Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-3413/2023 06.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azəriqaz” İstehsalat Birliyinə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi – vəkili Nümayəndə Cəlal oğlu məhkəməyə vəsatət göndərərək edərək, mülki işin baxılmamış saxlanılmasını və iddia ərizəsinə əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh İB-nin nümayəndəsi X2 iddiaçının nümayəndəsi – vəkili tərəfindən verilmiş iddia ərizənin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki,ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. İş materiallarından göründüyü kimi iddiaçının nümayəndəsi – vəkili Nümayəndə Cəlal oğlu iddia tələbinin baxılmamış saxlanılmasını və iddia ərizəsinə əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizə vermiş,Cavabdeh İB-nin nümayəndəsi işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir.Ona görə də,iddia tələbi baxılmamış saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260 və 268 maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddiası baxılmamış saxlanılsın və iddia ərizəsinə əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan (alındığı vaxtdan) 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-3413/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-3413/2023
06.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver