Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4111/2022 16.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu tarixli müqaviləsinə əsasən, 2 ədəd 2R SF2 HP Adapter üçün 272 (iki yüz yetmiş iki) manat ödənilməmiş hissə, 27 (iyirmi yeddi) manat cərimə; xx.xx.2019-cu tarixli müqaviləsinə əsasən, RESOUND LİNX2 762 (38195) markalı cihaz üçün 1530 (min beş yüz otuz) manat ödənilməmiş hissə, 153 (yüz əlli üç) manat cərimə; xx.xx.2019-cu tarixli müqaviləsinə əsasən, RESOUND LİNX2 762 (38195) markalı cihaz üçün 1530 (min beş yüz otuz) manat ödənilməmiş hissə, 153 (yüz əlli üç) manat cərimə, ümumilikdə, 3665 manat borc, 56.65 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçınə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh lazimi qaydada bildiriş göndərilmiş, lakin onun tərəfindən iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 445, 468,567, 741-ci maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq, məhkəmə araşdırılmasında müəyyən edildi ki, cavabdeh, İddiaçı MMC ilə xx.xx.2019-cu il tarixli müqavilələrinə əsasən, 2 ədəd 2R SF2 HP Adapter, 2 ədəd RESOUND LİNX2 762 (38195) markalı cihazalmış və nəticədə 3665 (üç min altı yüz altmış beş) manat borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1528 manat təşkil edir. Göründüyü kimi, cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir.Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Ona görə də, məhkəmə belə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, cavabdehdən xx.xx.2019-cu tarixli müqaviləsinə əsasən, 2 ədəd 2R SF2 HP Adapter üçün 272 (iki yüz yetmiş iki) manat ödənilməmiş hissə, 27 (iyirmi yeddi) manat cərimə; xx.xx.2019-cu tarixli müqaviləsinə əsasən, RESOUND LİNX2 762 (38195) markalı cihaz üçün 1530 (min beş yüz otuz) manat ödənilməmiş hissə, 153 (yüz əlli üç) manat cərimə; xx.xx.2019-cu tarixli müqaviləsinə əsasən, RESOUND LİNX2 762 (38195) markalı cihaz üçün 1530 (min beş yüz otuz) manat ödənilməmiş hissə, 153 (yüz əlli üç) manat cərimə, ümumilikdə, 3665 manat borc, 56.65 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu tarixli müqaviləsinə əsasən, 2 ədəd 2R SF2 HP Adapter üçün 272 (iki yüz yetmiş iki) manat ödənilməmiş hissə, 27 (iyirmi yeddi) manat cərimə; xx.xx.2019-cu tarixli müqaviləsinə əsasən, RESOUND LİNX2 762 (38195) markalı cihaz üçün 1530 (min beş yüz otuz) manat ödənilməmiş hissə, 153 (yüz əlli üç) manat cərimə; xx.xx.2019-cu tarixli müqaviləsinə əsasən, RESOUND LİNX2 762 (38195) markalı cihaz üçün 1530 (min beş yüz otuz) manat ödənilməmiş hissə, 153 (yüz əlli üç) manat cərimə, ümumilikdə, 3665 manat borc, 56.65 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-4111/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4111/2022
16.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver