Məhkəmə qərarları › İş №e-2(012)-3101/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3101/2024

23.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3101/2024 23.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı "xxxx" MMC-nin cavabdeh Bağırova (Əliyeva) Səidə Araz qızına qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmə qətnaməsinin çıxarılması ilə bağlı ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC kiçik iddiaya dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Bağırova (Əliyeva) Səidə Araz qızından xx.xx.2019-cu il tarixli müqaviləyə xx.xx.2021-ci il 01 saylı əlavəyə əsasən Samsung markalı LED televizor üçün 80 manat ödənilməmiş hissə, 8 manat cərimə olmaqla, ümumilikdə 88 manat borc və 30 manat dövlət rüsumunun əvəzinin alınaraq "xxxx" MMCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia ərizəsində göstərmişdir ki, cavabdeh Bağırova (Əliyeva) Səidə Araz qızı xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Samsung markalı LED televizor almış və 88 manat borcu yaranmışdır. Cavabdehin xx.xx.2019-cu il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən restrukturizasiya edilmişdir. Belə ki, cavabdeh müqavilənin şərtlərini pozmuş və xx.xx.2019-cu il tarixli müqaviləyə xx.xx.2021ci il 01 saylı əlavəyə əsasən alqı-satqı qiyməti 1206,24 manat, Samsung markalı LED televizor üçün 80 manat ödənilməmiş hissə, 8 manat cərimə olmaqla ümumilikdə 88 manat borcu yaranmışdır. Cavabdehin xx.xx.2019-ci il tarixli müqaviləsi xx.xx.2023-cü ildir. Cavabdehin cəmi ödədiyi məbləğ 1126,24 manat təşkil edir. Bunlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 01156847 saylı müqavilədən görünür ki, Bağırova (Əliyeva) Səidə Araz qızı ilə "xxxx" MMC arasında müqavilə bağlanmış, Bağırova (Əliyeva) Səidə Araz qızı "xxxx" MMC-dən Samsung markalı LED televizoru qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 01156847 saylı müqavilə üzrə xx.xx.2021-ci il tarixli 01 saylı əlavə sazişdən görünür ki, bu sazişə əsasən Bağırova (Əliyeva) Səidə Araz qızı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 01156847 saylı müqaviləyə restrukturizasiya edilmişdir. İş materiallarında olan 13 aprel 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2019-cu il tarixli müqaviləyə xx.xx.2021-ci il 01 saylı əlavəyə əsasən Samsung markalı LED televizor üçün Bağırova (Əliyeva) Səidə Araz qızının "xxxx" MMCyə 80 manat ödənilməmiş hissə, 8 manat cərimə olmaqla, ümumilikdə 88 manat borcu vardır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizəyə əlavə edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Bağırova (Əliyeva) Səidə Araz qızından xx.xx.2019-cu il tarixli müqaviləyə xx.xx.2021-ci il 01 saylı əlavəyə əsasən Samsung markalı LED televizor üçün 80 manat ödənilməmiş hissə, 8 manat cərimə olmaqla, ümumilikdə 88 manat borc və dövlət rüsumuna görə ödənilmiş 30 manat alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar