Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3403/2022 11.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmə qətnaməsinin çıxarılması ilə bağlı ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC kiçik iddiaya dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********09016 Samsung Galaxy A7 markalı telefon üçün 376 manat ödənilməmiş hissə, 37 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Samsung soyuducu üçün 228 manat ödənilməmiş hissə, 22 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Earbuds qulaqlıq üçün 64 manat ödənilməmiş hissə, 6 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, 2 ədəd Panasonic ev telefonu üçün 34 manat ödənilməmiş hissə, 3 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********23327 İphone 7 markalı telefon üçün 32 manat ödənilməmiş hissə, 3 manat dəbbə pulu olmaqla, ümumilikdə 805 manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia ərizəsində bildirmişdir ki, cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci və xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən, İMEİ Kodu **********09016 Samsung Galaxy A7 markalı telefon, Samsung soyuducu, Earbuds qulaqlıq, 2 ədəd Panasonic ev telefonu, İMEİ Kodu **********23327 İphone 7 markalı telefon almış və 805 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 846 manat olan İMEİ Kodu **********09016 Samsung Galaxy A7 markalı telefon üçün 376 manat ödənilməmiş hissə, 37 manat dəbbə pulu, alqı-satqı qiyməti 1470 manat olan Samsung soyuducu üçün 228 manat ödənilməmiş hissə, 22 manat dəbbə pulu, alqısatqı qiyməti 120 manat olan Earbuds qulaqlıq üçün 64 manat ödənilməmiş hissə, 6 manat dəbbə pulu, alqı-satqı qiyməti 110,40 manat olan 2 ədəd Panasonic ev telefonu üçün 34 manat ödənilməmiş hissə, 3 manat dəbbə pulu və alqı-satqı qiyməti 1188 manat olan İMEİ Kodu **********23327 İphone 7 markalı telefon üçün 32 manat ödənilməmiş hissə, 3 manat dəbbə pulu olmaqla, ümumilikdə 805 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3000,40 manat təşkil edir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmilşdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 00741095 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh İMEİ Kodu **********09016 Samsung Galaxy A7 markalı telefon almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 01119755 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Kərimov X1 almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissəhissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 01022258 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Kərimov X3 qulaqlıq almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 20226703 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh 2 ədəd Panasonic ev telefonu almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 20313871 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh İMEİ Kodu **********23327 İphone 7 markalı telefon almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 12 may 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, İMEİ Kodu **********09016 Samsung Galaxy A7 markalı telefon üçün Cavabdeh 376 manat ödənilməmiş məbləğ və 37 manat dəbbə pulu, Samsung soyuducu üçün 228 manat ödənilməmiş hissə, 22 manat dəbbə pulu Earbuds qulaqlıq üçün 64 manat ödənilməmiş hissə, 346 manat dəbbə pulu, 2 ədəd Panasonic ev telefonu üçün 34 manat ödənilməmiş hissə, 3 manat dəbbə pulu və İMEİ Kodu **********23327 İphone 7 markalı telefon üçün 32 manat ödənilməmiş hissə, 3 manat dəbbə pulu olmaqla, ümumilikdə 805 manat borcu vardır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizəyə əlavə edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə ücün faizlər, əgər müqavilədə faizlərin hesablanması ücün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia təmin edilsin. xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********09016 Samsung Galaxy A7 markalı telefon üçün 376 manat ödənilməmiş hissə, 37 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Samsung soyuducu üçün 228 manat ödənilməmiş hissə, 22 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Earbuds qulaqlıq üçün 64 manat ödənilməmiş hissə, 6 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, 2 ədəd Panasonic ev telefonu üçün 34 manat ödənilməmiş hissə, 3 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********23327 İphone 7 markalı telefon üçün 32 manat ödənilməmiş hissə, 3 manat dəbbə pulu olmaqla, ümumilikdə 805 manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-3403/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3403/2022
11.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver