuş, həmin zaman da cavabdeh mirasdan tam şəkildə onun xeyrinə imtina etmiş və o da mirası tam şəkildə qəbul etmişdir. Notariat ofisi artıq prosedurun bitdiyini, aidiyyəti qaydada sənədləşmələr üçün sistemə vurulacağını bildirmişdir. Onu da nəzərə almaq lazımdır ki, mirası qəbul barədə ərizə ən azından şəhadətnamə verilməsindən 3-6 ay sonra hazırlanıb təqdim edilən sənəd olduğundan qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün əvvəlcədən notariat ofisinə gedib o formada mirası qəbul etmək lazım idi. Notariat ofisinə bir dəfə Cavabdeh2 imtina etməsi, onun isə mirası qəbul etməsi üçün 17 oktyabr 2018-ci ildə gedilibsə, o zaman verilmiş şəhadətnamənin prosessual normalara uyğun tərtib edilmədiyi faktı da bir daha təsdiqini tapır. Bir halda mirasdan imtina ilə bağlı qanunvericilikdə imperativ norma vardır, o zaman imtina ərizəsinə zidd olan ½ hüququn tanınmasına dair qanun üzrə vərəsəlik hüququ haqqında verilmiş şəhadətnamənin etibarsız hesab edilməsi qanunvericiliyin birbaşa tələbidir. Bildirir ki, onlar 5 bacı, 6 qardaş olmuşlar, hazırda 2 bacısı və bir qardaşı sağ qalmışdır. Hazırki məsələ ilə bağlı sonradan onunla qardaşı və bacıları arasında razılaşma əldə edilməmişdir. Qeyd edilənlərə əsasən o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə məhkəmədə iddiaçının izahatına uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, İddiaçı anası Zərnişan Mirzəyeva 26 iyul 2011-ci tarixdə vəfat etdikdən sonra, 2018-ci ildən iddiaçı anasından onlara miras qalmış 8 sot torpaq sahəsinə sahiblik etmiş və hazırda həmin torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Sözügedən torpaq sahəsinin vaxtilə İddiaçı anası Zərnişan Mirzəyevanın mülkiyyətində olduğunu təsdiq edən qeydiyyat vəsiqəsi də mövcuddur. Cavabdeh2 kəsici müddətin keçməsi ilə bağlı qeyd etdikləri ilə bağlı bildirir ki, cavabdeh tərəfindən miras əmlaklardan imtina edilməsi barədə ərizə və Ali Məhkəmənin müvafiq qərarı mövcuddur, miras əmlak ilə bağlı verilmiş şəhadətnamə barədə işə Ali Məhkəmədə baxıldığından, onlar müddəti gözləmək məcburiyyətində qalmışlar, həmçinin cavabdehin miras əmlaklardan imtina etməsi ilə bağlı ərizəsi Abşeron rayon 2 saylı notariat ofisində təsdiq edildiyi gün, yəni xx.xx.2018-ci il tarixdə Abşeron rayon 2 saylı notariat ofisi tərəfindən Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdehin imtina ərizəsinin təsdiq edilməsi ilə ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi arasında 5-10 dəqiqə vaxt fərqi vardır, bu isə əslində qanunsuzdur. Belə ki, Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni aldığı xx.xx.2018-ci il tarixdən 7 il keçməsinə baxmayaraq miras əmlaka dair çıxarış əldə etmək üçün Abşeron rayon 2 saylı notariat ofisinə müraciət etməmişdir. Onlar arasında yaranmış mübahisə ilə bağlı məhkəmə prosesləri keçirilmiş, müvafiq notariat orqanından məsələnin həlli üçün zəruri olan sənədlər tələb edilməsinə baxmayaraq notariat orqanı məhkəməyə sənədlər təqdim etməmişdir. Cavabdeh2 ona verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni məhkəməyə təqdim etmiş, məhkəmə isə Cavabdeh2 tərəfindən verilmiş şəhadətnaməni əsas tutmuşdur. Odur ki, qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə etiraz ərizələri göndərərək bildirmişdir ki, İddiaçı Abşeron rayon 2 saylı notariat ofisinə və ona qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi” barədə iddia ərizəsi aşağıda qeyd edəcəklərinə əsasən hesab edir ki, təmin edilə bilməz və rədd edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsini belə əsaslandırır: “.....anamız Zərnişan Mirzəyeva 26 iyul 2011-ci ildə vəfat edib və anamızın ölümü ilə əlaqədar AZ-1 490890 nömrəli şəhadətnamə verilmişdir. Anamız vəfat etdikdən sonra sağ qalmış digər ailə üzvlərimiz mirasdan mənim xeyrimə imtina etmişdir. İddiaçı isə (burada, yəqin ki, o, nəzərdə tutulur...) imtina etmək qarşılığında anamızdan bizə miras qalmış 8 sot torpaq sahəsini və bununla yanaşı. anamdan qalmış qızıl-zinət əşyalarını, sep, hil üzük, saat, anamın “matkiroy” medalını götürmüş və bildirmişdir ki, həmin torpaq sahəsi və qızıl-zinət əşyalarının qarşılığında ünvan 2 ünvanında yerləşən 22 №-li əmlakdan imtina edəcək. Yəni onun istəyi ilə aramızda elə bölgü olmuşdur.....Digər hal olaraq da göstərir ki, guya mən, ümumiyyətlə, mirası qəbul etməmişəm... Onu da qeyd edim ki, mübahisəli torpaqda və onun üzərindəki evdə hər zaman mən və ailəm anamla birlikdə yaşamışıq. Cavabdeh isə qeyd etdiyim kimi hətta anamın vəfatından öncə o evi tərk etmiş, anamın necə, hansı vəziyyətdə öldüyündən xəbəri belə olmamış, belə ki, o, bizə hər zaman yad kimi olmuşdur...”. İddiaçı özü, biri digərini təkzib edən iddia dəlilləri ilə onun tərəfindən mirası faktiki qəbul etdiyini dolayısıyla təsdiq edir (Mirasın bir hissəsinin qəbulu mirasın tam qəbulu sayılır - Mülki Məcəllənin 1243.3-cü maddəsi). Buradan görmək mümkündür ki, iddiaçının iddia dəlilləri formal xarakterli olmaqla tamah məqsədi daşıyır. İddiaçı qeyd edir: “Cavabdeh (yəni o) öz azad iradəsi ilə mirasdan imtina etmişdir. Belə olan halda mübahisə predmeti olan, anamdan miras qalmış əmlaka dair vərəsəlik şəhadətnaməsinin olduğunu deməsi qanunvericiliyin tələblərinə ziddir. Çünki sözügedən ərizə ilə o, əmlakdan rəsmi qaydada imtina etmişdir. Ərizənin olduğu halda ona vərəsəliklə bağlı hər hansı şəhadətnamənin verilməsi mübahisə doğurur ki, qanunvericiliyə uyğun olaraq həmin 1/2 paylara nisbətdə verilmiş şəhadətnamə etibarsız hesab edilərək mənim tək payçı olaraq mirası qəbul etməyim və adıma yeni vərəsəlik şəhadətnaməsinin verilməsi zəruridir. Şəhadətnamədən rəsmi qaydada 2023-cü ilin iyul ayında Sumqayıt Apellyasiya Məhkəməsində xəbərim olandan sonra dəfələrlə müraciət etməyimə baxmayaraq vərəsəlik işi, eləcə də sözügedən şəhadətnamə mənə verilməmiş, o cümlədən, məhkəmə sorğularına baxmayaraq həmin materiallar da məhkəməyə təqdim edilməmişdir....”. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1269-cu maddəsinin tələbinə əsasən mirasa sahiblik etməyə və ya onu tdarə etməyə faktik başlamış vərəsə, mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir. Həmin Məcəllənin 1256-cı maddəsinin tələbi isə belədir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 1145-1147.1-ci maddələrinin tələblərinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır (AR Mülki Məcəlləsinin 1145-ci maddəsi); miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır (AR Mülki Məcəlləsinin 1146-cı maddəsi); miras qoyanın yaşayış yeri bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır (AR Mülki Məcəlləsinin 1147.1-ci maddəsi). Yuxarıda qeyd etdiyi normalarla müqayisəli şəkildə nəzərə alınsa ki, iddiaçı ilə onun anası Zərnişan Mirzəyeva 26 iyul 2011-ci ildə vəfat etmişdir, o halda mirasdan imtina etdiyinə dair iddiaçının əsaslandığı ərizənin, yəni xx.xx.2018-ci il tarixli, **********169 nömrəli ərizə ki, məzmununa görə adından bildirilir: “xx.xx.2011-ci il tarixdə vəfat etmiş mərhum anam X2 vəfatından sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlakının mənə çatası hissəsini qəbul “etməmişəm”, “etmirəm” və bu barədə gələcəkdə hər hansı bir iddia “qaldırmayacağam””. Tarixinə baxdıqda həmin ərizənin Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən heç bir hüquqi qüvvəsinin olmadığı görülər. Ərizənin məzmununa gəldikdə isə iddiaçının mirasın bir hissəsinin (qızıl-zinət və sair) onda olması və sair dəlilləri mirası faktiki qəbul etdiyinə dəlalət edir, nəinki mirası qəbul etmədiyinə. Məhz yuxarıda qeyd etdiyi faktlar, eləcə də istinad etdiyi maddi hüquq normaları ona qarşı iddianın tamamilə əsassız olduğunu təsdiq edir. Eləcə də iddia ərizəsi müddət baxımından da qəbuledilməzdir ki, bununla əlaqədar da məhkəməyə ayrıca, iddia ərizəsinə müddətin tətbiq edilməsi barədə ərizəsi ünvanlamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 82.1-ci və 82.3-cü maddələrinin tələblərinə görə hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İddiaçının iddiasına hazırda 2(012)-2898/2024 saylı mülki iş olaraq baxan hakimin icraatında onlar arasında mübahisəli məsələ üzrə 2(012)-4319/2022 №-li iş olmuş və həmin iş üzrə yuxarı instansiya məhkəmələrinin (apellyasiya və ali) qərarlarına görə iddiaçının hazırki iddiasındakı əqdin etibarsızlığına yönələn dəlillərinə artıq qiymət verilmiş və onun miras əmlak üzərində hüquqları tanınmışdır. Bir mülki iş üzrə qanun qüvvəyə müinmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İddiaçının vəkili və nümayəndəsi sonradan iddia tələbinə verdiyi dəqiqləşməsi də heç nəyi dəyişmir, yəni bir iddia ki, onun mirasdan imtina etdiyini məhkəmənin diqqətinə çatdırmaqdır, onun belə bir imtinası yoxdur, eləcə də imtina edilməsi üçün qanunla nəzərdə tutulan müddət var ki, onun imtinası barədə olduğu bildirilən ərizənin tarixi qanunvericinin təyin etdiyi müddət ilə uzlaşmır və illər fərqindədir. Bundan başqa “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375 2-ci maddəsinə əsasən isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinın tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-ci maddəsində də bildirilir ki, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 377 1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İddiaçının artıq illər keçdikdən sonra hazırki iddiası ilə məhkəməyə müraciət etmişdir. Odur ki, yuxarıda sadaladıqlarına, eləcə də istinad etdiyi hüquqi əsaslara əsaslanaraq hesab edir ki, İddiaçı Abşeron rayon 2 saylı notariat ofisinə və ona qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi barədə” iddia ərizəsi müddət tətbiq edilməklə rədd edilməlidir. Odur ki, göstərilənlərə əsasən o, hazırki iddia tələbinə iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər cavabdeh Abşeron rayonu 2 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Azərbaycan SSR Abşeron rayon Qobu qəsəbə soveti tərəfindən verilmiş AЗ № ******* seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx xxxx 1966-cı il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsində doğulmuşdur, atası X8, anası X4r. İş materiallarında olan Azərbaycan SSR Abşeron rayon Qobu qəsəbə soveti tərəfindən verilmiş AЗБ № 095585 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh2 xx xxxxxxx 1970-ci il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsində doğulmuşdur, atası X8, anası X4r. İş materiallarında olan JN-231A seriyalı, kodu 30800076 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Abşeron rayonu, Aqrar İslahat Komissiyasının 01 iyul 2005-ci il tarixli, 59 nömrəli qərarı ilə Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi 22 mart 2006-cı il tarixdə Abşeron rayonu, Qobu qəsəbə sakini X3 və onun ailə üzvləri Cavabdeh2, İddiaçı, X9, X6, X11 və X7 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Abşeron rayonu İHB-nin Qobu qəsəbə nümayəndəliyi tərəfindən verilmiş AZ-İ № 490890 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X10 26 iyul 2011-ci ildə vəfat etmişdir. İş materiallarında olan Cavabdeh2 tərəfindən Abşeron rayonu 2 saylı notariat kontorunda yazılmış 17 oktyabr 2018-ci il tarixli, **********169 nömrəli ərizədən görünür ki, Cavabdeh2 xx.xx.2011-ci il tarixdə vəfat etmiş mərhum anası X2 vəfatından sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlakının ona çatası hissəsini qəbul etməmişdir, etmir və bu barədə gələcəkdə hər hansı bir iddia qaldırmayacaqdır. Notarius tərəfindən ona izah edildi ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1268-ci maddəsinə uyğun olaraq mirasdan imtina etmək barədə ərizə geri götürülə və ya ləğv edilə bilməz və mirasdan imtina etməklə o, nədə ifadə etməsindən və harada yerləşməsindən asılı olmayaraq bütün miras əmlakdan imtina etmiş olur. İş materiallarında olan Abşeron rayonu 2 saylı notariat kontoru tərəfindən verilmiş 17 oktyabr 2018-ci il tarixli, 2V-126 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2011-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi Cavabdeh2 şəhadətnamə verilən miras əmlakdan - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Abşeron rayon şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə X5 verilmiş, seriya nömrəsi JN:231, KOD:30800076 olan şəhadətnaməyə əsasən Abşeron rayonu, Qobu qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,0142857 ha olan torpaq sahəsindən 1/2 hissədə pay almalı olduğu qeyd edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-260/2023 saylı, 24 yanvar 2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı oğluyla birgə onların ünvan 2 ünvanında yerləşən 22-ci evə köçürülməyi və həmin evdə yaşamaq üçün hasar çəkilməsi barədə iddiasının rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 1028/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-260/2023 nömrəli qətnaməsinin qismən - iddia tələbinin iddiaçı Cavabdeh2 oğlu – xx.xx.2019-cu il təvəllüdlü X12 ilə birlikdə ünvan 2ndə yerləşən 22 nömrəli evə köçürülməsinin rədd edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi və iddia tələbinin təmin edilməsi, iddiaçı Cavabdeh2 oğlu – xx.xx.2019-cu il təvəllüdlü X12 ilə birlikdə ünvan 2ndə yerləşən 22 nömrəli evə köçürülməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)- 54/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1028/2023 nömrəli, 05 iyul 2023-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə iddiaçının və onun vəkili-nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Belə ki,məhkəmədə sübutların tədqiqtı zamanı müəyyən edilir ki, JN 231A, kod 30800076 nömrəli 22 mart 2006-cı il tarixli, “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədən görünür ki, Abşeron rayonu, Aqrar İslahat Komissiyasının 01 iyul 2005-ci il tarixli, 59 nömrəli qərarı ilə Abşeron rayonu, Qobu qəsəbə sakini X3, Cavabdeh2, İddiaçı, X9, X6, X11, X7 mülkiyyətinə 0,10 ha torpaq sahəsi verilmiş, Cavabdeh2 anası X10 26 iyul 2011-ci il tarixdə vəfat etmiş, X2 vərəsəsi Cavabdeh2 xx.xx.2018-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında miras əmlakdan ½ hissədə pay almış, şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə X5 verilmiş seriya nömrəsi JN 231, KOD 30800076 olan şəhadətnaməyə əsasən Abşeron rayonu, Qobu qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,0142857 ha olan torpaq sahəsindən ibarət olmuşdur. İşin mübahisəsiz halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərin ümumi birgə mülkiyyətində olan torpaq sahəsində yerləşən mübahisəli ev tərəflərin anasına məxsus olmuş və mərhum ölən günədək həmin evdə yaşamışdır. İş materiallarından aydın olur ki, mübahisəli evə dair mülkiyyət hüququ dövlət reyestrində heç kimin adına qeydə alınmamışdır. Evin yerləşdiyi torpaq sahəsi isə tərəflərin, o cümlədən mərhum Zərnişan Mirzəyevanın və digər 3 nəfərin ümumi mülkiyyətində olmuş, tərəflərin anası Zərnişan Mirzəyeva vəfat etdikdən sonra cavabdeh mirası qəbul etmiş və anasından miras qalmış hissəyəxx.xx.2018-ci il tarixdə ½ hissədə pay almış, həmçinin evin yerləşdiyi torpaq sahəsinə iddiaçı ilə birlikdə cavbdehin də mülkiyyət hüququnun olduğu müəyyən edilir.İddiaçı tərəf isə xx.xx.2011-ci il tarixdə vəfat etmiş mərhum anası X2 vəfatından sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlakının ona çatası hissəsini qəbul etməmişdir, etmir və bu barədə gələcəkdə hər hansı bir iddia qaldırmayacağı barədə Cavabdeh2 tərəfindən Abşeron rayonu 2 saylı notariat kontorunda yazılmış 17 oktyabr 2018-ci il tarixli, **********169 nömrəli ərizəyə və idia ərizəsində göstərilən maddi hüquq normalarına əsaslanaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bununla bağlı məhkəmə əvvala qeyd edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1028/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Mülki Kollegiya 22 mart 2006-cı il tarixli, JN-231A seriyalı, kodu 30800076 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və Cavabdeh2 adına verlmiş xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin həqiqiliyinə qiymət verərək Cavabdeh2, oğlu- xx.xx.2019-cu il təvəllüdlü X12 ilə birlikdə hazırki mübahisə predmeti olan ünvan 2ndə yerləşən 22 nömrəli evə köçürülməsi nəticəsinə gəlmiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-54/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1028/2023 nömrəli, 05 iyul 2023-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Halbku Azərbaycan Respublikası Mülki Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1272-ci maddəsi məhkəməyə iddianın rədd edilməsinə əsas verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 mart 2022-ci il tarixli qərarında qeyd etmişdir ki, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyrimüəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. İddia müddətləri və kəsici müddətlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır (B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərar). Cavabdeh2 hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə ərizəsi ilə bağlı məhkəmə qeyd edir ki, hazırki mübahisəyə iddia müddəti deyil, kəsici müddət tətbiq edilməlidir. Belə ki, hazırki iş üzrə Cavabdeh2 İddiaçı qarşı “mənzilə köçürülmə və həmin mənzildə yaşamaq üçün hasarın çəkilməsi” barədə iddia tələbi irəli sürmüş, Cavabdeh2 tərəfindən verilmiş iddia ərizəsi xx.xx.2022-ci il tarixdə Abşeron Rayon Məhkəməsinə daxil olmuş, İddiaçı həmin iddia tələbi ilə bağlı Abşeron Rayon Məhkəməsinin icraatında olmuş 2(012)-260/2023 nömrəli mülki iş üzrə iş materialları ilə tanış olmaqla yanaşı, Abşeron rayonu 2 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh1 tərəfindən Cavabdeh2 17 oktyabr 2018-ci ildə verilmiş 2V-126 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin mövcudluğundan məlumatı olmuş, belə ki, sözügedən şəhadətnamənin surəti iş materiallarında olmuş, həmçinin məhkəmə iclaslarında iştirak etmiş, lakin miras əmlakın cavabdeh tərəfindən qəbul edilməsi barəsində mübahisəyə əsas olduğunu bildiyi gündən hesablanmaqla qanunvericilikdə nəzərdə tutulmuş iki aylıq müddəti ötürməklə iddia qaldırmaq hüququnu itirmişdir. İddia tələbinin İddiaçı anası X1 qalmış miras əmlakın vərəsəsi qismində iddiaçı tərəfindən tam şəkildə qəbul edilməsi, miras əmlak üzərində yalnız iddiaçının hüquqlarının tanınması və bu barədə iddiaçıya yeni Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi hissəsi ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbinin qeyd edilən hissələri Abşeron rayonu 2 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh1 tərəfindən Cavabdeh2 17 oktyabr 2018-ci ildə, saat 17:34-də verilmiş 2V-126 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbi ilə birbaşa əlaqəli olduğundan və məhkəmə tərəfindən iddia tələbinin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsi təmin edilmədiyindən, həmin məsələlərə hüquqi qiymət verilməsi zərurəti aradan qalxmışdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Abşeron rayon 2 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh1 qarşı Abşeron rayonu 2 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh1 tərəfindən Cavabdeh2 17 oktyabr 2018-ci ildə, saat 17:34-də verilmiş 2V-126 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, anası X1 qalmış miras əmlakın vərəsəsi qismində onun tərəfindən tam şəkildə qəbul edilməsi, miras əmlak üzərində yalnız onun hüquqlarının tanınması və bu barədə ona yeni Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-2898/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2898/2024
20.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver