Məhkəmə qərarları › İş №e-2(012)-3421/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3421/2025

20.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3421/2025 20.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə xx.xx.2025-ci il tarixinə yaranmış xx.xx.2024-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 1120,7 manat əsas, 336,2 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1456,9 manat borcun və xx.xx.2024-cü il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 1058,7 manat əsas 317,6 manat cərimə cəmi 1376,3 manat borc, xx.xx.2024-cü il tarixli № 01181224 saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 269,4 manat əsas, 80,8 manat məbləğində cərimə borcu olmaqla, cəmi 350,2 manat borcun və xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 733 manat əsas 219,9 manat cərimə cəmi 952,9 manat borc, ümumilikdə dörd müqavilə üzrə 3181,8 manat əsas, 954,5 manat cərimə, 4136,3 manat cəmi borcun və 61,36 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış müqavilələrə əsasən iddiaçı müqavilələr ilə üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh həmin müqavilələr ilə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə göndərməmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 1499,99 manat məbləğində “HX X1 Complete Long Hs05 Blush Blue” markalı fen satılmışdır. - xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1120,7 manat əsas, 3362 manat məbləğində cərimə borcu olmaqla, cəmi 4482,70 manat məbləğində borcu vardır. - xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 1419,99 manat məbləğində “XM EPİLATOR PHİLİPS BRİ947/00” markalı epilator satılmışdır. - xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1058,7 manat əsas, 3176 manat məbləğində cərimə borcu olmaqla, cəmi 4234,70 manat məbləğində borcu vardır. - xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 1419,99 manat məbləğində “XM SHAVER PHİLİPS” markalı üzqırxan satılmışdır. - xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixli müqavilə üzrə 269,4 manat əsas, 808,00 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1077,40 manat məbləğində borcu vardır. - xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 1419,99 manat məbləğində “APPLE WATCH Series 9 41 mm pink” markalı saat, “Hİ-Fİ wireless JBL Harman tune” markalı qulaqcıq, “ SMART WATCH XİAOMİ REDMİ WATCH 3 ACTİVE” markalı saat satılmışdır. - xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixli müqavilə üzrə 733 manat əsas, 2199 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2932 manat məbləğində borcu vardır. - xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, cavabdehdən hər dörd müqavilə üzrə borc məbləğinin ödənilməsi tələb edilmişdir. - xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" MMC tərəfindən 61,36 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdeh 24 ay müddətində ayda 63 manat ödəməklə “HX X1 Complete Long Hs05 Blush Blue” markalı feni, xx.xx.2024-cü il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdeh 24 ay müddətində ayda 60 manat ödəməklə “XM EPİLATOR PHİLİPS BRİ947/00” markalı epilatoru, xx.xx.2024-cü il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdeh 18 ay müddətində ayda 20 manat ödəməklə “XM SHAVER PHİLİPS” markalı üzqırxanı, xx.xx.2023-cü il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdeh 24 ay müddətində ayda 107 manat ödəməklə “APPLE WATCH Series 9 41 mm pink” markalı saat, “Hİ-Fİ wireless JBL Harman tune” markalı qulaqcıq, “ SMART WATCH XİAOMİ REDMİ WATCH 3 ACTİVE” markalı saatı tam qüsursuz almışdır. Cavabdeh üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilələr ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 427.3, 442, 443.1, 448.1, 462.1, 465.2, 548.2 və 600.1-ci maddələrinin tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcı-iddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını, habelə cavabdeh tərəfindən həyata keçirilmiş ödənişləri nəzərə alaraq hesab edir ki, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 336,2 manat miqdarında cərimə pulu 1120,7 manat miqdarında ödənilməmiş hissə məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğlər azaldılaraq 12 manat, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 317,6 manat miqdarında cərimə pulu 1058,7 manat miqdarında ödənilməmiş hissə məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğlər azaldılaraq 11 manat, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 80,8 manat miqdarında cərimə pulu 269,4 manat miqdarında ödənilməmiş hissə məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğlər azaldılaraq 3 manat, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 219,9 manat miqdarında cərimə pulu 733 manat miqdarında ödənilməmiş hissə məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğlər azaldılaraq 8 manat, saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün ləğv prosesində olan "xxxx" MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 61,36 manat dövlət rüsumunun 9,2 manatı iddiaçıya, 52,16 manatı cavabdehə aid edilməlidir. MPM-in: 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2024-cü il tarixli № ********* saylı müqavilə üzrə 1120,7 manat əsas, 12 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1132,7 manat borc, xx.xx.2024-cü il tarixli № ********* saylı müqavilə üzrə 1058,7 manat əsas, 11 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1069,7 manat borc, xx.xx.2024-cü il tarixli № ********* saylı müqavilə üzrə 269,4 manat əsas, 3 manat məbləğində cərimə borcu olmaqla, cəmi 272,4 manat borc, xx.xx.2023-cü il tarixli № ********* saylı müqavilə üzrə 733 manat əsas, 8 manat məbləğində cərimə borcu olmaqla, cəmi 741 manat borc ümumilikdə 3215,8 manat və 26,40 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, ödənilmiş dövlət rüsumunun 52,16 manatı iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli № ********* saylı müqavilə üzrə 1120,7 manat əsas, 12 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1132,7 manat borc, xx.xx.2024-cü il tarixli № ********* saylı müqavilə üzrə 1058,7 manat əsas, 11 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1069,7 manat borc, xx.xx.2024-cü il tarixli № ********* saylı müqavilə üzrə 269,4 manat əsas, 3 manat məbləğində cərimə borcu olmaqla, cəmi 272,4 manat borc, xx.xx.2023-cü il tarixli № ********* saylı müqavilə üzrə 733 manat əsas, 8 manat məbləğində cərimə borcu olmaqla, cəmi 741 manat borc ümumilikdə 3215,8 manat və 52,16 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə Məhdud ödənilsin. Ödənilmiş dövlət rüsumunun 9,2 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar