Məhkəmə qərarları › İş №e-2(012)-3036/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3036/2023

25.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3036/2023 25.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, X4 13 komputer üçün 2436,60 manat ödənilməmiş hissə, 730,80 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, LG LED TV üçün 1962,04 manat ödənilməmiş hissə, 587,40 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən ACER NİTRO 5 komputer üçün 1217,70 manat ödənilməmiş hissə, 365,46 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, HP PAVİLİON X360 komputer üçün 1080 manat ödənilməmiş hissə, 324 manat dəbbə pulu olmaqla, ümumilikdə 8704 manat borc və ödənilmiş dövlət rüsumuna görə 107,04 manat pulun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia tələbini onunla əsaslandırdı ki, cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci tarixli müqavilələrə əsasən, X4 13 komputer, LG LED TV, ACER NİTRO 5 komputer və HP PAVİLİON X360 komputer almış və 8704 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 3333,80 manat olan X4 13 komputer üçün 2436,60 manat ödənilməmiş hissə, 730,80 manat dəbbə pulu, alqı-satqı qiyməti 2241,04 manat olan LG LED TV üçün 1962,04 manat ödənilməmiş hissə, 587,40 manat dəbbə pulu, alqı-satqı qiyməti 2439,60 manat olan ACER NİTRO 5 komputer üçün 1217,70 manat ödənilməmiş hissə, 365,46 manat dəbbə pulu və alqı-satqı qiyməti 2162 manat olan HP PAVİLİON X360 komputer üçün 1080 manat ödənilməmiş hissə, 324 manat dəbbə pulu olmaqla, ümumilikdə 8704 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3480,10 manat təşkil edir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, o, "xxxx" MMC-dən əşyalar götürmüşdür. Həmin əşyaları o, başqa şəxsə hədiyyə olaraq vermişdir. Odur ki, o, işləyib hissə-hissə ödəniş edəcəkdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 23273525 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh X4 13 komputer almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, ******* saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh LG LED TV almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 23108104 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh ACER NİTRO 5 komputer almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissəhissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 23082299 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh HP PAVİLİON X360 komputer almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında 11 may 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, X4 13 komputer üçün Cavabdeh 2436,60 manat ödənilməmiş məbləğ və 730,80 manat dəbbə pulu, LG LED TV üçün 1962,04 manat ödənilməmiş hissə, 587,40 manat dəbbə pulu ACER NİTRO 5 komputer üçün 1217,70 manat ödənilməmiş hissə, 365,46 manat dəbbə pulu və HP PAVİLİON X360 komputer üçün 1080 manat ödənilməmiş hissə, 324 manat dəbbə pulu olmaqla, ümumilikdə 8704 manat borcu vardır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli, 23273525 saylı, xx.xx.2021-ci il tarixli, ******* saylı, xx.xx.2021-ci il tarixli, 23082299 saylı və xx.xx.2021-ci il tarixli, 23108104 saylı alqısatqı müqavilələri bağlanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanıb və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. xx.xx.2021-ci il tarixli, 23273525 saylı, xx.xx.2021-ci il tarixli, ******* saylı, xx.xx.2021-ci il tarixli, 23082299 saylı və xx.xx.2021-ci il tarixli, 23108104 saylı müqavilələr üzrə Cavabdeh üzərinə götürdüyü öhdəliyi, yəni aldğı malların qiymətini alqı-satqı müqavilələrinə və ödəmə cədvəlinə uyğun olaraq ödəməmiş və öhdəliklərini pozmuşdur. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı geçikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və geçikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən öhdəliyi lazımınca icra etmədiyi üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulu hissəsində də iddia tələbi təmin edilməlidir. Lakin məhkəmə cərimə pulunun yüksək hesablandığı qənaətinə gəlir. Belə ki, xx.xx.2021-ci il tarixli, 23273525 saylı müqaviləyə əsasən, X4 13 komputer üçün hesablanmış 730,80 manat məbləğində cərimənin azaldılması cavabdehin maddi durumunu daha da yaxşılaşdıra biləcəyinə görə iddia tələbi qismən təmin edilərək 30 manat, xx.xx.2021-ci il tarixli, ******* saylı müqaviləyə əsasən, LG LED TV üçün hesablanmış 587,40 manat dəbbə pulu 20 manat, xx.xx.2021-ci il tarixli, 23082299 saylı müqaviləyə əsasən, HP PAVİLİON X360 komputer üçün hesablanmış 324 manat dəbbə pulu 20 manat, xx.xx.2021-ci il tarixli, 23108104 saylı müqaviləyə əsasən, ACER NİTRO 5 komputer üçün hesablanmış 365,46 manat dəbbə pulu isə 20 manat məbləğində olmalıdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı şirkətin məhkəməyə müraciət etmək üçün 107,04 manat dövlət rüsumu cavabdehdən alınmalı və iddiaçı şirkətə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli, 23273525 saylı müqaviləyə əsasən, X4 13 komputer üçün 2436,60 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli, ******* saylı müqaviləyə əsasən, LG LED TV üçün 1962,04 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli, 23082299 saylı müqaviləyə əsasən, HP PAVİLİON X360 komputer üçün 1080 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu və xx.xx.2021-ci il tarixli, 23108104 saylı müqaviləyə əsasən, ACER NİTRO 5 komputer üçün 1217,70 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu olmaqla, ümumilikdə 6786,34 manat borc və dövlət rüsumu kimi ödənilmiş 107,04 manat Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar