Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3826/2022 20.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, X2, Cavabdeh3 və Cavabdeh1 qarşı vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair mülki işə 20 sentyabr 2022-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, X2, Cavabdeh3 və Cavabdeh1 qarşı vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin (Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1) hər birindən 1100 (bir min bir yüz) manat tutularaq, ümumilikdə 4400 (dörd min dörd yüz) manatın, cavabdehlərdən birgə borclu olaraq xx.xx.2021-ci il tarixli X6 haqqında Müqavilə üzrə iddiaçı tərəfindən Vəkilə ödənilmiş 1300 (min üç yüz) manatın, iddia ərizəsinin verilməsinə görə 64 manat dövlət rüsumunun İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, alıcı olaraq İddiaçı, satıcı olaraq cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 ilə xx.xx.2021-ci il tarixində Sumqayıt şəhəri 3 saylı notariat ofisində Abşeron rayonu, Saray qəsəbəsində yerləşən torpaq sahəsinin hissələrinə dair AN-İ No. ******* saylı, daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlamışdır. Müqaviləyə əsasən cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, ümumi sahəsi 0.1172 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə onların hər birinə məxsus 0.0293 ha hissədən hər biri 0.015 ha hissəni, ümumilikdə 0.060 ha torpaq sahəsini İddiaçı mülkiyyətinə vermişlər. Bunun qarşılığında İddiaçı, hər bir cavabdehə 7500 (yeddi min beş yüz) manat olmaqla ümumilikdə cavabdehlərə 30000 (otuz min) manat ödəmişdir. Ancaq İddiaçı, aldığı torpaq sahəsində sxematik planın aparılması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə torpağın sxematik bölgüsünün aparılması üçün müraciət etmiş, İdarənin xx.xx.2021-ci il tarixli cavabında qeyd olunmuşdur ki, sənəd üzrə notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsində göstərilən torpaq sahəsi ilə faktiki sahə arasında fərq mövcud olduğundan sözügedən torpaq sahəsinin sxematik bölgüsünün tərtib edilməsi mümkün olmamışdır. İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə “notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsində göstərilən torpaq sahəsi ilə faktiki sahə arasında fərqin nədən ibarət olması” barədə sorğuya İdarənin xx.xx.2022-ci il tarixli cavabında qeyd olunmuşdur ki, faktiki torpaq sahəsi notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsində göstərilən torpaq sahəsindən azdır və müayinə olunan torpaq sahəsi 0.0522 hektardır. Göründüyü kimi cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 notariat qaydasında təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, AN-İ No. ******* saylı ******* saylı, daşınmaz əmlakın alqı-satqısı müqaviləsində İddiaçı mülkiyyətinə verilən torpaq sahəsi 0.06 hektar göstərilsə də, əslində iddiaçının faktiki sahibliyinə 0.0522 hektar torpaq sahəsi verilmişdir. Başqa ifadə ilə iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinin ölçüsü 0.0522 hektardır. Cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 alqı-satqı müqaviləsini bağlamazdan öncə İddiaçı torpağın faktiki sahəsini ölçməməsindən sui-istifadə edərək, müqavilədə onun ölçüsünü 0.06 hektar qeyd etmiş və daha yüksək məbləğ almışlar. Torpağın iddiaçıya verilməmiş hissəsində isə ev tikildiyindən və cavabdehlər tərəfindən başqa sahənin verilməsi halında isə çıxıntı şəklində verilə biləcəyindən iddiaçının faktiki sahibliyinə 0.0088 hektar əskik torpaq sahəsinin verilməsi İddiaçı üçün əlverişli deyil. İddiaçı, cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 ilə torpaq sahəsinin alqı-satqısı barədə razılığa gələrkən, birinci tərəfdən torpaq sahəsinin hər 0.01 hektar sahəsinə 5000 (beş min) manat qərarlaşdırmışlar. Praktikada da, bir qayda olaraq, yaşayış məntəqələrinin torpaqlarında torpaq sahəsinin qiyməti müəyyənləşdirilərkən öncə 0.01 ha sahənin qiyməti müəyyənləşdirilir, daha sonra satılacaq torpaq sahəsinin ölçüsü ilə 0.01 ha sahənin qiymətinin hasili ilə satılacaq torpaq sahəsinin yekun qiyməti qərarlaşdırılır. Bunu cavabdehlərin eyni ölçülü paylarını eyni qiymətə satması da təsdiq edir. Cavabdehlər iddiaçıya alqı-satqı müqaviləsindən 0.0088 hektar əskik torpaq sahəsi verməklə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməmişlər. Bu isə iddiaçıya 4400 (dörd min) manat zərər dəydiyi mənasına gəlir. Bu maddələrdən də göründüyü kimi, cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 tərəfindən öhdəliklərinin yerinə yetirilməməsi İddiaçı 4400 (dörd min) manat məbləğində zərər vurmuşdur. Çünki, iddiaçı aldığı 0.0522 hektar torpaq sahəsini yenidən satmaq istəsə 30000 (otuz min) manata sata bilməyəcəkdir. Cavabdehlərə xx.xx.2022-ci il tarixində pretenziya məktubu göndərilmişdir. Məktubda cavabdehlərin hər birindən 1100 (min bir yüz) manat olmaqla, ümumilikdə 4400 (dörd min dörd yüz) manatı və hər birindən 325 (üç yüz iyirmi beş) manat olmaqla hüquqi xidmət üçün iddiaçı tərəfindən vəkilə ödənilən 1300 (min üç yüz) manat məbləğinin iddiaçıya 5 (beş) gün ərzində ödənilməsi tələb edilmişdir. Ancaq məktubun göndərildiyi tarixdən 19 gün keçməsinə baxmayaraq cavabdehlər ödənişi etməmişdirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etmədiyini bildirdi. Qeyd etdi ki, torpaq sahəsi paylı mülkiyyətdə olmuşdur. Torpaq sahəsini iddiaçıya deyil, atasına satmışdır. İddiaçının atasına torpaq sahəsini satmamışdan qabaq yerində göstərərkən torpaq sahəsinin yerləşdiyi ərazidə sürüşmə olduğunu bildirmişdir. İddiaçı torpağı qaytardığı təqdirdə iddiaçı tərəfindən torpaq üçün ödənilmiş pul məbləğinin geri qaytarılmasına etiraz etmir. İddiaçının iddia tələbi əsassız olduğundan rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli AN-İ № ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2, X4, Cavabdeh3 və Cavabdeh1 Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0.1172 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə onlara məxsus hissəsindən hər biri 0.015 ha olmaqla İddiaçı satmışdırlar. İddiaçı daşınmaz əmlakı 30000 manat (hər birinə 7500 manat) qiymətə almışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Abşeron rayonu, Saray ərazisində 0.1172 ha torpaq sahəsində sxematik bölgünün aparılması ilə bağlı Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi idarəsinə xx.xx.2021-ci il tarixdə daxil olmuş, ********** nömrə ilə qeydiyyata alınmış müraciətinə baxılmışdır. Bununla əlaqədar bildirilmişdir ki, Abşeron rayonu, Saray ərazisində yerləşən X3 (ümumi birgə) mülkiyyətində olan 0 1172 ha torpaq sahəsindən notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi əsasında sizə satılmış 0.06 ha hissəsinə dair bölgü sxeminin tərtib edilməsi ilə bağlı texniki baxış keçirilmiş və sözügedən torpaq sahəsi barədə məlumatlar idarənin elektron kadastr bazasında araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, sənəd üzrə notarial qaydada təsdiq edilmiş alqısatqı müqaviləsində göstərilən torpaq sahəsi ilə faktiki sahə arasında fərq mövcuddur. Bu səbəbdən sözügedən torpaq sahəsinin sxematik bölgüsünün tərtib edilməsi mümkün olmamışdır. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən xx.xx.2014-cü il tarixli, **********55 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində çıxarışla Cavabdeh3 (ümumi birgə) mülkiyyətində olan 0.1172 ha torpaq sahəsindən notarial qaydada təsdiqlənmiş alqısatqı müqaviləsi əsasında X1 0.06 ha hissəsi daxil edilməklə bölgü sxeminin tərtib edilməsi ilə bağlı texniki baxış keçirilmiş və sözügedən torpaq sahəsi barədə məlumatlar idarənin elektron kadastr bazasında araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, faktiki torpaq sahəsi notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsində göstərilən torpaq sahəsindən azdır və müayinə olunan torpaq sahəsi 0.0522 hektardır. Sənəd üzrə torpaq sahəsinin yerləşməsi ilə naturada yerləşməsi arasında fərq mövcuddur. Bu səbəbdən xx.xx.2021-ci il tarixli, ********** nömrəli ərizənin icrasından imtina olunmuş və qeyd edilənlərlə bağlı sizə xx.xx.2021-ci il tarixli, **********88 nömrəli imtina məktubu yazılmışdır. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli cavabdehlər Cavabdeh2, X2, Cavabdeh3 və Cavabdeh1 göndərilmiş Pretenziya məktubundan görünür ki, hər birindən 1100 (bir min bir yüz) manat olmaqla, ümumilikdə 4400 (dörd min dörd yüz) manat və hər birindən 325 (üç yüz iyirmi beş) manat olmaqla hüquqi xidmət üçün vəkilə ödədiyi 1300 (min üç yüz) məbləği, ona 5(beş) gün ərzində ödənilməsi tələb edilmiş, əks halda hər birinə qarşı məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı ilə cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli AN-İ № ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2, X4, Cavabdeh3 və Cavabdeh1 Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0.1172 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə onlara məxsus hissəsindən hər biri 0.015 ha olmaqla İddiaçı satmışdır. İddiaçı daşınmaz əmlakı 30000 manat (hər birinə 7500 manat) qiymətə almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktubundan müəyyən edilir ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən xx.xx.2014-cü il tarixli, **********55 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində çıxarışla Cavabdeh3 (ümumi birgə) mülkiyyətində olan 0.1172 ha torpaq sahəsindən notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi əsasında X1 0.06 ha hissəsi daxil edilməklə bölgü sxeminin tərtib edilməsi ilə bağlı texniki baxış keçirilmiş və sözügedən torpaq sahəsi barədə məlumatlar idarənin elektron kadastr bazasında araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, faktiki torpaq sahəsi notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsində göstərilən torpaq sahəsindən azdır və müayinə olunan torpaq sahəsi 0.0522 hektardır. Sənəd üzrə torpaq sahəsinin yerləşməsi ilə naturada yerləşməsi arasında fərq mövcuddur. Göründüyü kimi tərəflər arasında bağalanan müqavilə üzrə satılan torpaq sahəsinin ölçüsü faktiki 0.0522 ha olmaqla, nəzərdə tutulduğundan 0.0078 ha əskikdir.Yəni, 0.0078 ha torpaq sahəsi üçün iddiaçı tərəfindən cavabdehlərə artıq pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2, X4, Cavabdeh3 və Cavabdeh1 hər birindən 975 manat olmaqla, cəmi 3900 manat pul vəsaiti (0.06-0.0522 ha=0.0078: 30000:6=5000; 0.0078 ha torpaq sahəsinin qiyməti 975 man x 4 nəfər=3900 manat) tutulub İddiaçı ödənilməlidir. İddia tələbi qismən təmin edildiyindən cavabdehlərdən birgə borclu olaraq xx.xx.2021-ci il tarixli X6 haqqında Müqavilə üzrə iddiaçı tərəfindən Vəkilə ödənilmiş 1300 (min üç yüz) manatın tutulması hissəsində də iddia qismən təmin edilməli, 800 manat hər birindən 200 manat olmaqla cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İşin materiallarından da müəyyən edilir ki, hazırki iş üzrə məhkəmə xərcləri iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumundan və ekspertiza xərcindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən dövlət rüsumu üçün ödənilmiş olan 64 manat məbləğində pul vəsaitinin 30 manat hissəsi cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, X4, Cavabdeh3 və Cavabdeh1 hər birindən 975 manat olmaqla cəmisi, 3900 manat pul vəsaiti, hər birindən 200 manat olmaqla, cəmisi 800 manat vəkil xərci və hər birindən 7,5 manat olmaqla, cəmi 30 manat dövlət rüsumuna görə pul tutulub İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-3826/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3826/2022
20.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver