Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3035/2023 12.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şirinova Nigar Nazim qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 qarşı müqavilənin etibarsız hesab edilməsi və mənzilə dair hüquqların tanınması tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 qarşı müqavilənin etibarsız hesab edilməsi və mənzilə dair hüquqların tanınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında tikilmiş binanın 61 saylı (“S” girişində, 11-ci mərtəbədə) mənzilinə sahiblik və istifadə hüququnun İddiaçı aid olmasının müəyyən edilməsi və Cavabdeh1 ilə Cavabdeh2 MMC arasında həmin mənzilə dair bağlanmış 26 mart 2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əliyev X2 rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi 21 ünvanında Cavabdeh2 MMC-nin inşa etdiyi binada 61 saylı mənzili Cavabdeh2 MMC ilə 2014-cü il dekabrın 15-də bağladığı müqavilə ilə əldə etmiş, mənzilin dəyərini (52680 manat) tam ödəmişdir. Cavabdeh2 MMC-nin verdiyi xx.xx.2020-ci il tarixli arayışı ilə təsdiq edilmişdir ki, İddiaçı mənzilin dəyəri olan 52680 manatı tam ödəmişdir və Cavabdeh2 MMC-yə heç bir borcu yoxdur. Mənzil faktiki olaraq İddiaçıdır, təmirsiz olsa da, o, mənzilə qapı qoymuş və uzun müddətdir mənzil onun sahibliyindədir. Bir müddət əvvəl Cavabdeh1 adlı şəxs İddiaçı telefonla zəng edərək bildirmişdir ki, Cavabdeh2 MMC-dən ünvan 1 ünvanında tikilmiş evin (binanın) 61 saylı (“S” girişində, 11-ci mərtəbədə) mənzilini faktiki təhvil almasa da, müqavilə bağlayaraq almışdır, lakin sonradan ona bildirilmişdir həmin mənzil İddiaçı məxsusdur və buna görə də həmin məsələləri aydınlaşdırmaq istəyir. O, watsapp vasitəsilə sənədinin şəklini göndərmişdir. İddiaçı ona bildirmişdir ki, mənzil ona məxsusdur deyə satıla bilməzdi. Cavabdeh1 müqaviləsi 26 mart 2021-ci il tarixlidir, yəni mənzili iddiaçı aldığı, dəyərini tam ödədiyi mənzil onun faktiki sahibliyində olduğu halda, qanunsuz olaraq, sonradan təkrar satılmışdır. Mübahisəli mənzilin bütün kommunal təchizatını iddiaçı qurmuş və bütün kommunal təchizat müqavilələri də onunla bağlanmışdır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə2 iddiaya etiraz etdi və onun rədd olunmasını xahiş etdi. Digər Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, səbəbini bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin surətindən görünür ki, o, ünvan 1 ünvanında tikilmiş binanın 61 saylı (“S” girişində, 11-ci mərtəbədə yerləşən) 87,8 kv.metrlik 2 otaqlı mənzili 52680 manata (8000 manat ilkin ödəmə, 44680 manatı 24 aya hissə-hissə ödəməklə) almışdır. Pul məbləğinin onun tərəfindən MMC-yə ödənilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli maliyyə arayışı verilmişdir. İşdə olan xx.xx.2018-ci il tarixli kassa mədaxil orderinin surətindən görünür ki, İddiaçı S blokundakı 2 otaq üçün "xxxx" MMC-nin hesabına 500 manat kredit ödənişi etmişdir. İşdə olan "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin surətindən görünür ki, o, ünvan 1 ünvanında tikilmiş binanın 61 saylı (“S” girişində, 11-ci mərtəbədə yerləşən) 87,8 kv.metrlik 2 otaqlı mənzili 36000 manata almışdır. Pul məbləğinin onun tərəfindən MMC-yə ödənilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli maliyyə arayışı verilmişdir. İşdə olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh2 MMC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsi 21-ci məhəlləsində inşa edilmiş 5 bloklu yaşayış binasının “S” giriş, 11-ci yaşayış mərtəbəsində ümumi 87,8 kv.metr sahəsi olan, 61 saylı mənzilə dair MMC-də alqı-satqı müqavilələri mövcud deyildir. Lakin qeyd olunan mənzil alqı-satqı müqaviləsinə əsasən İddiaçı satılmış və onun istifadəsinə verilmişdir. Mülki iş üzrə Cavabdeh1 ilə MMC arasında bağlanmış “S” giriş, 11-ci yaşayış mərtəbəsində ümumi 87,8 kv.metr sahəsi olan, 61 saylı mənzilə dair alqı-satqı müqaviləsi Cavabdeh2 MMC-nin iradəsini ifadə etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 646.1-ci maddəsinə görə daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsindən görünür ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X1 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Prosessual Məcəllənin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Məhkəmə ilk öncə qeyd edir ki, hər iki tərəflə MMC arasında bağlanmış müqavilələr alqı-satqı müqavilələri kimi görünsə də, əslində podrat müqavilələri hesab olunur və hazırki mübahisə podrat münasibətlərindən əmələ gələn mübahisədir. İşdən görünür ki, xx.xx.2014-cü il tarixli müqavilə ilə "xxxx" MMC ilə İddiaçı arasında ünvan 1 ünvanında tikilmiş binanın 61 saylı (“S” girişində, 11-ci mərtəbədə yerləşən) 87,8 kv.metrlik 2 otaqlı mənzilin 52680 manata (8000 manat ilkin ödəmə, 44680 manatı 24 aya hissə-hissə ödəməklə) satılması barədə razılıq əldə edilmişdir. Pul məbləğinin iddiaçı tərəfindən MMC-yə tam ödənilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli maliyyə arayışı verilmişdir. İşdəki sənədlərlə müəyyən olunur ki, daha sonra "xxxx" MMC ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli müqavilə bağlanmış və ünvan 1 ünvanında tikilmiş binanın 61 saylı (“S” girişində, 11-ci mərtəbədə yerləşən) 87,8 kv.metrlik 2 otaqlı mənzil 36000 manata ona satılmışdır. Pul məbləğinin Cavabdeh1 tərəfindən MMC-yə ödənilməsi ilə bağlı eyni tarixli maliyyə arayışı verilmişdir. Hazırda iddiaçı qeyd edir ki, mübahisəli mənzil ona daha öncə satıldığına, mənzil faktiki olaraq onun istifadəsində olduğuna görə Cavabdeh1 ilə MMC arasındakı müqavilə etibarsızdır. Hər iki şəxsə mübahisəli mənzillərin dəyərinin MMC-yə tam ödənilməsi ilə bağlı maliyyə arayışları verilsə də, həmin daşınmaz əmlakla bağlı nə İddiaçı, nə də Cavabdeh1 mülkiyyət hüquqlarını müvafiq qurumda qeydə aldırmamışlar. Bundan başqa, əmlaka görə tərəflərin ödədikləri vəsaitin bilavasitə MMC-nin hesabına keçirilməsini təsdiq edən və ciddi maliyyə blankı hesab olunan kassa mədaxil orderləri mövcud deyildir. Bununla belə, mübahisəli mənzilin hazırda İddiaçı faktiki istifadəsində olması işin mübahisəsiz hallarındandır (kommunal xidmətlərin ödənilməsilə bağlı qəbzlər). Bu fakt "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubu ilə tamamilə təsdiq olunur. Məktubda qeyd olunmuşdur ki, Cavabdeh2 MMC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsi 21-ci məhəlləsində inşa edilmiş 5 bloklu yaşayış binasının “S” giriş, 11-ci yaşayış mərtəbəsində ümumi 87,8 kv.metr sahəsi olan, 61 saylı mənzilə dair MMC-də alqı-satqı müqavilələri mövcud deyildir. Lakin qeyd olunan mənzil alqı-satqı müqaviləsinə əsasən İddiaçı satılmış və onun istifadəsinə verilmişdir. Mülki iş üzrə Cavabdeh1 ilə MMC arasında bağlanmış “S” giriş, 11-ci yaşayış mərtəbəsində ümumi 87,8 kv.metr sahəsi olan, 61 saylı mənzilə dair alqı-satqı müqaviləsi Cavabdeh2 MMC-nin iradəsini ifadə etmir. Məhkəmə hesab edir ki, mübahisəli mənzil İddiaçı tərəfindən maneəsiz istifadə olunduğundan, habelə MMC tərəfindən buna heç bir etiraz olunmadığından və onunla bağlanan əqd qəbul edildiyindən, bu əmlakla bağlı M.Ş.Cavabdeh1Əliyevə nisbətən üstünlük hüququ əldə etmişdir. Belə olan halda isə mənzillə bağlı əqdin etibarsızlığı barədə İddiaçı qaldırdığı iddia əsaslı hesab edilməlidir. Beləliklə, işin faktiki hallarına və qeyd edilən hüquq normalarına istinad edərək məhkəmə hesab edir ki, hazırki halda mənzilə dair müqavilənin olması Cavabdeh1 mübahisəli mənzillə bağlı İddiaçı sahibliyinə maneə yaratmasına hüquqi əsas vermir. Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 340.2-ci maddəsinə görə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir Qeyd edildiyi kimi, işin tədqiq olunan faktiki hallarından görünür ki, Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə ona uyğun nəticələr yaratmaq niyyəti olmadan görünüş üçün bağlanmışdır. Başqa sözlə, qeyd edilən əqd əhəmiyyətsizdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Cavabdeh1lə bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə əhəmiyyətsiz və yalan əqddir, bu əqdin mövcudluğu isə mübahisəli mənzili daha legitim yolla əldə etmiş İddiaçı sahiblik hüququnun pozulması kimi qiymətləndirilməlidir, bu isə qanunla qadağandır. Bu baxımdan məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməli, Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə etibarsız hesab edilməlidir. ünvan 1 ünvanında tikilmiş binanın 61 saylı (“S” girişində, 11-ci mərtəbədə) mənzilinə sahiblik və istifadə hüququnun İddiaçı aid olmasının müəyyən edilməsi barədə tələbə gəldikdə isə məhkəmə hesab edir ki, bu hissədə tələb qeyri-müəyyən olduğundan təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 1 ünvanında tikilmiş binanın 61 saylı (“S” girişində, 11-ci mərtəbədə) mənzili ilə bağlı Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə etibarsız hesab edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, dövlət rüsumu kimi ödənilmiş 100 manat pul "xxxx" MMCdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 1 ünvanında tikilmiş binanın 61 saylı (“S” girişində, 11-ci mərtəbədə) mənzili ilə bağlı Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə etibarsız hesab edilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat pul cavabdeh "xxxx" MMC-dən alınaraq İddiaçı ödənilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-3035/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3035/2023
12.10.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver