Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3349/2023 14.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2019-cu il tarixli 01009561 saylı müqavilə üzrə 377.95 manat əsas, 37.05 manat cərimə, xx.xx.2019-cu il tarixli 01144788 saylı müqavilə üzrə 340.8 manat əsas, 34.2 manat cərimə, xx.xx.2019-cu il tarixli 00507435 saylı müqavilə üzrə 318 manat əsas, 31 manat cərimə, xx.xx.2019-cu il tarixli 00989644 saylı müqavilə üzrə 217.6 manat əsas, 21.4 manat cərimə, xx.xx.2019-cu il tarixli 01182585 saylı müqavilə üzrə 164.8 manat əsas, 16.2 manat cərimə, xx.xx.2019-cu il tarixli 00701133 saylı müqavilə üzrə 126 manat əsas, 12 manat cərimə, xx.xx.2019-cu il tarixli 01064001 saylı müqavilə üzrə 116.7 manat əsas, 11.3 manat cərimə, xx.xx.2019-cu il tarixli 01144838 saylı müqavilə üzrə 104 manat əsas, 10 manat cərimə, xx.xx.2019-cu il tarixli 00696289 saylı müqavilə üzrə 73 manat əsas, 7 manat cərimə, xx.xx.2019-cu il tarixli 00645780 saylı müqavilə üzrə 62 manat əsas, 6 manat cərimə, xx.xx.2019-cu il tarixli 00740335 saylı müqavilə üzrə 42 manat əsas, 4 manat cərimə, xx.xx.2019-cu il tarixli 01147082 saylı müqavilə üzrə 23.7 manat əsas, 2.3 manat cərimə olmaqla, ümumilikdə, cəmi 2159 manat borc və 41.59 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2019-cu il tarixli 01009561 saylı, xx.xx.2019-cu il tarixli 01144788 saylı, xx.xx.2019-cu il tarixli 00507435 saylı, xx.xx.2019-cu il tarixli 00989644 saylı, xx.xx.2019-cu il tarixli 01182585 saylı, xx.xx.2019-cu il tarixli 00701133 saylı, xx.xx.2019-cu il tarixli 01064001 saylı, xx.xx.2019-cu il tarixli 01144838 saylı, xx.xx.2019-cu il tarixli 00696289 saylı, xx.xx.2019cu il tarixli 00645780 saylı, xx.xx.2019-cu il tarixli 00740335 saylı, xx.xx.2019-cu il tarixli 01147082 saylı müqavilələrə əsasən, Nado yumşaq künc, Alyans-Təbriz masa, 6 ədəd Venetsiya stul, Adona jurnal masa, Marvin dolab, Marvin termo, Hoffman paltaryuyan, İMEİ kodu **********42593 olan X2 8 markalı telefon, Marvin Bazali çarpayı, matras, Vilma Papila qazan dəsti, Dispenser Hoffman, Simfer spirally peç, Hoffman mikser, İMEİ kodu **********22798 olan Nokia 3310 markalı telefon, Hoffman Siac kondisioner, Philips fendaraq, Gorenje şirəçəkən, İMEİ kodu **********65582 olan Samsung Galaxy A10 markalı telefon, 2 ədəd Marvin tumba almış və nəticədə, 2159 manat borcu yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2660 manat (20 ay x 133 manat + 0 manat ilkin ödəniş) əşya üçün ümumilikdə, 415 manat olmaqla ondan, 377.95 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunmaqla 37.05 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1704 manat (20 ay x 85.2 manat + 0 manat ilkin ödəniş) əşya üçün ümumilikdə, 375 manat olmaqla ondan, 340.8 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunmaqla 34.2 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 954 manat (18 ay x 53 manat + 0 manat ilkin ödəniş) əşya üçün ümumilikdə, 349 manat olmaqla ondan, 318 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunmaqla 31 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 590 manat (18 ay x 32 manat + 14 manat ilkin ödəniş) əşya üçün ümumilikdə, 239 manat olmaqla ondan, 217.6 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunmaqla 21.4 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 824 manat (20 ay x 41.2 manat + 0 manat ilkin ödəniş) əşya üçün ümumilikdə, 181 manat olmaqla ondan, 164.8 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunmaqla 16.2 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 462 manat (11 ay x 42 manat + 0 manat ilkin ödəniş) əşya üçün ümumilikdə, 138 manat olmaqla ondan, 126 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunmaqla 12 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 160 manat (12 ay x 13 manat + 4 manat ilkin ödəniş) əşya üçün ümumilikdə, 128 manat olmaqla ondan, 116.7 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunmaqla 11.3 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 114 manat (12 ay x 10.5 manat + 0 manat ilkin ödəniş) əşya üçün ümumilikdə, 114 manat olmaqla ondan, 104 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunmaqla 10 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 803 manat (11 ay x 73 manat + 0 manat ilkin ödəniş) əşya üçün ümumilikdə, 80 manat olmaqla ondan, 73 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunmaqla 7 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 346 manat (11 ay x 31 manat + 5 manat ilkin ödəniş) əşya üçün ümumilikdə, 68 manat olmaqla ondan, 62 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunmaqla 6 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 422 manat (20 ay x 21 manat + 2 manat ilkin ödəniş) əşya üçün ümumilikdə, 46 manat olmaqla ondan, 42 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunmaqla 4 manat dəbbə pulu, xx.xx.2019cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 240 manat (20 ay x 12 manat + 0 manat ilkin ödəniş) əşya üçün ümumilikdə, 26 manat olmaqla ondan, 23.7 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunmaqla 2.3 manat dəbbə pulu hesablanmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, xx.xx.2020-ci il tarixdə Nado yumşaq künc, Alyans Tebriz masa, 6 ədəd Venetsiya stuldan imtina etmiş və məhsul 2015.08 manat qiymətləndirilərək, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, xx.xx.2020-ci il tarixdə Marvin termodan imtina etmiş və məhsul 1363.2 manat qiymətləndirilərək, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, xx.xx.2020-ci il tarixdə Marvin Bazali çarpayıdan imtina etmiş və məhsul 659.2 manat qiymətləndirilərək borcundan silinərək geri qaytarılmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə son ödəniş tarixi xx.xx.2020-ci il olmaqla cəmi ödədiyi məbləğ 266.97 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 2015.8 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 0 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 1363.2 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 0 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 659.2 manat, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli müqavilələr üzrə son ödəniş tarixi xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il olmaqla, cəmi ödədiyi məbləğ 3020 manat təşkil edir. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq, mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, ərizə xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və xx.xx.2023-cü il tarixdə məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı, mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məcmu halında qiymət verərək hesab edir ki, ərizə qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Belə ki, mülki iş materiallarında olan və tədqiq olunmuş: -Satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00507435 saylı müqavilədən və 1 saylı əlavədən görünür ki, cavabdeh aldığı əşyaya görə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək hər ay 53 manat ödəniş etmək şərti ilə almışdır. -Satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00645780 saylı müqavilədən və 1 saylı əlavədən görünür ki, cavabdeh aldığı əşyaya görə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək hər ay 31 manat ödəniş etmək şərti ilə almışdır. -Satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00696289 saylı müqavilədən və 1 saylı əlavədən görünür ki, cavabdeh aldığı əşyaya görə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək hər ay 73 manat ödəniş etmək şərti ilə almışdır. -Satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00701133 saylı müqavilədən və 1 saylı əlavədən görünür ki, cavabdeh aldığı əşyaya görə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək hər ay 42 manat ödəniş etmək şərti ilə almışdır. -Satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00740335 saylı müqavilədən və 1 saylı əlavədən görünür ki, cavabdeh aldığı əşyaya görə xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək hər ay 21 manat ödəniş etmək şərti ilə almışdır. -Satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00989644 saylı müqavilədən və 1 saylı əlavədən görünür ki, cavabdeh aldığı əşyaya görə xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək hər ay 32 manat ödəniş etmək şərti ilə almışdır. -Satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 01009561 saylı müqavilədən və 1 saylı əlavədən görünür ki, cavabdeh aldığı əşyaya görə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək hər ay 133 manat ödəniş etmək şərti ilə almışdır. -Satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 01064001 saylı müqavilədən və 1 saylı əlavədən görünür ki, cavabdeh aldığı əşyaya görə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək hər ay 13 manat ödəniş etmək şərti ilə almışdır. -Satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 01144838 saylı müqavilədən və 1 saylı əlavədən görünür ki, cavabdeh aldığı əşyaya görə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hər ay 10.5 manat ödəniş etmək şərti ilə almışdır. -Satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 01144788 saylı müqavilədən və 1 saylı əlavədən görünür ki, cavabdeh aldığı əşyaya görə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək hər ay 85.2 manat ödəniş etmək şərti ilə almışdır. -Satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 01147082 saylı müqavilədən və 1 saylı əlavədən görünür ki, cavabdeh aldığı əşyaya görə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək hər ay 12 manat ödəniş etmək şərti ilə almışdır. -Satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 01182585 saylı müqavilədən və 1 saylı əlavədən görünür ki, cavabdeh aldığı əşyaya görə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək hər ay 41.2 manat ödəniş etmək şərti ilə almışdır. -Təhvil-təslim aktlarından görünür ki, alıcı müqavilələr üzrə əşyaları ABC Telecom MMC-dən tam qüsursuz halda təhvil almışdır. - Maliyyə arayışından görünür ki, alıcının xx.xx.2019-cu il tarixli müqavilə üzrə 377.95 manat əsas, 37.05 manat cərimə olmaqla, cəmi 415 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 340.8 manat əsas, 34.2 manat cərimə olmaqla, cəmi 375 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 318 manat əsas, 31 manat cərimə olmaqla, cəmi 349 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 217.6 manat əsas, 21.4 manat cərimə olmaqla, cəmi 239 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 164.8 manat əsas, 16.2 manat cərimə olmaqla, cəmi 181 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 126 manat əsas, 12 manat cərimə olmaqla, cəmi 138 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 116.7 manat əsas, 11.3 manat cərimə olmaqla, cəmi 128 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 104 manat əsas, 10 manat cərimə olmaqla, cəmi 114 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 73 manat əsas, 7 manat cərimə olmaqla, cəmi 80 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 62 manat əsas, 6 manat cərimə olmaqla, cəmi 68 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 42 manat əsas, 4 manat cərimə olmaqla, cəmi 46 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 23.7 manat əsas, 2.3 manat cərimə olmaqla, cəmi 26 manat, ümumilikdə 1966.55 manat əsas, 192.45 manat cərimə olmaqla, cəmi 2159 manat borcu yaranmışdır. -İş materiallarında olan xəbərdarlıq və poçt qəbzindən görünür ki, cavabdehə müqavilələr üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -Kommersiya qurumlarının dövlət reyestri haqqında məlumatdan görünür ki, "xxxx" MMC - adlı quruma, VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə qeydə alınmış və xx.xx.2006-cı il tarixdə qeydə alınmaqla hüquqi ünvanı AZ1141, ünvan 1 Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh Abşeron rayonu, Güzdək qəsəbəsi, N hərbi hissə ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 6.2 maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 328.1. maddəsinə əsasən, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. 385.1. maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
445. maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 600.1. maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş sənədlərdən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC-dən yuxarıda qeyd olunan müqavilələrə əsasən, dəyərini hissə-hissə ödəmək şərti ilə əşyalar almış, lakin ödənişləri vaxtlı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. İşin araşdırılan hallarından görünür ki, iddiaçı tərəfindən müqavilələr üzrə əsas borca müqavilələrdə nəzərdə tutulmuş qaydada dəbbə pulu hesablanmışdır. Mülki Məcəllənin: 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli Qərarı”nda göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə bağlanmış 12 sayda müqaviləyə əsasən ümumilikdə 1966.55 manat ödənilməmiş hissə üzrə hesablanmış 192.45 manat cərimənin azaldılaraq 15 manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin, cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 41.59 manat dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməli, Cavabdeh 12 sayda müqavilə üzrə 1966.55 manat əsas, 15 manat cərimə olmaqla, cəmi 1981.55 manat borc və 41.59 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalı, ərizə qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Mülki-Prosessual Məcəllənin 119, 216-220 və 222.2ci maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli 01009561 saylı, xx.xx.2019-cu il tarixli 01144788 saylı, xx.xx.2019-cu il tarixli 00507435 saylı, xx.xx.2019-cu il tarixli 00989644 saylı, xx.xx.2019-cu il tarixli 01182585 saylı, xx.xx.2019-cu il tarixli 00701133 saylı, xx.xx.2019cu il tarixli 01064001 saylı, xx.xx.2019-cu il tarixli 01144838 saylı, xx.xx.2019-cu il tarixli 00696289 saylı, xx.xx.2019-cu il tarixli 00645780 saylı, xx.xx.2019-cu il tarixli 00740335 saylı, xx.xx.2019-cu il tarixli 01147082 saylı müqavilələr üzrə ümumilikdə 1966.55 (min doqquz yüz altmış altı manat əlli beş qəpik) manat əsas, 15 (on beş) manat cərimə olmaqla, ümumilikdə, cəmi 1981.55 (min doqquz yüz səksən bir manat əlli beş qəpik) manat borc və 41.59 (qırx bir manat əlli doqquz qəpik) manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov