Məhkəmə qərarları › İş №e-2(012)-4087/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4087/2022

27.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4087/2022 27.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işə 27 sentyabr 2022-ci il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə Y20K5740232 saylı müqavilə üzrə 1540 (min beş yüz qırx) manat əsas borc, 462 (dörd yüz altmış iki) manat dəbbə pulu, 41 (qırx bir) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 2043 (iki min qırx üç) manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ********** N-li VÖEN əsasında fəaliyyət göstərən, Bakı şəhərində yerləşən “Soliton” mağazasının sahibi, fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında 06 iyun 2019-cu il tarixində “Alqı-satqı” müqaviləsi bağlanmışdır. Cavabdeh 06 iyun 2019-cu il tarixli Y20K5740232 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 1650 (min altı yüz əlli) manat olan 1 ədəd “Bosch” markalı kombi almış, ilkin ödəniş etməmiş, nəticədə 1650 (min altı yüz əlli) manat borc yaranmışdır. Cavabdeh tərəfindən 06 iyun 2019-cu il tarixli Y20K5740232 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 110 (yüz on) manat ödəniş edilmişdir. Bugünədək cavabdehə edilən yazılı və şifahi müraciətlər heç bir nəticə verməmiş, müqavilənin şərtləri lazımı qaydada icra edilməmiş və alqı-satqı qiyməti 1650 (min altı yüz əlli) manat olan 1 ədəd “Bosch” markalı kombi üçün ümumilikdə 1650 (min altı yüz əlli) manat ödənilməmiş hissə, 462 (dörd yüz altmış iki) manat dəbbə pulu yaranmışdır. İddiaçı məhkəməyə müraciət edərək, iddia ərizəsini müdafiə etdiyini, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsi, onun xeyrinə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməyinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, ******* saylı Hissə-hissə ödənişlə alqısatqı müqaviləsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında müqavilə bağlanmış və Cavabdeh İddiaçı ümumi dəyəri 1650 (min altı yüz əlli) manat olan 1 ədəd “Bosch” markalı kombini qəbul etmiş 1650 (min altı yüz əlli) manatı 15 ay müddətinə ayda 110 (yüz on) manat olmaqla hər ayın 05-dək ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.4. bəndinə əsasən “Alıcı” ödənişi gecikdirdiyi hər gün üçün məcmu borcun 1%-i (bir faizi) həcmində “Satıcı”nın xeyrinə cərimə ödəyir. İş materiallarında olan 29 iyun 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı xx.xx.2019-cu il tarixli, ******* saylı Hissə-hissə ödənişlə alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdə olan qalıq borcu müvafiq olaraq 1540 manat əsas, 462 manat dəbbə pulu və 41 manat tərəfindən ödənilmiş dövlət rüsumu olmaqla cəmi 2043 manat, 00 qəpikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-cu maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabehdir. 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə ücün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmasına baxmayaraq, Cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən iddia təmin edilməli, cavabdehdən 1540 (min beş yüz qırx) manat əsas, 462 (dörd yüz altmış iki) manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu üçün 41 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1540 (min beş yüz qırx) manat əsas, 462 (dörd yüz altmış iki) manat dəbbə pulu, dövlət rüsumu üçün ödənilmiş 41 manat, cəmi 2043 (iki min qırx üç) manat pul alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar