Məhkəmə qərarları › İş №e-2(012)-338/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-338/2025

13.05.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-338/2025 13.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi, evdən və torpaq sahəsindən çıxarılma, evin boşaldılaraq təhvil verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 onun mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,025 ha torpaq sahəsinin üzərində yerləşən, sahəsi 59 kv.metr olan fərdi yaşayış evindən istifadə hüququna bazar qiyməti ilə müvafiq kompensasiya ödənilməklə xitam verilməsi, cavabdehin yetkinlik yaşına çatmayan uşağı Cavabdeh2 ilə birlikdə ona məxsus həmin fərdi yaşayış evindən və fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılaraq iddiaçıya təhvil verilməsi və dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun cavabdehlərdən onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,025 ha torpaq sahəsinin üzərində yerləşən, sahəsi 59 kv.metr olan fərdi yaşayış evindən istifadə hüququna bazar qiyməti ilə müvafiq olaraq hər birinə 5000 manat məbləğində kompensasiya ödənilməklə xitam verilməsi, cavabdehlərin iddiaçıya məxsus həmin fərdi yaşayış evindən və fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsindən çıxarılmaları, həmin fərdi yaşayış evininin boşaldılaraq iddiaçıya təhvil verilməsi və dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun cavabdehlərdən iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə məhkəmə iclasında barışıq sazişini təqdim edərək, hazırki mülki iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hazırki iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Beləliklə, tərəflər - İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə xx.xx.2025-ci il tarixli barışıq sazişini təqdim еdərək, razılığa gəldikləri üçün mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdirlər. Məhkəməyə təqdim edilmiş barışıq sazişindən aydın olur ki, İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aşağıdakı şərtlərlə razılaşırlar:

1. Sazişin predmeti Abşeron Rayon Məhkəməsinin icraatında olan 2(012)-338/2025 saylı mülki iş üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndındə yerləşən 0,025 ha torpaq sahəsinin üzərində yerləşən 59 kv metr sahəsi olan fərdi yaşayış evindən cavabdehlərin istifadə hüququna bazar qiyməti ilə müvafiq kompensasiya ödənilməklə xitam verilməsi, cavabdehlərin iddiaçıya məxsus həmin fərdi yaşayış evindən və fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsindən çıxarılmaları, həmin fərdi yaşayış evininin boşaldılaraq iddiaçıya təhvil verilməsi və dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun cavabdehlərdən iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər Azərbaycan Respublikasının mülki və mülki-prosessual qanunvericiliyinə əsasən məhkəmənin icraatında olan mülki mübahisəni aşağıdakı şərtlərlə barışıq razılaşması ilə yekunlaşdırmağa qərar verirlər.

2. Sazişin şərtləri: 1.1. Cavabdeh1 özünə çatası kompensasiyanın məbləğindən asılı olmayaraq həmin kompensasiyadan digər Cavabdeh2 xeyrinə tam şəkildə imtina edir; 1.2. İddiaçı ilə Cavabdeh2 Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,025 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 59 kv metr sahəsi olan fərdi yaşayış evinin qısa vaxtda satılması və satışdan əldə edilmiş məbləğin yarısının Cavabdeh2 kompensasiya kimi ödənilməsi barədə razılığa gəlirlər; 1.3. Cavabdehler həmin torpaq sahəsi və fərdi yaşayış evi satıldığı gündən başlayaraq 20 gün müddətində həmin torpaq sahəsindən və fərdi yaşayış evindən çıxmağı, torpaq sahəsini və fərdi yaşayış evini boşaldaraq ev satılan şəxsə təhvil verməyi öhdələrinə götürürlər; 1.4. Tərəflər həmin torpaq sahəsini və fərdi yaşayış evini özləri sata bilmədikdə hərrac vasitəsilə satılması və satışdan əldə edilən gəlirin yarısının İddiaçı və digər yarısının isə Cavabdeh2 ödənilməsi barədə razılığa gəlirlər. Barışıq sazişinin yuxarıdakı şərtlərinin icra edilməsi mümkün olmadıqda cavabdehlər öhdələrinə götürürlər ki, məhkəmə tərəfindən müvafiq icra sənədinin icra orqanına verildiyi gündən 20 gün ərzində həmin fərdi yaşayış evini və torpaq sahəsindən çıxmağı və həmin torpaq sahəsi ilə fərdi yaşayış evini boşaltmağı öhdələrinə götürürlər.

3. Yekun müddəalar. Tərəflər qəbul edirlər ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilərsə həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasinda, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə yenidən müraciət edilməsinə yol verilmir. Tərəflərə bu barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmənin qəbul etdiyi qərardadın məcburi icra edilən icra sənədi qüvvəsində olması və sazişin şərtləri icra edilməyəcəyi halda qərardadın icraya yönəldiləcəyi izah edilir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi təsdiq edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Bundan əlavə iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, Məcidov X4 Rayon Məhkəməsinə iddia ərizəsi verilməsi üçün 100 manat məbləğində dövlət rüsumunu X5 vasitəsilə xx.xx.2024-cü ildə 16:04-də Dövlət Büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.3-cü maddəsinə əsasən məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Yuxarıda göstərilənlərə və АR МPМ-nin 261.0.5; 262-264; 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi, evdən və torpaq sahəsindən çıxarılma, evin boşaldılaraq təhvil verilməsi» tələbinə dair iddiası ilə əlaqədar mülki iş üzrə tərəflər arasındakı aşağıdakı şərtlər ilə bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi təsdiq edilsin.

1. Sazişin predmeti Abşeron Rayon Məhkəməsinin icraatında olan 2(012)-338/2025 saylı mülki iş üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndındə yerləşən 0,025 ha torpaq sahəsinin üzərində yerləşən 59 kv metr sahəsi olan fərdi yaşayış evindən cavabdehlərin istifadə hüququna bazar qiyməti ilə müvafiq kompensasiya ödənilməklə xitam verilməsi, cavabdehlərin iddiaçıya məxsus həmin fərdi yaşayış evindən və fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsindən çıxarılmaları, həmin fərdi yaşayış evininin boşaldılaraq iddiaçıya təhvil verilməsi və dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun cavabdehlərdən iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər Azərbaycan Respublikasının mülki və mülki-prosessual qanunvericiliyinə əsasən məhkəmənin icraatında olan mülki mübahisəni aşağıdakı şərtlərlə barışıq razılaşması ilə yekunlaşdırmağa qərar verirlər.

2. Sazişin şərtləri: 1.1. Cavabdeh1 özünə çatası kompensasiyanın məbləğindən asılı olmayaraq həmin kompensasiyadan digər Cavabdeh2 xeyrinə tam şəkildə imtina edir; 1.2. İddiaçı ilə Cavabdeh2 Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,025 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 59 kv metr sahəsi olan fərdi yaşayış evinin qısa vaxtda satılması və satışdan əldə edilmiş məbləğin yarısının Cavabdeh2 kompensasiya kimi ödənilməsi barədə razılığa gəlirlər; 1.3. Cavabdehler həmin torpaq sahəsi və fərdi yaşayış evi satıldığı gündən başlayaraq 20 gün müddətində həmin torpaq sahəsindən və fərdi yaşayış evindən çıxmağı, torpaq sahəsini və fərdi yaşayış evini boşaldaraq ev satılan şəxsə təhvil verməyi öhdələrinə götürürlər; 1.4. Tərəflər həmin torpaq sahəsini və fərdi yaşayış evini özləri sata bilmədikdə hərrac vasitəsilə satılması və satışdan əldə edilən gəlirin yarısının İddiaçı və digər yarısının isə Cavabdeh2 ödənilməsi barədə razılığa gəlirlər. Barışıq sazişinin yuxarıdakı şərtlərinin icra edilməsi mümkün olmadıqda cavabdehlər öhdələrinə götürürlər ki, məhkəmə tərəfindən müvafiq icra sənədinin icra orqanına verildiyi gündən 20 gün ərzində həmin fərdi yaşayış evini və torpaq sahəsindən çıxmağı və həmin torpaq sahəsi ilə fərdi yaşayış evini boşaltmağı öhdələrinə götürürlər.

3. Yekun müddəalar. Tərəflər qəbul edirlər ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilərsə həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasinda, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə yenidən müraciət edilməsinə yol verilmir. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi, evdən və torpaq sahəsindən çıxarılma, evin boşaldılaraq təhvil verilməsi» tələbinə dair iddiası ilə əlaqədar 2(012)-338/2025 saylı mülki iş üzrə icraata xitam verilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi, evdən və torpaq sahəsindən çıxarılma, evin boşaldılaraq təhvil verilməsi» tələbinə dair iddia ərizəsi barədə 2(012)-338/2025 saylı mülki iş üzrə X5 vasitəsilə xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qərardadın dövlət rüsumunun qaytarılması hissəsinin icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X1 İdarəsinə həvalə edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) şikayət verilə bilər.

Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar