Məhkəmə qərarları › İş №e-2(012)-3255/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3255/2022

06.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3255/2022 06.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Əmirova (Hüseynova) Aygün Füzuli qızına qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdeh Əmirova (Hüseynova) Aygün Füzuli qızına qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2019cu il tarixli 00504173 saylı müqavilə üzrə 185 manat əsas, 55.5 manat cərimə, xx.xx.2019cu il tarixli 00532548 saylı müqavilə üzrə 638 manat əsas, 191.4 manat cərimə, xx.xx.2019-cu il tarixli 00793897 saylı müqavilə üzrə 3128 manat əsas, 938.4 manat cərimə, xx.xx.2019-cu il tarixli 00958697 saylı müqavilə üzrə 429 manat əsas, 128.4 manat cərimə, xx.xx.2019-cu il tarixli 01074216 saylı müqavilə üzrə 516 manat əsas, 154.8 manat cərimə, xx.xx.2019-cu il tarixli 01074240 saylı müqavilə üzrə 733 manat əsas, 220.5 manat cərimə olmaqla ümumilikdə, cəmi 7318 manat borc və 93.18 manat ödənilmiş dövlət rüsumunun cavabdeh Əmirova (Hüseynova) Aygün Füzuli qızından alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh Əmirova (Hüseynova) Aygün Füzuli qızı "xxxx" MMC ilə bağladığı xx.xx.2019-cu il tarixli 00504173 saylı, xx.xx.2019-cu il tarixli 00532548 saylı, xx.xx.2019-cu il tarixli 00793897 saylı, xx.xx.2019-cu il tarixli 00958697 saylı, xx.xx.2019-cu il tarixli 01074216 saylı, xx.xx.2019-cu il tarixli 01074240 saylı müqavilələrə əsasən, İMEİ kodu **********86813 X5 6 Pro markalı telefon, HP kompüter, Genius mouse, Samsung soyuducu, Samsung paltaryuyan, Braun ütü, Delonghi çaynik, Panasonic ətçəkən, İMEİ kodu **********81703 X4 A markalı tablet, İMEİ kodu **********93494 Huawei P30 Lite markalı telefon, Huawei P30 lite üçün case almış və nəticədə, 7318 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 666 manat (18 ay x 37 manat + 0 manat ilkin ödəniş) X5 6 Pro üçün ümumilikdə, 240.5 manat olmaqla ondan, 185 manat ödənilməmiş hissə, 55.5 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1392 manat (24 ay x 58 manat + 0 manat ilkin ödəniş) HP Kompüter, Genius mouse üçün ümumilikdə 829.4 manat olmaqla ondan, 638 manat ödənilməmiş hissə, 191.4 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 4416 manat (24 ay x 184 manat + 0 manat ilkin ödəniş) Samsung soyuducu, Samsung paltaryuyan üçün ümumilikdə 4066.4 manat olmaqla ondan, 3128 manat ödənilməmiş hissə, 938.4 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 602 manat (18 ay x 33 manat + 8 manat ilkin ödəniş) Braun ütü, Delonghi çaynik, Panasonic ətçəkən üçün ümumilikdə 557.4 manat olmaqla ondan, 429 manat ödənilməmiş hissə, 128.4 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 645 manat (15 ay x 43 manat + 0 manat ilkin ödəniş) X4 A markalı tablet üçün ümumilikdə 670.8 manat olmaqla ondan, 516 manat ödənilməmiş hissə, 154.8 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 964 manat (18 ay x 49 manat + 82 manat ilkin ödəniş) Huawei P30 Lite markalı telefon, Huawei P30 lite üçün case üçün ümumilikdə 953.5 manat olmaqla ondan, 733 manat ödənilməmiş hissə, 220.5 manat dəbbə pulu hesablanmışdır. Cavabdehin xx.xx.2019-cu il tarixli müqavilə üzrə son ödəniş tarixi xx.xx.2020-ci il tarixdə, xx.xx.2019cu il tarixli müqavilə üzrə isə son ödəniş tarixi xx.xx.2020-ci il tarixdə olmuşdur. Cavabdehin cəmi ödədiyi məbləğ 3056 manat təşkil edir. Cavabdehlə bağlanmış müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə telefon danışığı, həmçinin, göndərilmiş xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədənkənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə3 iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, cavabdeh Əmirova (Hüseynova) Aygün Füzuli qızı müqavilə üzrə ödənişlərini davamlı yerinə yetirmiş müştərilərdən olsa da, sonradan ödənişlərdə gecikmələr yaranmışdır. Cavabdehdən müqavilələr üzrə dəbbə pulu borcunun tam şəkildə tutulmasını xahiş edir, lakin bununla belə, məhkəmə tərəfindən məbləğ azaldıldığı təqdirdə buna etiraz edilməyəcəkdir. Cavabdeh Əmirova (Hüseynova) Aygün Füzuli qızına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Satıcı "xxxx" MMC ilə alıcı X2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00504173 saylı müqavilədən və 1 saylı əlavədən görünür ki, cavabdeh aldığı əşyaya görə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək hər ay 37 manat ödəniş etməklə almışdır. -Satıcı "xxxx" MMC ilə alıcı X2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00532548 saylı müqavilədən və 1 saylı əlavədən görünür ki, cavabdeh aldığı əşyaya görə xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək hər ay 58 manat ödəniş etməklə almışdır. -Satıcı "xxxx" MMC ilə alıcı X2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00793897 saylı müqavilədən və 1 saylı əlavədən görünür ki, cavabdeh aldığı əşyaya görə xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək hər ay 184 manat ödəniş etməklə almışdır. -Satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00958697 saylı müqavilədən və 1 saylı əlavədən görünür ki, cavabdeh aldığı əşyaya görə 18.1.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək hər ay 33 manat ödəniş etməklə almışdır. -Satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 01074216 saylı müqavilədən və 1 saylı əlavədən görünür ki, cavabdeh aldığı əşyaya görə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək hər ay 43 manat ödəniş etməklə almışdır. -Satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 01074240 saylı müqavilədən və 1 saylı əlavədən görünür ki, cavabdeh aldığı əşyaya görə xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək hər ay 49 manat ödəniş etməklə almışdır. -Təhvil-təslim aktlarından görünür ki, cavabdeh müqavilələrə əsasən əşyaları ABC Telecom MMC-dən tam qüsursuz halda təhvil almışdır. -xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2019-cu il tarixli 00504173 saylı müqavilə üzrə 185 manat əsas, 55.5 manat cərimə, xx.xx.2019-cu il tarixli 00532548 saylı müqavilə üzrə 638 manat əsas, 191.4 manat cərimə, xx.xx.2019-cu il tarixli 00793897 saylı müqavilə üzrə 3128 manat əsas, 938.4 manat cərimə, xx.xx.2019cu il tarixli 00958697 saylı müqavilə üzrə 429 manat əsas, 128.4 manat cərimə, xx.xx.2019-cu il tarixli 01074216 saylı müqavilə üzrə 516 manat əsas, 154.8 manat cərimə, xx.xx.2019-cu il tarixli 01074240 saylı müqavilə üzrə 733 manat əsas, 220.5 manat cərimə olmaqla ümumilikdə, 7318 manat borcu yaranmışdır. -İş materiallarında olan xəbərdarlıq və poçt qəbzindən görünür ki, cavabdehə müqavilələr üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -Kommersiya qurumlarının dövlət reyestri haqqında məlumatdan görünür ki, "xxxx" MMC – adlı quruma, VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə qeydə alınmış və xx.xx.2020-ci il tarixdə qeydə alınmaqla hüquqi ünvanı AZ1141, ünvan 1an Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Abşeron rayonu Novxanı ərazi dairəsi Novxanı kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 6.2 maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 328.1. maddəsinə əsasən, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. 385.1. maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

445. maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 600.1. maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş sənədlərdən görünür ki, cavabdeh Əmirova (Hüseynova) Aygün Füzuli qızı iddiaçı "xxxx" MMC-dən yuxarıda qeyd olunan müqavilələrə əsasən dəyərini hissə-hissə ödəmək şərti ilə əşyalar almış, lakin ödənişləri vaxtlı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. İşin araşdırılan hallarından görünür ki, iddiaçı tərəfindən müqavilələr üzrə əsas borca müqavilədə nəzərdə tutulmuş qaydada dəbbə pulu hesablanmışdır. Mülki Məcəllənin: 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli Qərarı”nda göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə bağlanmış xx.xx.2019-cu il tarixli 00504173 saylı müqavilə üzrə 185 manat ödənilməmiş hissə üzrə hesablanmış 55.5 manat, xx.xx.2019-cu il tarixli 01074240 saylı müqavilə üzrə 733 manat ödənilməmiş hissə üzrə hesablanmış 220.5 manat cərimələrin azaldılaraq hər birinin 5 manat, xx.xx.2019-cu il tarixli 00532548 saylı müqavilə üzrə 638 manat ödənilməmiş hissə üzrə hesablanmış 191.4 manat, xx.xx.2019cu il tarixli 00793897 saylı müqavilə üzrə 3128 manat ödənilməmiş hissə üzrə hesablanmış 938.4 manat, xx.xx.2019-cu il tarixli 00958697 saylı müqavilə üzrə 429 manat ödənilməmiş hissə üzrə hesablanmış 128.4 manat, xx.xx.2019-cu il tarixli 01074216 saylı müqavilə üzrə 516 manat ödənilməmiş hissə üzrə hesablanmış 154.8 manat cərimələrin isə azaldılaraq hər birinin 10 manat məbləğində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin, cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 93.18 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, xx.xx.2019-cu il tarixli 00504173 saylı müqavilə üzrə 185 manat əsas, 5 manat cərimə, xx.xx.2019-cu il tarixli 00532548 saylı müqavilə üzrə 638 manat əsas, 10 manat cərimə, xx.xx.2019-cu il tarixli 00793897 saylı müqavilə üzrə 3128 manat əsas, 10 manat cərimə, xx.xx.2019-cu il tarixli 00958697 saylı müqavilə üzrə 429 manat əsas, 10 manat cərimə, xx.xx.2019-cu il tarixli 01074216 saylı müqavilə üzrə 516 manat əsas, 10 manat cərimə, xx.xx.2019-cu il tarixli 01074240 saylı müqavilə üzrə 733 manat əsas, 5 manat cərimə olmaqla ümumilikdə, cəmi 5679 manat borc və 93.18 manat ödənilmiş dövlət rüsumu cavabdeh Əmirova (Hüseynova) Aygün Füzuli qızından alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalı, iddia ərizəsi qalan hissələrdə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 119, 216-220 və 222.2ci maddələrini rəhbər tutaraq məhkəmə,

QƏT ETDİ:

İddia ərizəsi qismən təmin edilsin. xx.xx.2019-cu il tarixli 00504173 saylı müqavilə üzrə 185 (yüz səksən beş) manat əsas, 5 (beş) manat cərimə, xx.xx.2019-cu il tarixli 00532548 saylı müqavilə üzrə 638 (altı yüz otuz səkkiz) manat əsas, 10 (on) manat cərimə, xx.xx.2019-cu il tarixli 00793897 saylı müqavilə üzrə 3128 (üç min yüz iyirmi səkkiz) manat əsas, 10 (on) manat cərimə, xx.xx.2019-cu il tarixli 00958697 saylı müqavilə üzrə 429 (dörd yüz iyirmi doqquz) manat əsas, 10 (on) manat cərimə, xx.xx.2019-cu il tarixli 01074216 saylı müqavilə üzrə 516 (beş yüz on altı) manat əsas, 10 (on) manat cərimə, xx.xx.2019-cu il tarixli 01074240 saylı müqavilə üzrə 733 (yeddi yüz otuz üç) manat əsas, 5 (beş) manat cərimə olmaqla ümumilikdə, cəmi 5679 (beş min altı yüz yetmiş doqquz) manat borc və 93.18 (doxsan üç manat on səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumu cavabdeh Əmirova (Hüseynova) Aygün Füzuli qızından alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar