Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3495/2025 10.12.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Rəhimli Zərnişan Ağarəhim qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı lizinq müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən lizinq obyekti olan “Khazar LD” minik markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 6209,57 manat pulun və ödənilmiş 82,10 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi bununla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə X9 arasında bağlanmış 20 aprel 2023-cü il tarixli MAS-5876 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2023-cü il buraxılışlı, “Khazar LD” minik markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 18 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 467,06 manat, ümumilikdə isə 25619 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 25619 manatın 19100 manatı əsas məbləğ təşkil edir. 09 avqust 2023-cü il tarixdə X9, X15 və İddiaçı MMC arasında MAS- 5876 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 09 avqust 2023-cü il tarixli MAS-5876 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri N.Hüseynov öz üzərinə götürmüşdür. 31 avqust 2023-cü il tarixdə X15, X2 və İddiaçı MMC arasında MAS-5876 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 20 aprel 2023-cü il tarixli MAS- 5876 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri M.Mustafazadə öz üzərinə götürmüşdür. 16 sentyabr 2023-cü il tarixdə M.E.Mustafazadə, X16 və İddiaçı MMC arasında MAS5876 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 20 aprel 2023-cü il tarixli MAS-5876 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri S.Məmmədov öz üzərinə götürmüşdür. 30 oktyabr 2023-cü il tarixdə S.İ.Məmmədov, X18 və İddiaçı MMC arasında MAS-5876 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 20 aprel 2023-cü il tarixli MAS-5876 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri T.Cəfərov öz üzərinə götürmüşdür. 28 noyabr 2023-cü il tarixdə T.E.Cəfərov, Cavabdeh və İddiaçı MMC arasında MAS-5876 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 20 aprel 2023-cü il tarixli MAS-5876 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. Cavabdeh “Daxili lizinq” müqaviləsi və “Ödəniş cədvəli”nin şərtlərinə əməl etmədiyi üçün onun iddiaçı qarşısında öhdəliyi yaranmış və İddiaçı MMC borclu Cavabdeh qarşı lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli e-2(012)-4496/2024 saylı qətnaməsi ilə idda qismən təmin edilərək, “Khazar LD” minik markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçı MMC-yə geri qaytarılması və cavabdehdən ümumilikdə 2552,60 manat pulun tutulması qət edilmişdir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar LD” minik markalı, 77- AG-065 dövlət qeydiyyat nişanlı avtomobil 30 avqust 2024cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 6209,57 manat ziyan dəyməsi müəyyən edilmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan BB № 354857 saylı xx.xx.2023-cü il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Khazar LD” minik markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-nin mülkiyyətindədir. İş materiallarında olan «Lizinq verən» qismində İddiaçı MMC ilə «Lizinq alan» qismində X9 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MAS-5876 saylı Daxili lizinq müqaviləsinə və həmin müqaviləyə əlavələrə əsasən Lizinq verən lizinq obyekti olan “Khazar LD” minik markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobili lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verməyi, lizinq alan isə həmin avtomobil üçün illik 18% həcmində mükafat məbləği hesablanmaqla 48 ay müddətə hər ay 467,06 manat, sonuncu ay isə 467,20 manat olmaqla ümumilikdə 25619 manat məbləğində pulu lizinq verənin hesabına ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təhvil təslim aktına əsasən, İddiaçı MMC “Khazar LD” minik markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobili X5 təhvil vermişdir. İş materiallarında olan «lizinq verən» qismində İddiaçı MMC, “öhdəlikləri ötürən” qismində X9 və “öhdəlikləri qəbul edən” qismində X15 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MAS-5876 saylı Öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, müvafiq müqavilə əsasında İddiaçı MMC-nin “öhdəlikləri ötürən” arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MAS-5876 saylı Daxili lizinq müqaviləsi üzrə “öhdəlikləri ötürən” İddiaçı MMC qarşısında götürdüyü bütün öhdəlikləri “öhdəlikləri qəbul edən”-ə ötürmüş, “öhdəlikləri qəbul edən” isə bu öhdəlikləri “öhdəlikləri ötürən” -ə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul etmiş və bu öhdəlikləri lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada İddiaçı MMC-nin qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təhvil təslim aktına əsasən, X4 istifadəsində olan və İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar LD” minik markalı, **- AG-*** dövlət qeydiyyat nişanlı avtomobil X10 təhvil vermişdir. İş materiallarında olan «lizinq verən» qismində İddiaçı MMC, “öhdəlikləri ötürən” qismində X15 və “öhdəlikləri qəbul edən” qismində X6 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MAS-5876 saylı Öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, müvafiq müqavilə əsasında İddiaçı MMC-nin “öhdəlikləri ötürən” arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MAS-5876 saylı Daxili lizinq müqaviləsi üzrə “öhdəlikləri ötürən” İddiaçı MMC qarşısında götürdüyü bütün öhdəlikləri “öhdəlikləri qəbul edən”-ə ötürmüş, “öhdəlikləri qəbul edən” isə bu öhdəlikləri “öhdəlikləri ötürən” -ə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul etmiş və bu öhdəlikləri lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada İddiaçı MMC-nin qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təhvil təslim aktına əsasən, X7 istifadəsində olan və İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar LD” minik markalı, **- AG-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 təhvil vermişdir. İş materiallarında olan «lizinq verən» qismində İddiaçı MMC, “öhdəlikləri ötürən” qismində X6 və “öhdəlikləri qəbul edən” qismində X16 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MAS-5876 saylı Öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, müvafiq müqavilə əsasında İddiaçı MMC-nin “öhdəlikləri ötürən” arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MAS-5876 saylı Daxili lizinq müqaviləsi üzrə “öhdəlikləri ötürən” İddiaçı MMC qarşısında götürdüyü bütün öhdəlikləri “öhdəlikləri qəbul edən”-ə ötürmüş, “öhdəlikləri qəbul edən” isə bu öhdəlikləri “öhdəlikləri ötürən” -ə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul etmiş və bu öhdəlikləri lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada İddiaçı MMC-nin qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təhvil təslim aktına əsasən, X1 istifadəsində olan və İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar LD” minik markalı, **- AG-*** dövlət qeydiyyat nişanlı avtomobil X11 təhvil vermişdir. İş materiallarında olan «lizinq verən» qismində İddiaçı MMC, “öhdəlikləri ötürən” qismində X16 və “öhdəlikləri qəbul edən” qismində X18 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MAS-5876 saylı Öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, müvafiq müqavilə əsasında İddiaçı MMC-nin “öhdəlikləri ötürən” arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MAS-5876 saylı Daxili lizinq müqaviləsi üzrə “öhdəlikləri ötürən” İddiaçı MMC qarşısında götürdüyü bütün öhdəlikləri “öhdəlikləri qəbul edən”-ə ötürmüş, “öhdəlikləri qəbul edən” isə bu öhdəlikləri “öhdəlikləri ötürən” -ə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul etmiş və bu öhdəlikləri lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada İddiaçı MMC-nin qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təhvil təslim aktına əsasən, X8 istifadəsində olan və İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar LD” minik markalı, **- AG-*** dövlət qeydiyyat nişanlı avtomobil X14 təhvil vermişdir. İş materiallarında olan «lizinq verən» qismində İddiaçı MMC, “öhdəlikləri ötürən” qismində X18 və “öhdəlikləri qəbul edən” qismində Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MAS-5876 saylı Öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, müvafiq müqavilə əsasında İddiaçı MMC-nin “öhdəlikləri ötürən” arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MAS-5876 saylı Daxili lizinq müqaviləsi üzrə “öhdəlikləri ötürən” İddiaçı MMC qarşısında götürdüyü bütün öhdəlikləri “öhdəlikləri qəbul edən”-ə ötürmüş, “öhdəlikləri qəbul edən” isə bu öhdəlikləri “öhdəlikləri ötürən” -ə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul etmiş və bu öhdəlikləri lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada İddiaçı MMC-nin qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təhvil təslim aktına əsasən, X12 istifadəsində olan və İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar LD” minik markalı, **- AG-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh təhvil vermişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(012)-4496/2024 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, lizinq obyekti olan 2023-cü il buraxılışlı, “Khazar LD” minik markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilin mülkiyyətçisi İddiaçı MMC-yə qaytarılması, Cavabdeh xx.xx.2023-cü il tarixli, MAS-5876 saylı Daxili lizinq müqaviləsi üzrə 1328,09 manat gecikdirilmiş əsas, 747,46 manat gecikdirilmiş mükafat və 10 manat dəbbə pulu olmaqla, cəmi 2085,55 manat pul və ödənilmiş 100,4 manat dövlət rüsumunun alınaraq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2(012)-4496/2024 saylı qərardadından görünür ki, ərizə təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-4496/2024 saylı qətnaməsinin “Qət etdi” hissəsində “iddia ərizəsi qismən təmin edilsin. Lizinq obyekti olan 2023-cü il buraxılışlı, “Khazar LD” minik markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil mülkiyyətçisi İddiaçı MMC-yə qaytarılsın, Cavabdeh xx.xx.2024-cü il tarixli, MAS-5876 saylı Daxili lizinq müqaviləsi üzrə 1613,83 manat gecikdirilmiş əsas, 928,77 manat gecikdirilmiş mükafat və 10 manat dəbbə pulu olmaqla, cəmi 2552,60 manat pul və ödənilmiş 70,66 manat dövlət rüsumu alınaraq İddiaçı MMC-yə ödənilsin” əlavə edilmişdir. İş materiallarında olan İddiaçı Avto Servis MMC-nin xx.xx.2024-cü il tarixli qüsur aktından görünür ki, “Khazar LD” minik markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ümumi zərər 6209,57 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanlmış xx.xx.2025ci il tarixli pretenziya məktubuna əsasən cavabdeh iddiaçı qarşısında olan borcu və müqavilənin ləğvi barədə xəbərdar olunmuşdur. İş materiallarında olan "xxxx" MMC-nin 03 noyabr 2025-ci il tarixli, PQ-A-58/2025 nömrəli mütəxəssis rəyinin nəticə hissəsindən görünür ki, aparılmış hesablamalar nəticəsində “Khazar LD” minik markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərər və təmir xərcləri real bazar qiymətləri ilə 4300 manat müəyyən edilmişdir. - Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə qiymətləndirmənin dəyəri 500 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövrülüklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-1.2-ci maddəsinə əsasən, lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir. Göstərilən Məcəllənin 747-2-ci maddəsinə əsasən lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Həmin Məcəllənin 748-2.1-ci maddəsinə əsasən, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququna malikdir. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir (maddə 424.2). Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, xx.xx.2023-cü il tarixli, MAS-5876 saylı Daxili lizinq müqaviləsinə və xx.xx.2023-cü il tarixli, MAS-5876 saylı Öhdəliklərin ötürülməsi barədə müqaviləyə əsasən “Khazar LD” minik markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehin istifadəsinə və sahibliyinə verilmiş, Cavabdeh isə müqavilə üzrə öhdəliyi lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada İddiaçı MMC-nin qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürmüşdür. “Daxili lizinq" müqaviləsi və “ödəniş cədvəli"nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Həmin öhdəlik məhkəmənin qanuni qüvvəyə almış qətnaməsi ilə öz təsdiqini tapmışdır. Həmçinin cavabdehin sahibliyində və istifadəsində olan müddətdə avtomobilə maddi ziyan dəymişdir. Məhkəmə tərəfindən ekspertiza təyin edilmiş, iş materiallarında olan "xxxx" MMC-nin 03 noyabr 2025-ci il tarixli, PQ-A-58/2025 nömrəli mütəxəssis rəyinə əsasən “Khazar LD” minik markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 4300 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qanunvericiliyin tələbindən habelə tərəflər arasında bağlanmış lizinq nüqaviləsinin şərtlərindən göründüyü kimi, lizinq obyektinin qəbul protokolu imzalandığı andan lizinq obyektinin təsadüfən məhv edilməsi və zədələnməsi riski lizinq alana keçir və lizinq obyekti məhv olduqda, həmçinin onun zədələnməsi nəticəsində bərpası mümkün olmayan vəziyyətə düşdükdə, zliinq alan lizinq ödənişləri ilə lizinq obyektinin məhv olması anına ödənilmiş lizinq ödənişləri arasındakı fərqi lizinq verənə ödəməlidir. Belə olduğu halda, məhkəmə hesab edir ki, mübahisə predmeti olan lizinq obyektinə ziyan dəydiyindən və buna görə məsuliyyəti Cavabdeh daşıdığından, iddia tələbi qismən təmin olunmalı, Cavabdeh mütəxəssis rəyinə əsasən 4300 manat dəymiş ziyan iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 4300 manat maddi zərər tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş 82,10 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC –yə ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş mütəxəssisin xərci olan 500 manat pul Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh maddi zərərə görə 4300 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 82,10 manat pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mütəxəssis xərci olan 500 manat pul Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-3495/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3495/2025
10.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver