Məhkəmə qərarları › İş №e-2(012)-297/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-297/2025

14.04.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-297/2025 14.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı ARDNŞ Qaz İxrac İdarəsinin nümayəndəsi Nümayəndə1, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin Cavabdeh qarşı “magistral qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi” tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin Cavabdeh qarşı “magistral qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X1 balans və istismarında olan 530 mm diametrli “Qaradağ-Sumqayıt” yüksək təzyiqli (25 atmosfer) yerüstü magistral qaz kəmərinin Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi Quşçuluq massivindən keçən hissəsində, 39T 383902.74; 4481836.98 koordinatı üzrə qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən inşa edilmiş daş hasar və fərdi yaşayış evinin onun hesabına sökülməsi, tikinti mal-materiallarıın qaz kəmərinin mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq, iddiaçı “Qaz İxrac” İdarəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh – Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları»nın tələbləri pozularaq “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X1 balans və istismarında olan 530 mm diametrli «Qaradağ-Sumqayıt» yüksək təzyiqli (25 atmosfer) yerüstü magistral qaz kəmərinin Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, quşçuluq massivindən keçən hissəsində, qaz kəmərinin mühafizə zonasında, 39 T 383902.74; 4481836.98 koordinatı üzrə daha dəqiqliklə qaz kəmərindən “8” metr məsafədə qanunsuz olaraq daş hasar və fərdi yaşayış evi inşa edilmişdir. Tikintinin qarşısının alınması və mühafizə zonasında yerləşən tikililərin sökülərək ləğv edilməsi istiqamətində müvafiq tədbirlər görülməsi üçün tərəfimizdən xx.xx.2024-cü il tarixli, 14-2-12/2-73/2024 nömrəli məktubla Abşeron Rayon İcra Hakimiyyətinə, xx.xx.2024-cü il tarixli, 14-2-12/2-74/2024 nömrəli məktubla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və xx.xx.2024-cü il tarixli, 14-2-12/2-75/2024 nömrəli məktubla Abşeron rayon Polis İdarəsinə “yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında yaranmış təhlükəli vəziyyət barədə” rəsmi məlumat verilmişdir. 01.2024-cü il tarixində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi Quşçuluq massivi, ərazisində, 530 mm diametrli «QaradağSumqayıt» yüksək təzyiqli (25 atmosfer) yerüstü magistral qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən, qaz kəmərinin «8» metrliyində qanunsuz olaraq daş hasar və fərdi yaşayış evi inşa edilməsi barədə Sumqayıt Xətti İstismar Xidmətinin əməkdaşları tərəfindən akt tərtib edilmişdir (aktın surəti iddia ərizəsinə əlavə olunur). Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, Quşçuluq massivi ərazisində, 530 mm diametrli «Qaradağ-Sumqayıt» yüksək təzyiqli (25 atmosfer) yerüstü magistral qaz kəmərinin mühafizə zonasında qanunsuz olaraq fərdi yaşayış evi inşa etmiş Cavabdeh onun tərəfindən inşa edilmiş tikililərin sökülərək magistral qaz kəmərindən 50 metr məsafədə kənarlaşdırılması barədə xəbərdarlıq məktubu təqdim edilmiş və Cavabdeh xəbərdarlıq məktubunu qəbul etmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək, məhkəmədən “Qaz İxrac” İdarəsi, Abşeron Magistral X1 istismarında olan “Qaradağ- Sumqayıt” yüksək təzyiqli (25 atmosfer) magistral qaz kəmərinin mühafizə zonasında Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, Quşçuluq massivi ərazisində yerləşən, 39T 383902.74; 4481836.98 koordinatı üzrə Cavabdeh məxsus daş hasar və fərdi yaşayış evinin öz vəsaiti hesabına sökülməsi, mühafizə zonasının boşaldılması, ödənilmiş dövlət rüsumunun və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 95,00 manat pulun cavabdehdən tutularaq iddiaçı tərəfə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə gedişatında daha sonra iddiaçı MPM-nin 53-cü maddəsinə yenidən istinad edərək, məhkəmədən “Qaz İxrac” İdarəsi, Abşeron Magistral X1 istismarında olan “Qaradağ-Sumqayıt” yüksək təzyiqli (25 atmosfer) magistral qaz kəmərinin mühafizə zonasında Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, Quşçuluq massivi ərazisində yerləşən, 39T 383902.74; 4481836.98 koordinatı üzrə Cavabdeh məxsus fərdi yaşayış evinin öz vəsaiti hesabına sökülməsi, mühafizə zonasının boşaldılması, ödənilmiş dövlət rüsumunun və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 95,00 manat pulun cavabdehdən tutularaq iddiaçı tərəfə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı ARDNŞ Qaz İxrac İdarəsinin nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdeh isə iddianı qəbul etmədiyini və onun rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, mülki iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, ARDNŞ “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X1 balans və istismarında olan 530 mm diametrli «Qaradağ-Sumqayıt» yüksək təzyiqli (25 atmosfer) yerüstü magistral qaz kəmərinin Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, Quşçuluq massivindən keçən hissəsində, 39 T 383902.74; 4481836.98 koordinatı üzrə qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən inşa edilmiş yarım tikilinin inşası faktı aşkar olunmuşdur. Tikintinin qanunsuzluğu və təhlükəsi barədə ona həmin tarixdə xəbərdarlıq edilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-32/2-17420/2024 nömrəli mütəxəssis rəyindən görünür ki, Necas elektron məlumat bazasına əsasən Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi və üzərində yerləşən yarımçıq tikili qaz kəmərinin mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/9974 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Necas elektron məlumat bazasına əsasən Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi və üzərində yerləşən yarımçıq tikili qaz kəmərinin mühafizə zolağında yerləşir. İşdə olan xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, ARDNŞ “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X1 balans və istismarında olan 530 mm diametrli «Qaradağ- Sumqayıt» yüksək təzyiqli (25 atmosfer) yerüstü magistral qaz kəmərinin Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, Quşçuluq massivindən keçən hissəsində, 39 T 383902.74; 4481836.98 koordinatı üzrə qaz kəmərinin mühafizə zonasından 8 metr məsafədə Cavabdeh tərəfindən uzunluğu 11 metr, eni 10 metr ölçüdə yarımçıq tikili, 10 metr məsafədə daş hasar inşa edilmişdir. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Eyni zamanda hazırki iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi işin digər materialları ilə uyğunluq təşkil edir və məhkəmə tərəfindən mübahisəli tikilinin həqiqətən qaz kəmərinin mühafizə zonasında yerləşməsini təsdiq edən sübut kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən iddia tələbinə münasibət bildirilməmişdən öncə iddiaçının həmin tələbin qaldırılması üçün subyektiv hüquqa malik olub-olmaması yoxlanılmalıdır. Belə ki, nuvorığaB.M˝ şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair˝ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarında qeyd edilir ki, ...˝ Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz...˝. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli, 844 saylı Fərmanı ilə təsdiq edilmiş nacyabrəzA˝ Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsi˝nin 2.1-ci bəndinə əsasən Şirkətin əsas məqsədi Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda, quru və dəniz sahələrində neft və qaz yataqlarının axtarışını, kəşfiyyatını, hazırlanmasını, işlənməsini, neftin, qazın, kondensatın hasilatını, nəqlini, emalını, neft-kimya sənayesinin inkişaf etdirilməsini, neft, neft-kimya və qaz məhsullarının paylanmasını, satışını, habelə istehlakçıların müvafiq enerji daşıyıcılarına olan tələbatının sabit və dayanıqlı ödənilməsi sahəsində (bundan sonra — sahə) müasir tələblərə cavab verən rəqabətə davamlı malların, işlərin və xidmətlərin təqdim olunmasını təmin etməkdən və gəlir əldə etməkdən ibarətdir. Həmin Nizamnamənin 2.4-cü bəndinə əsasən şirkət fəaliyyət növlərinin səmərəli həyata keçirilməsini təmin etmək üçün qanunazidd olmadan, aşağıdakılar barədə müstəqil qərar qəbul etmək səlahiyyətinə malikdir: Şirkətin strukturuna daxil olan qurumların illik iş proqramlarının yerinə yetirilməsi haqqında hesabatların təsdiq edilməsi və bu proqramlara uyğun olaraq, onların gəlir və xərclər smetasının müəyyənləşdirilməsi; Şirkətin strukturuna daxil olan qurumların balansında olan əmlaka münasibətdə sərəncam vermək hüququnun həyata keçirilməsi, o cümlədən həmin əmlakın balansdan balansa, icarəyə və istifadəyə verilməsi, Şirkətin iştirak etdiyi birgə layihələrə pay şəklində qoyulması, silinməsi (ləğv edilməsi), qiymətləndirilməsi, habelə təyinatının dəyişdirilməsi; Şirkətin və onun strukturuna daxil olan qurumların istifadəsi üçün ayrılmış torpaqların təyinatı üzrə istifadə edilməsi, bu torpaqlardan istifadə hüquqlarının strukturuna daxil olan qurumlara ötürülməsi və həmin torpaqların mülkiyyətçiyə geri qaytarılmasına müvafiq qaydada razılıq verilməsi; Şirkətin strukturuna daxil olan qurumların, nizamnamə kapitalındakı səhmlərinin (paylarının) nəzarət zərfi; Şirkətə məxsus olan müəssisələrin yanacaq-enerji resurslarının istehsalı (hasilatı), ötürülməsi (nəqli), paylanması və istehlakı sahəsində texnoloji itki, sərf və əməyin ödənilməsi normalarının, eləcə də sahə üzrə tətbiqi məcburi xarakter daşıyan digər daxili normativ sənədlərin hazırlanması, təsdiq və tətbiq edilməsi; HPBS-nin şərtlərinə əsasən podratçıların Azərbaycan tərəfinə təhvil verdikləri aktivlərin əvəzsiz olaraq mülkiyyətinə qəbul edilməsi, Şirkətin neft-qaz əməliyyatlarında istifadəsini davam etdirmək üçün Şirkətin strukturuna daxil olan qurumların balansına ötürülməsi; Şirkətin strukturuna daxil olan qurumların, səhmləri (payları) Şirkətə məxsus olan birgə müəssisələrin təsis sənədlərinə dəyişikliklərin edilməsi, Şirkətin payının azaldılması, artırılması və özgəninkiləşdirilməsi; xarici ölkələrdə nümayəndəliklərinin və filiallarının açılması, hüquqi şəxslərin yaradılması və bu təsisatlar vasitəsi ilə xaricdə əldə edilmiş aktivlərə münasibətdə sahiblik, istifadə və sərəncam hüquqlarının, habelə Şirkətin strukturuna daxil olan qurumlarda xarici iqtisadi əlaqələrə aid bütün məsələlərin təşkili, baxılması və həllinin mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 95.3-cü maddəsinə əsasən bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə˝ Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, №695 nömrəli Fərmanının 4.10-cü bəndinə əsasən həmin Məcəllənin .... 95.3-cü... maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Lakin bununla yanaşı məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçı ARDNŞ-in Neft Kəmərləri İdarəsinin balansında olan qaz kəmərinin mühafizə zonasında aparılmış qanunsuz tikilinin sökülməsi tələbi ilə məhkəməyə müraciət etməkdə İdarənin subyektiv hüququ mübahisə olunmazdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mübahisələndirdiyi Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində Cavabdehtərəfindən aparılmış qanunsuz tikinti ARDNŞ-in “Neft Kəmərləri” İdarəsinin istismarında olan “Qaradağ-Sumqayıt” yerüstü magistral qaz kəmərinin mühafizə zonasında yerləşir. Müəyyən edildiyi kimi, xüsusi şərtlərlə istifadə olunan ərazi zonasında, yəni mühafizə zonasında inşa edilmiş tikili öz mahiyyəti etibarilə qanuni tikili hesab edilə bilməz. Hazırki iş üzrə cavabdeh nəinki lazımi icazələr almadan, üstəlik şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla fərdi yaşayış evi və hasar inşa etmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 9-cu maddəsinə əsasən məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqların kateqoriyasında kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, xüsusi qorunan ərazilərin torpaqları, meşə fondu torpaqları, su fondu torpaqları, ehtiyat fondu torpaqlarının bölgüsü aparılmışdır. 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Göründüyü kimi, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqların tərkibində formalaşan mühafizə zonalarının məqsədi məhz əhalinin təhlükəsizliyinin təmin olunması məqsədi daşıyır. Bu kateqoriya torpaqların təyinatı yaşayış üçün sahələrin salınmasını nəzərdə tutmur və müəyyən edilən mühafizə zonasında yaşayış evinin tikintisi mühafizə zonasının əhəmiyyətini sıfra endirir. Bu isə məhz əhalinin təhlükəsizliyinin təmin edilməsi baxımından yolverilməzdir. Beləliklə, məhkəmə qanunvericiliyin qeyd edilən normalarını rəhbər tutub hesab edir ki, iddia təmin edilməli, Abşeron Magistral X1 balans və istismarında olan 530 mm diametrli «Qaradağ-Sumqayıt» yüksək təzyiqli (25 atmosfer) yerüstü magistral qaz kəmərinin Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsindən keçən hissəsində, 39 T 383902.74; 4481836.98 koordinatı üzrə qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi onun hesabına sökülərək ərazidən çıxarılmalıdır. Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı Qərarının 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair˝ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarında deyilir ki, ...˝ Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir˝. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə 100 manat dövlət rüsumu, eyni zamanda ekspertiza tədqiqatının dəyəri 50 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya qaytarılmalı, 50 manat ekspertiza tədqiqatının dəyəri isə cavabdehdən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. ARDNŞ-nin Qaz İxrac İdarəsinin istismarında olan 530 mm diametrli «Qaradağ- Sumqayıt» yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, Quşçuluq massivindən keçən hissəsində, 39 T 383902.74; 4481836.98 koordinatı üzrə qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş fərdi yaşayış evi cavabdehin hesabına sökülərək ərazidən çıxarılsın. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçı “Qaz İxrac” İdarəsinin bank hesabına ödənilsin. Aparılmış ekspertiza tədqiqatına görə 50 manat pul Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar