Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2969/2023 12.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmə qətnaməsinin çıxarılması ilə bağlı ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyənetdi: İddiaçı kiçik iddiaya dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 01 oktyabr 2018-ci il tarixli, RSK5646463 saylı müqavilə üzrə 141 manat əsas borc, 42 manat dəbbə pulu və 03 oktyabr 2018-ci il tarixli, RSK5646472 nömrəli müqavilə üzrə 222 manat əsas, 66 manat dəbbə pulu və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 501 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, 01 oktyabr 2018-ci il və 03 oktyabr 2018-ci il tarixdə Cavabdeh ilə aralarında RSK5646463 və RSK5646472 saylı hissə-hissə ödənişlə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən RSK5646463 nömrəli müqavilə üzrə 974 manat dəyəri olan 1 ədəd «Beko» markalı paltaryuyanı və RSK5646472 nömrəli müqavilə üzrə 608 manat dəyəri olan 1 ədəd «Samsung Galaxy J6» markalı telefonu Alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.1, 2.2-ci maddəsinə əsasən Alıcı RSK5646463 nömrəli müqavilə üzrə 50 manat ilkin ödəniş olmaqla, qalan 924 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 12 ay müddətinə, aylıq 77 manat olmaqla, hər ayın 30-dək, RSK5646472 nömrəli müqavilə üzrə isə 20 manat ilkin ödəniş olmaqla, qalan 588 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 12 ay müddətinə, aylıq 49 manat olmaqla, hər ayın 02-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.4-cü maddəsinə əsasən Alıcı ödənişi gecikdirdiyi hər gün üçün məcmu borcun 1 %-i həcmində satıcının xeyrinə cərimə (dəbbə pulu) ödəyir. Müqavilənin 4.1 -ci maddəsinə əsasən tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıq əsasında həll edilir. Qarşılıqlı razılıq əsasında həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq məhkəmələr tərəfindən həll edilir. Alıcı tərəfindən müavilə üzrə öhdəliklər lazımi qaydada icra edilməmiş və nəticədə onun RSK5646463 nömrəli müqavilə üzrə 141 manat əsas, 42 manat dəbbə pulu olmaqla, 183 manat və RSK5646472 nömrəli müqavilə üzrə 222 manat əsas, 66 manat dəbbə pulu olmaqla, 288 manat borcu yaranmışdır. Alıcı tərəfindən RSK5646463 nömrəli, 01 oktyabr 2018-ci il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 10 manat ödəniş və RSK5646472 nömrəli, 03 oktyabr 2018-ci il müqavilə üzrə sonuncu dəfə xx.xx.2021 -ci il tarixdə 23 manat ödəniş edilmişdir. Tərəflərindən dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan 01 oktyabr 2018-ci il tarixli, RSK5646463 saylı müqavilədən görünür ki, 624 manat dəyəri olan 1 ədəd «Beko» markalı paltaryuyanı Alıcıya hissəhissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüş, Alıcı 50 manat ilkin ödəniş olmaqla, qalan 924 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 12 ay müddətinə, aylıq 77 manat olmaqla, hər ayın 30-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. İş materiallarında olan 03 oktyabr 2018-ci il tarixli, RSK5646472 saylı müqavilədən görünür ki, 608 manat dəyəri olan 1 ədəd «Samsung Galaxy J6» markalı telefonu Alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüş, Alıcı 20 manat ilkin ödəniş olmaqla, qalan 588 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 12 ay müddətinə, aylıq 49 manat olmaqla, hər ayın 02-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. İş materiallarında olan 26 aprel 2023-cü il tarixli maliyyə arayışından görünür ki, 01 oktyabr 2018-ci il tarixli, RSK5646463 saylı və 03 oktyabr 2018-ci il tarixli, RSK5646472 saylı müqaviləyə əsasən, Cavabdeh "Soliton" LTD-yə 141 manat əsas borc, 42 manat dəbbə pulu, 222 manat əsas, 66 manat dəbbə pulu və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 501 manat borcu vardır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizəyə əlavə edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən öhdəliyi lazımınca icra etmədiyi üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulu hissəsində də iddia tələbi təmin edilməlidir. Lakin məhkəmə cərimə pulunun yüksək hesablandığı qənaətinə gəlir. Belə ki, 01 oktyabr 2018-ci il tarixli, RSK5646463 saylı müqaviləyə əsasən hesablanmış 42 manat və 03 oktyabr 2018-ci il tarixli, RSK5646472 saylı müqaviləyə əsasən hesablanmış 66 manat məbləğində cərimə borcunun azaldılması cavabdehin maddi durumunu daha da yüngülləşdirə bilər. Ona görə də məhkəmə hesab edir ki, cərimə pulu hissəsində iddia tələbi qismən təmin edilməli və bu məbləğ 5 manat məbləğində olmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 01 oktyabr 2018-ci il tarixli, RSK5646463 saylı müqavilə üzrə 141 manat əsas borc, 5 manat dəbbə pulu, 03 oktyabr 2018-ci il tarixli, RSK5646472 nömrəli müqavilə üzrə 222 manat əsas, 5 manat dəbbə pulu və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 403 manat pul alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-2969/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2969/2023
12.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver