Məhkəmə qərarları › İş №e-2(012)-3149/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3149/2025

02.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3149/2025 02.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlu, İddiaçı X4 cavabdeh X5 qarşı müqavilə üzrə yaranmış borcun qaytarılması barədə iddia tələbinə dair mülki işə Xırdalan şəhərində məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X8 cavabdeh X5 qarşı müqavilə üzrə yaranmış borcun qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 iddiaçı X4 xeyrinə xx.xx.2020-ci il tarixli RSK5761976 saylı müqaviləyə əsasən 516 manat əsas, 156 manat dəbbə pulu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 702 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X1 fəaliyyəti ilə məşğul olduğu mağaza ("xxxx" LTD MMC) ilə X7 arasında xx.xx.2020-ci il tarixlində RSK5761976 saylı saylı hissəhissə ödənişlə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən RSK5761976 saylı müqaviləsi üzrə iddiaçı "xxxx" LTD MMC 600 manat dəyəri olan 1 ədəd “Ətçəkən Riffel, Blender Beko, Mixer Kenwood, Çaynik Beko” markalı məhsullar cavabdeh X5 hissə-hissə ödənişlə satmaq öhdəliyi öz üzərinə götürmüşdür. Cavabdeh xx.xx.2020-ci il tarixli RSK5761976 saylı müqavilə üzrə 24 manat ilkin ödəniş olmaqla, qalan 567 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 24 ay müddətinə, aylıq 24 manat olmaqla, hər ayın 19-dək ödəmək öhdəliyi öz üzərinə götürmüşdür. Cavabdeh tərəfindən müqavilələr üzrə öhdəliklər lazimi qaydada icra edilməmiş, nəticədə onun xx.xx.2020-ci il tarixli RSK5761976 saylı müqavilə üzrə 516 manat əsas, 156 manat dəbbə pulu olmaqla, cəmi 702 manat borcu yaranmışdır. Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli RSK5761976 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 24 manat ödəniş edilmişdir. İddiaçı tərəfindən dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Belə olan halda məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş və məhkəmə cavabdeh X5 prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş xx.xx.2025-ci il tarixdə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə X5 qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizəyə əlavə edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki işin materiallarında olan xx.xx.2020-ci il tarixli RSK5761976 saylı alqı-satqı müqaviləsindən müəyyən edilir ki, X1 fəaliyyəti ilə məşğul olduğu mağazadan ("xxxx" LTD MMC) X7 627 manat dəyərində olan 1 ədəd “Ətçəkən Riffel, Blender Beko, Mixer Kenwood, Çaynik Beko” markalı telefonu nisyə almış və müqavilə üzrə 24 manat ilkin ödəniş olmaqla, qalan 597 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 24 ay müddətinə, aylıq 24 manat olmaqla, hər ayın 19-dək malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, X3 xx.xx.2020-ci il tarixli RSK5761976 saylı və müqaviləyə əsasən X6 516 manat əsas, 156 manat dəbbə pulu cəmi 702 manat borcu vardır. Mülki işin materiallarında olan xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdehə borcun ödənilməsi ilə bağlı rəsmi qaydada bildiriş göndərilmişdir. Mülki işin materiallarında olan xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün X8 tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən cərimə borcu pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə borcu pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2020-ci il tarixli, RSK5761976 saylı müqavilə üzrə hesablanmış 156 manat dəbbə pulunun məbləği azaldılmalı və 6 manat müəyyən edilməlidir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün X8 tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 32 manat dövlət rüsumunun 7,1 manatı iddiaçıya, 24,9 manatı cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı X8 ilə cavabdeh X7 arasında alqı-satqı müqaviləsinin bağlanmasına baxmayaraq, cavabdeh X7 həmin müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, cavabdeh X2 xx.xx.2020-ci il tarixli, RSK5761976 saylı alqı-satqı müqaviləsi üzrə 516 manat əsas borc, 6 manat dəbbə pulu olmaqla ümumilikdə 522 manat pul, həmçinin 30 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı X6 verilməlidir. iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. X2 xx.xx.2020-ci il tarixli, RSK5761976 saylı müqaviləyə əsasən 516 manat əsas borc, 6 manat dəbbə pulu olmaqla ümumilikdə 522 manat borc və həmçinin 30 manat ödənilmiş dövlət rüsumu tutulub X6 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar