Məhkəmə qərarları › İş №e-2(012)-3968/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3968/2022

16.11.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3968/2022 16.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, Alıyeva (Şükürova) Fəridə Cavabdeh qızının iştirakı ilə İddiaçı Alıyeva (Şükürova) Fəridə Cavabdeh qızının cavabdeh Alıyev Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə 16 noyabr 2022-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Alıyeva (Şükürova) Fəridə Cavabdeh qızı cavabdeh Alıyev Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Alıyev Cavabdeh xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, ev 30, 5 nömrəli mənzildən konpensasiya ödənilməməklə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır. ki, Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, ev 30, 5 nömrəli mənzil xüsusi mülkiyyət hüququ əsasında iddiaçı Alıyeva (Şükürova) Fəridə Cavabdeh qızına məxsusdur. Həmin mənzil 23 avqust 2016-cı ildən ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsində onun adına qeydiyyata alınmış,ona Seriya RX, ******* №-li çıxarış verilmişdir. İddiaçı həmin mənzildə yaşayır və mülkiyyəti kimi istifadə edir. Cavabdeh Alıyev Cavabdeh onun atasıdır.Cavabdehin iddiaçının mənzilində qeydiyyatda qalması formallıq təşkil edir və bu onun hüquqlarını pozur. İddiaçı xüsusi mülkiyyətində olan mənzil üzərində sərəncam verə bilmir və nəticədə də dövlət tərəfindən tanınan və qorunan mülkiyyət hüquqları pozulmuş olur. Cavabdeh artıq uzun müddətdir ki, iddiaçıya məxsus ünvanda yaşamır, onun iddiaçıya məxsus ünvandan istifadə hüququnun əldə edilməsini zəruri edən əsas - yaşayış sahəsinə ehtiyac aradan qalxmışdır. Belə olan halda cavabdehin həmin ünvandan istifadə hüququna xitam verilməlidir. Cavabdeh xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan mənzilin qeydiyyatından çıxmamaqla yuxarıda istər mili, istər sə də beynəlxalq qanunvericiliyin tələblərini pozur. Ona görə də, onun iddiaçıya məxsus yaşayış sahəsindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Məhkəmənin əvvəlki iclasında iddiaçı Alıyeva (Şükürova) Fəridə Cavabdeh qızı iddianı müdafiə edib izahatında bildirdi ki, atası on ildən artıq bir müddətdir ki, Rusiyaya köçüb, orada ailə qurub yaşayır.Azərbaycana qayıdıb yaşamaq fikri yoxdur. İddiaçı Alıyeva (Şükürova) Fəridə Cavabdeh qızının vəkili Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesində iştirak etdiyi üçün hazırki iş üzrə məhkəmə iclasında iştirak edə bilmir. Odur ki, iddia ərizəsini müdafiə edərək, məhkəmə iclasını onun iştirakı olmadan keçirərək iddia ərizəsinin təmin olunması barədə qətnmə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh Alıyev Cavabdeh qanunla müəyyən edilmiş qaydada göndərilmiş bildiriş qeydiyyatda olduğu ünvanda yaşamaması səbəbindən məhkəməyə qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdırıb hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 53.4 kv.m olan fərdi yaşayış evi Alıyeva Fəridə Cavabdeh qızının adına xx.xx.2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi, **********91- 05101-093019 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2021-ci il tarixli ******* №-li arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan şəxslər: X1 xx.xx.1970, Alıyev Cavabdeh xx.xx.1972, Alıyev Fərid Cavabdeh oğlu xx.xx.1993. Mülki işin materiallarında olan DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Alıyev Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Mülki işin materiallarında olan ünvan 2ərəfindən xx.xx.2021-ci il tarixli 40 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatsız yaşayır. Tərtib edilmiş akta əsasən Alıyev Cavabdeh göstərilən ünvanda qeydiyyatda olmasına baxmayaraq uzun müddətdir ki, ünvanda yaşamır. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 53.4 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət kimi 23 avqust 2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 103 reyestr kitabının 88 nömrəli vərəqində Alıyeva (Şükürova) Fəridə Cavabdeh qızının adına xüsusi mülkiyyət kimi qeydə alınmışdır.Cavbdeh iddiaçının atası olmaqla ailə üzvüdür, mübahisəli mənzildən istifadə hüququ mövcuddur, lakin on ildın artıq bir müddətdir ki, mübahisəli mənzildən köçüb getmiş və bir daha geri qayıtmamışdır.İddiaçı iddia edir ki, mübahisəli mənzil onun mülkiyyətində olsa da, cavabdehin orada qeydiyyatda qalması mülkiyyəti üzərindən sərəncam hüququnun həyata keçirilməsinə mane olur.Bu isə mülkiyyətçi olaraq onun hüquqlarını pozur.Ona görə də, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə və 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Konstitusiya Məhkəməsinin 29 mart 2016cı il tarixli Qərarına görə Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, cavabdeh yaşayış yerini dəyişərək başqa bir ölkəni yaşayış yeri seçdiyindən onun mübahisəli mənzildən istifadə hüququnun itirilməsi barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh Alıyev Cavabdeh uzun müddət mübahisəli mənzildə yaşamadığından, daimi yaşamaq üçün başqa ünvana köçdüyündən iddiaçının iddia tələbi əsaslıdır və təmin edilməli, cavabdeh Alıyev Cavabdeh xüsusi mülkiyyət hüququ əsasında Alıyeva (Şükürova) Fəridə Cavabdeh qızına məxsus olan ünvan 1 ünvanında istifadə hüququ itirilmiş hesab edilməlidir. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin məzmununa görə yaşayış yerini dəyişmiş, başqa ölkədə yaşayış yeri seçmiş, istifadə hüququna xitam verilmiş şəxs qeydiyyatdan çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 358-360/ 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Alıyev Cavabdeh xüsusi mülkiyyət hüququ əsasında Alıyeva (Şükürova) Fəridə Cavabdeh qızına məxsus olan ünvan 1 ünvanından istifadə hüquqlarına xitam verilsin. Bu qətnamə Alıyev Cavabdeh ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar