Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-3176/2025 12.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun tutulması barədə ilkin, Cavabdeh İddiaçı MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddialarına dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun tutulması barədə iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1600 manat əsas borc, 36 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1636 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə gedişatında Cavabdeh qarşılıqlı iddia qaldıraraq, məhkəmədən tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli müqavilənin etibarsız hesab edilməsini xahiş etmişdir. Hər iki iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, hazırki iddia ərizələri ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıların ərizələrinə əsasən geri qaytarılmalıdır. Bundan başqa, işdən görünür ki, İddiaçı MMC ilkin iddia ərizəsini verərkən müvafiq ödəmə sistemi vasitəsilə ********** saylı qəbzlə Abşeron Rayon Məhkəməsinə iddia ərizəsinin verilməsi üçün 36 manat məbləğində dövlət rüsumunu xx.xx.2025-ci ildə ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, dövlət rüsumu geri qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, hazırki iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, habelə iş üzrə iddiaçının ödəmiş olduğu 36 manat məbləğində dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun tutulması barədə ilkin, Cavabdeh İddiaçı MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia ərizələri və onlara əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı MMC-nin hazırki mülki iş (e-2(012)-3176/2025 saylı mülki iş) üzrə ödəmiş olduğu 36 manat məbləğində dövlət rüsumu (********** saylı qəbz) dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı MMC-yə (VÖEN **********) qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-3176/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-3176/2025
12.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver