Məhkəmə qərarları › İş №e-2(012)-4011/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4011/2023

07.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4011/2023 07.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi İddiaçı MMC-nin Cavabdeh qarşı «borcun ödənilməsi» tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 928 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30.40 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, mülki işə onların iştirakı olmadan baxaraq, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçı MMC ərizəsində göstərmişdir ki, Azərmaş” MMC ilə lizinq alan Cavabdeh arasında bağlanmış 04 iyun 2021-ci il tarixli MAS-3869 saylı “Daxili lizinq” müqaviləsinə əsasən “Khazar SD” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bununla əlaqədar olaraq İddiaçı MMC iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 02 avqust 2022-ci il tarixli 2(060)- 2012/2022 saylı qətnaməsi ilə İddiaçı MMC-nin iddiası qismən təmin edilərək cavabdehdən ümumilikdə 6086.85 manat borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Lizinq obyekti olan “Khazar SD” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdeh tərəfindən idarə edilərkən inzibati xəta ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Yol Polisi tərəfindən inzibati qaydada cərimə olunmuşdurlar. Bu faktı DYPİ-nin elektron portaldan alınmış çıxarış təsdiq edir. Həmin protokollara əsasən EQ ******* saylı protokola görə 16 manat; EQ ******* saylı protokola görə 32 manat; EQ ******* saylı protokola görə 32 manat; EQ ******* saylı protokola görə 64 manat; EQ ******* saylı protokola görə 64 manat; İXP ******* saylı protokola görə 64 manat; AP ******* saylı protokola görə 64 manat; İXP ******* saylı protokola görə 64 manat; EQ ******* saylı protokola görə 32 manat; İXP ******* saylı protokola görə 80 manat; İXP ******* saylı protokola görə 96 manat; İXP ******* saylı protokola görə 160 manat; EQ 10659520 saylı protokola görə 32 manat; EQ 10659527 saylı protokola görə 80 manat; EQ 10659523 saylı protokola görə 32 manat; EQ 10659528 saylı protokola görə 16 manat ümumilikdə 928 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən ödənilmişdir. İddiaçı MMC-yə məxsus nəqliyyat vastəsilə törədilmiş inzibati xəta haqqında protokollar əsasında yaranmış cərimələr tərəflərindən ödənilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə X1 Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vastəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir . Bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vastəsini faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur. X1 Azərbaycan Respublikasının Qanununun 85-ci maddəsinə görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən əməkdaş nəqliyyat vasitəsini idarə edən şəxslərdən nəqliyyat vasitəsini dayandırmağı tələb edir. “Daxili lizinq” müqaviləsinin 5.2ci bəndinə əsasən “bu Müqavilənin qüvvədə olduğu müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı üçüncü şəxslərə dəymiş zərərə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla), həmçinin cinayət və inzibati xətaya görə məsuliyyəti lizinq alan daşıyır”. Göstərilənləri nəzərə alaraq hesab edir ki, iddia qanuni və əsaslı olduğundan təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan 04 iyun 2021-ci il tarixli MAS-3869 saylı “Daxili lizinq müqaviləsi”ndən görünür ki, Cavabdeh (lizinq alan) ilə İddiaçı MMC (lizinq verən) arasında daxili lizinq müqaviləsi bağlanmış, “Khazar SD” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehin müvəqqəti istifadə və sahibliyinə verilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 02 avqust 2022-ci il tarixli 2(060)- 2012/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı MMC-nin iddiası qismən təmin edilərək cavabdehdən ümumilikdə 6086.85 manat borc tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir İş materiallarında olan EQ ******* saylı protokola görə 16 manat; EQ ******* saylı protokola görə 32 manat; EQ ******* saylı protokola görə 32 manat; EQ ******* saylı protokola görə 64 manat; EQ ******* saylı protokola görə 64 manat; İXP ******* saylı protokola görə 64 manat; AP ******* saylı protokola görə 64 manat; İXP ******* saylı protokola görə 64 manat; EQ ******* saylı protokola görə 32 manat; İXP ******* saylı protokola görə 80 manat; İXP ******* saylı protokola görə 96 manat; İXP ******* saylı protokola görə 160 manat; EQ 10659520 saylı protokola görə 32 manat; EQ 10659527 saylı protokola görə 80 manat; EQ 10659523 saylı protokola görə 32 manat; EQ 10659528 saylı protokola görə 16 manat olmaqla, ümumilikdə 927 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən ödənilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Lizinq obyekti olan “Khazar SD” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdeh tərəfindən idarə edilərkən inzibati xəta ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Yol Polisi tərəfindən inzibati qaydada cərimə olunmuş, həmin cərimələr İddiaçı MMC tərəfindən ödənilmişdir.İş materiallarında olan protokollar üzrə cərimənin məbləği 928 manat göstərilsə də,cərimələrin məbləği 927 manat müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 30,40 (otuz manat 40 qəp) manat dövlət rüsumu cavabdehdən alınmalı və iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 927 manat məbləğində pul vəsaiti və ödənilmiş 30.40 manat dövlət dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar