Məhkəmə qərarları › İş №e-2(012)-331/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-331/2025

14.07.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-331/2025 14.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, Cavabdeh və onun vəkili-nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı ARDNŞ-nin (SOCAR-ın) İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən İİİ şəxs Abşeron Rayon İcra Hakimiyyəti) qanunsuz inşa edilmiş daş hasar və tikilinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı ARDNŞ-nin (SOCAR-ın) İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən İİİ şəxs Abşeron Rayon İcra Hakimiyyəti) qanunsuz inşa edilmiş daş hasar və tikilinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın İddiaçı istismarında olan Böyükşor-Sumqayıt Dş 700 mm-lik yeraltı neft kəmərinin 21.6-cı km-də, 39 T 0392154; ******* saylı koordinat üzrə, kəmərə paralel, 1-ci sırada, kəmərdən təqribən 35 metr aralı məsafədə neft kəmərinin mühafizə zonasında Abşeron rayonu, Xırdalan şəhəri ünvanda Cavabdeh tərəfindən inşa edilmiş hasarın və fərdi yaşayış evi tikilisinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı SOCAR-ın İddiaçı bank hesabına (Kapitalbank Xətai filialı: VÖEN: **********, H/h: AZ33AİİB********************, KOD: 200071, M/H: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR-ın İddiaçı istismarında olan Böyükşor- Sumqayıt Dş 700 mm-lik yeraltı neft kəmərinin 21.6-cı km-də, 39 T 0392154; ******* saylı koordinat üzrə, kəmərə paralel, 1-ci sırada, kəmərdən təqribən 35 metr aralı məsafədə neft kəmərinin mühafizə zonasında Abşeron rayonu, Xırdalan şəhəri ünvanda Cavabdeh tərəfindən inşa edilmiş hasar və içərisində yaşayış olmayan boş ərazidə ev inşa edilməsi faktı aşkar olunmuşdur. AR Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. İddiaçı rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında hər hansı tikinti və quraşdırma işlərinin aparılması qadağandır. Həmçinin AR Prezidentinin xx.xx.2002-ci il tarixli, 685 saylı Fərmanında, eləcə də AR Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli, 167 saylı Qərarında İxrac neft boru kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yolverilməzliyi göstərilmişdir. Odur ki, göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ARDNŞ-nın İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, lakin nümayəndəsi Nümayəndə1 xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iş üzrə tikinti-texniki ekspertizasının təyin edilməsi barədə xx.xx.2025-ci il tarixli yazılı vəsatətinin təmin olunmasını xahiş etmişdir. Belə olan halda məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında iddiaçı ARDNŞ-nın İddiaçı nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, cavabdeh tərəfindən inşa edilmiş tikili qanunsuz olduğundan sökülməsini tələb edir. Belə ki, tikili neft kəmərinin mühafizə zolağının 35 metrliyində yerləşir. Həmin ərazi ilə bağlı cavabdehin çıxarışı olsa belə, mühafizə zonasına daxil olduğu üçün qanunsuz tikili sayılır. Ekspert rəyindən narazıdır. Bundan əlavə iddiaçı həmin çıxarışı inzibati məhkəmə qaydasında mübahisələndirmiş və həmin iş hazırda inzibati məhkəmədədir. Cavabdehin qeyd etdiyindən fərqli olaraq həmin ərazidə tikintiyə icazə ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən icazə alınmamışdır. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, o, torpaq sahəsini alanda həmin sahənin çıxarışı var idi. AR Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və SOCAR-ın əməkdaşlarının iştirakı ilə 2024-cü ilin dekabr ayında yerli baxış baş tutmuş, həmin vaxt orada başqa tikililərin, habelə yarımçıq və tikilməyə davam edən yarımtikililərin də mövcud olduğu müəyyən olunmuşdur. Məhkəmə iclasında Cavabdeh vəkili-nümayəndəsi Vəkil iddia tələbini qəbul etməyərək rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsi cavabdehin mülkiyyətindədir. Həmin ərazidə İcra Hakimiyyəti tərəfindən tikintiyə dair icazə üçün sərəncam verilmiş və tikinti işləri aparılmağa başlanılmışdır. Bu baxımdan həmin tikinti qanuni şəkildə aparıldığından yerli icra hakimiyyətinin icazəsi ilə inşa edilmiş qanuni tikilidir. Sözügedən sərəncam hazırda da qüvvədədir. Lakin sonradan iddiaçı tərəfindən maneələr yaradılmışdır. Bunula bağlı ARDNŞ-nin (SOCAR-ın) İddiaçı vitse prezidenti tərəfindən cavab məktubu verilərək tərəflərindən maneənin yaradılmaması qeyd olunmuşdur. Cavabdeh tərəfindən Abşeron Rayon Məhkəməsinə iddiaçı tərəfindən maneələrin yaradılması ilə bağlı məhkəmədə iddia qaldırılmış, cavabdehin iddiası təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsində isə həmin qətnamə ləğv edilmişdir. Həmin qətnamə iddiaçı tərəfindən hər hansı maneə yaradılmadığı ifadə olunduğu və məhkəmənin də bu qənaətə gəldiyi üçün, yəni maneənin olmadığı üçün ləğv olunmuşdur. Əlavə olaraq qeyd edilmişdir ki, cavabdehin mülkiyyətini təsdiq edən çıxarış da mövcuddur. Həmçinin ekspert rəyindən torpaq sahəsinin iddiaçıya məxsus olmadığı müəyyən olunur. Odur ki, iddiaçının hazırki əsassız iddia tələbi ilə müraciət edərək məhkəmədə iddia qaldırmasına subyektiv hüququ yoxdur. Mübahisəli torpaq sahəsi neft kəmərlərinin mühafizə zonasından keçsəydi, cavabdehə həmin torpaq sahəsinə dair çıxarış, mülkiyyət hüququ verilməzdi. İddiaçının cavabdehə qarşı qərəzli münasibəti özünü büruzə verir. Belə ki, cavabdehə qarşı əvvəlki iddiası təmin edilmədikdən sonra yenidən iddia qaldırmışdır. Bu artıq prinsip məsələsidir. Müstəqil tələb irəli sürməyən İİİ şəxs Abşeron Rayon İcra Hakimiyyəti məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən gəlməmişdir. Belə olan halda məhkəmə mülki işə müstəqil tələb irəli sürməyən İİİ şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* saylı çıxarışdan müəyyən olunur ki, Abşeron rayonu, Xırdalan şəhəri ünvanda yerləşən ümumi sahəsi 0.0195 ha olan yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2019-cu il tarixdə ********** reyestr nömrəsi ilə xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına qeydiyyata alınmışdır. Onun adına xx.xx.2019-cu il tarixdə A 341962 saylı torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur. -Abşeron Rayon İcra Hakimiyyəti Başçısı İradə Gülməmmədova tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2019-cu il tarixli, 1463-T saylı məktubdan görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* saylı çıxarışı ilə Xırdalan şəhəri ərazisində vətəndaşın mülkiyyətində olan 0.0195 ha torpaq sahəsində inşası nəzərdə tutulmuş ikimərtəbəli fərdi yaşayış evinin (182 m2) tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və ərazinin baş plan bölməsi tərəfindən aşağıdakı şərtlər daxilində razılaşdırılır: tikinti işləri qüvvədə olan tikinti norma və qaydalarına uyğun şəkildə razılaşdırılmış eskiz əsasında aparılmalı, tikinti aparılan ərazidə sanitar, yanğın təhlükəsizliyi normalarına və yanaşı yaşama prinsiplərinə riayət olunmalı, tikinti müddətində razılaşdırılmış eskizdən kənarlaşma halları nəzərdə tutularsa, əvvəlcədən müvafiq dəyişikliklər barədə RİH Başçısı aparatının memarlıq və tikinti şöbəsinə məlumat verilməli, əks halda mövcud məlumatlandırma icraatı öz qüvvəsini itirmiş hesab olunmalıdır. -Qarovul rəisi X4, mühafizəçilər Nağdaliyev Zeynal isgəndər oğlu və X2 iştirakı ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə 2 saylı qarovulun 1-ci iş növbəsində saat 17:30-da 17-18 saylı postların ərazisində (Abşeron rayonu, Xırdalan şəhəri) Böyükşor-Sumqayıt DŞ 700 mm-lik yeraltı neft kəmərinin 21.6-cı km-də, 39 T 0392154; ******* saylı koordinat üzrə, kəmərə paralel, 1-ci sırada, kəmərdən təqribən 35 metr aralı məsafədə Cavabdeh tərəfindən köhnədən, hasarlanmış və içərisində yaşayış olmayan boş ərazidə ev inşa edilməsi məqsədilə 14 metr uzunluğunda 11 metr enində təməl qazılması və içərisinə beton verilməsi aşkar edilmiş, mühafizə zonası daxilində aparılan işlərin qanunazidd olduğu həmin şəxsə izah edilərək görülən işin dayandırılması tələb edilmiş, Cavabdeh tərəfindən sözügedən ünvana dair Dövlət Reyestr Xidməti tərəfindən ona verilmiş xx.xx.20219-cu il tarixli, **********50 reyestr nömrəli çıxarış təqdim edilmiş, çıxarışda olan koordinatlar yoxlanılmış və sözügedən ünvana aid olduğu müəyyən edildiyindən müdaxilə edilməmişdir. -Qarovul rəisi X4 mühafizəçilər X5 və X1 iştirakı ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə 4 saylı qarovulun 1-ci iş növbəsində saat 10:40-da 17-18 saylı postların ərazisində (Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq massivi, Rəşid Behbudov küçəsi) Böyükşor-Sumqayıt DŞ 700 mm-lik yeraltı neft kəmərinin 21.6-cı km-də, 39 T 0392154; ******* saylı koordinat üzrə, kəmərə paralel, 1-ci sırada, kəmərdən təqribən 35 metr aralı məsafədə Cavabdeh tərəfindən köhnədən inşa edilərək hasarlanmış və içərisində yaşayış olmayan boş ərazidə, ev üçün nəzərdə tutulmuş natamam tikilinin üzərində yeni hörgü işlərinin aparılması aşkar edilmiş, bununla bağlı ərazi üzrə İcra nümayəndəsi Malik adlı (əlaqə nömrəsi 055 855-70-00) şəxsə məlumat vermək məqsədilə saat 10.30-da telefon zəngi edilmiş, lakin sözügedən şəxs edilən zəngə cavab verməmiş, əlavə olaraq DİN-nin aidiyyəti üzrə əməliyyat qrupunun sahə müvəkkili polis mayoru Natiq adlı (əlaqə nömrəsi 055 783-19-29) şəxsə saat 10:34-də məlumat verilmiş və sözügedən şəxs qeyd olunan ünvana daha sonra baxış keçirəcəyini bildirmişdir. xx.xx.2024- cü il tarixdə qeyd olunan ünvanda analoji işlər aparılan zaman özünü tikilinin sahibi kimi təqdim edən Cavabdeh mühafizə zonası daxilində aparılan tikinti işlərinin qanunazidd olduğu izah edilmiş, görülən işlərin dayandırılması, həmçinin sökülməsi tələb edilmiş, lakin o, sözügedən ünvana dair Dövlət Reyestr Xidməti tərəfindən ona verilmiş xx.xx.2019-cu il tarixli, **********50 reyestr nömrəli çıxarış təqdim etmiş, çıxarışda olan koordinatlar yoxlanılmış və sözügedən ünvana aid olduğu müəyyən edilmişdir. -Abşeron Rayon Məhkəməsinin e-2(012)-4451/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, RX ******* saylı, xx.xx.2019cu il tarixli dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 0.0195 ha torpaq sahəsində fərdi yaşayış evinin qanuni tikintisinə X9 X13 tərəfindən qoyulan qadağa aradan qaldırılması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. -Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(105)-759/2024 saylı qətnaməsindən görünür ki, cavabdeh X9 X8 nümayəndəsi X3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-4451/2023 nömrəli qətnaməsinin qismən - iddianın təmin edilən hissəsində ləğv olunması, həmin hissədə yeni qətnamə qəbul edilməsi, iddianın təmin olunmaması qət edilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/2220 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, torpaq sahəsinə müayinə baxışı zamanı iddiaçı Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin daxilində 1 ədəd 2 mərtəbəli fərdi yaşayış evi aşkar edilmiş, sözügedən yeraltı neft kəmərinə dair hər hansı bir mərz nişanı təyin edilmədiyindən və necas electron məlumat bazasında sözügedən yeraltı neft kəmərinə dair məlumat aşkar edilmədiyindən sualın cavablandırılması mümkün olmamışdır. Bundan əlavə **********50 reyestr nömrəli çıxarışla Cavabdeh sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin mübahisəli əraziyə aid olduğu, idarənin Necas elektron bazasına əsasən Cavabdeh mühafizə zonasında yerləşməsi barədə məlumatın qeyd olunmadığı bildirilmişdir. Mülki Prosessual Məcəllənin: 97.1. maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. 97.5. maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. 101.3. maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İşdən görünür ki, iddiaçı işçiləri tərəfindən tərtib edilmiş məlum akta istinad edərək cavabdeh tərəfindən qeyri-qanuni inşa edilmiş hasarın və fərdi yaşayış evinin SOCAR-ın İddiaçı istismarında olan Böyükşor-Sumqayıt Dş 700 mm-lik yeraltı neft kəmərinin 21.6-cı km-də, 39 T 0392154; ******* saylı koordinat üzrə, kəmərə paralel, 1-ci sırada, kəmərdən təqribən 35 metr aralı məsafədə neft kəmərinin mühafizə zonasında yerləşdiyini iddia etmişdir. Mübahisənin daha obyektiv həll edilməsi məqsədilə məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2(012)-4289/2024 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, həm mütəxəssis, həm də ekspert rəyləri ilə **********50 reyestr nömrəli çıxarışla Cavabdeh sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin mübahisəli əraziyə aid olduğu və Necas elektron bazasına əsasən Cavabdeh mühafizə zonasında yerləşməsi barədə məlumatın qeyd olunmadığı müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri ünvanda yerləşən ümumi sahəsi 0.0195 ha olan yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir və buna dair ona AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında ******* saylı çıxarış verilmişdir. Hazırda bu çıxarış qüvvədədir və hər hansı qaydada ləğv edilməmişdir. Mülki Məcəllənin: 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1.5-ci maddəsinə görə 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 146.1 və 146.2-ci maddələrinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Torpaq Məcəlləsinin: 67-ci maddəsinə əsasən, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. İstinad olunan hüquq normalarının dispozisiyasından göründüyü kimi, qanunverici torpaq sahəsi üzərində hüquqların (o cümlədən icarə hüququnun) yaranmasını onun müvafiq qaydada qeydiyyata alınması ilə şərtləndirir. Bu normaların mənasına görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Göstərilən hüquq normalarını daha geniş təsvir edən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur və onların fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi müddəaları haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 fevral 2003-cü il tarixli qərarının 3-cü bəndində göstərilir ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Həmin qərarın 6-cı bəndində göstərilir ki, Torpaq Məcəlləsinin 78-ci və Mülki Məcəllənin 139-cu maddələrinə müvafiq olaraq torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı məcburidir. Torpaq üzərində hüquqlar (mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ), habelə alqı-satqı, ipoteka, bağışlama müqavilələri, torpaqla bağlı digər əqdlər və vərəsəlik hüququ haqqında şəhadətnamə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyata alınmalıdır. Torpaq sahəsi üzərində hüquqlar müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair şəhadətnamə, torpağın müvəqqəti istifadəsi haqqında şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 8-ci maddəsinə əsasən hər bir şəxs kostitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Daha öncə qeyd olunduğu kimi, cavabdeh mübahisəli əraziyə mükiyyət hüququnu AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş çıxarış ilə qeydə alındığından, eləcə də həmin sənəd mübahisələndirilmədiyindən və hazırda da qüvvədə olduğundan hazırki iddanın təmin edilməsindən söhbət gedə bilməz. Göründüyü kimi, Cavabdeh məxsus Abşeron rayonu, Xırdalan şəhəri ünvanda yerləşən ümumi sahəsi 0.0195 ha olan yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə dair AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış Seriya RX ******* saylı çıxarış hazırda qüvvədədir və iddiaçı mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir ki, onun bu hüquqları hər hansı şəkildə məhdudlaşdırıla bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Göstərilən normaların tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddia ərizəsinin verilməsi üçün xx.xx.2024-cü il tarixdə ********** saylı qəbz əsasında dövlət büdcəsinə ödənilmiş 100 manat dövlət rüsumu və mütəxəssis rəyi üçün ödənilmiş 95 manat pul vəsaiti iddiaçının özünə aid edilməli, ekspert tədqiqatının dəyəri kimi 100 manat pul vəsaiti isə iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənləri nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ARDNŞ-nin (SOCAR-ın) İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən İİİ şəxs Abşeron Rayon İcra Hakimiyyəti) qanunsuz inşa edilmiş daş hasar və tikilinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə iddia tələbi rədd edilsin. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Aparılmış ekspert tədqiqatının dəyəri kimi 100 manat pul vəsaiti iddiaçı ARDNŞ-nin (SOCAR-ın) İddiaçındən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Mütəxəssis tədqiqatının aparılması üçün ödənilmiş 95 manat pul vəsaitləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar