Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4008/2023 07.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi İddiaçı MMC-nin Cavabdeh qarşı «lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi» tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış 26 may 2020-ci il tarixli MAS-2399 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsini,Cavabdeh MAS- 2399 saylı “Daxili lizinq” müqaviləsi üzrə 24 aprel 2023-cü il tarixə 5886.47 manat əsas, 339.78 manat gecikdirilmiş mükafat, 473.37 manat dəbbə pulu, ümumilikdə 6699.62 manat borc və ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, mülki işə onların iştirakı olmadan baxaraq, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçı MMC ərizəsində göstərmişdir ki, İddiaçı MMC ilə X3 arasında bağlanmış 26 may 2020-ci il tarixli MAS-2399 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq alanın sifarişi ilə 2020-ci il buraxılışlı, “Kazar SD” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil 13300 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən lizinq alan illik 19 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 397.67 manat, ümumilikdə isə 19088 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 19088 manatın 13300 manatı əsas məbləğ təşkil edir. 26 iyun 2020-ci il tarixdə X3, Cavabdeh və İddiaçı MMC arasında MAS- 2399saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 26 may 2020-ci il tarixli MAS- 2399saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. İddiaçı MMC-nin mülkiyyətində olan Cavabdeh müvəqqəti istifadəsinə verilmiş “Khazar SD” minik markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil yararsız vəziyyətdə 24 aprel 2023-cü il tarixdə lizinq şirkətinin Bakı şəhərində yerləşən müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 13467.02 manat məbləğində ziyan dəymişdir. “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyekti olan avtomobilin dəyəri 13300 manat məbləğində müəyyən edilmişdir. Qüsur aktından göründüyü kimi avtomobilin bərpa edilməsi üçün çəkilən xərc 70 % çox olduğundan avtomobil tam yararsız kimi qiymətləndirilmişdir. “Daxili Lizinq” müqaviləsinin 5.4-cü bəndinə əsasən, lizinq obyekti məhv olduqda, həmçinin onun zədələnməsi nəticəsində bərpası mümkün olmayan vəziyyətə düşdükdə, lizinq müqaviləsi üzrə ödənilməmiş əsas borcu tamamilə, mükafat məbləği və cərməni isə məhv olma anına ödəməli və ya öz hesabına istifadəsinə verilmiş lizinq obyektinə analoji olan əmlakı əldə etmək və lizinq verənin mülkiyyətinə rəsmiləşdirməyi dərhal həyata keçirməlidir.Cavabdeh “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektin duracağa yerləşdirirldiyi 24 aprel 2023-cü il tarixə borcu əsas məbləğ üzrə 5886.47 manat və mükafat məbləği üzrə 339.78 manat, dəbbə borcu üzrə 473.37 manat, ümumilikdə 6699.62 manat təşkil edir. “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan 26 may 2020-ci il tarixli, MAS-2399 saylı “Daxili lizinq müqaviləsi”ndən görünür ki, X3 (lizinq alan) ilə İddiaçı MMC (lizinq verən) arasında daxili lizinq müqaviləsi bağlanmış və bu müqavilənin şərtlərinə görə lizinq verən lizinq alanın sifariş etdiyi lizinq obyektini öz mülkiyyətinə əldə edilməsini və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürmüşdür. Lizinq müqaviləsinin ümumi məbləği 13300 manat təşkil etmişdir. İş materiallarında olan 26 iyun 2020-ci il tarixli, MAS-2399 saylı “Öhdəliklərin ötürülməsi müqaviləsi”ndən görünür ki, Cavabdeh (öhdəlikləri qəbul edən) ilə İddiaçı MMC arasında öhdəliklərin ötürülməsi barədə müqavilə bağlanmış və bu müqavilənin şərtlərinə görə öhdəlikləri ötürən X3 ilə İddiaçı MMC arasında bağlanmış “Daxili lizinq müqaviləsi” üzrə X3 İddiaçı MMC qarşısında götürdüyü bütün öhdəlikləri Cavabdeh ötürmüş və Cavabdeh isə bu öhdəlikləri, öhdəlikləri ötürənə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul etmiş və bu öhdəlikləri lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada İddiaçı MMC qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürmüşdür İş materiallarında olan 26 iyun 2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh, X2 istifadəsində olan və İddiaçı MMC-nin mülkiyyətində olan «Khazar SD» markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil təslimini aparmışlar. İş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki26 may 2020-ci il tarixli, MAS- 2399 saylı “Daxili lizinq müqaviləsi” üzrə Cavabdeh 24 aprel 2023-cü il tarixə 5886,47 manat əsas, 339,78 manat mükafat, həmin günə hesablanmış 473,37 manat dəbbə pulu olmaqla, ümumilikdə 6699,62 manat borcu vardır. Məhkəmə iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı MMC ilə X3 və Cavabdeh arasında 26 iyun 2020-ci il tarixli, MAS-2399 saylı “Öhdəliklərin ötürülməsi müqaviləsi” imzalanmışdır. Bu müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanıb və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, 26 iyun 2020-ci il tarixli, MAS-2399 saylı “Öhdəliklərin ötürülməsi müqaviləsi”ndən görünür ki, X3 (öhdəlikləri qəbul edən) ilə İddiaçı MMC arasında öhdəliklərin ötürülməsi barədə müqavilə bağlanmış və bu müqavilənin şərtlərinə görə öhdəlikləri ötürən X3 ilə İddiaçı MMC arasında bağlanmış “Daxili lizinq müqaviləsi” üzrə X3 İddiaçı MMC qarşısında götürdüyü bütün öhdəlikləri Cavabdeh ötürmüş və Cavabdeh isə bu öhdəlikləri, öhdəlikləri ötürənə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul etmiş və bu öhdəlikləri lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada İddiaçı MMC qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürmüşdür. 26 iyun 2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, Qasımov X1 İsa Ələddin oğlu istifadəsində olan və İddiaçı MMCnin mülkiyyətində olan «Khazar SD» markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil təslimini aparmışlar. Lakin daxili lizinq müqaviləsi və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və iddiaçı qarşısında öhdəliyi yaranmışdır. . Həmçinin iş materiallarında olan İddiaçı MMC Servis tərəfindən tərtib edilmiş qüsur aktından göründüyü kimi «Khazar SD» markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 13467,02 manat zərər dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı geçikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və geçikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı geçikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 747.1-ci maddəsinə görə lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəllənin 748-1.8-ci maddəsinə görə lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Mülki Məcəllənin 748-1.12-ci maddəsinə görə lizinq verənin lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə, lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə, lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən öhdəliyi lazımınca icra etmədiyi üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulu hissəsində də iddia tələbi təmin edilməlidir. Lakin məhkəmə cərimə pulunun yüksək hesablandığı qənaətinə gəlir və hesab edir ki, cərimənin azaldılması cavabdehin maddi durumunu daha da yaxşılaşdıra biləcəyinə görə iddia tələbi qismən təmin edilərək 26 may 2020-ci il tarixli, MAS-12399 saylı “Daxili lizinq müqaviləsi” nə əsasən hesablanmış 473,37 manat cərimə 10 manat məbləğində olmalıdır. Bundan əlavə iş materiallarında olan 26 may 2020-ci il tarixli, MAS-2399 saylı “Daxili lizinq müqaviləsi” ndən göründüyü kimi daxili lizinq müqaviləsi 48 ay müddətinə bağlanmasına baxmayaraq İddiaçı MMC lizinq müqaviləsini vaxtından əvvəl ləğv edilməsini xahiş etdiyindən iddia tələbi İddiaçı MMC ilə bağlanmış 26 may 2020-ci il tarixli, MAS-2399 saylı “Daxili lizinq müqaviləsi”nin ləğv edilməsi hissəsində təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı şirkətin məhkəməyə müraciət etmək üçün ödədiyi 100 manat dövlət rüsumu da cavabdehdən alınmalı və iddiaçı şirkətə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə X3 arasında bağlanmış 26 may 2020-ci il tarixli MAS-2399 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilsin. Cavabdeh 26 may 2020-ci il tarixli MAS-2399 saylı “Daxili lizinq müqaviləsi” üzrə 24 aprel 2023-cü il tarixə 5886,47 manat əsas, 339,78 manat gecikdirilmiş mükafat, 10 manat dəbbə pulu olmaqla, cəmi 6236,25 manat borc və ödənilmiş 100 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-4008/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4008/2023
07.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver