Məhkəmə qərarları › İş №e-2(012)-4101/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4101/2025

21.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4101/2025 21.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ X1 İlham oğlunun sədrliyi Abiyev Elvin Elman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Gasan Guseinovun, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11 iyul 2024-cü il tarixli, AZL-3511 saylı daxili lizinq müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 18 mart 2025-ci il tarixə ödənilməmiş 269,40 manat gecikdirilmiş əsas, 289,09 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 344,10 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “CHEVROLET COBALT LTZ MİNİK” markalı, **-YS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 2.483,60 manat, ümumilikdə 3.386,19 manat borcun və ödənilmiş 53,87 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 11 iyul 2024-cü il tarixli, AZL-3511 saylı daxili lizinq müqaviləsinə əsasən “CHEVROLET COBALT LTZ MİNİK” markalı, **-YS-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən lizinq alan illik 18 % mükafat məbləği hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 567,54 manat, ümumilikdə isə 37.553 manat məbləğində pulu İddiaçı hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 37.553 manatın 25.850 manatı əsas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı mülkiyyətində olan “CHEVROLET COBALT LTZ MİNİK” markalı, **-YS-*** dövlət qeydiyyat nişanlı avtomobil 18 mart 2025-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 2.483,60 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh AZL-3511 saylı daxili lizinq müqaviləsi üzrə lizinq obyektinin müvəqqəti sahiblik və istifadə edilməsinə görə 18 mart 2025-ci il tarixə ümumilikdə 902,59 manat məbləğində gecikmə borcu yaranmışdır. Daxili lizinq müqaviləsinin şərtlərinin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Göstərilənlərə əsasən Cavabdeh 11 iyul 2024-cü il tarixli, AZL-3511 saylı daxili lizinq müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 18 mart 2025-ci il tarixə ödənilməmiş 269,40 manat gecikdirilmiş əsas, 289,09 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 344,10 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “CHEVROLET COBALT LTZ MİNİK” markalı, **-YS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 2.483,60 manat, ümumilikdə 3.386,19 manat borcun və ödənilmiş 53,87 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması xahiş edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi Guseınov Gasan iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, İddiaçı ilə Cavabdeh arasında 11 iyul 2024-cü il tarixli daxili lizinq müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh sahiblik və istifadəsinə “CHEVROLET COBALT LTZ MİNİK” markalı, **-YS-*** dövlət qeydiyyat nişanlı avtomobil verilmişdir. Cavabdeh isə bunun qarşılığında illik 18 % mükafat məbləği hesablanmaqla 60 ay müddətinə ümumilikdə 37.553 manat məbləğində pulu İddiaçı hesabına ödəməyi öhdəsinə götürmüşdür. Verilmiş suallara cavabında qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsində faiz məbləği mükafat kimi göstərilmişdir. Ödəniləcək mükafat məbləği tərəflər arasında bağlanmış daxili lizinq müqaviləsinin 1.3-cü bəndində öz əksini tapmışdır. Həmçinin ödəniş cədvəlində də ümumilikdə ödəniləcək əsas və mükafat məbləği öz əksini tapmışdır. Lizinq obyekti hazırda İddiaçındədir. Avtomobilə dəymiş zərər məbləği 2.483,60 manat təşkil edir. Avtomobilin kimlər tərəfindən təhviltəslim alınması barədə məlumatı yoxdur. Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə tərəflərindən məhkəməyə akt təqdim edilmişdir. Həmin aktda adları keçən Ruslan Səmədov İddiaçı əməkdaşı, Ramin Həşimov isə duracağın əməkdaşıdır. Müqaviləyə əsasən cavabdeh lizinq obyektini saz vəziyyətdə saxlamalı, təmir-bərpası ilə bağlı bütün məsuliyyət cavabdehin üzərindədir. Cavabdeh lizinq obyektini cəmiyyətə qaytarmaq istəyəndə də, normal köhnəlməyə əsasən qaytarmalıdır. Bu tərəflər arasında bağlanmış müqavilənin 4.4.2-ci və 5.1-ci bəndlərində öz əksini tapmışdır. Belə ki, müqavilənin 4.4.2-ci bəndinə əsasən lizinq alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən təhviltəslim aktı imzalandığı andan müqavilənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski lizinq alana keçir. Müqavilənin qeyd olunan bəndlərinə əsasən zərər cavabdeh tərəfindən ödənilməlidir. Eyni zamanda Mülki Məcəllənin 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsi ləğv edildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Mütəxəssis rəyində göstərilən ziyan məbləği ilə razı deyillər. İddiaçı məhkəməyə təqdim etdiyi aktlar mövcuddur ki, həmin aktlarda da dəymiş ziyan öz əksini tapmışdır. Bu səbəbdən də həmin aktlardakı ziyan məbləğinin daha düzgün olduğunu hesab edirlər. Daxili lizinq müqaviləsinin 5.3-cü bəndində əsasən 1 il ərzində lizinq obyekti zədələndikdə, 800 manat lizin alan ödəməklə lizinq verən tərəfindən bərpa olunur. Müqavilədə şərtlər mövcuddur. Həmin şərtlərə əsasən avtomobil lizin alan tərəfindən vurulmalı və avtomobil tam yarasız vəziyyətə düşməlidir. Həmçinin müqavilənin 5.3-cü bəndinin qüvvəsini itirdiyi şərtlər mövcuddur. Həmin şərtlərə əsasən lizinq alan avtomobillə yol-nəqliyyat hadisəsinin baş verməsi, hadisədə kimin təqsiri olması barədə sübutları təqdim etməlidir. Lakin lizinq alan tərəfindən isə qeyd olunan sübutlar təqdim edilməmişdir. Avtomobilin sığorta şəhadətnaməsi yoxdur. Hazırda sadəcə olaraq daxili lizinq müqaviləsində avtomobilə dair risklərlə bağlı bəndlər mövcuddur. Dediyinə görə cavabdeh taksi fəaliyyəti ilə məşğul olmaq və qazanc əldə məqsədi ilə ümumilikdə iddiaçı təşkilatdan 6 avtomobil götürmüş və müxtəlif şəxslərə vermişdir. Həmin şəxslərdə avtomobilləri müxtəlif şəkildə müxtəlif yerlərə vurmaqla zədələmişlər. Eləcə də avtomobillərin harda olması barədə belə iddiaçı təşkilatda məlumat olmamışdır. Göstərilənlərə əsasən Cavabdeh 11 iyul 2024-cü il tarixli, AZL-3511 saylı daxili lizinq müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 18 mart 2025-ci il tarixə ödənilməmiş 269,40 manat gecikdirilmiş əsas, 289,09 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 344,10 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “CHEVROLET COBALT LTZ MİNİK” markalı, **-YS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 2.483,60 manat, ümumilikdə 3.386,19 manat borcun və ödənilmiş 53,87 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulmasını məhkəmədə xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyək izahatında bildirdi ki, İddiaçındən avtomobili hansı vəziyyətdə təhvil almışdırsa, həmin vəziyyətdə də təhvil vermişdir. O, avtomobili təhvil verməmişdən əvvəl, avtomobilləri işlədə bilmədiyini bildirmişdir. Şirkətdən də onun narahat olmamasını, avtomobili başqa şəxslərə satacaqlarını bildirmişlər. O da bundan sonra iddiaçı təşkilatın əməkdaşlarına inanaraq evinə çıxıb getmişdir. Bundan sonra həmin avtomobilin kim tərəfindən sürülməsindən və ya kim tərəfindən vurularaq əzilməsindən xəbəri yoxdur. Avtomobilin təhvil-təslimi aparılarkən və dəymiş ziyan hesablanarkən aktların tərtib edilməsində şirkətə çağırılmamışdır. Avtomobili şirkətin əməkdaşları sürücüdən alaraq aparmışlar. Verilmiş suallara cavabında qeyd edir ki, avtomobil iddiaçı təşkilatdan onun tərəfindən təhvil alınmışdır. Həmin avtomobili sürücüyə verməklə taksi fəaliyyətini həyata keçirmək üçün almışdır. Şirkət tərəfindən ondan avtomobil təhvil alınarkən hər hansı bir məbləğdə borcunun olmadığı bildirilmişdir. Sürücüyə avtomobilin idarə olunması ilə bağlı etibarnamə verilmişdir. Daha sonra avtomobil sürülməmişdir. Avtomobilə görə aylıq ödənişin vaxtı çatanda və ödənilməyəndə şirkətin əməkdaşları avtomobili götürüb aparmışlar. Həmçinin o, sözügedən avtomobilə 2.820 manat dəyərində qaz balonu qoydurmuşdur. Avtomobili şirkətin əməkdaşları sürmüş və əzmişdir. Avtomobilin sığortası vardır. Avtomobil əzilmişdirsə bu halda sığorta təşkilatı qalan yerdə, niyə onun tərəfindən avtomobil təmir edilməlidir. İddiaçı tərəfindən avtomobil ona sığortalı şəkildə təhvil verilmişdir. Avtomobilə dair sığorta şəhadətnaməsi onda evdədir. İddiaçı təşkilat tərəfindən avtomobilin alınması ilə bağlı ilkin ödəniş olaraq ondan 4.000 manat, avtomobilə qaz balonun qoyulmasına görə icazə ilə bağlı 400 manat alınmışdır. Həmçinin avtomobilə qaz balonun qoyulmasına görə də tərəfindən 2.820 manat xərc çəkilmişdir. Hazırda avtomobilin harda olmasından xəbəri yoxdur. Avtomobil sürücüyə taksi fəaliyyəti ilə məşğul olmaq üçün onun tərəfindən verilmişdir. Lakin avtomobili taksi fəaliyyəti ilə məşğul olmaq üçün kimə verdiyi yadında deyildir. Avtomobili iddiaçı təşkilata verdikdən sonra onun telefonlarına avtomobilə dair sms radarlar gəlmişdir. Bu avtomobilin onun tərəfindən təhvil verildikdən sonra sürüldüyündən xəbər verir. Ümumilikdə iddiaçı təşkilatdan 6 ədəd avtomobil almışdır. Həmin avtomobillərin aylığını ödəyə bilmədiyindən 3-nü iddiaçı təşkilatla birlikdə satmışdır. Hazırki mübahisəli avtomobili də iddiaçı təşkilata satmaq üçün vermişdir. Lakin iddiaçı təşkilat ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Avtomobillərin harda zədələndiyindən xəbəri yoxdur. Ola bilər iddiaçı təşkilatın duracağında zədələnmişdir. Avtomobilə qoyduğu qaz balonuna çəkdiyi 2.820 manat pulu ona qaytarsalar, bu onun üçün yetərli olar. Onu aldadaraq satmaq adı ilə avtomobili 1 ildən çoxdur ki, öz duracaqlarında saxlamışlar. Avtomobili satmaq adı ilə ondan almışlar. Əgər sata bilmirdilərsə, avtomobili ona təhvil verərdilər. O da avtomobili satıb iddiaçı təşkilatın pulunu ödəyərdi. Bu halda avtomobilə görə 1 aylıq borcu qalardı, onu da iddiaçı təşkilata ödəyərdi. Əgər avtomobil əzik və vuruq vəziyyətdə idisə, bu halda onun iştirakı ilə aktlaşdırılmalı idi. Avtomobilə rezin ayaq altılar, yan pərdələr və qaz balon qoydurmuşdur. Qaz balon qoyulan günün səhərisi isə avtomobil iddiaçı təşkilat tərəfindən ondan alınmışdır. Bu halda o nəyə görə iddiaçı təşkilata pul ödəməlidir. Əksinə, iddiaçı təşkilat ona pul verməlidir. Göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib belə hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı (Lizinq verən) ilə Cavabdeh (Lizinq alan) arasında bağlanmış 11 iyul 2024-cü il tarixli, AZL-3511 saylı daxili lizinq müqaviləsinin və həmin müqaviləyə 1 saylı Əlavədən görünür ki, Lizinq verən İddiaçı Lizinq alan Cavabdeh sifariş etdiyi 1 saylı Əlavədə göstərilən lizinq obyektini (“CHEVROLET COBALT LTZ MİNİK” markalı, XWBJA69V9RA115483 ban nömrəli, ağ rəngli avtomobili) muzdla sonuncunun müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. Lizinq müqaviləsinin əsas məbləğini 25.850 manat təşkil edir. Lizinq obyekti Cavabdeh 60 ay müddətinə lizinqə verilir. Həmin müqavilənin 4.4.1-ci bəndinə əsasən lizinq alan müvafiq standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. Müqavilənin 4.4.2-ci bəndinə əsasən lizinq alan lizinq obyektini saz və işlək vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. Müqavilənin 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan bu müqavilənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti lizinq alan daşıyır. Müqavilənin 9.1-ci bəndinə əsasən lizinq verən lizinq alanı 15 (on beş) gün əvvəlcədən xəbərdar etməklə, lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən lizinq obyektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə və həmçinin lizinq alan sürücülük hüquqdan məhrum edildikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq alan lizinq verənin yazılı icazəsi olmadan lizinq obyektini sublizinqə və ya kirayəyə verdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə və ya 15 təqvim gündən artıq müddətə 3 dəfədən artıq ödənişi gecikdirdikdə, lizinq obyekti bu müqaviləyə uyğun sığortalanmadıqda, lizinq alanın fəaliyyəti dayandırıldıqda və ya xitam olunduqda, həmçinin lizinq alanın müəssisəsi müflisləşdikdə, ləğv edildikdə (lizinq alan hüquqi şəxs olduqda) bu müqaviləyə birtərəfli qaydada xitam verə bilər; İddiaçı (Lizinq verən) ilə Cavabdeh (Lizinq alan) arasında bağlanmış 11 iyul 2024-cü il tarixli, AZL-3511 saylı daxili lizinq müqaviləsinə 3 saylı əlavədən (ödəniş cədvəli) görünür ki, Lizinq alan Cavabdeh illik 18% hesablanmaqla 60 ay müddətinə hər ay 567,54 manat olmaqla, əsas məbləğ üzrə 25.850 manat, mükafat məbləği üzrə 11.703 manat, cəmi 37.553 manat məbləğində lizinq ödənişini Lizinq verən İddiaçı hesabına ödəməyi öhdəsinə götürmüşdür. Son ödəmə tarixi xx.xx.2029-cu ildir; İddiaçı (Lizinq verən) ilə Cavabdeh (lizinq alan) arasında 11 iyul 2024-cü il tarixdə bağlanmış təhvil-təslim aktından görünür ki, tərəflər aralarında İddiaçı mülkiyyətində olan “CHEVROLET COBALT LTZ MİNİK” markalı, XWBJA69V9RA115483 ban nömrəli, ağ rəngli avtomobilin lizinq alana təhvil-təslimini aparmışlar; BB601930 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “CHEVROLET COBALT LTZ MİNİK” markalı, **-YS-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı adına qeydiyyatdan keçmişdir; Ruslan Səmədov ilə Ramin Həşimov arasında 18 mart 2025-ci il tarixdə bağlanmış avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktdan görünür ki, tərəflər aralarında İddiaçınə məxsus “CHEVROLET COBALT LTZ MİNİK” markalı, **-YS-*** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçınə təhvil-təslimini aparmışlar; "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş aktdan görünür ki, “CHEVROLET COBALT LTZ MİNİK” markalı, **-YS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir işləri üçün 2.483,60 manat tələb olunur; xx.xx.2025-ci il tarixli, 1829 nömrəli xəbərdarlığın (pretenziya məktubu) surətindən və qaimədən görünür ki, Cavabdeh AZL-3511 saylı daxili lizinq müqaviləsi üzrə yaranmış borcun və dəymiş zərərin ödənilməsi, əks təqdirdə lizinq müqaviləsinin ləğv ediləcəyi və yaranmış borcun məhkəmə qaydasında tələb ediləcəyi barədə İddiaçı tərəfindən xəbərdar olunmuşdur; xx.xx.2025-ci il tarixli, 2152 nömrəli arayışdan görünür ki, Cavabdeh 11 iyul 2024-cü il tarixli, AZL-3511 saylı daxili lizinq müqaviləsi üzrə 18 mart 2025-ci il tarixə İddiaçınə əsas borcu 269,40 manat, mükafat borcu 289,09 manat, cərimə borcu 344,10 manat, cəmi 902,59 manat borcu vardır; Qəbz haqqında məlumatdan görünür ki, İddiaçınə tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 53,87 manat məbləğində dövlət rüsumu ödənilmişdir; "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin CVN/S 49-413/25 saylı mütəxəssis rəyindən müəyyən edilir ki, aparılmış hesablamalar və təhlillərə əsasən “CHEVROLET COBALT LTZ MİNİK” markalı, **-YS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yerində baxış keçirilməklə və iş materiallarında olan sənədlərdən istifadə etməklə dəymiş ziyanın ümumi məbləği 1.080 manat təşkil edir. Xidmət haqqı tarif cədvəlinə müvafiq olaraq 200 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər; 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur; 748-1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsi ləğv edildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır; 748-1.12-ci maddəsinə əsasən lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır; 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir; 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır; 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir; 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir; 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir; 748-7.11-ci maddəsinə əsasən, Lizinq ödənişlərinin ümumi məbləğinə (Lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, Lizinq verənin mükafatının məbləği, Lizinq verənin əlavə xidmətlərinin haqqı və s.) daxildir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, Cavabdeh 11 iyul 2024-cü il tarixli, AZL-3511 saylı daxili lizinq müqaviləsinə əsasən İddiaçı mülkiyyətindən olan lizinq obyekti sayılan “CHEVROLET COBALT LTZ MİNİK” markalı avtomobili 60 ay müddətinə lizinqə götürmüş, Lizinq alan lizinq obyektinin dəyərini ödəniş cədvəlinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun İddiaçınə borcu yaranmışdır. Göründüyü kimi, Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Lizinq alan Cavabdeh lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan qaydada və həcmdə ödəmədiyindən, lizinq verən İddiaçı pul məbləğini mübahisəsiz geri almaq hüququ yarandığından, borc tutulmalıdır. Eyni zamanda məhkəmə iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, dəbbə pulunun miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğ 25 manat məbləğinədək azaldılmalıdır. Məhkəmə iddia tələbinin dəymiş ziyanın ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla müəyyən edildi ki, lizinq obyekti hazırda iddiaçıya qaytarılmışdır, lakin lizinq obyektinə maddi zərər vurulmuşdur. İş üzrə təyin edilmiş mütəxəssis rəyinə əsasən “CHEVROLET COBALT LTZ MİNİK” markalı, **-YS-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1.080 manat məbləğində zərər dəymişdir. Ona görə də iddia bu hissədə qismən təmin edilərək avtomobilə dəymiş zərərə görə 1.080 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilən olan məbləğlər daxildir. Həmin Məcəllənin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə məhkəmə xərcləri ödənilmiş dövlət rüsumu üçün 53,87 manat və mütəxəssis rəyinin alınması üçün 200 manatdan ibarətdir. İddia qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumu olan 53,87 manat pul vəsaitinin 35 manat məbləğindəki hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Eləcə də iş və xidmətlərin dəyəri olan 200 manat məbləğində pul vəsaitinin 70 manatı iddiaçıdan və 130 manatı cavabdehdən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 269,40 (iki yüz altmış doqquz manat, qırx qəpik) manat əsas borc, 289,09 (iki yüz səksən doqquz manat, doqquz qəpik) manat mükafat, 25 (iyirmi beş manat) manat dəbbə pulu və 1.080 (min səksən) manat dəymiş zərər olmaqla, cəmi 2.204,12 (iki min iki yüz dörd manat, on iki qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə verilməli, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 53,87 (əlli üç manat səksən yeddi qəpik) manat pul vəsaitinin 35 (otuz beş) manat hissəsi Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia digər hissədə təmin edilməməli, İddiaçındən 70 manat və Cavabdeh 130 manat iş və xidmətlərin dəyəri olaraq tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 269,40 (iki yüz altmış doqquz manat, qırx qəpik) manat əsas borc, 289,09 (iki yüz səksən doqquz manat, doqquz qəpik) manat mükafat, 25 (iyirmi beş manat) manat dəbbə pulu və 1.080 (min səksən) manat dəymiş zərər olmaqla, cəmi 2.204,12 (iki min iki yüz dörd manat, on iki qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə verilsin. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 53,87 (əlli üç manat səksən yeddi qəpik) manat pul vəsaitinin 35 (otuz beş) manat hissəsi Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia digər hissədə təmin edilməsin. İddiaçındən 70 manat və Cavabdeh 130 manat iş və xidmətlərin dəyəri olaraq tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: F.Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar