Məhkəmə qərarları › İş №e-2(012)-3995/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-3995/2025

14.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-3995/2025 14.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, İddiaçı Vəkil iştirakı ilə, İddiaçı Vəkil Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilməsi və pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Vəkil Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilməsi və pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsinin ləğv edilməsi və xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə əsasən, hər ay üzrə 500 manat olmaqla, 6000 manat pul vəsaitinin və 60 manat mediasiya xərci olmaqla, ümumilikdə 6060 manat iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1977-ci ildə doğulmuş (şəxsiyyət vəsiqəsi AA******* - ASAN 2 - FİN xxxxxxx olan) və ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2 yaşayan Cavabdeh ilə xx.xx.2023-cü il tarixdə iddiaçı arasında Bakı şəhəri 18 saylı Notariat Kontorunda bağlanmış İcarə Müqaviləsinin şərtlərinə görə müqavilənin bağlandığı gündən hər ay üzrə ona 1 il müddətində hər ay üzrə 500 manat miqdarında pul ödəməlidir. Cavabdeh həmin müqavilənin şərtlərini açıq-aşkar pozmaqla hər ay üzrə 500 manat miqdarında pul ödəməkdən imtina etmiş və bu günə kimi xx.xx.2023-cü il tarixli İcarə Müqaviləsini bu günə qədər pozmağa cəhd etməmişdir və İcarə Müqaviləsinin şərtlərinə görə müqavilənin müddəti daha 1 il müddətində uzanmışdır. Göründüyü kimi qanunvericiliyə əsasən, cavabdehin tərəfindən xeyrinə ödənilməli olan məbləğ xx.xx.2023cü il tarixli İcarə Müqaviləsinə əsasən, hər ay üzrə 500 manat olmaqla, cəmi 6000 manat pul vəsaiti təşkil edir. Odur ki, göstərilənlərə əsasən, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Vəkil izahatında bildirmişdir ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində yanlışlıqla iddiaçı qismində özünü qeyd etməsinə baxmayaraq, əslində iddia ərizəsinin məzmunundan göründüyü kimi İddiaçı adından iddia ərizəsini elektron şəkildə onun vəkili-nümayəndəsi qismində çıxış edərək imzalamışdır. Odur ki, nəzərə alınmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən gəlməmişdir. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin: 259.0.3-cü maddəsinə əsasən, ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda ərizə baxılmamış saxlanılır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi tərtib olunarkən “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində əsl iddiaçının (İddiaçı) vəkili (Vəkil) yanlışlıqla iddiaçı qismində özünü qeyd etmişdir. Bundan əlavə iddia ərizəsi imzalanarkən Vəkil əsl İddiaçı nümayəndəsi olmasını və iddia ərizəsini imzalamaq səlahiyyətinin olmasını təsdiq edən sənəd, yəni etibarnamə iddia ərizəsinə əlavə olunmadığından, bununla da iddia ərizəsi buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iddia ərizəsi məhkəməyə xx.xx.2025 daxil olmuş, Vəkil tərəfindən iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, AR-İİİ 480357 saylı etibarnamə isə 5 ay müddətinə verilmiş və xx.xx.2025-ci il tarixədək qüvvədə olmuş, beləliklə iddia ərizəsi elektron şəkildə imzalanarkən Vəkil İddiaçı nümayəndəsi kimi iddia ərizəsini imzalamaq səlahiyyəti olmamışdır. Odur ki, hazırki iddia ərizəsi baxılmamış saxlanılmalı və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 267 və 268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Vəkil Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilməsi və pul tələbinə dair mülki iş baxılmamış saxlanılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar