Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3250/2022 10.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmə qətnaməsinin çıxarılması ilə bağlı ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC kiçik iddiaya dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Mİ Power Bank üçün 48 manat ödənilməmiş hissə, 4 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, X2 üçün 309,30 manat ödənilməmiş hissə, 30,70 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********73784 Samsung Galaxy A10 markalı telefon üçün 218 manat ödənilməmiş hissə, 21 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, X2 üçün 289 manat ödənilməmiş hissə, 28 manat dəbbə pulu olmaqla, ümumilikdə 948 manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia ərizəsində göstərmişdir ki, cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2020-ci tarixli müqavilələrə əsasən, Mİ Power Bank, X2, İMEİ Kodu **********73784 Samsung Galaxy A10 markalı telefon və X2 almış və 948 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 80 manat olan Mİ Power Bank üçün 48 manat ödənilməmiş hissə, 4 manat dəbbə pulu, alqı-satqı qiyməti 465 manat olan X2 üçün 309,30 manat ödənilməmiş hissə, 30,70 manat dəbbə pulu, alqı-satqı qiyməti 442 manat olan İMEİ Kodu **********73784 Samsung Galaxy A10 markalı telefon üçün 218 manat ödənilməmiş hissə, 21 manat dəbbə pulu və alqı-satqı qiyməti 386,40 manat olan X2 üçün 289 manat ödənilməmiş hissə, 28 manat dəbbə pulu olmaqla, ümumilikdə 948 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 509,10 manat təşkil edir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 01030654 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh Mİ Power Bank almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 01030633 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh X2 almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissəhissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 00854782 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh İMEİ Kodu **********73784 Samsung Galaxy A10 markalı telefon almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 20079219 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh X2 almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissəhissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında 06 may 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Mİ Power Bank üçün Cavabdehnun 48 manat ödənilməmiş məbləğ və 4 manat dəbbə pulu, X2 üçün 309,30 manat ödənilməmiş hissə, 30,70 manat dəbbə pulu İMEİ Kodu **********73784 Samsung Galaxy A10 markalı telefon üçün 218 manat ödənilməmiş hissə, 21 manat dəbbə pulu və X2 üçün 289 manat ödənilməmiş hissə, 28 manat dəbbə pulu olmaqla ümumilikdə 948 manat borcu vardır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizəyə əlavə edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia təmin edilsin. xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Mİ Power Bank üçün 48 manat ödənilməmiş hissə, 4 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, X2 üçün 309,30 manat ödənilməmiş hissə, 30,70 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********73784 Samsung Galaxy A10 markalı telefon üçün 218 manat ödənilməmiş hissə, 21 manat dəbbə pulu və xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, X2 üçün 289 manat ödənilməmiş hissə, 28 manat dəbbə pulu olmaqla, ümumilikdə 948 manat borc və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-3250/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3250/2022
10.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver