Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4089/2022 28.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə S3K4551854 nömrəli müqavilə üzrə 250 manat əsas, borc, 74 manat dəbbə pulu, S3K4552634 nömrəli müqavilə üzrə 726 manat əsas borc, 218 manat dəbbə pulu və 33 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 1.301 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ********** nömrəli VÖEN əsasında fəaliyyət göstərən Bakı şəhərində yerləşən “Soliton” mağazasının sahibi fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında 08 iyul 2018-ci il və 14 oktyabr 2018-ci il tarixlərində alqı-satqı müqaviləsi bağlanmışdır. Cavabdeh 08 iyul 2018-ci il tarixli, S3K4551854 nömrəli müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 1.016 manat olan 1 ədəd “Samsung Galaxy A6” markalı telefon almış, ilkin ödəniş olaraq 72 manat ödəniş etmiş, nəticədə 944 manat borc yaranmış və 14 oktyabr 2018-ci il tarixli, S3K4552634 nömrəli müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 1.142 manat olan 1 ədəd “Samsung Galaxy A8” markalı telefon almış, ilkin ödəniş olaraq 80 manat ödəniş etmiş, nəticədə 1.062 manat borc yaranmışdır. Cavabdeh tərəfindən 08 iyul 2018-ci il tarixli, S3K4551854 nömrəli müqavilə üzrə sonuncu dəfə 02 iyul 2020-ci il tarixdə 50 manat, 14 oktyabr 2018-ci il tarixli, S3K4552634 nömrəli müqavilə üzrə sonuncu dəfə 16 iyul 2019-cu il tarixdə 59 manat ödəniş edilmişdir. Bugünədək cavabdehə etdikləri yazılı və şifahi müraciətlər heç bir nəticə verməmiş, müqavilənin şərtləri lazımi qaydada icra edilməmiş və alqı-satqı qiyməti S3K4551854 nömrəli müqavilə üzrə 1.016 manat olan 1 ədəd “Samsung Galaxy A6” markalı telefon üçün ümumilikdə 250 manat ödənilməmiş hissə, 74 manat dəbbə pulu və alqı-satqı qiyməti S3K4552634 nömrəli müqavilə üzrə 1.142 manat olan 1 ədəd “Samsung Galaxy A8” markalı telefon üçün ümumilikdə 726 manat ödənilməmiş hissə, 218 manat dəbbə pulu borcu yaranmışdır. Göstərilənlərə əsasən Cavabdeh İddiaçı xeyrinə S3K4551854 nömrəli müqavilə üzrə 250 manat əsas, borc, 74 manat dəbbə pulu, S3K4552634 nömrəli müqavilə üzrə 726 manat əsas borc, 218 manat dəbbə pulu və 33 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 1.301 manat pulun tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və göndərməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh faktiki yaşadığı yer məlum olmadığı üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsaslanaraq məhkəmə iclasının keçirildiyi vaxt və yer haqqında məlumat Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmiş, zəruri məlumatların cavabdehə çatdırılması xahiş olunmuşdur. Buna baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Şərh olunan hüquq normasına əsasən, məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: 08 iyul 2018-ci il tarixli, S3K4551854 nömrəli müqavilədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında müqavilə bağlanmış və Cavabdeh İddiaçı “Samsung Galaxy A6” markalı telefonu qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. 14 oktyabr 2018-ci il tarixli, S3K4552634 saylı müqavilədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında müqavilə bağlanmış və Cavabdeh İddiaçı “Samsung Galaxy A8” markalı telefonu qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. 18 iyun 2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh öhdəliyi yerinə yetirməsi barədə xəbərdarlıq edilmişdir. 29 iyun 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 08 iyul 2018-ci il tarixli, S3K4551854 nömrəli müqaviləyə əsasən 250 manat əsas, 74 manat dəbbə pulu, 14 oktyabr 2018-ci il tarixli, S3K4552634 nömrəli müqaviləyə əsasən 726 manat əsas, 218 manat dəbbə pulu olmaqla, ümumilikdə 1.301 manat borcu vardır. 24 iyun 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin verilməsi ilə bağlı 33 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 08 iyul 2018-ci il tarixli, S3K4551854 nömrəli müqaviləyə əsasən Cavabdeh İddiaçı 12 aya 79 manat aylıq ödəmək şərti ilə “Samsung Galaxy A6” markalı telefon, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, S3K4552634 nömrəli müqaviləyə əsasən Cavabdeh İddiaçı 18 aya 59 manat aylıq ödəmək şərti ilə “Samsung Galaxy A8” markalı telefon almışdır. Cavabdeh müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun 08 iyul 2018ci il tarixli, S3K4551854 saylı müqavilə üzrə 250 manat əsas borc və 74 manat dəbbə pulu, 14 oktyabr 2018-ci il tarixli, S3K4552634 saylı müqavilə üzrə 726 manat əsas borc və 218 manat dəbbə pulu borcu yaranmışdır. Məhkəmə iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, dəbbə pulunun miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməli, 08 iyul 2018-ci il tarixli, S3K4551854 nömrəli müqavilə üzrə hesablanmış 74 manat dəbbə pulunun məbləği azaldılmalı, 20 manat müəyyən edilməli, 14 oktyabr 2018-ci il tarixli, S3K4552634 nömrəli müqavilə üzrə hesablanmış 218 manat dəbbə pulunun məbləği azaldılmalı, 60 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 08 iyul 2018-ci il tarixli, S3K4551854 nömrəli müqaviləyə əsasən 250 (iki yüz əlli) manat əsas borc, 20 (iyirmi) manat dəbbə pulu, 14 oktyabr 2018-ci il tarixli, S3K4552634 nömrəli müqaviləyə əsasən 726 (yeddi yüz iyirmi altı) manat əsas borc, 60 (altmış) manat dəbbə pulu olmaqla, ümumilikdə 1.056 (min əlli altı) manat məbləğində pul vəsaitinin əvəzi Cavabdeh alınaraq İddiaçı ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu üçün ödənilmiş 33 manat məbləğində pul vəsaitinin 25 manat hissəsi cavabdehlərdən müştərək qaydada tutulub iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. 08 iyul 2018-ci il tarixli, S3K4551854 nömrəli müqaviləyə əsasən 250 (iki yüz əlli) manat əsas borc, 20 (iyirmi) manat dəbbə pulu, 14 oktyabr 2018-ci il tarixli, S3K4552634 nömrəli müqaviləyə əsasən 726 (yeddi yüz iyirmi altı) manat əsas borc, 60 (altmış) manat dəbbə pulu olmaqla, ümumilikdə 1.056 (min əlli altı) manat məbləğində pul vəsaitinin əvəzi Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 33 (otuz üç) manat pul vəsaitinin 25 (iyirmi beş) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №e-2(012)-4089/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4089/2022
28.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver