Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3509/2022 13.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Kazımlı Cənnət Mahir qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc pul tələbinə dair iddia ərizəsinə 13 iyul 2022-ci il tarixdə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc pul tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1064.23 manat (bir min altmış dörd manat 23 qəpi) manat pul, 94.77 (doxsan dörd manat 77 qəpik) manat hesablanmış cərimə,cəmi 1159 (bir min bir yüz əlli doqquz) manat və ödənilmiş 31.99 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş lakin, onun iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 445, 468, 741-ci maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq müəyyən etdi: Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilmişdir ki, iddiaçı (faktor) İddiaçı MMC ilə (müştəri) "xxxx" MMC oğlu arasında F11/99 saylı xx.xx.2021-ci il tarixlitələbin güzəşti barədə Faktorinq müqaviləsi bağlanmışdır. (Müştəri) "xxxx" MMC ilə cavabdeh (borclu) arasında 0815/21/99S saylı xx.xx.2021-ci il tarixli Nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Faktorinq və Nisyə alğı-satqı müqavilələrinin tələblərinə uyğun olaraq, İddiaçı MMC faktor qismində, "xxxx" MMC müştəri qismində, Cavabdeh isə borclu qismində çıxış etmişdir. Faktorinq müqaviləsinin 2.1-ci maddəsinə əsasən, iddiaçı (faktor) İddiaçı MMC, (müştəri) "xxxx" MMC özmallarını borclu yasatması üçün pul vəsaiti ilə təmin edir. Müştəri "xxxx" MMC isə satılmış malların borcunu tələb etməyi iddiaçı (faktor) İddiaçı MMC-yə güzəşt edir. Yəni (müştəri) "xxxx" MMC borcludan “pul tələb” etmək hüququnu iddiaçı (faktor) İddiaçı MMC-yə verir. Belə ki, (müştəri) "xxxx" MMC Faktorinq müqaviləsinin xx.xx.2021-ci il tarixli əlavəsinə əsasən iddiaçı (faktor) MMC-dən 1161 (bir min bir yüz altımış bir) manat vəsait almışdır. (Müştəri) "xxxx" MMC ilə cavabdeh (borclu) Cavabdeh arasında bağlanmış 0815/21/99S saylı xx.xx.2021-ci il tarixli Nisyə alğı-satqı müqaviləsinə əsasən, 12 ay müddətində, hər ayın 06-dən gec olmamaqla, ayda 96.75 manat ödəməsi şərti ilə cavabdeh (borclu) Cavabdeh dəyəri cəmi 1161 manat olan “TV Samsung UE43AU7100UXRU” satılmışdır. Faktorinq müqaviləsinin, eyni zamanda pul tələbinin tam güzəşt edilməsi haqqında cavabdehə təqdim edilmiş bildirişin tələblərinə uyğun olaraq, (müştəri) "xxxx" MMC ilə cavabdeh (borclu) arasında bağlanmış 0815/21/99S saylı xx.xx.2021-ci il tarixli Nisyə alğı-satqı müqaviləsindən irəli gələn borcun tam tələb edilməsi hüququ İddiaçı MMC-yə keçmişdir. Cavabdeh Nisyə alğı-satqı müqaviləsinin tələblərini pozaraq, ödəniş aparmamışdır. İddiaçı tərəfindən cavabdehə Nisyə alğı-satqı müqaviləsinin öhdəliklərini yerinə yetirməsi barədə xəbərdarlıq edilsə də, cavabdeh könüllü olaraq öhdəlikləri yerinə yetirməmişdir. Tərtib edilmiş xx.xx.2022-ci il tarixli borca dair arayışdan görünür ki, Cavabdeh nisyə alğı-satqı müqaviləsinə əsasən 1064.23 manat (bir min altımış dörd manat 23 qəpik) əsas borc və 94.77 (doxsan dörd manat 77 qəpik) manat cərimə, ümumilikdə 1159 (bir min bir yüzəlli doqquz) manat borcu vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehdən 1064.23 manat (min altmış dörd manat 23 qəpik) manat pul, 94.77 (doxsan dörd manat 77 qəpik) manat hesablanmış cərimə, cəmi 1159 (min bir yüz əlli doqquz) manat və ödənilmiş 31.99 manat dövlət rüsumuna görə pul tutularaq, iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1064.23 manat (min altmış dörd manat 23 qəpik) manat pul, 94.77 (doxsan dörd manat 77 qəpik) manat hesablanmış cərimə, cəmi 1159 (min bir yüz əlli doqquz) manat və ödənilmiş 31.99 manat dövlət rüsumuna görə pul İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-3509/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3509/2022
13.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver