Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3992/2024 06.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən HP PAVİLİON KOMPÜTER üçün, 2209.92 (iki min iki yüz doqquz manat doxsan iki qəp) manat ödənilməmiş hissə, 220.08 (iki yüz iyirmi manat səkkiz qəp) manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ KOD **********13459 SAMSUNG GALAXY A52 MARKALİ TELEFüOçNün, 732.04 (yeddi otuz iki manat dörd qəp) manat ödənilməmiş hissə, 73.96 (yetmiş üç manat doxsan altı qəp) manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 3 ədəd ÇAYNİK GORENJE, JBL qulaqlıqüçün, 328.8 (üç yüz iyirmi səkkiz manat səksən qəp) manat ödənilməmiş hissə, 32.2 (otuz iki manat iyirmi qəp) manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İmei kod **********05806 SAMSUNG GALAXY A12 markalı telefon, İmei kod **********90032 SAMSUNG GALAXY A12 markalı telefon, İmei kod **********96370 SAMSUNG GALAXY A12 markalı telefon üçün, 185.6 (yüz səksən beş manat altmış qəpik) manat ödənilməmiş hissə, 18.4 (on səkkiz manat qırx qəpik) manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ KOD **********84650 SAMSUNG GALAXY A02 MARKALİ TELEFOüçNün 59.88 (əlli doqquz manat səksən səkkiz qəpik) manat ödənilməmiş hissə, 5.12 (beş manat on iki qəpik qəpik) manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən Paket Süçün, 52.69 (əlli iki manat altmış doqquz qəp)) manat ödənilməmiş hissə, 5.31 (beş manat otuz bir qəp)) manat cərimə pulu, ümumilikdə 3924 manat borc, 59.24 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 037387 nömrəli müqavilədən və ona əlavələrdən görünür ki, cavabdeh iddiaçıdan kredit yolu ilə ilkin ödənişsiz 2.377,92 manat məbləğində “HP PAVİLİON” markalı kompüteri tam qüsursuz nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ******* nömrəli müqavilədən və ona əlavələrdən görünür ki, cavabdeh iddiaçıdan kredit yolu ilə ilkin ödənişsiz 824,04 manat məbləğində İMEİ KOD **********13459 “SAMSUNG GALAXY A52” markalı telefonu tam qüsursuz nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 037386 nömrəli müqavilədən və ona əlavələrdən görünür ki, cavabdeh iddiaçıdan kredit yolu ilə ilkin ödənişsiz 394,92 manat məbləğində İMEİ KOD **********84650 “SAMSUNG GALAXY A02” markalı telefonu tam qüsursuz nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 23238543 nömrəli müqavilədən və ona əlavələrdən görünür ki, cavabdeh iddiaçıdan kredit yolu ilə ilkin ödənişsiz 455,40 manat məbləğində 3 ədəd ÇAYNİK GORENJE JBl markalı qulaqlığı tam qüsursuz nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 22473769 nömrəli müqavilədən və ona əlavələrdən görünür ki, cavabdeh iddiaçıdan kredit yolu ilə ilkin ödənişsiz 1.317,60 manat məbləğində İmei kod **********05806 “SAMSUNG GALAXY A12” markalı telefonu tam qüsursuz nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən və ona əlavələrdən görünür ki, cavabdeh iddiaçıdan kredit yolu ilə ilkin ödənişsiz 99 manat məbləğində Paket S üçün malın dəyərini müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. - Əşyaların Təhvil-Təslim Aktlarından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, 23238543, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən HP PAVİLİON KOMPÜTER , İMEİ KOD **********13459 SAMSUNG GALAXY A52 MARKALİ TELEFON, 3 ədəd ÇAYNİK GORENJE, JBL qulaqlıq , İmei kod **********05806 SAMSUNG GALAXY A12 markalı telefon, İmei kod **********90032 SAMSUNG GALAXYA12 markalı telefon, İmei kod **********96370 SAMSUNG GALAXYA12 markalı telefon, İMEİ KOD **********84650 SAMSUNG GALAXY A02 markalı telefon , Paket S tam qüsursuz halda təhvil almışdır. - xx.xx.2024-cü tarixli maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya cəmi 3.924 manat borcu vardır. -xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borcu ödəmədiyi təqdirdə barəsində məhkəmə qaydasında iddia qaldırılacağı barədə xəbərdar olunmuşdur. -Mədaxil qəbzindən görünür ki, 59,24 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 427.3, 442, 443.1, 448.1, 462.1, 465.2, 548.2 və 600.1-ci maddələrinin tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcı-iddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını, habelə cavabdeh tərəfindən həyata keçirilmiş ödənişləri nəzərə alaraq hesab edir ki, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 220,08 manat miqdarında cərimə pulu 2.209,92 manat miqdarında ödənilməmiş hissə məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğlər azaldılaraq 22 manat saxlanılmalıdır. Eyni zamanda xx.xx.2021-ci il tarixli müqavilə üzrə 73,96 manat miqdarında cərimə pulu 732,04 manat miqdarında ödənilməmiş hissə məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğlər azaldılaraq 7 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 32,20 manat miqdarında cərimə pulu 328,80 manat miqdarında ödənilməmiş hissə məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğlər azaldılaraq 3 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 18,40 manat miqdarında cərimə pulu 185,60 manat miqdarında ödənilməmiş hissə məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğlər azaldılaraq 2 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 5,12 manat miqdarında cərimə pulu 59,88 manat miqdarında ödənilməmiş hissə məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğlər azaldılaraq 1 manat və xx.xx.2021-ci il tarixli müqavilə üzrə 5,31 manat miqdarında cərimə pulu 52,69 manat miqdarında ödənilməmiş hissə məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğlər azaldılaraq 1 manat saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün İddiaçı MMC tərəfindən 59,24 manat dövlət rüsumu ödənilmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 59,24 manat dövlət rüsumunun 4,82 manatı iddiaçıya, 54,42 manatı cavabdehə aid edilməlidir. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 2.209,92 manat əsas, 22 manat məbləğində cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 732,04 manat əsas, 7 manat məbləğində cərimə, xx.xx.2021-ci il tarixli, müqaviləyə əsasən 328,80 manat əsas, 3 manat məbləğində cərimə, xx.xx.2021-ci il tarixli, müqaviləyə əsasən 185,60 manat əsas, 2 manat məbləğində cərimə, xx.xx.2021-ci il tarixli, müqaviləyə əsasən 59,88 manat əsas, 1 manat məbləğində cərimə və xx.xx.2021-ci il tarixli, müqaviləyə əsasən 52,69 manat əsas, 1 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 3.604,93 manat borc və 54,42 manat ödənilmiş dövlət rüsumu tutulmalı, ödənilmiş dövlət rüsumunun 4,82 manatı iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 2.209,92 manat əsas, 22 manat məbləğində cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 732,04 manat əsas, 7 manat məbləğində cərimə, xx.xx.2021-ci il tarixli, müqaviləyə əsasən 328,80 manat əsas, 3 manat məbləğində cərimə, xx.xx.2021-ci il tarixli, müqaviləyə əsasən 185,60 manat əsas, 2 manat məbləğində cərimə, xx.xx.2021-ci il tarixli, müqaviləyə əsasən 59,88 manat əsas, 1 manat məbləğində cərimə və xx.xx.2021-ci il tarixli, müqaviləyə əsasən 52,69 manat əsas, 1 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 3.604,93 manat borc və 54,42 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 4,82 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №e-2(012)-3992/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3992/2024
06.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver