Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-389/2025 27.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı «lizinq müqaviləsi üzrə yaranmış borcun ödənilməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və Zamin xx.xx.2023-cü il tarixli, İF/06103 saylı X9 müqaviləsi üzrə 2581,50 manat borcun, 1380 manat lizinq obyektinin ehtiyat hissələrinin və təmir xərclərinin ümumi məbləğinin, avtomobilin qalıq dəyərinin qiymətləndirilməsi zamanı tərəflərindən müstəqil ekspertə ödənilən 70 manat məbləğin, 167,20 manat yol hərəkəti qaydalarının pozulmasına görə inzibati cərimələrin və dövlət rüsumu olaraq ödədikləri 61,99 manat məbləğinin iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X4 xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə baxış iclasında iştirak etmiş və izahatında bildirmişdir ki, Cavabdeh ilə iddiaçı təşkilat arasında 36 ay müddətinə xx.xx.2023-cü il tarixli, İF/06103 saylı X9 müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən «Dong Feng S 30 minik» markalı, ** AU *** dövlət nömrə nişanlı avtomobil lizinq alan kimi onun istifadəsinə verilmişdir. X9 müqaviləsi ilə yanaşı 01 avqust 2023-cü il tarixində Zamin arasında zaminlik müqaviləsi bağlanılmışdır. Cavabdehə dəfələrlə xəbərdarlıqlar edilsə də yeddi aydan çoxdur ki, borc öhdəliklərini yerinə yetirmir. 01 iyun 2023-cü il tarixdən başlayaraq 01 mart 2024-cü il tarixinə qədər hər ay 572,55 manat olmaqla 5725,50 manat ödəniş etməli olduğu halda cəmi 3144 manat ödəniş etmişdir və hazırda cavabdehin qalıq borcu 2581,50 manat təşkil edir. Avtomobilin qalıq dəyərinin qiymətləndirilməsi aktına əsasən lizinq obyektinin ehtiyat hissələrinin və təmir xərclərinin ümumi məbləği 1380 manat təşkil edir. Avtomobilin qalıq dəyərinin qiymətləndirilməsi zamanı tərəflərindən müstəqil ekspertə ödənilən xidmət haqqı 70 manat təşkil edir. Həmçinin avtomobil istifadədə olarkən 167,20 manat yol hərəkəti qaydalarının pozulmasına görə inzibati cərimələr yaranmışdır. Qeyd edir ki, sözügedən lizinq müqaviləsi əsasında Cavabdeh istifadəsinə verilmiş «Dong Feng S 30 minik» markalı, ** AU *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı şirkətə təhvil verilmiş və təşkilat tərəfindən təmir edilmişdir. Daha sonra növbəti məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə iddiaçı "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin iddiaçı şirkətin nümayəndəsi X2 ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, o, ekspert rəyi ilə tanış olmuşdur. İddiaçı "xxxx" MMC-nin ödənilməsini tələb etdiyi borc məbləğinin hissələrə bölünməsi halında o, borcunu ödəyə biləcəkdir. Əks təqdirdə o, borcunu tam şəkildə ödəyə bilməyəcəkdir. Əlavə olaraq bildirir ki, o, qeyri-rəsmi iş yerində günəmuzd işləyir və onun adına qeydiyyata alınmış hər hansı əmlak yoxdur. Digər cavabdeh Zamin xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş, daha sonra növbəti məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan 01 may 2023-cü il tarixli, İF/06103 saylı X8 müqaviləsinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, lizinq verən "xxxx" MMC ilə lizinq alan Cavabdeh arasında daxili lizinq müqaviləsi bağlanmış, bu müqavilənin şərtlərinə görə lizinq verən "xxxx" MMC lizinq alan Cavabdeh tərəfindən seçilmiş və onun istəyinə əsasən alınmış «Dong Feng S 30 minik» markalı, ** AU *** dövlət nömrə nişanlı avtomobilin dəyərini ödəyib öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alan Cavabdeh müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan Cavabdeh isə müqavilədə müəyyən edilmiş şərtlərlə lizinq obyektini lizinqə qəbul etməyi və bu müqavilənin ayrılmaz hissəsi olan Əlavə № 1-ə (“Lizinq ödənişləri cədvəli”nə) müvafiq olaraq lizinq ödənişlərini lizinq verən "xxxx" MMC-yə mütəmadi olaraq ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan kreditor "xxxx" MMC ilə Zamin arasında bağlanmış 01 avqust 2023cü il tarixli zaminlik müqaviləsinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, 01 may 2023-cü il tarixli, İF/06103 saylı X8 müqaviləsinin icrasını təmin etmək məqsədilə Zamin borclu Cavabdeh öhdəliklərinin icrasını öz üzərinə götürmüşdür. İş materiallarında olan İXP6017892 nömrəli, EQ18424361 nömrəli, EQ18259461 nömrəli və EQ18259467 nömrəli inzibati xətalar haqqında protokollar ilə bağlı qəbzlərin surətindən görünür ki, "xxxx" MMC-nin mülkiyyətində olan «Dong Feng S 30 minik» markalı, ** AU *** dövlət nömrə nişanlı avtomobil istifadədə olarkən sürücü Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci, 332.1-ci, 346.1-ci və 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmiş, onun barəsində İXP6017892 nömrəli, EQ18424361 nömrəli, EQ18259461 nömrəli və EQ18259467 nömrəli inzibati xətalar haqqında protokollar tərtib edilmiş, qeyd edilən protokollar əsasında tərtib edilmiş qərarlara əsasən müvafiq olaraq 55,2 manat, 64 manat, 16 manat və 32 manat olmaqla, cəmi 167,2 manat məbləğində inzibati cərimə hesablanmışdır. İş materiallarında olan müstəqil sığorta eksperti X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qiymətləndirmə aktından və ona əlavə olunmuş ekspert rəyindən görünür ki, «Dong Feng S 30 minik» markalı, ** AU *** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələri: muftanın silindri – 1 ədəd - 50 manat, sol güzgü – 1 ədəd – 120 manat, arxa sağ otrajatel – 1 ədəd – 20 manat, arxa sol stop – 1 ədəd – 120 manat, ön sol dumanlı – 1 ədəd – 20 manat, ön oblisovka – 1 ədəd - 150 manat, rəngsaz işi – 400 manat, dəmirçi işi – 100 manat, çilingər işi – 250 manat, plasmas – 50 manat, armaturçu işi – 100 manat olmaqla avtomobilə cəmi 1380 manat zərər dəymişdir. İş materiallarında olan «X3» MMC-nin 15 avqust 2025-ci il tarixli, 238 №-li rəyindən görünür ki, iş materiallarında olan X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qiymətləndirmə aktına əlavə olunmuş ekspert rəyində göstərilən ehtiyat hissələri nəzərə alınmaqla, “Dong Feng S 30 minik” markalı, ** AU *** dövlət qeydiyyat nişanlı avtomobilin əzilmiş detallarının pərakəndə satış qiyməti və avtomobilin bərpa olunması üçün təmir-xidmət haqqı 1284 manat olaraq müəyyən edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, ekspert rəyini, işin digər materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 21.2-ci, 385.1-ci, 425.1-ci, 442-ci, 443.1-ci, 445.1-ci, 445.2.1-ci, 448.1-ci, 472.1-ci, 472.2-ci, 472.3cü, 747.1-ci, 748-1.8-ci, 748-1.12-ci, 748-7.1-ci, 1096.1-ci və 1097.1-ci maddələri təşkil edir. Məhkəmədə işin müəyyən edilmiş faktiki hallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 01 may 2023-cü il tarixli, İF/06103 saylı X8 müqaviləsi imzalanmışdır. Bu müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Cavabdeh 01 may 2023-cü il tarixli, İF/06103 saylı X8 müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini tam ödəməmiş və öhdəliklərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə görə lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.8-ci maddəsinə görə lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12-ci maddəsinə görə lizinq verənin lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə, lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə, lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmçinin məhkəmə prosesinin gedişatında sözügedən avtomobilə dəymiş ziyanın məbləğini müəyyən etmək məqsədilə hazırkı işin hərtərəfli və obyektiv araşdırılması üçün Abşeron Rayon Məhkəməsinin 2(012)-389/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, «X3» MMC-nin 15 avqust 2025-ci il tarixli, 238 saylı ekspert rəyindən göründüyü kimi iş materiallarında olan X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qiymətləndirmə aktına əlavə olunmuş ekspert rəyində göstərilən ehtiyat hissələri nəzərə alınmaqla, “Dong Feng S 30 minik” markalı, ** AU *** dövlət qeydiyyat nişanlı avtomobilin əzilmiş detallarının pərakəndə satış qiyməti və avtomobilin bərpa olunması üçün təmirxidmət haqqı 1284 manat olaraq müəyyən edilmişdir. Bundan əlavə İXP6017892 nömrəli, EQ18424361 nömrəli, EQ18259461 nömrəli və EQ18259467 nömrəli inzibati xətalar haqqında protokollar ilə bağlı qəbzlərdən göründüyü kimi "xxxx" MMC-nin mülkiyyətində olan «Dong Feng S 30 minik» markalı, ** AU *** dövlət nömrə nişanlı avtomobil istifadədə olarkən sürücü Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci, 332.1-ci, 346.1-ci və 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmiş, onun barəsində İXP6017892 nömrəli, EQ18424361 nömrəli, EQ18259461 nömrəli və EQ18259467 nömrəli inzibati xətalar haqqında protokollar tərtib edilmiş, qeyd edilən protokollar əsasında tərtib edilmiş qərarlara əsasən müvafiq olaraq 55,2 manat, 64 manat, 16 manat və 32 manat olmaqla, cəmi 167,2 manat məbləğində inzibati cərimə hesablanmışdır. Məhkəmə hesab edir ki, Cavabdeh yol verilmiş inzibati xətalarda təqsiri iş materiallarında olan İXP6017892 nömrəli, EQ18424361 nömrəli, EQ18259461 nömrəli və EQ18259467 nömrəli protokollar əsasında verilmiş inzibati xəta haqqında qərarlara əsasən hesablanmış inzibati cərimə haqqında qəbzlər ilə təsdiqini tapdığından iddia tələbi yol hərəkəti qaydalarının pozulmasına görə hesablanmış 167,20 manat məbləğində inzibati cərimənin cavabdehdən iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. İddia tələbinin avtomobilin qalıq dəyərinin qiymətləndirilməsi zamanı müstəqil ekspertə ödənilmiş 70 manat məbləğində pulun iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması hissəsi ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməli, iddiaçı "xxxx" MMC tərəfindən «Dong Feng S 30 minik» markalı, ** AU *** dövlət nömrə nişanlı avtomobilin qalıq dəyərinin qiymətləndirilməsi zamanı ödənilmiş 70 manat ekspert xərci cavabdehdən tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə borcun müştərək qaydada tutulması ilə bağlı belə qənaətə gəlir ki, Cavabdeh 01 may 2023-cü il tarixli, İF/06103 saylı X8 müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün "xxxx" MMC-nin həmin müqavilənin icrasına zaminlik etmiş digər cavabdeh olan Zamin öhdəliklərinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə görə birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı "xxxx" MMC tərəfindən ödənilmiş 61,99 manat dövlət rüsumu cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada tutularaq iddiaçı şirkətə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, «X3» MMC tərəfindən keçirilən 15 avqust 2025-ci il tarixli, 238 saylı əmtəəşünaslıq ekspertizasına görə 300 manat ekspertiza xərci cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada tutularaq «X3» MMC-nin aşağıdakı hesabına köçürülməlidir: Kapital Bank ASC Sahil filialı, Kod: 201218, VÖEN: **********, SWİFT kod: AlİBAZ2X, M/h: AZ37NABZ********************, VÖEN: **********, Hesab: AZ64AİİB400900C**********208. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada xx.xx.2023-cü il tarixli, İF/06103 saylı X9 müqaviləsi üzrə yaranmış 2581,50 manat borc, 1284 manat lizinq obyektinin ehtiyat hissələrinin və təmir xərclərinin ümumi məbləğinə görə pul, avtomobilin qalıq dəyərinin qiymətləndirilməsi zamanı müstəqil ekspertə ödənilmiş 70 manat ekspert xərci, yol hərəkəti qaydalarının pozulmasına görə hesablanmış 167,20 manat inzibati cərimə və 61,99 manat dövlət rüsumu olmaqla, cəmi 4164,69 manat pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. «X3» MMC tərəfindən keçirilən 15 avqust 2025-ci il tarixli, 238 saylı əmtəəşünaslıq ekspertizasına görə 300 manat ekspertiza xərci cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada tutularaq «X3» MMC-nin aşağıdakı hesabına köçürülsün: Kapital Bank ASC Sahil filialı, Kod: 201218, VÖEN: **********, SWİFT kod: AlİBAZ2X, M/h: AZ37NABZ********************, VÖEN: **********, Hesab: AZ64AİİB400900C**********208. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-389/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-389/2025
27.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver