Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3020/2023 29.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pulun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında pulun tutulması tələbinə dair iddia ərizəsi ilə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, Cavabdeh 2099 manat pul vəsaitinin və 40,99 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadına əsasən iş iddia icraatına keçirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Hyundai Veracruz” markalı, ** DF *** dövlət nömrə nişanlı avtomobil xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2019-cu il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2019-cu il avqustun 27-də Cavabdeh idarə etdiyi “Hyundai Veracruz” markalı, ** DF *** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Z.Bünyadov prospektində “Soren” markalı, ** TN *** dövlət nömrə nişanlı və “Hyundai Grandeur” markalı, ** FF *** dövlət nömrə nişanlı avtomobillərlə toqquşmuşdur. Həmin hadisə ilə bağlı Bakı DYPİ tərəfindən xx.xx.2019-cu il tarixində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Bakı DYPİ-in xx.xx.2019-cu il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə təqsirli bilinmişdir. Vurulmuş zərərin məhz cavabdehin təqsirli əməli nəticəsində baş verməsi inzibati xəta haqqında qərarı ilə müəyyən edilərək, təsdiqini tapmışdır. Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən xx.xx.2019-cu il tarixində verilmiş qüsur aktına əsasən hadisə nəticəsində “Soren” markalı, ** TN *** dövlət nömrə nişanlı avtomobilə 3200 manat məbləğində ziyan dəymişdir. “Hyundai Grandeur” markalı, ** FF *** dövlət nömrə nişanlı avtomobilin sahibi X4 ərizə ilə "xxxx" ASC-yə müraciət edərək, ona dəymiş zərərin tam ödənilməsini təsdiq etmişdir. İddiaçı xx.xx.2019-cu il tarixində 3200 manat məbləği zərərçəkmiş şəxs X2 ödəmişdir. "xxxx" ASC tərəfindən xx.xx.2019-cu il tarixində könüllü surətdə borcun ödənilməsinə dair Cavabdeh xəbərdarlıq göndərmişdir. Bundan sonra xx.xx.2020-ci il tarixində "xxxx" ASC ilə Cavabdeh ilə borcun etirafı və onun ödənilməsi haqqında razılaşma bağlanılmışdır. Həmin razılaşmaya əsasən Cavabdeh etiraf etmişdir ki, 3200 manat məbləğində zərər vurmuşdur və ilkin olaraq 200 manat ödəniş etməklə, qalan borcu hər ay 100 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2020-ci il tarixində 200 manat, xx.xx.2020-ci il tarixində 100 manat, xx.xx.2020-ci il tarixində 100 manat, xx.xx.2020-ci il tarixində 200 manat, xx.xx.2021-ci il tarixində 100 manat, xx.xx.2021-ci il tarixində 100 manat, xx.xx.2022-ci il tarixində 101 manat, xx.xx.2022-ci il tarixində 100 manat xx.xx.2022-ci il tarixində 100 manat, ümumilikdə 1101 manat məbləğində ödəniş etmiş, qalan 2099 manat məbləğ ödənilməmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə etdi və onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılsa da, məhkəmə iclasında üzrlü səbəb göstərmədən iştirak etməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1-ci maddəsinin mahiyyətindən görünür ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinin tələbinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. İş materiallarına əlavə edilmiş: - "xxxx" ASC-nin PXA 51299 saylı sığorta aktının surətindən görünür ki, xx.xx.2019cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətdə "xxxx" ASC-də 55000 manat dəyərində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə sığortalanmış X3 məxsus olan ** DF *** dövlət qeydiyyat nişanlı Hyundai-Veracruz markalı nəqliyyat vasitəsi ilə “Soren” markalı, ** TN *** dövlət nömrə nişanlı və “Hyundai Grandeur” markalı, ** FF *** dövlət nömrə nişanlı avtomobillərlə toqquşmuş və bunun nəticəsində “Soren” markalı, ** TN *** dövlət nömrə nişanlı avtomobilə 3200 manat dəyərində ziyan dəymiş, sığorta ödənişinin məbləği avtomobilin təmiri üçün X1 hesabına köçürülmüşdür. - xx.xx.2017-xx.xx.2020-ci illər aralığındakı hesabdan çıxarışın surətindən görünür ki, "xxxx" ASC-nin hesabından ******************** saylı hesaba xx.xx.2019-cu il tarixdə 3200 manat vəsait köçürülmüşdür. - Avtomobillərin Texniki Xidmət Mərkəzinin xx.xx.2019-cu il tarixli qüsur aktından görünür ki, Rəşvin adlı şəxsə məxsus olan “Az Samand” markalı, ** TN *** dövlət nömrə nişanlı avtomobilin ehtiyat hissələri üçün 1715 manat, usta haqqı üçün 1485 manat olmaqla, cəmi 3200 manat xərc tələb olunur. - xx.xx.2019-cu il tarixli PXA********** saylı icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, X3 məxsus olan ** DF *** dövlət qeydiyyat nişanlı Hyundai- Veracruz markalı nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətdə sığorta haqqı 125 manat, Bonus-Malus əmsalı 1.00 olmaqla, yekun sığorta haqqı 125 manat olmaqla "xxxx" ASC-də 5000 manat dəyərində sığortalanmışdır. - Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2019-cu il tarixdə saat 16:04 radələrində Bakı şəhəri, Z.Bünyadov küçəsində yol-nəqliyyat hadisəsi baş vermiş, Cavabdeh tərəfindən idarə edilən X3 məxsus olan ** DF *** dövlət qeydiyyat nişanlı Hyundai-Veracruz markalı nəqliyyat vasitəsi ilə “Soren” markalı, ** TN *** dövlət nömrə nişanlı və “Hyundai Grandeur” markalı, ** FF *** dövlət nömrə nişanlı avtomobillərlə toqquşaraq avtomobillərə ziyan dəymişdir. - İnzibati Xəta haqqında xx.xx.2019-cu il tarixli İXP ******* saylı protokoldan görünür ki, Cavabdeh idarə etdiyi ** DF *** dövlət qeydiyyat nişanlı Hyundai-Veracruz markalı avtomobillə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci və 327.1-ci maddələrinin tələblərini pozmuşdur. - İnzibati tənbeh vermə haqqında xx.xx.2019-cu il tarixli TP ******* saylı qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci və 327.1-ci maddələrinin tələblərini pozduğuna görə 40 manat məbləğində cərimələnmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-9/5881/2023 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan Avtomobillərin Texniki Xidmət Mərkəzinin xx.xx.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Soren” markalı, ** TN *** dövlət nömrə nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 2950 manat müəyyən edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İşin məhkəmə iclasında müəyyən edilən hallarından aydın olur ki, tərəflər arasında yaranmış mülki hüquq münasibətlərinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsində nəzərdə tutulmuş yüksək təhlükə mənbəyi tərəfindən sığortalıya vurulmuş zərərin əvəzinin həmin Məcəllənin 1114-cü maddəsinə müvafiq olaraq reqres qaydasında iddiaçı tərəfindən tələb edilməsi təşkil edir. Belə ki, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki şəxs yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur və zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə iclasında araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixdə saat 16:04 radələrində Bakı şəhəri, Z.Bünyadov küçəsində yolnəqliyyat hadisəsi baş vermiş, Cavabdeh tərəfindən idarə edilən X3 məxsus olan ** DF *** dövlət qeydiyyat nişanlı Hyundai-Veracruz markalı nəqliyyat vasitəsi ilə “Soren” markalı, ** TN *** dövlət nömrə nişanlı və “Hyundai Grandeur” markalı, ** FF *** dövlət nömrə nişanlı avtomobillər toqquşaraq avtomobillərə ziyan dəymişdir. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci və 327.1-ci maddələrinin tələblərini pozmuş, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Soren” markalı, ** TN *** dövlət nömrə nişanlı avtomobilə ziyan dəymiş, həmin ziyana görə 3200 manat məbləğində pul xx.xx.2019-cu il tarixli ödəniş tapşırığına əsasən ödənilmişdir. Cavabdeh ilkin olaraq 200 manat ödəniş etməklə, qalan borcu hər ay 100 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2020-ci il tarixində 200 manat, xx.xx.2020-ci il tarixində 100 manat, xx.xx.2020-ci il tarixində 100 manat, xx.xx.2020-ci il tarixində 200 manat, xx.xx.2021-ci il tarixində 100 manat, xx.xx.2021-ci il tarixində 100 manat, xx.xx.2022-ci il tarixində 101 manat, xx.xx.2022-ci il tarixində 100 manat xx.xx.2022-ci il tarixində 100 manat, ümumilikdə 1101 manat məbləğində ödəniş etmiş, qalan 2099 manat məbləğ ödənilməmişdir. Bununla da, sığorta şirkəti onun tərəfindən sığortalanmış avtomobilə görə edilmiş sığorta ödənişi məbləğinin avtomobili idarə etmiş şəxsdən, yəni cavabdehdən tələb olunmasına dair subroqasiya hüququ əldə etmişdir. Beləliklə, iddiaçı vurulmuş ziyanın əvəzi olaraq 2099 manat pulun cavabdehdən tutulmasını xahiş edir. Tərəflər arasında yaranmış mübahisənin obyektiv həlli məqsədilə məhkəmə qərardadı əsasında keçirilmiş ekspertiza tədqiqatı nəticəsində dəymiş ziyanın məbləği 2950 manat dəyərində müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə məhkəmə iclasında tədqiq edilən sübutları araşdırıb, baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş ziyanın əvəzi olaraq ekspert rəyi ilə müəyyən edilmiş 2950 manat pul vəsaitinin cavabdehdən tutulmasını daha ədalətli hesab edərək, iddia ərizəsinin qismən təmin edilməsi qənaətinə gəlir. İşdən görünür ki, cavabdeh indiyədək tələb olunan vəsaitin 1101 manat hissəsini ödəmişdir və belə olan halda, yekun olaraq 1849 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırki iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 40,99 manat dövlət rüsumu cavabdehə aid edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaiti cavabdehdən dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin xeyrinə 1849 manat sığorta ödənişi və ödənilmiş dövlət rüsumuna görə 40,99 manat pul tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-3020/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3020/2023
29.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver