Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3051/2022 03.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçınə xx.xx.2019cu il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 697 manat əsas borc, 66 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsi üzrə isə 300 manat əsas borc, 30 manat dəbbə pulu, hər iki müqavilə üzrə cəmi 997 manat əsas borc, 96 manat dəbbə pulu, 30,93 manat dövlət rüsumu məbləğinin, ümumilikdə 1.123,93 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixində ******* nömrəli alqı-satqı müqaviləsi və həmin müqavilənin tərkib hissəsi olan 1 saylı əlavə, sonradan isə xx.xx.2019-cu il tarixində ******* №-li alqı-satqı müqaviləsi və həmin müqavilənin tərkib hissəsi olan 1 saylı əlavə imzalanmışdır. xx.xx.2019-cu il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh ümumi dəyəri 1.528 manat olan 3 (üç) ədəd mal almışdır. Müqavilənin şərtlərinə əsasən 12 ay ərzində ödəmək şərti ilə alınan məhsulun dəyərini tam ödənilməli idi. Ancaq müəyyən ödənişləri etdikdən sonra cavabdeh heç bir ödəniş etməmişdir. Cavabdehin cəmiyyətə 23 dekabr 2021-ci il tarixə olan borcu 697 manat təşkil edir. 2021-ci il dekabr ayının 23-nə dəbbə pulu 66 manat təşkil edir. xx.xx.2019-cu il tarixli, ******* №-li alqı-satqı müqaviləsinə əsasən Cavabdeh ümumi dəyəri 688 manat olan 2 ədəd mal almışdır. Müqavilənin şərtlərinə əsasən 12 ay ərzində ödəmək şərti ilə alınan məhsulun dəyərini tam ödənilməli idi. Ancaq müəyyən ödənişləri etdikdən sonra cavabdeh heç bir ödəniş etməmişdir. Cavabdehin cəmiyyətə 23 dekabr 2021-ci il tarixə olan borcu 300 manat təşkil edir. 2021-ci il dekabr ayının 23-nə dəbbə pulu 30 manat təşkil edir. Mübahisənin məhkəmədən kənar qaydada həlli məqsədilə cavabdehə pretenziya məktubu göndərilmiş, rəsmi qaydada çatdırılmış, lakin təyin edilən müddətdə cavabdeh öhdəliyini icra etməmişdir. Göstərilənlərə əsasən Cavabdeh İddiaçınə xx.xx.2019-cu il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 697 manat əsas borc, 66 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsi üzrə isə 300 manat əsas borc, 30 manat dəbbə pulu, hər iki müqavilə üzrə cəmi 997 manat əsas borc, 96 manat dəbbə pulu, 30,93 manat dövlət rüsumu məbləğinin, ümumilikdə 1.123,93 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi 26 aprel 2022-ci il tarixdə məhkəməyə daxil olmuş və 29 aprel 2022-ci il tarixdə məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx.xx.2019-cu il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsindən və həmin müqaviləyə 1 saylı əlavədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında müqavilə bağlanmış və Cavabdeh İddiaçındən “HOTPOİNT” markalı soyuducunu, “ARCELİK” markalı paltaryuyan maşını və “ARCELİK” markalı televizoru qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsindən və həmin müqaviləyə 1 saylı əlavədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında müqavilə bağlanmış və Cavabdeh İddiaçındən 2 ədəd “Samsung A105” markalı telefonu qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçınə xx.xx.2019-cu il tarixli, ******* nömrəli müqaviləyə əsasən xx.xx.2021-ci il tarixinədək olan borcu 697 manat əsas borcu, 66 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli, ******* nömrəli müqaviləyə əsasən xx.xx.2021-ci il tarixinədək olan borcu 300 manat əsas borcu, 30 manat cərimə borcu, hər iki müqavilə üzrə xx.xx.2021-ci il tarixinədək ümumi borcu 997 manat əsas borc, 96 manat cərimə borcu olmaqla, cəmi 1.093 manat borcu vardır. xx.xx.2022-ci il tarixli pretenziya məktublarından görünür ki, Cavabdeh borcun ödənilməsi, əksə təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə İddiaçı tərəfindən xəbərdarlıq edilmişdir. xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin verilməsi ilə bağlı 30,93 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh İddiaçındən 12 aya 100 manat aylıq ödəmək şərti ilə “HOTPOİNT” markalı soyuducu, “ARCELİK” markalı paltaryuyan maşın və “ARCELİK” markalı televizor, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh İddiaçındən 12 aya 50 manat aylıq ödəmək şərti ilə 2 ədəd “Samsung A105” markalı telefon almışdır. Cavabdeh müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun xx.xx.2019cu il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsi üzrə 697 manat əsas borcu və 66 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsi üzrə 300 manat əsas borcu və 30 manat dəbbə pulu borcu yaranmışdır. Məhkəmə iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, dəbbə pulunun miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməli, xx.xx.2019-cu il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsi üzrə hesablanmış 66 manat dəbbə pulunun məbləği azaldılmalı, 6 manat müəyyən edilməli, xx.xx.2019-cu il tarixli, ******* nömrəli alqısatqı müqaviləsi üzrə üzrə hesablanmış 30 manat dəbbə pulunun məbləği azaldılmalı, 3 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 24 dekabr 2019-cu il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən 697 manat əsas borc, 6 manat dəbbə pulu, 24 dekabr 2019-cu il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən 300 manat əsas borc, 3 manat dəbbə pulu olmaqla, ümumilikdə 1.006 manat pul alınaraq İddiaçınə ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu üçün ödənilmiş 30,93 manat məbləğində pul vəsaitinin əvəzi cavabdehdən tutulub iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1 - 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 24 dekabr 2019-cu il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən 697 (altı yüz doxsan yeddi) manat əsas borc, 6 (altı) manat dəbbə pulu, 24 dekabr 2019cu il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən 300 (üç yüz) manat əsas borc, 3 (üç) manat dəbbə pulu olmaqla, ümumilikdə 1.006 (bir min altı) manat pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30,93 (otuz manat, doxsan üç qəpik) manat dövlət rüsumunun əvəzi alınaraq alınaraq İddiaçınə ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №e-2(012)-3051/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3051/2022
03.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver