Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3586/2025 22.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Qaz İxrac» İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Qaz İxrac» İdarəsinin Cavabdeh qarşı «magistral qaz kəmərinin mühafizə zonasında qanunsuz inşa olunmuş daş hasar və yaşayış evinin sökülməsi, tikinti materiallarının magistral qaz kəmərinin mühafizə zonasından çıxarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Qaz İxrac» İdarəsinin səlahiyyətli nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X1 balans və istismarında olan 530 mm diametrli «Qaradağ-Sumqayıt» yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, Quşçuluq massivindən keçən hissəsində, 39T 383969.05; 4481404.16; 39T 383959.79; 4481413.55 koordinatları üzrə qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən qeyri-qanuni inşa edilmiş daş hasar və yaşayış evinin onun hesabına sökülməsi, tikinti mal-materiallarının qaz kəmərinin mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı “Qaz İxrac” İdarəsinə (Qaz İxrac İdarəsi; Hesab: AZ60İBAZ********************; VÖEN: **********; Bank: ABB ASCnin Xətai filialı; Kod: 805625; VÖEN: **********; Müxbir hesab: AZ03NABZ********************; AWİFT: İBAZAZ2X) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Qaz İxrac» İdarəsinin səlahiyyətli nümayəndəsi Nümayəndə iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X1 istismarında olan 530 mm diametrli «Qaradağ- Sumqayıt» yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, Quşçuluq massivindən keçən hissəsində, 39T 383969.05; 4481404.16: 39T 383959.79; 4481413.55 koordinatı üzrə qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən qeyri-qanuni inşa edilmiş daş hasarın və fərdi yaşayış evinin onun hesabına sökülməsi, tikinti materiallarının qaz kəmərinin mühafizə zonasından çıxarılması, ödənilmiş dövlət rüsumunun və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 95 manat pulun Cavabdeh tutularaq iddiaçı “Qaz İxrac” İdarəsinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Qaz İxrac» İdarəsinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları»nın tələbləri pozularaq “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X1 istismarında olan 530 mm diametrli «Qaradağ-Sumqayıt» yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, Quşçuluq massivindən keçən hissəsində, qaz kəmərinin mühafizə zonasında, 39T 383969.05; 4481404.16; 39T 383959.79; 4481413.55 koordinatları üzrə, daha dəqiqliklə, qaz kəmərindən “5” metr məsafədə qanunsuz olaraq fərdi yaşayış evi inşa edilmişdir. Tikintinin qarşısının alınması və mühafizə zonasında yerləşən tikililərin sökülərək ləğv edilməsi istiqamətində müvafiq tədbirlər görülməsi üçün tərəflərindən xx.xx.2024-cü il tarixli, 14-2-12-7/2- 182/2024 nömrəli məktubla Abşeron Rayon İcra Hakimiyyətinə, xx.xx.2024-cü il tarixli, 14-2-12-7/2- 180/2024 nömrəli məktubla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və xx.xx.2024-cü il tarixli, 14-2-12-7/2-179/2024 nömrəli məktubla Abşeron rayon Polis İdarəsinə “yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında yaranmış təhlükəli vəziyyət barədə” rəsmi məlumat verilmişdir. Azərbaycan Respublikasının Abşeron Rayon İcra Hakimiyyətinin 09 sentyabr 2024-cü il tarixli, 5-29/2-1055/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, qeyd olunan ünvanda Cavabdeh tərəfindən heç bir rəsmi icazə olmadan qaz kəmərinin mühafizə zonasında tikinti işlərinin aparılması faktı təsdiqini tapmışdır. xx.xx.2024-cü il tarixində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, Quşçuluq massivində, 530 mm diametrli «Qaradağ-Sumqayıt» yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən, qaz kəmərinin «5» metrliyində qanunsuz olaraq daş hasarın inşa edilməsi barədə Sumqayıt Xətti İstismar Xidmətinin əməkdaşları tərəfindən akt tərtib edilmişdir. Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, Quşçuluq massivində, 530 mm diametrli «Qaradağ-Sumqayıt» yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin mühafizə zonasında qanunsuz olaraq fərdi yaşayış evi inşa etmiş Cavabdeh onun tərəfindən inşa edilmiş tikililərin sökülərək magistral qaz kəmərindən 50 metr məsafədə kənarlaşdırılması barədə xəbərdarlıq məktubu təqdim edilmiş və Cavabdeh xəbərdarlıq məktubunu almaqdan imtina etmişdir. Bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”na əsasən magistral qaz kəmərlərinin mühafizə zonalarında hər hansı bir tikintiquraşdırma işlərinin aparılması qəti qadağandır. Beləliklə, yuxarıda sözügedən tikili birbaşa kəmərin mühafizə zonasında yerləşir və həmin magistral qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan partlayışa, yanğına və digər növ qəzalara, habelə kütləvi insan tələfatına səbəb ola bilər. Cavabdeh mühafizə zonasında inşa etdiyi tikililər həm özünün, həm də ətrafdakılar üçün ona məlum olan səbəblərdən (özünün kobud ehtiyatsızlığı nəticəsində) yüksək təhlükə mənbəyi hesab olunmaqla həm özü tərəfindən, həm də digərləri tərəfindən ala bilinən zərərlərə görə məsuliyyət Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı və 1108-ci maddələrinə əsasən təqsirli şəxs kimi özünün üzərinə düşür. Bu səbəbdən də hesab edirlər ki, cavabdeh həmin özbaşına tikintiyə mülkiyyət hüququ əldə etməmişdir. Özbaşına tikilinin inşa edildiyi torpaq sahəsi hazırda iddiaçının qanuni istifadəsindədir. Buradan da müəyyən olunur ki, cavabdehin buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa etdiyi qanunsuz tikili cavabdehin öz hesabına sökülməlidir. Bundan əlavə iş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin məhkəməyə müraciət edərək mütəxəssis rəyinin verilməsi üçün xidmət haqqı 95 manat məbləğin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin hesabına ödənilməsini xahiş etmişdir. Bununla əlaqədar olaraq 95 manat xidmət haqqı iddiaçı “Qaz İxrac” İdarəsi tərəfindən ödənilmişdir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş,iddiaya münasibət bildirməmiş, daha sonra növbəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 07 noyabr 2025-ci il tarixli, 3-21-3- 32/2-19899/2025 nömrəli məktuba qoşma olan mütəxəssis rəyindən görünür ki, iddiaçının nümayəndəsi tərəfindən faktiki olaraq göstərilən, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X1 balans və istismarında olan 530 diametrli “Qaradağ- Sumqayıt” yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin mühafizə zonasında, Cavabdeh tərəfindən, 9.1 metr məsafədə daş hasarın və 10.9 metr məsafədə fərdi yaşayış evinin tikildiyi müəyyən olunmuşdur. Əlavə olaraq bildirilir ki, elektron məlumat bazasına əsasən həmin daş hasar və tikili, tam olaraq mühafizə zolağında yerləşir. Məhkəmə iddiaçı şirkətin nümayəndəsinin izahatını dinləyib, mütəxəssis rəyini, iş materiallarını araşdırıb mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə tərəfindən obyektiv həqiqətə nail olmaqdan ötrü mütəxəssis rəyi verilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 07 noyabr 2025-ci il tarixli, 3-21-3-32/2-19899/2025 nömrəli məktuba qoşma olan mütəxəssis rəyinə əsasən iddiaçının nümayəndəsi tərəfindən faktiki olaraq göstərilən, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X1 balans və istismarında olan 530 diametrli “Qaradağ-Sumqayıt” yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin mühafizə zonasında, Cavabdeh tərəfindən, 9.1 metr məsafədə daş hasarın və 10.9 metr məsafədə fərdi yaşayış evinin tikildiyi müəyyən edilmiş, əlavə olaraq elektron məlumat bazasına əsasən həmin daş hasar və tikilinin tam olaraq mühafizə zolağında yerləşdiyi bildirilmişdir. Beləliklə, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları»nın tələbləri pozularaq Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X1 istismarında olan 530 mm diametrli “Qaradağ-Sumqayıt” yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, Quşçuluq massivindən keçən hissəsində, 39T 383969.05; 4481404.16: 39T 383959.79; 4481413.55 koordinatları üzrə qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən daş hasar və fərdi yaşayış evi inşa edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”na əsasən magistral qaz kəmərlərinin mühafizə zonalarında hər hansı bir tikinti-quraşdırma işlərinin aparılması qadağandır. “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”nın 2-ci maddəsinin 7-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”nın 2.11-ci bəndinin “a” hissəsinə əsasən boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işləri aparılması qadağandır. Həmin bəndin 8-ci şərtinin 2-ci cümləsinə əsasən boru kəmərlərinin mühafizə zonasında iş aparılması şərtləri magistral boru kəmərlərini istismar edən Dövlət Neft Şirkətinin yerli orqanları tərəfindən təyin edilir və müvafiq icra hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi orqanları ilə razılaşdırıldıqdan sonra həyata keçirilir. “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”nın 2.13-cü bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını pozan və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir. Həmin qaydaların 2.23-cü bəndinə əsasən magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 2-ci hissəsinin tələbinə görə qaz kəmərlərinin mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə sadalanan normalara və işin faktiki hallarına uyğun olaraq belə qərara gəlir ki, iddia təmin olunmalı, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X1 istismarında olan 530 mm diametrli “Qaradağ-Sumqayıt” yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, Quşçuluq massivindən keçən hissəsində, 39T 383969.05; 4481404.16: 39T 383959.79; 4481413.55 koordinatları üzrə qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən inşa edilmiş daş hasar və fərdi yaşayış evi cavabdehin vəsaiti hesabına sökülməli və tikinti materialları qaz kəmərinin mühafizə zonasından çıxarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı təşkilat tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən alınmalı və iddiaçı təşkilata ödənilməlidir. Həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 07 noyabr 2025-ci il tarixli, 3-21-3-32/2-19899/2025 nömrəli mütəxəssis rəyinə görə 95 manat xərc iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Qaz İxrac» İdarəsi tərəfindən tam şəkildə ödənildiyindən məhkəmə hesab edir ki, qeyd edilən məbləğdə xərc Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Qaz İxrac» İdarəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X1 istismarında olan 530 mm diametrli “Qaradağ-Sumqayıt” yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, Quşçuluq massivindən keçən hissəsində, 39T 383969.05; 4481404.16: 39T 383959.79; 4481413.55 koordinatları üzrə qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən inşa edilmiş daş hasar və fərdi yaşayış evi cavabdehin vəsaiti hesabına sökülsün və tikinti materialları qaz kəmərinin mühafizə zonasından çıxarılsın. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 07 noyabr 2025-ci il tarixli, 3-21-3-32/2-19899/2025 nömrəli mütəxəssis rəyinə görə 95 manat xərc Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Qaz İxrac» İdarəsinin aşağıdakı hesabına ödənilsin: Qaz İxrac İdarəsi, Hesab: AZ60İBAZ********************, VÖEN: **********, Bank: ABB ASC-nin Xətai filialı, Kod: 805625, VÖEN: **********, Müxbir hesab: AZ03NABZ********************, AWİFT: İBAZAZ2X. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-3586/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3586/2025
22.01.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver