Məhkəmə qərarları › İş №e-2(012)-3543/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3543/2022

17.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3543/2022 17.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə yazılı icraat qaydasında Xırdalan şəhərində məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun tutulması tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, HOFFMANN Kombi üçün 952 manat ödənilməmiş hissə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Apple qulaqlıq üçün 365 manat ödənilməmiş hissə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********50394 Samsung Galaxy A51 markalı telefon üçün 273 manat ödənilməmiş hissə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********98175 Samsung Galaxy A31 markalı telefon üçün 224 manat ödənilməmiş hissə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********29243 Samsung Galaxy A02 markalı telefon üçün 181 manat ödənilməmiş hissə olmaqla, ümumilikdə 1995 manat borcun və 39.95 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən, HOFFMANN Kombi, Apple qulaqlıq, İMEİ kodu **********50394 Samsung Galaxy A51, İMEİ kodu **********98175 Samsung Galaxy A31, İMEİ kodu **********29243 Samsung Galaxy A02 markalı telefon üçün 1995 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1071 manat (18 ay x 59.5 manat + 0 manat ilkin ödəniş) HOFFMANN Kombi üçün ümumilikdə, 952 manat olmaqla ondan, 952 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 438 manat (12 ay x 36.5 manat + 0 manat ilkin ödəniş) Apple qulaqlıq üçün ümumilikdə, 365 manat olmaqla, ondan 365 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 673 manat (12 ay x 55 manat + 13 manat ilkin ödəniş) İMEİ kodu **********50394 Samsung Galaxy A51 markalı telefon üçün ümumilikdə 273 manat olmaqla ondan 273 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 681 manat (12 ay x 56 manat + 9 manat ilkin ödəniş) İMEİ kodu **********98175 Samsung Galaxy A31 markalı telefon üçün ümumilikdə, 224 manat olmaqla ondan, 224 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 299.2 manat (12 ay x 22.6 manat + 28 manat ilkin ödəniş) İMEİ kodu **********29243 Samsung Galaxy A02 markalı telefon üçün ümumilikdə, 181 manat olmaqla ondan, 181 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin bu müqavilələr cəmi ödədiyi məbləğ 1167.2 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər ərizəyə əlavə olunan tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Cavabdehlə Cəmiyyət arasında bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrinin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Buna görə də iddia təmin olunmalıdır. Mülki Prosessual Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş və məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizəyə əlavə edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış, Cavabdeh "xxxx" MMC-dən HOFFMANN Kombi qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış, Cavabdeh "xxxx" MMC-dən Apple qulaqlıq qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış, Cavabdeh "xxxx" MMC-dən İMEİ kodu **********50394 Samsung Galaxy A51 markalı telefon qəbul etmiş və malın qiymətini hissəhissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış, Cavabdeh "xxxx" MMC-dən İMEİ kodu **********98175 Samsung GalaxyA31 markalı telefon qəbul etmiş və malın qiymətini hissəhissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış və Cavabdeh "xxxx" MMC-dən İMEİ kodu **********29243 Samsung Galaxy A02 markalı qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 23 may 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, HOFFMANN Kombi üçün 952 manat ödənilməmiş hissə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Apple qulaqlıq üçün 365 manat ödənilməmiş hissə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********50394 Samsung Galaxy A51 markalı telefon üçün 273 manat ödənilməmiş hissə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********98175 Samsung Galaxy A31 markalı telefon üçün 224 manat ödənilməmiş hissə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********29243 Samsung Galaxy A02 markalı telefon üçün 181 manat ödənilməmiş hissə olmaqla, ümumilikdə 1995 manat borcu vardır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında müqavilələr bağlanmasına baxmayaraq, Cavabdeh müqavilələrlə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, HOFFMANN Kombi üçün 952 manat ödənilməmiş hissə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Apple qulaqlıq üçün 365 manat ödənilməmiş hissə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********50394 Samsung Galaxy A51 markalı telefon üçün 273 manat ödənilməmiş hissə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********98175 Samsung Galaxy A31 markalı telefon üçün 224 manat ödənilməmiş hissə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********29243 Samsung Galaxy A02 markalı telefon üçün 181 manat ödənilməmiş hissə olmaqla, ümumilikdə 1995 manat pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, ödənilmiş 39,95 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 952 manat ödənilməmiş hissə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 365 manat ödənilməmiş hissə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 273 manat ödənilməmiş hissə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 224 manat ödənilməmiş hissə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 181 manat ödənilməmiş hissə olmaqla, ümumilikdə 1995 manat və ödənilmiş dövlət rüsumu üçün 39,95 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar