Məhkəmə qərarları › İş №e-2(012)-4092/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4092/2022

01.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4092/2022 01.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, Ərizəçi vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 01 noyabr 2022-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayon Aqrar İslahat Komissiyasının 10 noyabr 1998-ci il tarixli, 21 nömrəli qərarı ilə həmin torpaq sahəsinə dair JN-189A seriyalı KOD: 30800027 nömrəli Dövlət X3 kimi qeyd olunan Dövlət aktının AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinə əsasən Ərizəçi məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1993-cü ildə anadan olmuşdur. Abşeron rayon Aqrar İslahat Komissiyasının 10 noyabr 1998-ci il tarixli, 21 nömrəli qərarı ilə 4 nəfər ailə üzvlərinə anası X10, atası X29, özü Ələkbərov (Babayev) Azər Eyvaz (Elçin) oğlu və qardaşı X2 təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində 0.10 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə dair JN-189A seriyalı KOD: 30800027 nömrəli olan torpağın mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Qeyd olunan torpaq sahəsi bu günə kimi onların istifadəsindədir. Ərizəçi öz bibisi X16 və onun həyat yoldaşı X11 övladı olmadığı səbəbindən uzun müddət onlar tərəfindən saxlanılmış və nəticədə X16 və onun həyat yoldaşı X1 Azər Eyvaz oğlunun valideynləri atası X29 və X4 razılığı ilə övladlığa götürmək qərarına gəlmişlər. Nəticədə onlar həmin dövrdə övladlığa götürmə yerli İcra hakimiyyətləri tərəfindən icra edildiyindən bununla bağlı onlar yaşadığı ərazi üzrə Abşeron rayonu Fatmayı kənd İcra Nümayəndəliyinə müraciət etmişlər. Fatmayı kənd icra nümayəndəliyi tərəfindən Ərizəçi yenidən İ-AZ 087136 №-li, xx.xx.2000-ci il tarixli doğum haqqında şəhadətnamə təqdim olunaraq ona yeni soyad Bababəyli soyadından Ələkbərov, ad Azər, ata adı Elçin adından Eyvaz oğlu adına dəyişdirilmişdir. Qeyd edir ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının 10 noyabr 1998-ci il tarixli, 21 nömrəli qərarı ilə Ərizəçi və onun doğma valideynlərinə və qardaşının adına verilmiş JN-189A seriyalı KOD: 30800027 nömrəli olan torpağın mülkiyyət hüququna dair Dövlət aktı əsasında maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron ərazi İdarəsinə ərizə ilə müraciət edərək həmin torpaq sahəsinin özəlləşdirilməsini xahiş etmiş, lakin maraqlı şəxs tərəfindən onlara imtina verilərək qeyd olunan dövlət aktında Ərizəçi şəxsiyyət vəsiqəsində ad, soyad, ata adının Ərizəçi olduğu halda, Dövlət X3 kimi qeyd olunaması göstərilmişdir. Halbuki, ərizəyə əlavə edilmiş ******* nömrəli doğum haqqında şəhadətnamədən də göründüyü kimi xx xxx 1993cü il təvəllüdlü Bababəyli (Babayev) Azər Elçin oğlunun atası X29 və anası X8r. Sonradan ona övladlığa götürmüş kimi qeyri- rəsmi qeydiyyata aldıran bibisi X16 və onun həyat yoldaşı X23 yenidən İ-AZ 087136 №-li, xx.xx.2000-ci il tarixli doğum haqqında şəhadətnamə alaraq onun soyadını Ələkbərov adını Azər, ata adını isə Eyvaz kimi qeydiyyata aldırması səbəbindən Ərizəçi adı Abşeron rayon Aqrar İslahat Komissiyasının 10 noyabr 1998-ci il tarixli, 21 nömrəli qərarı verilmiş JN-189A seriyalı KOD: 30800027 nömrəli olan torpağın mülkiyyət hüququna dair Dövlət aktında onun soyadı əsil doğma soyadı Babayev adı Azər və ata adı Elçin oğlu kimi qeyd olunmuşdur. Odur ki, yuxarıda qeyd etdiyi mötəbər dəlillər və sübutlar əsasında ərizəsinin təmin edilərək Abşeron rayon Aqrar İslahat Komissiyasının 10 noyabr 1998-ci il tarixli, 21 nömrəli qərarı ilə həmin torpaq sahəsinə dair JN-189A seriyalı KOD: 30800027 nömrəli Dövlət aktının AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinə əsasən Ərizəçi məxsus olması hüquqi faktının müəyyən edilməlidir. Məhkəmə iclasında iştirak edən Ərizəçi vəkili-nümayəndəsi Nümayəndə ərizədə göstərilənləri təsdiq edərək, ərizədə yazılanlara uyğun izahat verib, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin vəkil-nümayədəsinin izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır, təmin edilməlidir. Mülki iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X24 xx.xx.1993-cü ildə Abşeron rayon, Mehdiabad qəsəbəsində anadan olmuş, atası X25, anası X8r. Mülki iş materiallarında olan Abşeron rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2018ci il tarixdə verilmiş məktubdan görünür ki, Abşeron rayon Qeydiyyat Şöbəsinin arxivində X12 X17 və X13 tərəfindən övladlığa götürülməsi haqqında akt qeydi aşkar olunmamış və Abşeron rayon Mehdiabad qəsəbə icra nümayəndəliyi tərəfindən xx.xx.1993-cü il tarixdə verilmiş 59 saylı doğum haqqında akt qeydində onun övladlığa götürülməsi haqqında hər hansı bir qeyd edilməmişdir. Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə 18 saylı aktla qeydə alınmış akt qeydi də övladlığa götürmə akt qeydi kimi yox doğum bərpa akt qeydi kimi qeydə alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə qeyd olunmuşdur ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən X18 və başqalarına məxsus 0.10 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 19 fevral 2021-çi il tarixli, ********** qeydiyyat nömrəli müraciətə baxılmışdır. Aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş JN-189A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən hüquq sahiblərinin ad, ata adı və soyadları ilə şəxsiyyəti təsdiq edən sənəddə göstərilən ad. ata adı və soyadlar arasında fərq olduğu aşkar edilmişdir. Belə ki, JN-189A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə hüquq sahibləri ardıcıl olaraq "X14", "X45 oqlu”, "X36”, “X30” göstərildiyi halda, vətəndaşların şəxsiyyətini təsdiq edən sənədlərdə “Qəmbərova (Babayeva) Rəfiqə Mürsəl qızı" "X31”, “Ərizəçi", “X22" kimi qeyd edilmişdir. Qeyd edilənləri nəzərə alaraq ərizənin icrasından imtina edilmişdir. Mülki işin materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X48 ilə X10 arasında 12 yanvar 1990-cı ildə rəsmi nikah bağlanmış, arvada Babayeva soyadı verilmişdir. Mülki işin materiallarında olan .03.1999-cu il tarixdə Abşeron rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-189A, KOD 30800027 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktından görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi sakini X5, X19, X26, X21 Abşeron rayon Aqrar İslahat Komissiyasının 10 noyabr 1998-ci il tarixli 21 saylı qərarı ilə 0.10 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmişdir. Mülki iş materiallarında olan xx.xx.2018-ci il tarixli Aktdan görünür ki, X17 öz qaynı oğlu xx.xx.1993-cü il təvəllüdlü X27 övladı olmadığı səbəbindən öz yanına gətirərək, onu saxlamağa başlamış, ona lazım olan qulluq və bütün qayğıları göstərmişdir. Lakin xeyli müddət sonra Azərin təqsiri ucbatından onların münasibətləri pozulmuş və 5 il müddətdir ki, Azər öz doğma ata anasının yanına gedərək orada yaşayır. anasının yanına gedərək orada yaşayır. Məhkəmənin sorğusuna əsasən Abşeron rayon Qeydiyyat Şöbəsindən göndərilmiş X12 doğum haqqında 06 iyul 1993-cü il tarixli, 59 nömrəli akt qeydinin surətindən görünür ki, X24 xx.xx.1993-cü ildə Abşeron rayon, Mehdiabad qəsəbəsində doğulmuş, atası Babaəyli Elçin ağali oğlu, anası X6r. Mülki iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi Elçin oğlu xx.xx.1993-cü ildə Abşeron rayon, Mehdiabad qəsəbəsində anadan olmuş, atası X20, anası X7r. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı barədə işlərə baxır; 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, iş materiallarında olan sübutlar ilə müəyyən olundu ki, xx.xx.1998-cİ il tarixdə Abşeron rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-189A, KOD 30800027 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət X3 kimi qeyd edilən şəxsin xx.xx.1993-cı il tarixdə anadan olmuş Ərizəçi olması müəyyən edilir. Odur ki, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1998-ci il tarixdə Abşeron rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-189A, KOD 30800027 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1998-ci il tarixdə Abşeron rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-189A, KOD 30800027 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar