Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3810/2022 22.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixli 21152583 saylı müqavilə üzrə 232.7 manat əsas, 23.3 manat cərimə, xx.xx.2020-ci il tarixli 21216438 saylı müqavilə üzrə 783.2 manat əsas, 78.8 manat cərimə, xx.xx.2020-ci il tarixli 22126307 saylı müqavilə üzrə 1655.1 manat əsas, 165.9 manat cərimə, xx.xx.2021-ci il tarixli 22189152 saylı müqavilə üzrə 397.6 manat əsas, 39.4 manat cərimə olmaqla cəmi 3376 manat borc və 53.76 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2020-ci il tarixli 21152583 saylı, xx.xx.2020-ci il tarixli 21216438 saylı, xx.xx.2020-ci il tarixli 22126307 saylı və xx.xx.2021-ci il tarixli 22189152 saylı müqavilələrə əsasən, 3 ədəd Elegant markalı mebel, 0648 kodlu mətbəx mebeli, Realme 6 markalı telefon, 2 ədəd tekstil nevresim takımı, tekstil yorğan, 2 ədəd tekstil çay dəsmalı almış və nəticədə, 3376 manat borcu yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli 21152583 saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 559.2 manat (12 ay x 46.6 manat + 0 manat ilkin ödəniş) əşya üçün ümumilikdə, 256 manat olmaqla ondan, 232.7 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunmaqla 23.3 manat dəbbə, xx.xx.2020-ci il tarixli 21216438 saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 1168.8 manat (24 ay x 48.7 manat + 0 manat ilkin ödəniş) əşya üçün ümumilikdə, 862 manat olmaqla ondan, 783.2 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunmaqla 78.8 manat dəbbə, xx.xx.2020-ci il tarixli 22126307 saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 2033.2 manat (23 ay x 88.4 manat + 0 manat ilkin ödəniş) əşya üçün ümumilikdə, 1821 manat olmaqla ondan, 1655.1 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunmaqla 165.9 manat dəbbə, xx.xx.2021-ci il tarixli 22189152 saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 644.4 manat (12 ay x 53.7 manat + 0 manat ilkin ödəniş) əşya üçün ümumilikdə, 437 manat olmaqla ondan, 397.6 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunmaqla 39.4 manat dəbbə hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1337 manat təşkil edir. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, ərizə xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş və xx.xx.2022-ci il tarixdə məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Belə ki, iş materiallarında olan və tədqiq olunmuş: -Satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 21152583 saylı müqavilədən və 1 saylı əlavədən görünür ki, cavabdeh aldığı əşyaya görə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək hər ay 46.6 manat ödəniş etmək şərti ilə almışdır. -Satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 21216438 saylı müqavilədən və 1 saylı əlavədən görünür ki, cavabdeh aldığı əşyaya görə xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hər ay 48.7 manat ödəniş etmək şərti ilə almışdır. -Satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 22126307 saylı müqavilədən və 1 saylı əlavədən görünür ki, cavabdeh aldığı əşyaya görə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hər ay 88.4 manat ödəniş etmək şərti ilə almışdır. -Satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 22189152 saylı müqavilədən və 1 saylı əlavədən görünür ki, cavabdeh aldığı əşyaya görə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hər ay 53.7 manat ödəniş etmək şərti ilə almışdır. -Təhvil-təslim aktlarından görünür ki, alıcı müqavilələr üzrə əşyaları ABC Telecom MMC-dən tam qüsursuz halda təhvil almışdır. -xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2020-ci il tarixli 21152583 saylı müqavilə üzrə 232.7 manat əsas, 23.3 manat cərimə, xx.xx.2020-ci il tarixli 21216438 saylı müqavilə üzrə 783.2 manat əsas, 78.8 manat cərimə, xx.xx.2020-ci il tarixli 22126307 saylı müqavilə üzrə 1655.1 manat əsas, 165.9 manat cərimə, xx.xx.2021ci il tarixli 22189152 saylı müqavilə üzrə 397.6 manat əsas, 39.4 manat cərimə olmaqla cəmi 3376 manat borc hesablanmışdır. -İş materiallarında olan xəbərdarlıq və poçt qəbzindən görünür ki, cavabdehə müqavilələr üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi R.Rza küçəsi 86 saylı evdə qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 6.2 maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 328.1. maddəsinə əsasən, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. 385.1. maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
445. maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 600.1. maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş sənədlərdən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC-dən yuxarıda qeyd olunan müqavilələrə əsasən dəyərini hissə-hissə ödəmək şərti ilə əşyalar almış, lakin ödənişləri vaxtlı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 53.76 manat dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli 21152583 saylı müqavilə üzrə 232.7 manat əsas, 23.3 manat cərimə, xx.xx.2020-ci il tarixli 21216438 saylı müqavilə üzrə 783.2 manat əsas, 78.8 manat cərimə, xx.xx.2020-ci il tarixli 22126307 saylı müqavilə üzrə 1655.1 manat əsas, 165.9 manat cərimə, xx.xx.2021-ci il tarixli 22189152 saylı müqavilə üzrə 397.6 manat əsas, 39.4 manat cərimə olmaqla cəmi 3376 manat borc və 53.76 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı "xxxx" MMCnin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Mülki-Prosessual Məcəllənin 119, 216-220 və 222.2ci maddələrini rəhbər tutaraq məhkəmə,
QƏT ETDİ: Ərizə təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli 21152583 saylı müqavilə üzrə 232.7 (iki yüz otuz iki manat yetmiş qəpik) manat əsas, 23.3 (iyirmi üç manat otuz qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli 21216438 saylı müqavilə üzrə 783.2 (yeddi yüz səksən üç manat iyirmi qəpik) manat əsas, 78.8 (yetmiş səkkiz manat səksən qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli 22126307 saylı müqavilə üzrə 1655.1 (min altı yüz əlli beş manat on qəpik) manat əsas, 165.9 (yüz altmış beş manat doxsan qəpik) manat cərimə, xx.xx.2021ci il tarixli 22189152 saylı müqavilə üzrə 397.6 (üç yüz doxsan yeddi manat altmış qəpik) manat əsas, 39.4 (otuz doqquz manat qırx qəpik) manat cərimə olmaqla, ümumilikdə cəmi 3376 (üç min üç yüz yetmiş altı) manat borc və 53.76 (əlli üç manat yetmiş altı qəpik) manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov