Məhkəmə qərarları › İş №e-2(012)-2967/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2967/2025

17.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2967/2025 17.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlu, İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdeh X2 İdarəsinə qarşı borcun tutulması tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC cavabdeh X2 İdarəsinə qarşı borcun tutulması tələbinə dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilərək, ödənilməmiş sığorta haqqı borcu üzrə 587.23 manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-2967/2025 saylı qərardadına əsasən, iş məhkəmə aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsində baxılmalı olmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. xx.xx.2025-ci il tarixdə İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi İsmailova Leila tərəfindən Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-2967/2025 saylı qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini, əks təqdirdə şikayətin baxılması üçün işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-2967/2025 saylı qərardadına əsasən, İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi İsmailova Leila tərəfindən verilmiş şikayət təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-2967/2025 saylı qərardadı ləğv edilmiş, iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilərək məhkəmənin icraatına götürülmüşdür. Daha sonra xx.xx.2025-ci il tarixdə İddiaçı Sığorta Şirkəti ASC Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə texniki səhv olaraq cavabdehin adının “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X5 Xidməti publik hüquqi şəxsin Samur-Abşeron Sukanal İdarəsi” və iddia ərizəsində borc məbləğinin də “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X5 Xidməti publik hüquqi şəxsin Samur-Abşeron Su kanal İdarəsi”ndən tutulması kimi qeyd edildiyini bildirmiş, bu baxımdan yanlışlığın aradan qaldırılaraq cavabdehin adının “ADSEA-nın tabeliyində X5 Xidməti publik hüquqi şəxsi X2 İdarəsi” kimi, iddia ərizəsinin xahiş edirəm hissəsinin “ödənilməmiş sığorta haqqı borcu üzrə 587.23 manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh ADSEA-nın tabeliyində X5 Xidməti publik hüquqi şəxsi X2 İdarəsindən tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması” kimi nəzərə alınmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Azərbaycan Meliorasiya və X6 Səhmdar Cəmiyyətinin Sumqayıt Melioservis İdarəsi arasında xx.xx.2024-cü il tarixdə **********2420 nömrəli “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi və həmin müqaviləyə QH********** nömrəli qoşma imzalanmışdır. Həmin Qoşmanın qüvvədə olma müddəti xx.xx.2024 – xx.xx.2025-ci il tarixədək və ödənilməli sığorta haqqı cəmi məbləği 805.2 manat müəyyən edilmişdir. Lakin Sumqayıt Melioservis İdarəsi QH********** nömrəli Qoşma üzrə sığorta haqqının bir hissəsini ödəmiş, sonradan qalıq 587.23 manat məbləğində sığorta haqqını ödəməmişdir. Sumqayıt Melioservis İdarəsi ləğv olunaraq X1 İdarəsinə birləşdirildiyindən sonuncuya borcun xx.xx.2025-ci il tarixədək ödənilməsinin təmin olunması tələbini özündə əks etdirən pretenziya məktubu ilə müraciət edilmiş və ödəniş üçün yeni müddət müəyyən edilmişdir. Həmin müraciətə cavab olaraq təqdim edilmiş məktubla bildirilmişdir ki, borcun araşdırılaraq yoxlanılması üçün ADSEA-nın tabeliyində X5 Xidmətinə tərəflərindən yazılı məlumat verilmişdir. Həmçinin “X5 Xidməti” publik hüquqi şəxsin rəhbərliyinə rəsmi müraciət edilərək Sumqayıt Melioservis İdarəsi tərəfindən ödənilməli qalıq sığorta haqqının borcunun ödənilməsinin təmin edilməsi xahiş edilmişdir. Həmin müraciətə cavab olaraq təqdim edilmiş məktubla bildirilmişdir ki, Sumqayıt Melioservis İdarəsi ləğv olunaraq X1 İdarəsinə birləşdirilmişdir. Hazırda təhviltəslim işləri davam etdirilir. Təhvil-təslim işləri bitdikdən sonra borcun ödənilməsi ilə bağlı məlumat veriləcəkdir. Sığortalı ilə imzalanmış **********2420 nömrəli müqavilənin 9.2.1-ci maddəsinə əsasən sığortalının icbari sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə, qaydada və müddətlərdə sığorta haqqını sığortaçıya ödəmək vəzifəsi mövcuddur. Odur ki, göstərilənlərə əsasən, iddianın təmin olunmasını xahiş etmişdir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş və məhkəmə cavabdeh X2 İdarəsinə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Sığortaçı İddiaçı Sığorta Şirkəti ASC ilə sığortalı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Sumqayıt Melioservis İdarəsi arasında bağlanılmış xx.xx.2024-cü il tarixli, **********2420 saylı “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi”ndən görünür ki, sığortalının Qanunun 13-cü maddəsinə uyğun olaraq müəyyən edilmiş müvafiq sığorta tarifləri əsasında hesablanan bu müqavilədə razılaşdırılmış müvafiq sığorta haqqını ödəməsi müqabilində Qanunun 3.1-ci maddəsinə uyğun olaraq müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi olan Qoşmada nəzərdə tutulmuş fiziki şəxslərin həyatına və sağlamlığına istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından dəyən zərərlə əlaqədar onların peşə əmək qabiliyyətinin itirilməsinə və ya ölümünə görə sığortaçı Qanunun 18-ci maddəsində müəyyən edilmiş qaydada sığorta ödənişinin verilməsi öhdəliyi götürmüşdür. - xx.xx.2024-cü il tarixli, **********2420 saylı “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi”nə əlavə edilmiş QH********** nömrəli qoşmadan görünür ki, həmin qoşmanın qüvvədə olma müddəti ərzində, yəni xx.xx.2024 – xx.xx.2025-ci il tarixədək ödənilməli sığorta haqqı məbləği 805.2 manat təşkil etmişdir. - xx.xx.2024-cü il tarixli, **********2420 saylı “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi” və ona əlavə edilmiş QH********** nömrəli qoşma üzrə Sumqayıt Melioservis İdarəsi tərəfindən ödəniş edildikdən sonra sığorta haqqı borcu 587.23 manat təşkil edir. - ADSEA X5 Xidməti publik hüquqi şəxsi tərəfindən İddiaçı Sığorta Şirkəti ASC-ə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-53-2/2-1093/2025 saylı məktuba əsasən bildirilmişdir ki, Sumqayıt Melioservis İdarəsi ləğv olunaraq X1 İdarəsinə birləşdirilmişdir. - İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Samur-Abşeron Sukanal İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli 0055-25 və 0056-25 saylı bildiriş və xəbərnamələrdən görünür ki, ASC-ə 805.2 manat sığorta haqqından 587.23 manat ödənilməmiş borcunun qalması bildirilmiş, borcun xx.xx.2025 ci il tarixədək ödənilməsinin təmin olunması xahiş olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşin araşdırılan hallarından və tədqiq olunmuş sənədlərdən təsdiq olunur ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, onun iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri nəticəsində xx.xx.2024-cü il tarixli, **********2420 saylı “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi” üzrə 587.23 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir/ İş materiallarında olan ödəniş tapşırığından görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün İddiaçı Sığorta Şirkəti ASC tərəfindən xx.xx.2025-ci il tarixdə ********** saylı qəbz əsasında 30.6 manat dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, İddiaçı Sığorta Şirkəti ASC ilə cavabdeh ADSEA-nın tabeliyində X5 Xidməti publik hüquqi şəxsi X2 İdarəsi arasında bağlanmış xx.xx.2024-cü il tarixli, **********2420 saylı “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi”nə əsasən 587.23 manat məbləğində borc pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Sığorta Şirkəti ASC ilə cavabdeh ADSEA-nın tabeliyində X5 Xidməti publik hüquqi şəxsi X2 İdarəsi arasında bağlanmış xx.xx.2024-cü il tarixli, **********2420 saylı “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi”nə əsasən 587.23 (beş yüz səksən yeddi manat iyirmi üç qəpik) manat məbləğində borc pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar