Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3382/2024 16.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X3, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********42780 olan Samsung Galaxy A03 Core markalı telefon üçün 158,84 manat ödənilməmiş hissə, 48,16 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İmei kod **********34452 olan Huawei Nova Y90 markalı telefon, Vinil Mat üçün 478,65 manat ödənilməmiş hissə, 105,35 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, 2 ədəd AİWAAT-X80Q PİNK markalı qulaqlıq üçün 181,8 manat ödənilməmiş hissə, 54,2 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, ASUS TUF F15 FX506HCB-US51, X6&Student 2021, Office Suite for Windows, Paket Combomax üçün 3648,86 manat ödənilməmiş hissə, 580,14 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, KOMBİ HOFFMANN 28 KW, SEKSİYA NEO (5 PCS), AYEN RİGEL 50/80 ALUMİNİUM dəsmal quruducusu, 2 ədəd SEKSİYA NEO (10 PCS) üçün 1621,2 manat ödənilməmiş hissə, 272,8 manat cərimə olmaqla, ümumilikdə, 7150 manat borcun və 91,50 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X4 məhkəmə iclasında izahat verərək bildirdi ki, Cavabdeh xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərindəki müqavilələrinə əsasən İmei kodu **********42780 olan Samsung Galaxy A03 Core markalı telefon, İmei kod **********34452 olan Huawei Nova Y90 markalı telefon, Vinil Mat, 2 ədəd AİWAAT-X80Q PİNK markalı qulaqlıq, ASUS TUF F15 FX506HCB-US51, X6&Student 2021, Office Suite for Windows, Paket Combomax, KOMBİ HOFFMANN 28 KW, SEKSİYA NEO (5 PCS), AYEN RİGEL 50/80 ALUMİNİUM dəsmal quruducusu, 2 ədəd SEKSİYA NEO (10 PCS) almış və nəticədə 7150 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 365,04 manat olan İmei kodu **********42780 olan Samsung Galaxy A03 Core markalı telefon üçün 158,84 manat ödənilməmiş hissə, 48,16 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 795,96 manat olan İmei kod **********34452 olan Huawei Nova Y90 markalı telefon, Vinil Mat üçün 478,65 manat ödənilməmiş hissə, 105,35 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 246 manat, 2 ədəd AİWAAT-X80Q PİNK markalı qulaqlıq üçün 181,8 manat ödənilməmiş hissə, 54,2 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3871,98 manat, ASUS TUF F15 FX506HCB-US51, X6&Student 2021, Office Suite for Windows, Paket Combomax üçün 3648,86 manat ödənilməmiş hissə, 580,14 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1731,79 manat, KOMBİ HOFFMANN 28 KW, SEKSİYA NEO (5 PCS), AYEN RİGEL 50/80 ALUMİNİUM dəsmal quruducusu, 2 ədəd SEKSİYA NEO (10 PCS) üçün 1621,2 manat ödənilməmiş hissə, 272,8 manat cərimə olmaqla, ümumilikdə, 7150 manat məbləğində borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 488,8 manat təşkil edir. Odur ki, qeyd edilənlərə əsasən o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, atası xəstələndiyi, həmçinin boşandıqdan sonra aliment ödədiyi üçün sözügedən məbləğdə borcunu ödəyə bilməmişdir. İddiaçı "xxxx" MMC ilə aralarında bağlanmış alqı-satqı müqavilələri əsasında aldığı telefonlar hazırda onun evindədir və o, həmin telefonları işlətməmişdir. Onun iddiaçı şirkət ilə bağladığı qeyd edilən alqı-satqı müqavilələri üzrə yaranmış borcunu ödəmək fikri vardır. Bundan əlavə o, qeyd edir ki, yetkinlik yaşına çatmayan övladlarının saxlanması üçün hər ay 660 manat məbləğində aliment ödəyir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 03982584 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış, bu müqaviləyə əsasən Əliyev X1 **********42780 olan Samsung Galaxy A03 Core markalı telefon almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü i il tarixli, 03464572 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış, bu müqaviləyə əsasən Əliyev X2 **********34452 olan Huawei Nova Y90 markalı telefon, Vinil Mat almış və malların qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 03984293 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış, bu müqaviləyə əsasən Cavabdeh 2 ədəd AİWAAT-X80Q PİNK markalı qulaqlıq almış və malların qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 03574497 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış, bu müqaviləyə əsasən Cavabdeh ASUS TUF F15 FX506HCB-US51, X6&Student 2021, Office Suite for Windows, Paket Combomax almış və malların qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 03574498 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış, bu müqaviləyə əsasən Cavabdeh KOMBİ HOFFMANN 28 KW, SEKSİYA NEO (5 PCS), AYEN RİGEL 50/80 ALUMİNİUM dəsmal quruducusu, 2 ədəd SEKSİYA NEO (10 PCS) almış və malların qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 03 may 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********42780 olan Samsung Galaxy A03 Core markalı telefon üçün 158,84 manat ödənilməmiş hissə, 48,16 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İmei kod **********34452 olan Huawei Nova Y90 markalı telefon, Vinil Mat üçün 478,65 manat ödənilməmiş hissə, 105,35 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, 2 ədəd AİWAAT-X80Q PİNK markalı qulaqlıq üçün 181,8 manat ödənilməmiş hissə, 54,2 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, ASUS TUF F15 FX506HCB-US51, X6&Student 2021, Office Suite for Windows, Paket Combomax üçün 3648,86 manat ödənilməmiş hissə, 580,14 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, KOMBİ HOFFMANN 28 KW, SEKSİYA NEO (5 PCS), AYEN RİGEL 50/80 ALUMİNİUM dəsmal quruducusu, 2 ədəd SEKSİYA NEO (10 PCS) üçün 1621,2 manat ödənilməmiş hissə, 272,8 manat cərimə olmaqla, ümumilikdə, 7150 manat borcu vardır. Məhkəmə iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli, 03982584 saylı; xx.xx.2023-cü il tarixli, 03464572 saylı; xx.xx.2023-cü il tarixli, 03984293 saylı; xx.xx.2023-cü il tarixli, 03574497 saylı və xx.xx.2023-cü il tarixli, 03574498 saylı müqavilələr bağlanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. xx.xx.2022-ci il tarixli, 03982584 saylı; xx.xx.2023-cü il tarixli, 03464572 saylı; xx.xx.2023-cü il tarixli, 03984293 saylı; xx.xx.2023-cü il tarixli, 03574497 saylı və xx.xx.2023-cü il tarixli, 03574498 saylı müqavilələr üzrə Cavabdeh üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini alqı-satqı müqavilələrinə və ödəmə cədvəllərinə uyğun olaraq tam ödəməmiş və öhdəliklərini pozmuşdur. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən öhdəliyi lazımınca icra etmədiyi üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulu hissəsində də iddia tələbi təmin edilməlidir. Lakin məhkəmə cərimə pulunun yüksək hesablandığı qənaətinə gəlir və hesab edir ki, cərimənin azaldılması cavabdehin maddi durumunu daha da yaxşılaşdıra biləcəyinə görə iddia tələbi qismən təmin edilərək, xx.xx.2022-ci il tarixli, 03982584 saylı müqaviləyə əsasən hesablanmış 48,16 manat, xx.xx.2023-cü il tarixli, 03984293 saylı müqaviləyə əsasən hesablanmış 54,2 manat cərimə pulu 5 manat məbləğində; xx.xx.2023-cü il tarixli, 03464572 saylı müqaviləyə əsasən hesablanmış 105,35 manat cərimə pulu 10 manat məbləğində; xx.xx.2023-cü il tarixli, 03574497 saylı müqaviləyə əsasən hesablanmış 580,14 manat və xx.xx.2023-cü il tarixli, 03574498 saylı müqaviləyə əsasən hesablanmış 272,8 manat məbləğində cərimə pulu isə 20 manat məbləğində olmalıdır. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı şirkətin məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 91,50 manat da cavabdehdən alınmalı və iddiaçı şirkətə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli, 03982584 saylı müqaviləyə əsasən, İmei kodu **********42780 olan Samsung Galaxy A03 Core markalı telefon üçün 158,84 manat ödənilməmiş hissə, 5 manat cərimə; xx.xx.2023-cü il tarixli, 03464572 saylı müqaviləyə əsasən, İmei kod **********34452 olan Huawei Nova Y90 markalı telefon, Vinil Mat üçün 478,65 manat ödənilməmiş hissə, 10 manat cərimə; xx.xx.2023-cü il tarixli, 03984293 saylı müqaviləyə əsasən, 2 ədəd AİWAAT-X80Q PİNK markalı qulaqlıq üçün 181,8 manat ödənilməmiş hissə, 5 manat cərimə; xx.xx.2023-cü il tarixli, 03574497 saylı müqaviləyə əsasən, ASUS TUF F15 FX506HCB-US51, X6&Student 2021, Office Suite for Windows, Paket Combomax üçün 3648,86 manat ödənilməmiş hissə, 20 manat cərimə; xx.xx.2023-cü il tarixli, 03574498 saylı müqaviləyə əsasən, KOMBİ HOFFMANN 28 KW, SEKSİYA NEO (5 PCS), AYEN RİGEL 50/80 ALUMİNİUM dəsmal quruducusu, 2 ədəd SEKSİYA NEO (10 PCS) üçün 1621,2 manat ödənilməmiş hissə, 20 manat cərimə olmaqla, ümumilikdə, 6149,35 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 91,50 manat Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-3382/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3382/2024
16.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver