Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3509/2023 12.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı «borcun silinməsi» tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı X2 cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən quraşdırılmış ******* nömrəli, xx.xx.2023-cü il tarixli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt əsasında hesablamış olduqları 4354.56 manat borcun silinməs barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinə dair dəqiqləşmə verərək “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən xx.xx.2023 – cü il tarixli ******* saylı akt əsasında hesablamış olduqları 4354.56 manat borcun silinməs barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında izahatında bildirdi ki, Abşeron rayonu, Digah kəndi ərazisində yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacının təznimləyicisində nasazlıq olduğuna görə dəfələrlə “Azəriqaz” İB-yə edilmiş zənglərin nəticəsində «Azəriqaz» İstehsalat Birliyinin əməkdaşları tərəfindən yeni qaz sayğacı quraşdırılmışdır. Yeni qaz sayğacı quraşdırılarkən ona 1 ay ərzində 4354.56 manat məbləğində sərfiyyatının olduğu bildirirlərək həmin məbləğin aylıq ondan tutulacağını (hər dəfə smart karta ödəniş həyata keçirilərkən hesablanmış borc məbləği bitənədək, yüklənən məbləğin yarısı tutulacaq) qeyd etmişdirlər. Lakin, yeni qaz sayğacı quraşdırılmadan öncə dəfələrlə sayğacsız qaldıqlarını gətirib sayğac quraşdırmalarını bildirsələr də, “Azəriqaz” İB-nin nümayəndələri bu gün-sabah deyərək suni şəkildə müddəti uzadırdılar. Bununla bağlı oğlu Əliyev Rövşən dəfələrlə qaynar xəttə müraciətləri olmuşdur. Bütün bunlara baxmayaraq, gəlib qaz sayğacını quraşdırmamış və evdə xəstə nəvəsi ola-ola onları qazla təzhiz etməyi suni şəkildə gecikdirmişdirlər. Daha sonra, sayğac gəlib quraşdırılmadığı üçün onlar 10 gün kənar xəttdən istifadə etmişlər və «Azəriqaz» İstehsalat Birliyinin əməkdaşları bunu müəyyən etdiklərində 10 gün üçün istifadə etdikləri qazın 36288 m3 olduğunu və buna nisbətdə 4354.56 manat ödəməli olduqlarını bildirdilər. “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən quraşdırılmış ******* nömrəli, xx.xx.2023-cü il tarixli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt əsasında quraşdırılmış sayğacın işə salınması üçün tərəfindən 400 manat ödənişin həyata keçirilməsinin, həmin ödənişin borcdan silinəcəyini və bununla da smart kartı aktivləşdirərək,əldə edəcəyini bildirdilər. İddiaçıya 1 ay müddətində yazılmış qazdan istifadə məbləği çox şişirdilmişdir Bu səbəbdən də «Azəriqaz» İstehsalat Birliyi tərəfindən qanunsuz olaraq tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən ona hesablanmış 4354,56 manat cərimə borcunun silinməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi X3 məhkəmədə izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixində iddiaçının yaşadığı ünvana baxış keçirilmiş və kənar xətdən istifadə aşkar edilmiş və 4354,56 manat cərimə edilmişdir. Bununla bağlı fotoşəkillər də vardır.İddiaçı son 8-9 aylarda az ödəniş etmişdir. Odur ki, əsassız olduğundan iddia tələbinin rədd edilməsini xahiş edir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Digah kəndi ərazisində yerləşən fərdi evə quraşdırılmış abonent kodu **********23370 olan mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan istifadə edilməsi aşkar olunmuşdur. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Digah kəndi ərazisində yerləşən fərdi evə (abonent kodu **********23370) məxsus xx.xx.2023-cü il tarixli, 03724761 saylı akta görə 4354,56 manat ziyan hesablanmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı « borcun silinməsi» tələbinə dair iddiası qismən təmin edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, İddiaçı məxsus Abşeron rayonu, Digah kəndində yerləşən abonent kodu **********23370 olan sayğac üzrə «Azəriqaz» İstehsalat Birliyi tərəfindən “qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, 03724761 saylı akt əsasında dəymiş ziyan hesabatı tərtib edilmiş, sayğacdan kənar təbii qazdan istifadə edildiyi aşkar edilməsinə dair rəy verilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının qaz sərfi 1.2m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün,kombinin maksimal saatlıq qaz sərfi 3m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq abonent 4354,56 manat cərimə edilmişdir. Lakin, cavabdeh təşkilatın nümayəndəsi 4354.56 manat cərimənin hesabat müddətinin 360 gün qəbul edilməklə hesablanmasını məhkəmədə əsaslandıra bilmədiyindən və abonentlərin ünvanına mütəmadi baxışların keçirilməsi «Azəriqaz» İstehsalat Birliyinin vəzifəsi olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, cərimənin 30 gün müddət götürülməklə hesablanması işin faktiki hallarına uyğun gəlir. (4354,56 : 12 = 362,88 manat). Odur ki, «Azəriqaz» İstehsalat Birliyi tərəfindən İddiaçı yaşadığı abonent kodu-**********23370 olan, Abşeron rayonu, Digah kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına görə xx.xx.2023-cü il tarixli, 03724761 saylı akt üzrə hesablanmış 4354,56 manat borcdan 362.88 manat saxlanılmaqla, qalan borc silinməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən «Qazdan istifadə qaydaları» nın 2.2.2-ci bəndiı əsasən, istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisiı əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək paylayıcının hüququdur. Həmin Qaydaların 2.3.1-ci bəndinə görə, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesabat üzrə qazın dəyərini tam ödəmək istehlakçının vəzifəsidir. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymis zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin səxsdən tələb etməlidir. «Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanununun» 6.2-ci bəndinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən səxs qaz qurğusu sahibinə dəvmis ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki vəzifələrin əmələ gəlməsi əsaslarından hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. «Azəriqaz» İstehsalat Birliyi tərəfindən İddiaçı yaşadığı abonent kodu-**********23370 olan, Abşeron rayonu, Digah kəndində yerləşən fərdi evə quraşdırılmış qaz sayğacına görə xx.xx.2023cü il tarixli, 03724761 saylı akt üzrə hesablanmış 4354,56 manat borcdan 362.88 manat saxlanılmaqla, qalan borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №e-2(012)-3509/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3509/2023
12.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver