Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3209/2022 17.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********90889 olan iPhone 11 Pro markalı telefon üçün 3.776 manat ödənilməmiş hissə, 1.133 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********26670 olan iPhone 6s markalı telefon üçün 671 manat ödənilməmiş hissə, 210 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********84071 olan X4 markalı telefon, Xiaomi Mi qulaqlı və qoruyucu şüşə üçün 231,60 manat ödənilməmiş hissə, 64,40 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********60351 olan X4 markalı telefon, Xiaomi Mi qulaqlı və qoruyucu şüşə üçün 223,60 manat ödənilməmiş hissə, 64,40 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən İMEİ kodu **********58231 olan X4 markalı telefon, Xiaomi Mi qulaqlı və 2 ədəd qoruyucu şüşə üçün 153,40 manat ödənilməmiş hissə, 43,60 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən HOFFMANN ətçəkən və Braun ütü üçün 120,60 manat ödənilməmiş hissə, 35,40 manat dəbbə pulu olmaqla, ümumilikdə 6.718 manat borc və iş üzrə ödənilmiş 87,18 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən İMEİ kodu **********90889 olan iPhone 11 Pro, İMEİ kodu **********26670 olan iPhone 6s, İMEİ kodu **********84071 olan X4, İMEİ kodu **********60351 olan X4, İMEİ kodu **********60351 olan X4 markalı telefonlar, 4 ədəd qoruyucu şüşə, 3 ədəd Xiaomi Mi qulaqlı, HOFFMANN ətçəkən, Braun ütü almış və nəticədə 6.718 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 4.251,60 manat (yəni 18 ay x 236,20 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********90889 olan iPhone 11 Pro markalı telefon üçün ümumilikdə 4.909 manat olmaqla, ondan 3.776 manat ödənilməmiş hissə, 1.133 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1.101 manat (yəni 18 ay x 61 manat + 3 manat ilkin ödəniş) İMEİ kodu **********26670 olan iPhone 6s markalı telefon üçün ümumilikdə 872 manat olmaqla, ondan 671 manat ödənilməmiş hissə, 210 manat dəbbu pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 516 manat (yəni 12 ay x 43 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********84071 olan X4 markalı telefon üçün ümumilikdə 296 manat olmaqla, ondan 231,60 manat ödənilməmiş hissə, 64,40 manat dəbbu pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 516 manat (yəni 12 ay x 43 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********60351 olan X4 markalı telefon üçün ümumilikdə 288 manat olmaqla, ondan 223,60 manat ödənilməmiş hissə, 64,40 manat dəbbu pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavə sazişə əsasən alqısatqı qiyməti 254,40 manat (yəni 11 ay x 21,20 manat + 21,20 manat ilkin ödəniş) İMEİ kodu **********58231 olan X4 markalı telefon, Xiaomi Mi qulaqlı və 2 ədəd qoruyucu şüşə üçün ümumilikdə 197 manat olmaqla, ondan 153,40 manat ödənilməmiş hissə, 43,60 manat dəbbu pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 370 manat (yəni 12 ay x 30,80 manat + 0,40 manat ilkin ödəniş) HOFFMANN ətçəkən, Braun ütü üçün ümumilikdə 156 manat olmaqla, ondan 120,60 manat ödənilməmiş hissə, 35,40 manat dəbbu pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1.832,80 manat təşkil edir. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Göstərilənlərə əsasən xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********90889 olan iPhone 11 Pro markalı telefon üçün 3.776 manat ödənilməmiş hissə, 1.133 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********26670 olan iPhone 6s markalı telefon üçün 671 manat ödənilməmiş hissə, 210 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********84071 olan X4 markalı telefon, Xiaomi Mi qulaqlı və qoruyucu şüşə üçün 231,60 manat ödənilməmiş hissə, 64,40 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********60351 olan X4 markalı telefon, Xiaomi Mi qulaqlı və qoruyucu şüşə üçün 223,60 manat ödənilməmiş hissə, 64,40 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən İMEİ kodu **********58231 olan X4 markalı telefon, Xiaomi Mi qulaqlı və 2 ədəd qoruyucu şüşə üçün 153,40 manat ödənilməmiş hissə, 43,60 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən HOFFMANN ətçəkən və Braun ütü üçün 120,60 manat ödənilməmiş hissə, 35,40 manat dəbbə pulu olmaqla, ümumilikdə 6.718 manat borc və iş üzrə ödənilmiş 87,18 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Şərh olunan hüquq normasına əsasən məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: 09 avqust 2019-cu il tarixli, 00834821 saylı müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında müqavilə bağlanmış və Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən İMEİ kodu **********26670 olan iPhone 6s markalı telefonu qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. 12 avqust 2019-cu il tarixli, 00840861 saylı müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında müqavilə bağlanmış və Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən İMEİ kodu **********84071 olan X4 markalı telefon, Xiaomi Mi qulaqlı və qoruyucu şüşə qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. 21 avqust 2019-cu il tarixli, 00860251 saylı müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında müqavilə bağlanmış və Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən İMEİ kodu **********60351 olan X4 markalı telefon, Xiaomi Mi qulaqlı və qoruyucu şüşə qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. 31 avqust 2019-cu il tarixli, 00879296 saylı müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında müqavilə bağlanmış və Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən İMEİ kodu **********58231 olan X4 markalı telefon, Xiaomi Mi qulaqlı və 02 ədəd qoruyucu şüşə qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. 00879296 saylı, xx.xx.2019-cu il tarixli müqaviləyə 09 mart 2021-ci il tarixli 01 saylı əlavə sazişdən görünür ki, müqavilə müddəti xx.xx.2022-ci il tarixədək uzadılmış, aylıq ödəmə 21,20 manat müəyyən edilmişdir. 21 dekabr 2019-cu il tarixli, 01144039 saylı müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında müqavilə bağlanmış və Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən İMEİ kodu **********90889 olan iPhone 11 Pro markalı telefonu qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. 21 dekabr 2019-cu il tarixli, 01144465 saylı müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında müqavilə bağlanmış və Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən HOFFMANN ətçəkən, Braun ütünü qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. 03 may 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 09 avqust 2019-cu il tarixli, 00834821 saylı müqaviləyə əsasən İMEİ kodu **********26670 olan iPhone 6s markalı telefon üçün 671 manat ödənilməmiş hissə və 201 manat dəbb pulu olmaqla, ümumilikdə 872 manat borcu vardır. Həmin ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 12 avqust 2019-cu il tarixli, 00840861 saylı müqaviləyə əsasən İMEİ kodu **********84071 olan X4 markalı telefon, Xiaomi Mi qulaqlı və qoruyucu şüşə üçün 231,60 manat ödənilməmiş hissə və 64,40 manat dəbbə pulu olmaqla, ümumilikdə 296 manat borcu vardır. Həmin ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 21 avqust 2019-cu il tarixli, 00860251 saylı müqaviləyə əsasən İMEİ kodu **********60351 olan X4 markalı telefon, Xiaomi Mi qulaqlı və qoruyucu şüşə üçün 223,60 manat ödənilməmiş hissə və 64,40 manat dəbbə pulu olmaqla, ümumilikdə 288 manat borcu vardır. Həmin ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 31 avqust 2019-cu il tarixli, 00879296 saylı müqaviləyə 09 mart 2021-ci il tarixli 01 saylı əlavə sazişə əsasən İMEİ kodu **********58231 olan X4 markalı telefon, Xiaomi Mi qulaqlı və 02 ədəd qoruyucu şüşə üçün 153,40 manat ödənilməmiş hissə və 43,60 manat dəbbə pulu olmaqla, ümumilikdə 197 manat borcu vardır. Həmin ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 21 dekabr 2019-cu il tarixli, 01144039 saylı müqaviləyə əsasən İMEİ kodu **********90889 olan iPhone 11 Pro markalı telefon üçün 3.776 manat ödənilməmiş hissə və 1.133 manat dəbbə pulu olmaqla, ümumilikdə 4.909 manat borcu vardır. Həmin ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 21 dekabr 2019-cu il tarixli, 01144465 saylı müqaviləyə əsasən HOFFMANN ətçəkən, Braun ütü üçün 120,60 manat ödənilməmiş hissə və 35,40 manat dəbbə pulu olmaqla, ümumilikdə 156 manat borcu vardır. xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh öhdəliyi yerinə yetirməsi barədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xəbərdarlıq edilmişdir. xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin verilməsi ilə bağlı 87,18 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 09 avqust 2019-cu il tarixli, 00834821 saylı müqaviləyə əsasən Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 18 aya 61 manat aylıq ödəmək şərti ilə İMEİ kodu **********26670 olan iPhone 6s markalı telefon, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 12 avqust 2019-cu il tarixli, 00840861 saylı müqaviləyə əsasən Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 12 aya 43 manat aylıq ödəmək şərti ilə İMEİ kodu **********84071 olan X4 markalı telefon, Xiaomi Mi qulaqlı və qoruyucu şüşə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 21 avqust 2019-cu il tarixli, 00860251 saylı müqaviləyə əsasən Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 12 aya 43 manat aylıq ödəmək şərti ilə İMEİ kodu **********60351 olan X4 markalı telefon, Xiaomi Mi qulaqlı və qoruyucu şüşə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 31 avqust 2019-cu il tarixli, 00879296 saylı müqaviləyə əsasən Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən İMEİ kodu **********58231 olan X4 markalı telefon, Xiaomi Mi qulaqlı və 02 ədəd qoruyucu şüşə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 21 dekabr 2019cu il tarixli, 01144039 saylı müqaviləyə əsasən Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən İMEİ kodu **********90889 olan iPhone 11 Pro markalı telefon, ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 21 dekabr 2019-cu il tarixli, 01144465 saylı müqaviləyə əsasən Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən HOFFMANN ətçəkən və Braun ütü almışdır. Daha sonra 00879296 saylı, xx.xx.2019-cu il tarixli müqaviləyə 09 mart 2021-ci il tarixli 01 saylı əlavə sazişə əsasən müqavilə müddəti xx.xx.2022-ci il tarixədək uzadılmış, aylıq ödəmə 21,20 manat müəyyən edilmişdir. Cavabdeh müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun 09 avqust 2019-cu il tarixli, 00834821 saylı müqavilə üzrə 671 manat ödənilməmiş hissə və 201 manat dəbb pulu, 12 avqust 2019-cu il tarixli, 00840861 saylı müqavilə üzrə 231,60 manat ödənilməmiş hissə və 64,40 manat dəbbə pulu, 21 avqust 2019-cu il tarixli, 00860251 saylı müqavilə üzrə 223,60 manat ödənilməmiş hissə və 64,40 manat dəbbə pulu, 31 avqust 2019-cu il tarixli, 00879296 saylı müqaviləyə 09 mart 2021-ci il tarixli 01 saylı əlavə saziş üzrə 153,40 manat ödənilməmiş hissə və 43,60 manat dəbbə pulu, 21 dekabr 2019-cu il tarixli, 01144039 saylı müqavilə üzrə 3.776 manat ödənilməmiş hissə və 1.133 manat dəbbə pulu, 21 dekabr 2019-cu il tarixli, 01144465 saylı müqavilə üzrə 120,60 manat ödənilməmiş hissə və 35,40 manat dəbbə pulu borcu yaranmışdır. Məhkəmə iddia tələbinin cərimə borcunun ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, cərimənin miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməli, 09 avqust 2019cu il tarixli, 00834821 saylı müqavilə üzrə hesablanmış 201 manat dəbbə pulunun məbləği azaldılmalı, 40 manat müəyyən edilməli, 12 avqust 2019-cu il tarixli, 00840861 saylı müqavilə üzrə hesablanmış 64,40 manat dəbbə pulunun məbləği azaldılmalı, 20 manat müəyyən edilməli, 21 avqust 2019-cu il tarixli, 00860251 saylı müqavilə üzrə hesablanmış 64,40 manat dəbbə pulunun məbləği azaldılmalı, 20 manat müəyyən edilməli, 31 avqust 2019-cu il tarixli, 00879296 saylı müqaviləyə 09 mart 2021-ci il tarixli 01 saylı əlavə saziş üzrə hesablanmış 43,60 manat dəbbə pulunun məbləği azaldılmalı, 15 manat müəyyən edilməli, 21 dekabr 2019-cu il tarixli, 01144039 saylı müqavilə üzrə hesablanmış 1.133 manat dəbbə pulunun məbləği azaldılmalı, 100 manat müəyyən edilməli, 21 dekabr 2019cu il tarixli, 01144465 saylı müqavilə üzrə hesablanmış 35,40 manat dəbbə pulunun məbləği azaldılmalı, 10 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 09 avqust 2019-cu il tarixli, 00834821 saylı müqaviləyə əsasən İMEİ kodu **********26670 olan iPhone 6s markalı telefon üçün 671 manat ödənilməmiş hissə, 40 manat dəbbə pulu, 12 avqust 2019-cu il tarixli, 00840861 saylı müqaviləyə əsasən İMEİ kodu **********84071 olan X4 markalı telefon, Xiaomi Mi qulaqlı və qoruyucu şüşə üçün 231,60 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu, 21 avqust 2019-cu il tarixli, 00860251 saylı müqaviləyə əsasən İMEİ kodu **********60351 olan X4 markalı telefon, Xiaomi Mi qulaqlı və qoruyucu şüşə üçün 223,60 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu, 31 avqust 2019-cu il tarixli, 00879296 saylı müqaviləyə 09 mart 2021-ci il tarixli 01 saylı əlavə sazişə əsasən İMEİ kodu **********58231 olan X4 markalı telefon, Xiaomi Mi qulaqlı və 02 ədəd qoruyucu şüşə üçün 153,40 manat ödənilməmiş hissə, 15 manat dəbbə pulu, 21 dekabr 2019-cu il tarixli, 01144039 saylı müqaviləyə əsasən İMEİ kodu **********90889 olan iPhone 11 Pro markalı telefon üçün 3.776 manat ödənilməmiş hissə, 100 manat dəbbə pulu, 21 dekabr 2019-cu il tarixli, 01144465 saylı müqaviləyə əsasən HOFFMANN ətçəkən və Braun ütü üçün 120,60 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu olmaqla, ümumilikdə 5.381,20 manat pul alınaraq İddiaçınə ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu üçün ödənilmiş 87,18 manat məbləğində pul vəsaitinin 70 manat hissəsi cavabdehlərdən müştərək qaydada tutulub iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəh¬bər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. 09 avqust 2019-cu il tarixli, 00834821 saylı müqaviləyə əsasən İMEİ kodu **********26670 olan iPhone 6s markalı telefon üçün 671 (altı yüz yetmiş bir) manat ödənilməmiş hissə, 40 (qırx) manat dəbbə pulu, 12 avqust 2019-cu il tarixli, 00840861 saylı müqaviləyə əsasən İMEİ kodu **********84071 olan X4 markalı telefon, Xiaomi Mi qulaqlı və qoruyucu şüşə üçün 231,60 (iki yüz otuz bir manat, altmış qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə pulu, 21 avqust 2019-cu il tarixli, 00860251 saylı müqaviləyə əsasən İMEİ kodu **********60351 olan X4 markalı telefon, Xiaomi Mi qulaqlı və qoruyucu şüşə üçün 223,60 (iki yüz iyirmi üç manat, altmış qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə pulu, 31 avqust 2019-cu il tarixli, 00879296 saylı müqaviləyə 09 mart 2021-ci il tarixli 01 saylı əlavə sazişə əsasən İMEİ kodu **********58231 olan X4 markalı telefon, Xiaomi Mi qulaqlı və 02 ədəd qoruyucu şüşə üçün 153,40 (bir yüz əlli üç manat, qırx qəpik) manat ödənilməmiş hissə, 15 (on beş) manat dəbbə pulu, 21 dekabr 2019-cu il tarixli, 01144039 saylı müqaviləyə əsasən İMEİ kodu **********90889 olan iPhone 11 Pro markalı telefon üçün 3.776 (üç min yeddi yüz yetmiş altı) manat ödənilməmiş hissə, 100 (bir yüz) manat dəbbə pulu, 21 dekabr 2019-cu il tarixli, 01144465 saylı müqaviləyə əsasən HOFFMANN ətçəkən və Braun ütü üçün 120,60 (bir yüz iyirmi manat, altmış qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu olmaqla, ümumilikdə 5.381,20 (beş min üç yüz səksən bir manat, iyirmi qəpik) manat məbləğində pul vəsaitinin əvəzi Cavabdeh alınaraq İddiaçınə ödənilsin. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 87,18 (səksən yeddi manat, on səkkiz qəpik) manat pul vəsaitinin 70 (yetmiş) manat hissəsi Cavabdeh alınaraq İddiaçınə ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №e-2(012)-3209/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3209/2022
17.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver