Məhkəmə qərarları › İş №e-2(012)-3163/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3163/2022

20.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3163/2022 20.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə yazılı icraat qaydasında Xırdalan şəhərində məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun tutulması tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, HOFFMANN Soyuducu, İMEİ kodu **********13595 Samsung Galaxy A10 markalı telefon üçün 858 manat ödənilməmiş hissə, 85 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, Apple Qulaqlıq üçün 235 manat ödənilməmiş hissə, 23 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********04308 Samsung J2 Core markalı telefon üçün 164.2 manat ödənilməmiş hissə, 16.8 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********66526 HONOR 8A markalı telefon üçün 157 manat ödənilməmiş hissə, 15 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, X1 üçün 28 manat ödənilməmiş hissə, 2 manat cərimə olmaqla, ümumilikdə 1584 manat borcun və 35,84 manat ödənilmiş dövlət rüsumunun əvəzinin Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə bağlanmış xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən, Hoffmann Soyuducu, İMEİ kodu **********13595 Samsung Galaxy A10 markalı telefon, Apple Qulaqlıq, İMEİ kodu **********04308 Samsung J2 Core, İMEİ kodu **********66526 HONOR 8A markalı telefonlar, X1 üçün 1584 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1060.2 manat olan (12 ay x 82.6 manat + 69 manat ilkin ödəniş) Hoffmann Soyuducu, İMEİ kodu **********13595 Samsung Galaxy A10 markalı telefon üçün ümumilikdə, 943 manat olmaqla, 858 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 85 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 325 manat olan (3 ay x 105 manat + 10 manat ilkin ödəniş) Apple Qulaqlıq üçün ümumilikdə, 258 manat olmaqla, 235 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 23 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 271.4 manat olan (12 ay x 21.2 manat + 17 manat ilkin ödəniş) İMEİ kodu **********04308 Samsung J2 Core markalı telefon üçün ümumilikdə 181 manat olmaqla, 164.2 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 16.8 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 433.2 manat olan (12 ay x 34.1 manat + 24 manat ilkin ödəniş) İMEİ kodu **********66526 Honor 8A markalı telefon üçün ümumilikdə, 172 manat olmaqla, 157 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 15 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 86.4 manat olan (6 ay x 14.4 manat) X1 üçün ümumilikdə, 30 manat olmaqla, 28 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 2 manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin 5 müqavilə üzrə ödədiyi cəmi məbləğ isə 734 manat təşkil edir. Bunlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. MPM-nin 284-5.1-ci maddəsinə görə ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş və məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. MPM-nin 284-5.3-cü maddəsinə görə kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizəyə əlavə edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış, Cavabdeh "xxxx" MMC-dən HOFFMANN Soyuducu, İMEİ kodu **********13595 Samsung Galaxy A10 markalı telefon qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış, Cavabdeh "xxxx" MMC-dən Apple Qulaqlıq qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış, Cavabdeh "xxxx" MMC-dən İMEİ kodu **********04308 Samsung J2 Core markalı telefon qəbul etmiş və malın qiymətini hissəhissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış, Cavabdeh "xxxx" MMC-dən İMEİ kodu **********66526 Honor 8A markalı telefon qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış, Cavabdeh "xxxx" MMC-dən X1 qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 28 aprel 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən HOFFMANN Soyuducu, İMEİ kodu **********13595 Samsung Galaxy A10 markalı telefon üçün 858 manat ödənilməmiş hissə, 85 manat cərimə pulu olmaqla, ümumilikdə 943 manat borcu vardır. Həmin ödəniş cədvəlindən görünür ki, onun "xxxx" MMC-yə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Apple Qulaqlıq üçün 235 manat ödənilməmiş hissə, 23 manat cərimə pulu olmaqla, ümumilikdə 258 manat borcu vardır. Həmin ödəniş cədvəlindən görünür ki, onun "xxxx" MMC-yə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********04308 Samsung J2 Core markalı telefon üçün 164.2 manat ödənilməmiş hissə, 16.8 manat cərimə olmaqla, cəmi 181 manat borcu vardır. Həmin ödəniş cədvəlindən görünür ki, onun "xxxx" MMC-yə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********66526 Honor 8A markalı telefon üçün 157 manat ödənilməmiş hissə, 15 manat cərimə olmaqla, cəmi 172 manat borcu vardır. Həmin ödəniş cədvəlindən görünür ki, onun "xxxx" MMC-yə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən X1 üçün 28 manat ödənilməmiş hissə, 2 manat cərimə pulu olmaqla, ümumilikdə 30 manat borcu vardır. Cavabdehin beş müqavilə üzrə cəmi 1584 manat borcu vardır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 85 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 23 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 16,8 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 15 manat və xx.xx.2020-ci il tarixli müqavilə üzrə 2 manat cərimə pulunun məbləği azaldılmalı və müvafiq olaraq 12 manat, 5 manat, 4,8 manat, 3 manat və 1 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilələr bağlanmasına baxmayaraq, Cavabdeh müqavilələrlə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə görə Hoffmann Soyuducu, İMEİ kodu **********13595 Samsung Galaxy A10 markalı telefon üçün 858 manat ödənilməmiş hissə, 12 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə görə Apple Qulaqlıq üçün 235 manat ödənilməmiş hissə, 5 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə görə İMEİ kodu **********04308 Samsung J2 Core markalı telefon üçün 164.2 manat ödənilməmiş hissə, 4,8 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə görə İMEİ kodu **********66526 Honor 8A markalı telefon üçün 157 manat ödənilməmiş hissə, 3 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə görə X1 üçün 28 manat ödənilməmiş hissə, 1 manat cərimə olmaqla, cəmi 1468 manat pul tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə hesab edir ki, ödənilmiş 35,84 manat dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə görə 858 manat ödənilməmiş hissə, 12 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə görə 235 manat ödənilməmiş hissə, 5 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə görə 164.2 manat ödənilməmiş hissə, 4,8 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə görə 157 manat ödənilməmiş hissə, 3 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə görə 28 manat ödənilməmiş hissə, 1 manat cərimə olmaqla, cəmi 1468 manat və ödənilmiş dövlət rüsumu üçün 35,84 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar