Məhkəmə qərarları › İş №e-2(012)-3281/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-3281/2022

16.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-3281/2022 16.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı «sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsi» tələbi barəsində ərizəsini nəzərdən keçirib, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon İcra Hakimiyyətinin 066 nömrəli 27 mart 1997-ci il tarixli Abşeron Rayon Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının dövlət qeydiyyatı idarəsi tərəfindən Abşeron rayonu, Xırdalan qəsəbəsi, Quşçuluq yaşayış massivi küçəsində yerləşən 3 otaqlı yaşayış sahəsi 76,8 kv.m, köməkçi sahəsi 73,8 kv.m ibarət olan 8 nömrəli yaşayış sahəsi barəsində adına verilmiş qeydiyyat vəsiqəsinin ona məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 1.2-ci bəndinə əsasən Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikası Mülki Prosseual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən, Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından müəyyən edilir ərizəçi Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinin tələbinə əməl etmədən,birbaşa məhkəməyə müraciət etmişlər.Ona görə də yuxarıda qeyd olunan qnunvericiliyin tələbinə görə ərizəçi ilk olaraq lazımi sənədləri ala bilmək üçün hüquq müəyyənedici sənədi verən orqana sənəddə olan səhvlərin aradan qaldıraraq yeni sənədin verilməsi, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsi barədə müraciət etməli, həmin orqan tərəfindən sənəddə olan səhvlərin aradan qaldıraraq yeni sənədin verilməsindən, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsindən imtinasını aldıqdan sonra məhkəməyə müraciət etməlidirlər. Lakin, iş materiallarında ərizəçi tərəfindən lazımi sənədləri ala bilmək üçün hüquq müəyyənedici sənədi verən orqana müraciətin və müvafiq cavabın alınması barədə heç bir sübut mövcud deyildir. Məhkəmə yuxarıda qeyd olunanları ərizəçi tərəfindən ərizənin məzmununa riayət etməməsi kimi qiymətləndirərək hesab edir ki, Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron Rayon İcra Hakimiyyətinin 066 nömrəli 27 mart 1997-ci il tarixli Abşeron Rayon Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının dövlət qeydiyyatı idarəsi tərəfindən Abşeron rayonu, Xırdalan qəsəbəsi, Quşçuluq yaşayış massivi küçəsində yerləşən 3 otaqlı yaşayış sahəsi 76,8 kv.m, köməkçi sahəsi 73,8 kv.m ibarət olan 8 nömrəli yaşayış sahəsi barəsində adına verilmiş qeydiyyat vəsiqəsinin ona məxsus olması faktının müəyyən olunması barədə ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbayçan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron Rayon İcra Hakimiyyətinin 066 nömrəli 27 mart 1997ci il tarixli Abşeron Rayon Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının dövlət qeydiyyatı idarəsi tərəfindən Abşeron rayonu, Xırdalan qəsəbəsi, Quşçuluq yaşayış massivi küçəsində yerləşən 3 otaqlı yaşayış sahəsi 76,8 kv.m, köməkçi sahəsi 73,8 kv.m ibarət olan 8 nömrəli yaşayış sahəsi barəsində adına verilmiş qeydiyyat vəsiqəsinin ona məxsus olması faktının müəyyən olunması barədə ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçiyə, ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar