Məhkəmə qərarları › İş №e-2(012)-3252/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3252/2022

16.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3252/2022 16.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********22393 Samsung J2 Core markalı telefon üçün 167,40 manat, 49,60 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, Atron kombi, Hoffmann seksiya üçün 506 manat ödənilməmiş hissə, 141 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Samsung paltayuyan, Hoffmann soyuducu üçün 1260,40 manat ödənilməmiş hissə, 370 manat ödənilməmiş hissə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********70579 İphone X markalı telefon üçün 1519,60 manat ödənilməmiş hissə, 456 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********61224 Samsung Galaxy A50 markalı telefon üçün 681,20 manat ödənilməmiş hissə, 204,80 manat dəbbə pulu və xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********83351 Samsung Galaxy S10 markalı telefon üçün 2128 manat ödənilməmiş hissə, 660 manat dəbbə pulu olmaqla, ümumilikdə 8144 manat borc və ödənilmiş dövlət rüsumuna görə 101,44 manat pulun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X3 iddia tələbini onunla əsaslandırdı ki, cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2018-ci il tarixli, K00292894 saylı, xx.xx.2018-ci il tarixli, 00357901 saylı, xx.xx.2019-cu il tarixli, 00549760 saylı, xx.xx.2019-cu il tarixli, 00737963 saylı, xx.xx.2019-cu il tarixli, 00815626 saylı və xx.xx.2019-cu il tarixli, 00849082 saylı müqavilələrə əsasən, İMEİ Kodu **********22393 Samsung J2 Core markalı telefon, Atron kombi, Hoffmann seksiya, Samsung paltayuyan, Hoffmann soyuducu, İMEİ Kodu **********70579 İphone X markalı telefon, İMEİ Kodu **********61224 Samsung Galaxy A50 markalı telefon və İMEİ Kodu **********83351 Samsung Galaxy S10 markalı telefon almış və 8144 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 360 manat olan İMEİ Kodu **********22393 Samsung J2 Core markalı telefon üçün 167,40 manat, 49,60 manat dəbbə pulu, alqı-satqı qiyməti 2133 manat olan Atron kombi, Hoffmann seksiya üçün 506 manat ödənilməmiş hissə, 141 manat dəbbə pulu, alqı-satqı qiyməti 2466 manat olan Samsung paltayuyan, Hoffmann soyuducu üçün 1260,40 manat ödənilməmiş hissə, 370 manat ödənilməmiş hissə, alqı-satqı qiyməti 2346 manat olan İMEİ Kodu **********70579 İphone X markalı telefon üçün 1519,60 manat ödənilməmiş hissə, 456 manat dəbbə pulu, alqı-satqı qiyməti 744 manat olan İMEİ Kodu **********61224 Samsung Galaxy A50 markalı telefon üçün 681,20 manat ödənilməmiş hissə, 204,80 manat dəbbə pulu, alqı-satqı qiyməti 2417 manat olan İMEİ Kodu **********83351 Samsung Galaxy S10 markalı telefon üçün 2128 manat ödənilməmiş hissə, 660 manat dəbbə pulu olmaqla, ümumilikdə 8144 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 4203,40 manat təşkil edir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, o, borcu qəbul edir. Lakin maddi imkanı aşağı olduğundan aya 100-150 manat olmaqla ödəniş edə bilər. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, K00292894 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh İMEİ Kodu **********22393 Samsung J2 Core markalı telefon almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, 00357901 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Muradzadə X2, Hoffmann seksiya almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 00549760 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh Samsung paltayuyan, Hoffmann soyuducu almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 00737963 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh İMEİ Kodu **********70579 İphone X markalı telefon almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 00815626 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh İMEİ Kodu **********61224 Samsung Galaxy A50 markalı telefon almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 00849082 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh İMEİ Kodu **********83351 Samsung Galaxy S10 markalı telefon almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 06 may 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, İMEİ Kodu **********22393 Samsung J2 Core markalı telefon üçün Cavabdehnın 167,40 manat ödənilməmiş məbləğ və 49,60 manat dəbbə pulu, Atron kombi, Hoffmann seksiya üçün 506 manat ödənilməmiş hissə, 141 manat dəbbə pulu, Samsung paltayuyan, Hoffmann soyuducu üçün 1260,40 manat ödənilməmiş hissə, 370 manat ödənilməmiş hissə, İMEİ Kodu **********70579 İphone X markalı telefon üçün 1519,60 manat ödənilməmiş hissə, 456 manat dəbbə pulu, İMEİ Kodu **********61224 Samsung Galaxy A50 markalı telefon üçün 681,20 manat ödənilməmiş hissə, 204,80 manat dəbbə pulu, İMEİ Kodu **********83351 Samsung Galaxy S10 markalı telefon üçün 2128 manat ödənilməmiş hissə, 660 manat dəbbə pulu olmaqla, ümumilikdə 8144 manat borcu vardır. Məhkəmə iddiaçı şirkətin nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında xx.xx.2018-ci il tarixli, K00292894 saylı, xx.xx.2018-ci il tarixli, 00357901 saylı, xx.xx.2019-cu il tarixli, 00549760 saylı, xx.xx.2019-cu il tarixli, 00737963 saylı, xx.xx.2019-cu il tarixli, 00815626 saylı və xx.xx.2019-cu il tarixli, 00849082 saylı alqı-satqı müqavilələri bağlanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanıb və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. xx.xx.2018-ci il tarixli, K00292894 saylı, xx.xx.2018-ci il tarixli, 00357901 saylı, xx.xx.2019-cu il tarixli, 00549760 saylı, xx.xx.2019-cu il tarixli, 00737963 saylı, xx.xx.2019-cu il tarixli, 00815626 saylı və xx.xx.2019-cu il tarixli, 00849082 saylı müqavilələr üzrə Cavabdeh üzərinə götürdüyü öhdəliyi, yəni aldğı malların qiymətini alqı-satqı müqavilələrinə və ödəmə cədvəlinə uyğun olaraq ödəməmiş və öhdəliklərini pozmuşdur. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı geçikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və geçikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən öhdəliyi lazımınca icra etmədiyi üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulu hissələrində xx.xx.2018-ci il tarixli, K00292894 saylı müqaviləyə əsasən, İMEİ Kodu **********29221 olan Samsung Galaxy A10 markalı telefon üçün hesablanmış 49,60 manat məbləğində cərimənin azaldılması cavabdehin maddi durumunu daha da yaxşılaşdıra biləcəyinə görə iddia tələbi qismən təmin edilərək 5 manat, xx.xx.2018-ci il tarixli, 00357901 saylı, müqaviləyə əsasən, Atron kombi, Hoffmann seksiya üçün 141 manat məbləğində dəbbə pulu 10 manat, xx.xx.2019-cu il tarixli, 00549760 saylı müqaviləyə əsasən, Samsung paltayuyan, Hoffmann soyuducu üçün hesablanmış 370 manat ödənilməmiş hissə 20 manat, xx.xx.2019-cu il tarixli, 00737963 saylı müqaviləyə əsasən, İMEİ Kodu **********70579 İphone X markalı telefon üçün hesablanmış 456 manat dəbbə pulu 30 manat, xx.xx.2019-cu il tarixli, 00815626 saylı müqaviləsinə əsasən, İMEİ Kodu **********61224 Samsung Galaxy A50 markalı telefon üçün hesablanmış 204,80 manat dəbbə pulu 10 manat, xx.xx.2019-cu il tarixli, 00849082 saylı müqaviləyə əsasən, İMEİ Kodu **********83351 Samsung Galaxy S10 markalı telefon üçün 660 manat dəbbə pulu 40 manat məbləğində olmalıdır. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı şirkətin məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 manat da cavabdehdən alınmalı və iddiaçı şirkətə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2018-ci il tarixli, K00292894 saylı müqaviləyə əsasən, İMEİ Kodu **********22393 Samsung J2 Core markalı telefon üçün 167,40 manat, 5 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli, 00357901 saylı, müqaviləyə əsasən, Atron kombi, Hoffmann seksiya üçün 506 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli, 00549760 saylı müqaviləyə əsasən, Samsung paltayuyan, Hoffmann soyuducu üçün 1260,40 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli, 00737963 saylı müqaviləyə əsasən, İMEİ Kodu **********70579 İphone X markalı telefon üçün 1519,60 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli, 00815626 saylı müqaviləsinə əsasən, İMEİ Kodu **********61224 Samsung Galaxy A50 markalı telefon üçün 681,20 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu və xx.xx.2019-cu il tarixli, 00849082 saylı müqaviləyə əsasən, İMEİ Kodu **********83351 Samsung Galaxy S10 markalı telefon üçün 2128 manat ödənilməmiş hissə, 40 manat dəbbə pulu olmaqla, ümumilikdə 6377,60 manat borc və dövlət rüsumu kimi ödənilmiş 101,44 manat pul Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar