Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3745/2025 08.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli 03456866 saylı müqaviləyə əsasən İmei Kod **********76892 Samsung Galaxy A34 Marali Telefon, 2 X1, Samsung Charger, Zəmanət 3 İl Xidməti, Paket Xl Xidməti 2 ədəd üçün ondan 271,04 manat ödənilməmiş hissə, 27,10 manat cərimə, xx.xx.2024-cü il tarixli 17602015 saylı müqaviləyə əsasən İmei kod **********279731 İPHONE 15 PRO MAX markalı telefon, Qızıl zəmanət ultra 1 il xidməti, SLİM oyun konsolu, qızıl zəmanət ultra 1 il xidməti üçün 1137 manat ödənilməmiş hissə, 113,70 manat cərimə, xx.xx.2024-cü il tarixli 15654928 saylı müqaviləyə əsasən İmei kod **********79731 İPHONE 15 PRO MAX markalı telefon, qızıl zəmanət ultra 1 il xidməti üçün 1912,18 manat ödənilməmiş hissə, 191,22 manat cərimə, ümumilikdə 3652,24 manat borc və 56,53 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 03456866 saylı müqavilədən və ona əlavələrdən görünür ki, cavabdeh iddiaçıdan kredit yolu ilə 35 manat ilkin ödəniş olmaqla 924,85 manat məbləğində İmei Kod **********76892 Samsung Galaxy A34 Marali Telefon, 2 X1, Samsung Charger, Zəmanət 3 İl Xidməti, Paket Xl Xidməti 2 ədəd tam qüsursuz nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 17602015 saylı müqavilədən və ona əlavələrdən görünür ki, cavabdeh iddiaçıdan kredit yolu ilə 405 manat ilkin ödəniş ödəməklə 1769,04 manat məbləğində İmei kod **********279731 İPHONE 15 PRO MAX markalı telefon, Qızıl zəmanət ultra 1 il xidməti, SLİM oyun konsolu, qızıl zəmanət ultra 1 il xidməti tam qüsursuz nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 15654928 saylı müqavilədən və ona əlavələrdən görünür ki, cavabdeh iddiaçıdan kredit yolu ilə 1012,54 manat ilkin ödəniş ödəməkə 3562,84 manat İmei kod **********79731 İPHONE 15 PRO MAX markalı telefon, qızıl zəmanət ultra 1 il xidməti tam qüsursuz nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. - Əşyaların Təhvil-Təslim Aktlarından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli 03456866 saylı, xx.xx.2024-cü il tarixli 17602015 saylı, xx.xx.2024-cü il tarixli 15654928 saylı müqavilələrə əsasən İMEİ KOD **********76892 Samsung Galaxy A34 Markalı Telefon, 2 X1, Samsung Charger, Zəmanət 3 İl Xidməti, Paket Xl Xidməti 2 Ədəd, İmei Kod **********279731 İphone 15 Pro Max markalı telefon Qızıl zəmanət ultra 1 il xidmətini SLİM oyun konsolu, qızıl zəmanət ultra 1 il xidməti, İmei kod **********79731 İPHONE 15 PRO MAX markalı telefon, qızıl zəmanət ultra 1 il xidməti tam qüsursuz halda təhvil almışdır. - xx.xx.2025-ci tarixli maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya cəmi 3652,24 manat borcu vardır. - xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borcu ödəmədiyi təqdirdə barəsində məhkəmə qaydasında iddia qaldırılacağı barədə xəbərdar olunmuşdur. - Mədaxil qəbzindən görünür ki, 56,53 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə Mülki Məcəllənin 385.1, 386.1, 425.1, 427.3, 442, 443.1, 448.1, 462.1, 465.2, 548.2 və 600.1-ci maddələrinin tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcı-iddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını, habelə cavabdeh tərəfindən həyata keçirilmiş ödənişləri nəzərə alaraq hesab edir ki, xx.xx.2024-cü il tarixli 03456866 saylı müqavilə üzrə 27,10 manat miqdarında cərimə pulu 271,04 manat miqdarında ödənilməmiş hissə məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğlər azaldılaraq 6 manat saxlanılmalıdır. xx.xx.2024-cü il tarixli 17602015 saylı müqavilə üzrə 113,70 manat miqdarında cərimə pulu 1137 manat miqdarında ödənilməmiş hissə məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğlər azaldılaraq 20 manat saxlanılmalıdır. xx.xx.2024-cü il tarixli 15654928 saylı müqavilə üzrə 191,22 manat miqdarında cərimə pulu 1912,18 manat miqdarında ödənilməmiş hissə məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğlər azaldılaraq 40 manat saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün İddiaçı MMC tərəfindən 56,53 manat dövlət rüsumu ödənilmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 56,53 manat dövlət rüsumunun 2,67 manatı iddiaçıya, 53,86 manatı cavabdehə aid edilməlidir. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2024-cü il tarixli 03456866 saylı müqavilə üzrə 271,04 manat əsas, 6 manat məbləğində cərimə, xx.xx.2024-cü il tarixli 17602015 saylı müqavilə üzrə 1137 manat əsas, 20 manat məbləğində cərimə, xx.xx.2024-cü il tarixli 15654928 saylı müqavilə üzrə 1912,18 manat əsas, 40 manat məbləğində cərimə və 53,86 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçınə ödənilməli, ödənilmiş dövlət rüsumunun 2,67 manatı iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli 03456866 saylı müqavilə üzrə 271,04 manat əsas, 6 manat məbləğində cərimə, xx.xx.2024-cü il tarixli 17602015 saylı müqavilə üzrə 1137 manat əsas, 20 manat məbləğində cərimə, xx.xx.2024-cü il tarixli 15654928 saylı müqavilə üzrə 1912,18 manat əsas, 40 manat məbləğində cərimə borcu olmaqla, cəmi 3386,22 manat borc və 53,86 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMCyə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 2,67 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №e-2(012)-3745/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3745/2025
08.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver