Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3267/2025 19.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Rzayev Fariz Gündüz oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona borclu olduğu 970 manat pul borcunun, ona göstərilən hüquqi xidmətlərə görə ödəmiş olduğu 150 manat hüquqi xidmət pulunun, göstərilən poçt xidmətlərinə və cavabdehlə əlaqə saxlamaq üçün ödəmiş olduğu 30 manat telefon danışıq xərclərinin, ümumilikdə 1150 manat borcun və ödəmiş olduğu 33 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin iclasında İddiaçı nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, İddiaçı Cavabdeh aralarında onun şahidliyi ilə tərtib edib, imzalarıyla təsdiq etdikləri xx.xx.2023cü il tarixli akta əsasən ümumi dəyəri 1300 manat olan 1 ədəd “Şivaki TV” (böyük) televizor satmışdır. Tərəflər aralarında tərtib edib imzalarıyla təsdiq etdikləri xx.xx.2023-cü il tarixli akta əsasən cavabdeh iddiaçıdan götürmüş olduğu “Şivaki-TV” televizorun pulunu 15 ay müddətinə hissə-hissə olmaqla ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Lakin cavabdehə dəfələrlə xəbərdarlıqlar olunduqdan sonra götürmüş olduğu televizorun pulundan hissə-hissə olmaqla ümumilikdə 370 manat pul ödəmiş, iddiaçıya 970 manat borcu qalmışdır. Cavabdehə dəfələrlə xəbərdarlıqlar olunsa da, cavabdehin yaşadığı ünvana poçt vasitəsilə xx.xx.2025-ci il tarixdə xəbərdarlıq məktubu göndərilsə də, cavabdeh müxtəlif bəhanələr gətirib nə borcunu ödəmir, nə də xəbərdarlıq məktubuna cavab vermir, borcunu ödəməkdən bilərəkdən yayınır. Məhkəmənin nəzərinə çatdırır ki, cavabdeh iddiaçıdan götürdüyü televizorun pulunu 15 ay müddətinə ödəmək şərti ilə almışdır. Lakın cavabdeh götürmüş olduğu öhdəliyə əməl etməmiş və borcunu ödəməkdən bilərəkdən yayınmışdır. Hesab edir ki, cavabdeh borcunu qaytarmamaqla iddiaçıya xeyli miqdarda zərər vurmuşdur. Qeyd edilənlərə əsasən, o, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və məhkəmə, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehə qarşı iddia tələbinə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -xx.xx.2023-cü il tarixində İddiaçı, Cavabdeh tərəfindən Nümayəndə şahidliyi ilə yazılmış və imzaları ilə təsdiq edilmiş aktdan görünür ki, Cavabdeh İddiaçı dəyəri 1300 manat olan “Şivaki TV” (böyük) televizoru 15 ay müddətinə hissə-hissə ödəmək şərti ilə götürmüş, ilkin olaraq 100 manat ödəmiş, Cavabdeh 1200 manat pulu ödəməyi öz öhdəsinə götürmüşdür. Qeyd: tərəflər arasında yarana biləcək mübahisəli məsələ məhkəmə müstəvisində öz həllini tapa bilər. -İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, o, Cavabdeh ümumi dəyəri 1300 manat olan “Şivaki TV” (böyük) televizoruna görə qalan 970 manat borcu, ona göstərilən hüquqi xidmətlərə görə ödəmiş olduğu 150 manat hüquqi xidmət pulunun, göstərilən poçt xidmətlərinə və cavabdehlə əlaqə saxlamaq üçün ödəmiş olduğu 30 manat telefon danışıq xərclərinin, ümumilikdə 1150 manat pulun 10 gün müddətində ona qaytarmasını tələb etmiş, əks təqdirdə isə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Beləliklə məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixli akta əsasən iddiaçı cavabdehə ümumi dəyəri 1300 manat olan 1 ədəd “Şivaki TV” (böyük) televizoru vermiş, cavabdeh isə 15 ay müddətinə hissə-hissə olmaqla ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Cavabdeh televizorun pulundan ödəniş etdikdən sonra, iddiaçıya 970 manat borcu qalmışdır. Cavabdeh hələ də 970 manat məbləğində pulu iddiaçıya qaytarmamışdır. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh 970 manat məbləğində pulun alınıb ona verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin; -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla isra edilməsi) başa düşülür. Məhkəmə iş materiallarını və sübutları araşdıraraq qeyd edir ki, xx.xx.2023-cü il tarixində İddiaçı, Cavabdeh tərəfindən Nümayəndə şahidliyi ilə yazılmış və imzaları ilə təsdiq edilmiş aktdan göründüyü kimi Cavabdeh İddiaçı dəyəri 1300 manat olan “Şivaki TV” (böyük) televizoru 15 ay müddətinə hissə-hissə ödəmək şərti ilə götürmüş, ilkin olaraq 100 manat ödəmiş, Cavabdeh 1200 manat pulu ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh bu borcdan ödəniş etmiş, qalan 970 manat pulu isə hələ də iddiaçıya qaytarmamışdır. Odur ki, həmin əşyanın iddiaçının cavabdehə verməsi və cavabdehin həmin əşyanın dəyərini qaytarmaq barədə öhdəlik götürməsi tərəflərin tərtib edərək imzaları ilə təsdiq etdikləri xx.xx.2023-cü il tarixli akt ilə öz təsdiqini tapmışdır. Bundan əlavə cavabdeh məhkəmə iclaslarına gəlməmiş və iddianın əsassız olmasına dair etirazını məhkəməyə ünvanlamamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 970 manat pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı tələbində ona göstərilən hüquqi xidmətlərə görə ödəmiş olduğu 150 manat hüquqi xidmət pulunun, göstərilən poçt xidmətlərinə və cavabdehlə əlaqə saxlamaq üçün ödəmiş olduğu 30 manat telefon danışıq xərclərinin cavabdehdən tutulmasını xahiş etmiş, lakin onun tərəfindən həmin məbləğlərin ödənilməsini təsdiq edən sübutları və sənədləri məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki Prosessual Məcəllənin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 33 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 970 (doqquz yüz yetmiş) manat məbləğində pul və 33 (otuz üç) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia tələbi digər hissədə təmin edilməsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Abşeron Rayon Məhkəməsinə ərizə ilə müraciət edə və həmin müddət bitdikdən sonra tərəflər qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-3267/2025
Abşeron Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(012)-3267/2025
19.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver